Məhkəmə qərarları › İş №e-2-2(113)-306/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-306/2023

10.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-306/2023 10.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsi Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Qanuni nümayəndə, Cavabdeh1, Cavabdeh2 MTK, Cavabdeh3 qarşı «borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı QSC (bundan sonra – iddiaçı) cavabdehlər Qanuni nümayəndə, Cavabdeh1, Cavabdeh2 MTK, Cavabdeh3 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Qanuni nümayəndə, Cavabdeh3, Cavabdeh1 Cavabdeh2 MTK-dan müştərək qaydada iddiaçının xeyrinə 17R000004027 saylı kredit razılaşması üzrə 13766,55 ABŞ dolları kredit borcu, 74016,35 ABŞ dolları faiz borcu və 6304 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 94086 ABŞ Dolları 90 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 68 manat dövlət rüsumunun, mediasiya prosesi ilə bağlı ödənilmiş 400 manat xərcin, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 45 manat rüsum və 360 manat xidmət haqqının tutulması, tutmanın Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllədə 14 saylı binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 277,2 m2 sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 94086 ABŞ dolları 90 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 68 manat dövlət rüsumunun, mediasiya prosesi ilə bağlı ödənilmiş 400 manat xərcin, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 45 manat rüsum və 360 manat xidmət haqqının bankın xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Qanuni nümayəndə. Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 MTK-dan müştərək qaydada iddiaçının xeyrinə tutulması, Abşeron rayonu, Xırdalan şəhəri 27-ci məhəllədə 14 saylı binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 277,2 m2 sahədən ibarət qeyri-yaşayış sahəsinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra əmlakını boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvli verilməsi barədə qəbul edilməsini xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir). xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək tərəflər arasında razılıq əldə olunduğunu və cavabdehlərin kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliklərini yerinə yetirdiklərini bildirərək, iddia ərizəsinin baxılmamış saxlanması, iddia qaldırılması üçün ödənilmiş 68 manat dövlət rüsumunun iddiaçıya qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmiş, cavabdehlər işin mahiyyəti üzrə baxılmasına tələb etməmişlər. Tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Həmçinin iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 68 manat məbləğində dövlət rüsumu ödəmişdir. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə görə məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Göründüyü kimi iddiaçı tərəfindən verilmiş iddia ərizəsi baxılmamış saxlanıldığından, iddia ərizəsi verərkən ödənilmiş 68 manat dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı QSC-nin cavabdehlər Qanuni nümayəndə, Cavabdeh1, Cavabdeh2 MTK, Cavabdeh3 qarşı «borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 68 (altmış səkkiz) manat dövlət rüsumu iddiaçı Accessbank” QSC-yə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar