Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3060/2024 20.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı2 Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, elektron qaimə) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı2 Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı2 (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 07 iyul 2021-ci il tarixli icarə müqaviləsi və ona edilmiş əlavələrə əsasən yaranmış 35025,12 manat məbləğində icarə haqqının, 638 ədəd 2,5 metrlik dəmir dirəyin və 800 ədəd 2.25 metrlik dəmir dirəyin iddiaçıya geri qaytarılması, materialların qaytarılması mümkün olmadıqda 638 ədəd dəmir dirəyin dəyəri olan 19140 manatın və 800 ədəd dəmir dirəyin dəyəri olan 16000 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, hüquqi yardım üçün ödənilmiş 320 manat məbləğində pulun və 300 manat dövlət rüsumunun tutularaq iddiçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı inşaat materiallarının icarəsi və satışı üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bu məqsəd ilə "xxxx" MMC ilə cavabdeh arasında 07 iyul 2021-ci il tarixli № 6 R saylı icarə müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən icarəyə verən tikintidə istifadə edilən materialları və alətləri Əlavə № 1də qeyd edilən məbləğ qarşısında icarəyə götürənə icarəyə verir. Əlavə № 1 də qeyd edilmiş 11 avqust 2021-ci il tarixli qiymətlərin razılaşdırma protokoluna əsasən 1 ədədinin icarə qiyməti 1,2 manat olmaqla aylıq icarə haqqı 960 manat olan 800 ədəd Dövlət rüsumunun ödənilməsi haqqında məlumat dəmir dirək icarəyə verilmişdir. Bununla bağlı tərəflər arasında 12 avqust 2021-ci il tarixli təhvil təslim aktı tərtib edilmişdir. Bundan əlavə 07 iyul 2021-ci il tarixli müqavilə əsasında tərəflər arasında xx.xx.2022-ci il tarixli müqaviləyə əlavə 2 bağlanmış və aylıq icarə haqqı 765.60 manat olan 638 ədəd 2.5 metrlik dəmir dirək icarəyə verilmişdir. Bununla bağlı tərəflər arasında 02 aprel 2022-ci il tarixli təhvil-təslim aktı tərtib edilməklə 638 ədəd dəmir dirək təhvil verilmişdir. Müqavilənin şərtlərinə, tərəflər arasındakı razılaşmaya əsasən əlavələrdə göstərilən materialların icarə haqqından “İcarəçi" tərəf 86% "İcarəyə Verən"ə, 14% isə ödəmə mənbəyindən vergiyə ödəməlidir. Buna baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəlikləri lazımı qaydada, tam yerinə yetirməmiş, yaranmış borcunu ödəməməklə yanaşı icarəyə götürmüş olduğu materialları da geri qaytarmamışdır. Belə ki, cavabdeh tərəfindən müqavilə üzrə ümumilikdə 1260 manat (600+300+360) ödəniş edilmiş, müqavilə üzrə 35025,12 manat məbləğində borcu qalmışdır, icarəyə göürülmüş materiallar, 638 ədəd dəmir dirək və 800 ədəd dəmir dirək isə təhvil verilməmişdir. Tərəflər arasındakı 12 avqust 2021-ci il tarixli təhvil-təslim aktına əsasən icarəçi tərəf malları geri qaytararkən çatışmayan malların dəyəri 1 ədəd dəmir dirəyin dəyəri 20 manat və 02 aprel 2022 il tarixli təhvil-təslim aktına əsasən malların geri qaytarılmasızamanı çatışmayan malların dəyəri, 1 ədəd dəmir dirəyin qiyməti 30 manat olmaqla razılaşdırılmışdır. Hal-hazırda 638 ədəd 2,5 m lik, 19140 manat dəyərində dəmir dirək, 800 ədəd 2.20 metrlik 16000 manat dəyərində dəmir dirək cavabdeh tərəfindən geri verilməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflərindən cavabdehə verilmiş dirəklərin üzərinə həbs qoyulmasına dair müvəqqəti təminat tədbiri barədə ərizə təmin edilmiş, icraya göndərilmiş, lakin icra məmuru tərəfindən həmin avadanlıqların aşkar edilməsi mümkün olmamışdır. Gələcəkdə həmin avadanlıqlar aşkar edilə, yaxud cavabdeh tərəfindən geri qaytarıla bildiyi üçün verilmiş iddianın tam şəkildə təmin edilməsini, avadanlıqların qaytarılması, bu mümkün olmadığı təqdirdə isə dəyərinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.
5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı və cavabdeh arasında bağlanmış 07 iyul 2021-ci il tarixli, 6R saylı icarə müqaviləsindən görünür ki, icarəyə verən tikintidə istifadə edilən materialları və alətləri Əlavə 1-də qeyd olunan məbləğ qarşısında İcarəyə götürənə icarəyə verir. İcarə müddəti, mal və materialların "İcarəçi" tərəfindən, "İcarəyə verənin" Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, ev.2096-cı məhəllədə yerləşən mağazasından təslim alınması tarixindən başlayır və eyni ünvana iş saatları vaxtında təmizlənmiş, çeşitlərə ayrılmış yenidən işlədiləcək şəkildə demontaj edilərək təslim edildiyi tarixdə bitir.
8. Müqaviləyə 01 saylı əlavədə 800 ədəd dəmir dirəyin aylıq icarə haqqının 960 manat olması razılaşdırılmışdır.
9. İş materiallarında olan 12 avqust 2021-ci il tarixli təhvil-təslim aktına əsasən 800 ədəd dəmir dirək 1 vahidinin satış qiyməti 20 AZN olmaqla cavabdehə təvhil verilmişdir.
10. Müqaviləyə 02 saylı əlavədə 638 ədəd dəmir dirəyin 1 ədədinin icarə qiyməti 1.2 manat olmaqla, ümumilikdə aylıq icarə haqqının 765.60 manat olması razılaşdırılmışdır.
11. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən 1 vahidinin satış qiyməti 30 manat olmaqla ümumilikdə 638 ədəd dəmir dirək cavabdehə təhvil verilmişdir.
12. İddiaçı tərəfindən cavabdehə EBBO 775990 nömrəli xx.xx.2021-cİ il tarixli (960,00 manat), EBBM 476583 nömrəli, xx.xx.2021-ci il tarixli (960,00 manat), EBBL 745232 nömrəli xx.xx.2021-ci il tarixli (960,00 manat), EBBG 308859 nömrəli xx.xx.2021-ci il tarixli (960,00 manat), EBCL 975334 nömrəli xx.xx.2021-ci il tarixli (960,00 manat), EBCK 298787 nömrəli xx.xx.2022-ci il tarixli (765,60 manat), EBCK 298024 nömrəli xx.xx.2022-ci il tarixli (765,60 manat), EBCK 296516 nömrəli xx.xx.2022-ci il tarixli (960,00 manat), EBCİ 158891 nömrəli xx.xx.2022-ci il tarixli (765,60 manat), EBBO 775990 nömrəli xx.xx.2021-cİ il tarixli (960,00 manat), EBCİ 156688 nömrəli xx.xx.2022-ci il tarixli (960,00 manat), EBCİ 144635 nömrəli xx.xx.2022-ci il tarixli (960,00 manat), EBCİ 161111 nömrəli xx.xx.2022-ci il tarixli (765,60 manat), EBCC 909364 nömrəli xx.xx.2022-ci il tarixli (765,60 manat), EBCC 907852 nömrəli xx.xx.2022-ci il tarixli (765,60 manat), EBCC 902489 nömrəli xx.xx.2022-ci il tarixli (960,00 manat), EBCC 900940 nömrəli xx.xx.2022-ci il tarixli (960,00 manat), EBBZ 152983 nömrəli xx.xx.2022-ci il tarixli (765,60 manat), EBBZ 152849 nömrəli xx.xx.2022-ci il tarixli (960,00 manat), EBBZ 151659 nömrəli xx.xx.2022-ci il tarixli (960,00 manat), EBBU 791579 nömrəli xx.xx.2022-ci il tarixli (765,60 manat), EBBT 900213 nömrəli xx.xx.2022-ci il tarixli (960,00 manat), EBBR 943027 nömrəli xx.xx.2022-ci il tarixli (960,00 manat), EBBP 816656 nömrəli xx.xx.2022-ci il tarixli (960,00 manat), EBDU 969200 nömrəli xx.xx.2023-cü il tarixli (960,00 manat), EBDU 379006 nömrəli xx.xx.2023-cü il tarixli (765,60 manat), EBDT 723451 nömrəli xx.xx.2023cü il tarixli (765,60 manat), EBDT 722814 nömrəli xx.xx.2023-cü il tarixli (960,00 manat), EBDT 722278 nömrəli xx.xx.2023-cü il tarixli (765,60 manat), EBDT 722182 nömrəli xx.xx.2023-cü il tarixli (960,00 manat), EBDT 721605 nömrəli xx.xx.2023-cü il tarixli (765,60 manat), EBDT 721483 nömrəli xx.xx.2023-cü il tarixli (960,00 manat), EBDT 721255 nömrəli xx.xx.2023-cü il tarixli (765,60 manat), EBDT 721227 nömrəli xx.xx.2023cü il tarixli (960,00 manat), EBDT 721086 nömrəli xx.xx.2023-cü il tarixli (765,60 manat), EBDT 720888 nömrəli xx.xx.2023-cü il tarixli (960,00 manat), EBDK 747109 nömrəli xx.xx.2023-cü il tarixli (765,60 manat), EBDK 746988 nömrəli xx.xx.2023-cü il tarixli (765,60 manat), EBDK 744932 nömrəli xx.xx.2023-cü il tarixli (960,00 manat), EBDK 744023 nömrəli xx.xx.2023-cü il tarixli (960,00 manat), EBDD 771332 nömrəli xx.xx.2023cü il tarixli (765,60 manat), EBDD 770464 nömrəli xx.xx.2023-cü il tarixli (765,60 manat), EBDD 763046 nömrəli xx.xx.2023-cü il tarixli (960,00 manat), EBDD 762302 nömrəli xx.xx.2023-cü il tarixli (960,00 manat), EBDA 071482 nömrəli xx.xx.2023-cü il tarixli (960,00 manat), EBDA 071044 nömrəli xx.xx.2023-cü il tarixli (765,60 manat), EBDA 070869 nömrəli xx.xx.2023-cü il tarixli (960,00 manat), EBDA 070751 nömrəli xx.xx.2023cü il tarixli (765,60 manat) olmaqla elektron qaimə-fakturalar təqdim edilmişdir.
13. İddiaçının hesabından çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2021-ci ildə 600 manat icarə haqqı ödənilmişdir.
14. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
16. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
17. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 35025,12 manat icarə haqqı borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia icarə haqqı borcunun tutulması hissəsində təmin edilməli, cavabdehdən 35025,12 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
18. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində iddiaçı tərəfindən cavabdehə verilmiş 638 ədəd 2,5 metrlik dəmir dirəyin və 800 ədəd 2,25 metrlik dəmir dirəyin iddiaçıya geri qaytarılması tələbini irəli sürmüşdür.
19. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz.
20. Belə ki, məhkəmə araşdırması zamanı həmin dəmir dirəklərin hazırda mövcud olması öz təsdiqini tapmamış, iddiaçı tərəfindən də məhkəməyə belə bir sübut təqdim edilməmişdir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.
22. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı icarəyə verilmiş, lakin qaytarılmayan dəmir dirəklərin dəyərinin ödənilməsini tələb etməkdə haqlıdır, iddia tələbi həmin hissədə təmin edilməli, iddiaçıya məxsus və cavabdehə verilmiş 638 ədəd dəmir dirəyin dəyəri olan 19140 manat və 800 ədəd dəmir dirəyin dəyəri olan 16000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
23. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın
25. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
26. Bundan başqa iddia ərizəsində 320 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, hüquqi yardımla bağlı çəkilmiş 320 manat məbləğində xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
27. Belə ki, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən hüquqi xidmət haqqına görə 320 manat vəsait ödənilmişdir.
28. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
29. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 35025,12 manat məbləğində icarə haqqı, 638 ədəd dəmir dirəyin dəyəri olan 19140 manat, 800 ədəd dəmir dirəyin dəyəri olan 16000 manat məbləğində pul, hüquqi yardım üçün ödənilmiş 320 manat tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan 300 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 35025,12 manat məbləğində icarə haqqı, 638 ədəd dəmir dirəyin dəyəri olan 19140 manat, 800 ədəd dəmir dirəyin dəyəri olan 16000 manat məbləğində pul, hüquqi yardım üçün ödənilmiş 320 manat, ödənilmiş 300 manat dövlət rüsumu, ümumilikdə 70785,12 (yetmiş min yeddi yüz səksən beş manat on iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova