Məhkəmə qərarları › İş №e-2-2(113)-3067/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3067/2025

21.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3067/2025 21.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi X1 Seyfəddin oğlunun sədrliyi, Daşdəmirova Ləman Şahlar qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakları ilə, İddiaçı ASC-nin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı ASC (kreditor) ilə Cavabdeh2 (borc alan) arasında bağlanmış ********* saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehə dövriyyə vəsaiti məqsədi ilə 24 (iyirmi dörd) ay müddətinə illik 27 (iyirmi yeddi) faiz dərəcəsi ilə 7.650 (yeddi min altı yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilə hər iki tərəfin imzası və kreditorun möhürü ilə təsdiq edilmişdir.

2. İddiaçı ASC (kreditor) ilə Cavabdeh1 və Cavabdeh3 (zaminlər) arasında 430006817/ZM nömrəli xx.xx.2015-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Müqavilə kreditorun imzası və möhürü, zaminin isə imzası ilə təsdiq edilmişdir.

3. İddiaçı ASC (kreditor) ilə Cavabdeh2 (borc alan) arasında bağlanmış ********* saylı xx.xx.2015-ci il tarixli kredit verilməsinə dair müqaviləyə 21 aprel 2015-ci il tarixli Əlavə Saziş bağlanmışdır. Müqaviləyə əsasən Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 7.378,40 (yeddi min üç yüz yetmiş səkkiz ABŞ dolları 40 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2017-ci il tarixədək təyin olunur. Əlavə Sazişə əsasən Cavabdeh3 və Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır.

4. İddiaçı ASC (kreditor) ilə Cavabdeh2 (borc alan) arasında bağlanmış ********* saylı xx.xx.2015-ci il tarixli kredit verilməsinə dair müqaviləyə 31 mart 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 8.613,57 (səkkiz min altı yüz on üç ABŞ dolları 57 sent) ABŞ dolları təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 6.333,8 (altı min üç yüz otuz üç ABŞ dolları 8 sent) ABŞ dolları əsas borc, 1.977,45 (bir min doqquz yüz yetmiş yeddi ABŞ dolları 45 sent) ABŞ dolları faiz borcu və 302,32 (üç yüz iki ABŞ dolları 32 sent) ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 12 (on iki) % ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh3 və Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır.

5. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə xəbərdarlıq məktubu ünvanlayaraq borcun ödənilməsi barədə xəbərdar edilmişlər.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

6. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.511,34 (on üç min beş yüz on bir ABŞ dolları 34 sent) ABŞ dolları - bundan 5.771,08 (beş min yeddi yüz yetmiş bir ABŞ dolları 08 sent) ABŞ dolları əsas, 3.137,33 (üç min bir yüz otuz yeddi ABŞ dolları 33 sent) ABŞ dolları faiz, 3.770,13 (üç min yeddi yüz yetmiş ABŞ dolları 13 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 832,80 (səkkiz yüz otuz iki ABŞ dolları 80 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 158,91 (bir yüz əlli səkkiz Manat 91 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xəzər filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* saylı xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi üzrə cavabdehə dövriyyə vəsaiti məqsədi ilə 24 (iyirmi dörd) ay müddətinə illik 27 (iyirmi yeddi) faiz dərəcəsi ilə 7.650 (yeddi min altı yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2kredit verilərkən Cavabdeh3 və Cavabdeh1 ilə Bank arasında 430006817/ZM nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Daha sonra ********* saylı kredit müqaviləsinə 21 aprel 2015-ci il tarixdə Əlavə Saziş bağlanmışdır. Müqaviləyə əsasən Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 7.378,40 (yeddi min üç yüz yetmiş səkkiz ABŞ dolları 40 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2017-ci il tarixədək təyin olunur. Əlavə Sazişə əsasən Cavabdeh3 və Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. Daha sonra ********* saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə 31 mart 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 8.613,57 (səkkiz min altı yüz on üç ABŞ dolları 57 sent) ABŞ dolları təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 6.333,8 (altı min üç yüz otuz üç ABŞ dolları 8 sent) ABŞ dolları əsas borc, 1.977,45 (bir min doqquz yüz yetmiş yeddi ABŞ dolları 45 sent) ABŞ dolları faiz borcu və 302,32 (üç yüz iki ABŞ dolları 32 sent) ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 12 (on iki) % ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh3 və Cavabdeh1ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-M-41-502/2025 saylı xx.xx.2025-ci il tarixli və 12-5/2- M-41-300/2025 saylı xx.xx.2025-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdeh2 xx.xx.2025-ci il tarixə kredit üzrə cəmi borcu 13.511,34 (on üç min beş yüz on bir ABŞ dolları 34 sent) ABŞ dolları təşkil edir. Bundan 5.771,08 (beş min yeddi yüz yetmiş bir ABŞ dolları 08 sent) ABŞ dolları əsas, 3.137,33 (üç min bir yüz otuz yeddi ABŞ dolları 33 sent) ABŞ dolları faiz, 3.770,13 (üç min yeddi yüz yetmiş ABŞ dolları 13 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumqərarına əsasən hesablanmış 832,80 (səkkiz yüz otuz iki ABŞ dolları 80 sent) ABŞ dolları faiz borcu təşkil edir.

b) İddiaya qarşı etirazın dəlilləri

8. İddiaya qarşı etiraz təqdim olunmamışdır. b) İşdə iştirak edən şəxslər və onların izahatları

9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə izahatında iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

10. Məhkəmə iclasında Cavabdeh2 izahatında borcun olması faktını qəbul etdiyini bildirmişdir.

11. İş üzrə digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

12. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

13. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

14. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

15. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.

16. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 113.2-ci maddəsinə əsasən iddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

18. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

19. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış ********* saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi və həmin müqavilə çərçivəsində bağlanmış 21 aprel 2015-ci il tarixli Əlavə Saziş və 31 mart 2017-ci il tarixli 02 nömrəli Əlavə Sazişdən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC Cavabdeh2 kredit müqaviləsində müəyyən edilmiş kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh2 kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh2 iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır.

20. Cavabdeh2 məhkəməyə borcun etirafı barədə ərizə təqdim edərək İddiaçı ASC-nin ona qarçı olan iddia tələbini qəbul etdiyini bildirmişdir.

21. Belə olan halda məhkəmə Cavabdeh2 ********* saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı ASC Cavabdeh2 ********* saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 5.771,08 ABŞ dolları əsas və 3.137,33 ABŞ dolları məbləğinfə faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır.

22. Bununla yanaşı İddiaçıASC kredit razılaşması üzrə əsas borcu ödəniş cədvəlinə uyğun qaytarmadığı na görə Cavabdeh2 hesablanmış 3.770,13 ABŞ dolları məbləğində dəbbə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

23. Həmin tələblə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də tələb edilən dəbbə pulunun əsas borc məbləğinə qeyri-mütənasib hesab edilməsi üçün əsaslar olmadığından Mülki Məcəllənin 462.1-ci maddəsinin tələblərin əsasən mübahisəli kredit müqaviləsi üzrə 3.770,13 ABŞ dolları məbləğində dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. 24.Bundan əlavə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarının: -1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. -5-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 832,80 (səkkiz yüz otuz iki ABŞ dolları 80 sent) ABŞ dolları faiz borcunu cavabdehlərdən tələb etməkdə haqlı olmuşdur.

25. Bununla yanaşı iş materiallarından görünür ki, İddiaçı ASC (kredit verən) ilə Cavabdeh2 (kredit alan) arasında bağlanmış ********* saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi İddiaçı ASC (kredit verən) ilə Cavabdeh3 və Cavabdeh1 (zaminlər) arasında 430006817/ZM nömrəli xx.xx.2015-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zaminlər Cavabdeh3 və Cavabdeh1 kredit alan Cavabdeh2 ********* saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinə zamin durmuşlar.

26. Məhkəmə zaminlər Cavabdeh3 və Cavabdeh1 ********* saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə borc alanın bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, İddiaçı ASC kredit müqaviləsi üzrə borcun (kredit və faiz olmaqla) müştərək (birgə) qaydada borc alan və zaminlərdən tutulmasını tələb etməkdə haqlıdır.

27. Məhkəmə xərclərinə gəldikdə dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 158,91 manat təşkil edir.

28. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 158,91 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cəmi borc 13.511,34 (on üç min beş yüz on bir ABŞ dolları 34 sent) ABŞ dolları - bundan 5.771,08 (beş min yeddi yüz yetmiş bir ABŞ dolları 08 sent) ABŞ dolları əsas, 3.137,33 (üç min bir yüz otuz yeddi ABŞ dolları 33 sent) ABŞ dolları faiz, 3.770,13 (üç min yeddi yüz yetmiş ABŞ dolları 13 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 832,80 (səkkiz yüz otuz iki ABŞ dolları 80 sent) ABŞ dolları faiz borcu, iş üzrə ödənilmiş 158,91 (bir yüz əlli səkkiz Manat 91 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar