Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3068/2022 17.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh4 nümayəndəsi X2 iştirakı ilə, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4nə qarşı kredit müqavilələri üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixli 10L000005329 saylı kredit xətti müqaviləsinə, xx.xx.2018-ci il tarixli 017R********** saylı, xx.xx.2018-ci il tarixli 017R********** saylı, xx.xx.2016-cı il tarixli 017R********** saylı, xx.xx.2018-ci il tarixli 017R********** saylı, xx.xx.2019-cu il tarixli 017R********** saylı və xx.xx.2019-cu il tarixli 017R********** saylı kredit razılaşmalarına xitam verilməsini, cavabdehlər Cavabdeh3, Cavabdeh4 MMC-dən, Cavabdeh1, Cavabdeh5 müştərək qaydada iddiaçının xeyrinə 017R********** saylı kredit razılaşması üzrə 281588,51 manat əsas borc, 23033,97 manat faiz borcu və 62232,84 manat məbləğində cərimə olmaqla, cəmi 366855,32 manat məbləğinin; 017R********** saylı kredit razılaşması üzrə 37396,21 manat məbləğində əsas borc, 3102,42 manat məbləğində faiz borcu və 8376,74 manat məbləğində cərimə olmaqla, cəmi 48875,37 manat məbləğinin; 017R********** saylı kredit razılaşması üzrə 125289,28 ABŞ dolları məbləğində əsas borc, 3518,51 ABŞ dolları məbləğində faiz borcu və 28064,81 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 156872,6 ABŞ dolları məbləğinin; 017R********** saylı kredit razılaşması üzrə 83710,14 ABŞ dolları məbləğində əsas borc, 3124,19 ABŞ dolları məbləğində faiz borcu və 18751,04 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 105585,37 ABŞ dolları məbləğinin; 017R********** saylı kredit razılaşması üzrə 135480,06 ABŞ dolları məbləğində əsas borc, 5202,56 ABŞ dolları məbləğində faiz borcu və 30347,52 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 171030,14 ABŞ dolları məbləğinin; 017R********** saylı kredit razılaşması üzrə 108792,88 ABŞ dolları məbləğində əsas borc, 4116,86 ABŞ dolları məbləğində faiz borcu və 24369,61 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 137279,35 ABŞ dolları məbləğinin; 2 kredit razılaşması üzrə ümumilikdə 415730,69 manat və 4 kredit razılaşması üzrə ümumilikdə 570767,46 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 1083 manat dövlət rüsumunun, mediasiya prosesi ilə bağlı ödənilmiş 400 manat xərcin, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 30 manat rüsum və 240 manat xidmət haqqının tutulması, tutmanın Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti, 85 ünvanında 80,3 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinə və ünvan 2 ünvanında 3 mərtəbəli qeyri-yaşayış binasının 1357,5 kv.metr ümumi sahədən ibarət paylı mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus 966.8 kv.metr sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 415730,69 manat və 570767,46 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 1083 manat dövlət rüsumunun, mediasiya prosesi ilə bağlı ödənilmiş 400 manat xərcin, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 30 manat rüsumunun və 240 manat xidmət haqqının iddiaçının xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3, Cavabdeh4 MMC-dən, Cavabdeh1 və Cavabdeh5 müştərək qaydada iddiaçının xeyrinə tutulması, Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti, 85 ünvanında 80,3 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, ünvan 3 ünvanında 3 mərtəbəli qeyri-yaşayış binasının 1357,5 kv.metr ümumi sahədən ibarət paylı mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus 966,8 kv.metr sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh3 İddiaçı QSC ilə bağladığı 12 sentyabr 2013-cü il tarixli 10L000005329 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 10000000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşmasıilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh3 İddiaçı QSC ilə bağladığı 04 iyul 2018-ci il tarixli, 017R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 838000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 31 may 2020-ci il tarixli 017R**********SA saylı, 19 oktyabr 2020-ci il tarixli 017R**********SB saylı, 28 yanvar 2021ci il tarixli 017R**********SC saylı, 04 may 2021-ci il tarixli 017R**********SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh3 kredit razılaşmasının 1.2ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 20 avqust 2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü kredit borcundan 556411,49 manat ödəmiş, onun 281588,51 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 01 aprel 2022-ci il tarixə 224 gün üçün hesablanmış faiz borcu 23033,97 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. 01 aprel 2022-ci il tarixə 224 gün üçün hesablanmış cərimə 62232,84 manat təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh3 İddiaçı QSC ilə bağladığı 06 avqust 2018-ci il tarixli 017R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 75000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 31 msy 2020-ci il tarixli 017R**********SA saylı, 19 oktyabr 2020-ci il tarixli 017R**********SB saylı, 28 yanvar 2021-ci il tarixli 017R**********SC saylı, 04 may 2021-ci il tarixli 017R**********SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh3 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu vəfaiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 20 avqust 2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü kredit borcundan 37603,79 manat ödəmiş, onun 37396,21 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 01 aprel 2022-ci il tarixə 224 gün üçün hesablanmış faiz borcu 3102,42 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. 01 aprel 2022ci il tarixə 224 gün üçün hesablanmış cərimə 8376,74 manat təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh3 İddiaçı QSC ilə bağladığı 29 yanvar 2016-cı il tarixli 017R********** saylı kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 0,9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtiilə 583343 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 31 may 2020-ci il tarixli 017R**********SE saylı, 19 oktyabr 2020-ci il tarixli 017R**********SF saylı, 28 yanvar 2021ci il tarixli 017R**********SG saylı, 04 may 2021-ci il tarixli 017R**********SH saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh3 kredit razılaşmasının 1.2ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu vəfaiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 20 avqust 2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü kredit borcundan 458053,72 ABŞ Dolları ödəmiş, onun 125289,28 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 01 aprel 2022-ci il tarixə 224 gün üçün hesablanmış faiz borcu 3518,51 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. 01 aprel 2022-ci il tarixə 224 gün üçün hesablanmış cərimə 28064,81 ABŞ dolları təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh3 İddiaçı QSC ilə bağladığı 05 dekabr 2018-ci il tarixli 017R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 0,6667% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 130000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 31 may 2020-ci il tarixli 017R**********SA saylı, 19 oktyabr 2020-ci il tarixli 017R**********SB saylı, 28 yanvar 2021-ci il tarixli 017R**********SC saylı, 04 may 2021-ci il tarixli 017R**********SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh3 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 20 avqust 2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü kredit borcundan 46289,86 ABŞ Dolları ödəmiş, onun 83710,14 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndiilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 01 aprel 2022-ci il tarixə 224 gün üçün hesablanmış faiz borcu 3124,19 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 224 gün üçün hesablanmış cərimə 18751,04 ABŞ Dolları təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh3 İddiaçı QSC ilə bağladığı 18 aprel 2019-cu il tarixli 017R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 0,5% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 172000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 31 may 2020-ci il tarixli 017R**********S saylı, 19 oktyabr 2020-ci il tarixli 017R**********SA saylı, 28 yanvar 2021-ci il tarixli 017R**********SB saylı, 04 may 2021-ci il tarixli 017R**********SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh3 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 20 avqust 2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü kredit borcundan 36519,94 ABŞ Dolları ödəmiş, onun 135480,06 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 01 aprel 2022-ci il tarixə 224 gün üçün hesablanmış faiz borcu 5202.56 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. 01 aprel 2022-ci il tarixə 224 gün üçün hesablanmış cərimə 30347,52 ABŞ dolları təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh3 İddiaçı QSC ilə bağladığı 30 iyul 2019-cu il tarixli 017R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 0,5% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 137000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 31 may 2020-ci il tarixli 017R**********S saylı, 19 oktyabr 2020-ci il tarixli 017R**********SA saylı, 28 yanvar 2021ci il tarixli 017R**********SB saylı, 04 may 2021-ci il tarixli 017R**********SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh3 kredit razılaşmasının 1.2ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu vəfaiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 20 avqust 2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü kredit borcundan 28207,12 ABŞ Dolları ödəmiş, onun 108792,88 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndiilə müəyyən olunmuşaylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 01 aprel 2022-ci il tarixə 224 gün üçün hesablanmış faiz borcu 4116,86 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. 01 aprel 2022-ci il tarixə 224 gün üçün hesablanmış cərimə 24369,61 ABŞ Dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh1, Cavabdeh5 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və kredit xəttimüqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 12 iyul 2017-ci il tarixli ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti, 85 ünvanında 80,3 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş 1 №-li reyestr kitabının 65№-li vərəqində qeydiyyata alınmış və RX 1094956№-li çıxarışa əsasən Bakı şəhəri Nərimanov rayonu X8 prospekti, 85 ünvanında 80.3 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinin Cavabdeh3 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh2 “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 08 fevral 2022-ci il tarixdə bildiriş göndərilmişdir. “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsinə əsasən İpoteka predmetinə tutmanın yönədilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə ElektronXidmətlər Portalı vasitəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim olunmuş və 18 fevral 2022-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı ödəmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 İddiaçı QSC ilə bağladığı 17 sentaybr 2013-cü il tarixli 10M000001215 nömrəli ipoteka müqaviləsi əsasında ünvan 5 ünvanında 3 mərtəbəli qeyri-yaşayış binasının 1357,5 kv.metr ümumi sahədən ibarət paylı mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus 966,8 kv.metr sahəsi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş 49 a №-li reyestr kitabının 4620 №-li vərəqində qeydiyyata alınmış və RX0245973 №-li çıxarışa əsasən ünvan 6 ünvanında 3 mərtəbəli qeyri-yaşayış binasının 1357,5 kv.metr ümumi sahədən ibarət paylı mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus 966,8 kv.metr sahəsinin Cavabdeh3 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh3 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 10 fevral 2022-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka haqqında Qanunun 36.1-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönədilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim olunmuş və 18 fevral 2022-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı ödəmişdir. Bu kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iddiaçı tərəf iştirak etmiş, lakin cavabdeh tərəflər iştiak etməmişdir. Bu barədə 13 may 2022-ci il tarixli arayış verilmiş, mediasiya xərcləri olaraq 400 manat ödənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilənləri təsdiq edərək bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 MMC-nin nümayəndəsi X4 iddia tələbini qismən, yəni əsas borc hissəsində qəbul etdiyini, faiz və cərimə borcunun tutulması ilə razı olmadığını bildirdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehlər Cavabdeh3 və Cavabdeh5 izahatlarında bildirmişlər ki, iddianı faiz və cərimə borcu hissəsində qəbul etmirlər. Belə ki, kredit müqaviləsi bağlandıqdan sonra ölkədə pandemiya elan olunduğundan, fəaliyyətlərinə ciddi zərər dəymişdir. İş materiallarında olan: Cavabdeh3 ilə İddiaçı QSC arasında bağlanmış 12 sentyabr 2013-cü il tarixli 10L000005329 saylı kredit xətti müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə 10000000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Cavabdeh3 ilə İddiaçı QSC arasında kredit xətti müqaviləsi üzrə bağlanmış 04 iyul 2018-ci il tarixli, 017R********** saylı kredit razılaşmasına əsasən kredit alan 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 838000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh3 ilə İddiaçı QSC arasında kredit xətti müqaviləsi üzrə bağlanmış 04 iyul 2018-ci il tarixli, 017R********** saylı kredit razılaşmasına və ödəniş planına 31 may 2020ci il tarixli 017R**********SA saylı, 19 oktyabr 2020-ci il tarixli 017R**********SB saylı, 28 yanvar 2021-ci il tarixli 017R**********SC saylı, 04 may 2021-ci il tarixli 017R**********SD saylı sazişlərlə dəyişiklik edilmişdir. 04 iyul 2018-ci il tarixli köçürmə qəbzinə əsasən Cavabdeh3 838000 manat məbləğində pul vəsaiti verilmişdir. 01 aprel 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 04 iyul 2018-ci il tarixli, 017R********** saylı kredit razılaşması üzrə 01 aprel 2022-ci il tarixinə əsas borcu 281588,51 manat, faiz borcu 23033,97 manat, cərimə 62232,84 manat olmaqla, ümumilikdə borcu 366855,32 manat təşkil edir. Cavabdeh3 ilə İddiaçı QSC arasında kredit xətti müqaviləsi üzrə bağlanmış 06 avqust 2018-ci il tarixli 017R********** saylı kredit razılaşmasına əsasən kredit alan 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 75000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh3 ilə İddiaçı QSC arasında kredit xətti müqaviləsi üzrə bağlanmış 06 avqust 2018-ci il tarixli 017R********** saylı kredit razılaşmasına və ödəniş planına 31 may 2020-ci il tarixli 017R**********SA saylı, 19 oktyabr 2020-ci il tarixli 017R**********SB saylı, 28 yanvar 2021-ci il tarixli 017R**********SC saylı, 04 may 2021-ci il tarixli 017R**********SD saylı sazişlərlə dəyişiklik edilmişdir. 06 avqust 2018-ci il tarixli köçürmə qəbzinə əsasən Cavabdeh3 75000 manat məbləğində pul vəsaiti verilmişdir. 01 aprel 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 06 avqust 2018ci il tarixli 017R********** saylı kredit razılaşması üzrə 01 aprel 2022-ci il tarixinə əsas borcu 37396,21 manat, faiz borcu 3102,42 manat, cərimə 8376,74 manat olmaqla, ümumilikdə borcu 48875,37 manat təşkil edir. Cavabdeh3 ilə İddiaçı QSC arasında kredit xətti müqaviləsi üzrə bağlanmış 29 yanvar 2016-cı il tarixli 017R********** saylı kredit razılaşmasına əsasən kredit alan 60 ay müddətinə, aylıq faiz dərəcəsi 0,9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 583343 ABŞ dolları məbləğində kredit götürmüşdür. Cavabdeh3 ilə İddiaçı QSC arasında kredit xətti müqaviləsi üzrə bağlanmış 29 yanvar 2016-cı il tarixli 017R********** saylı kredit razılaşmasına və ödəniş planına 31 may 2020-ci il tarixli 017R**********SE saylı, 19 oktyabr 2020-ci il tarixli 017R**********SF saylı, 28 yanvar 2021-ci il tarixli 017R**********SG saylı, 04 may 2021-ci il tarixli 017R**********SH saylı sazişlərlə dəyişiklik edilmişdir. 29 yanvar 2016-cı il tarixli köçürmə qəbzinə əsasən Cavabdeh3 583343 ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. 01 aprel 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 29 yanvar 2016cı il tarixli 017R********** saylı kredit razılaşması üzrə 01 aprel 2022-ci il tarixinə əsas borcu 125289,28 ABŞ dolları, faiz borcu 3518,51 ABŞ dolları, cərimə 28064,81 ABŞ dolları olmaqla, ümumilikdə borcu 156872,6 ABŞ dolları təşkil edir. Cavabdeh3 ilə İddiaçı QSC arasında kredit xətti müqaviləsi üzrə bağlanmış 05 dekabr 2018-ci il tarixli 017R********** saylı kredit razılaşmasına əsasən kredit alan 36 ay müddətinə, aylıq faiz dərəcəsi 0,6667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 130000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Cavabdeh3 ilə İddiaçı QSC arasında kredit xətti müqaviləsi üzrə bağlanmış 05 dekabr 2018-ci il tarixli 017R********** saylı kredit razılaşmasına və ödəniş planına 31 may 2020-ci il tarixli 017R**********SA saylı, 19 oktyabr 2020-ci il tarixli 017R**********SB saylı, 28 yanvar 2021-ci il tarixli 017R**********SC saylı, 04 may 2021-ci il tarixli 017R**********SD saylı sazişlərlə dəyişiklik edilmişdir. 05 dekabr 2018-ci il tarixli köçürmə qəbzinə əsasən Cavabdeh3 130000 ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. 01 aprel 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 05 dekabr 2018ci il tarixli 017R********** saylı kredit razılaşması üzrə 01 aprel 2022-ci il tarixinə əsas borcu 83710,14 ABŞ dolları, faiz borcu 3124,19 ABŞ dolları, cərimə 18751,04 ABŞ dolları olmaqla, ümumilikdə borcu 105585,37 ABŞ dolları təşkil edir. Cavabdeh3 ilə İddiaçı QSC arasında kredit xətti müqaviləsi üzrə bağlanmış 18 aprel 2019-cu il tarixli 017R********** saylı kredit razılaşmasına əsasən kredit alan 36 ay müddətinə, aylıq faiz dərəcəsi 0,5% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 172000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Cavabdeh3 ilə İddiaçı QSC arasında kredit xətti müqaviləsi üzrə bağlanmış 18 aprel 2019-cu il tarixli 017R********** saylı kredit razılaşmasına və ödəniş planına 31 may 2020ci il tarixli 017R**********S saylı, 19 oktyabr 2020-ci il tarixli 017R**********SA saylı, 28 yanvar 2021-ci il tarixli 017R**********SB saylı, 04 may 2021-ci il tarixli 017R**********SC saylı sazişlərlə dəyişiklik edilmişdir. 18 aprel 2019-cu il tarixli köçürmə qəbzinə əsasən Cavabdeh3 172000 ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. 01 aprel 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 18 aprel 2019cu il tarixli 017R********** saylı kredit razılaşması üzrə 01 aprel 2022-ci il tarixinə əsas borcu 135480,06 ABŞ dolları, faiz borcu 5202,56 ABŞ dolları, cərimə 30347,52 ABŞ dolları olmaqla, ümumilikdə borcu 171030,14 ABŞ dolları təşkil edir. Cavabdeh3 ilə İddiaçı QSC arasında kredit xətti müqaviləsi üzrə bağlanmış 30 iyul 2019-cu il tarixli 017R********** saylı kredit razılaşmasına əsasən kredit alan 36 ay müddətinə, aylıq faiz dərəcəsi 0,5% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 137000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Cavabdeh3 ilə İddiaçı QSC arasında kredit xətti müqaviləsi üzrə bağlanmış 30 iyul 2019-cu il tarixli 017R********** saylı kredit razılaşmasına və ödəniş planına 31 may 2020ci il tarixli 017R**********S saylı, 19 oktyabr 2020-ci il tarixli 017R**********SA saylı, 28 yanvar 2021-ci il tarixli 017R**********SB saylı, 04 may 2021-ci il tarixli 017R**********SC saylı sazişlərlə dəyişiklik edilmişdir. 30 iyul 2019-cu il tarixli köçürmə qəbzinə əsasən Cavabdeh3 137000 ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. 01 aprel 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 30 iyul 2019-cu il tarixli 017R********** saylı kredit razılaşması üzrə 01 aprel 2022-ci il tarixinə əsas borcu 108792,88 ABŞ dolları, faiz borcu 4116,86 ABŞ dolları, cərimə 24369,61 ABŞ dolları olmaqla, ümumilikdə borcu 137279,35 ABŞ dolları təşkil edir. Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış 12 iyul 2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan 12 sentyabr 2013-cü il tarixli 10L000005329 saylı kredit xətti müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə Bakı şəhəri Nərimanov rayonu, X8 prospekti, 85 ünvanında 80,3 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 1 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən Cavabdeh2 məxsus Bakı şəhəri Nərimanov rayonu, X8 prospekti, 85 ünvanında 80,3 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsini İddiaçı QSC-nin xeyrinə yüklü edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri Nərimanov rayonu, X8 prospekti, 85 ünvanında 80,3 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyata alınmışdır. 17 sentyabr 2013-cü il tarixli 10M000001215 saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan – Cavabdeh3 12 sentyabr 2013-cü il tarixli 10L000005329 saylı kredit xətti müqaviləsi və onun ayrılmaz hissəsi olan “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Akkreditiv açılması üçün razılaşma” formasında bağlanan ayrıca Razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək üçün Bank qarşısında ünvan 6 ünvanında 3 mərtəbəli qeyri-yaşayış binasının 1357,5 kv.metr ümumi sahədən ibarət paylı mülkiyyət hüququ üzrə ona məxsus 966,8 kv.metr sahəsini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 49a nömrəli reyestr kitabının 4620 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən Cavabdeh3 məxsus ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ona məxsus 966,8 kv.m hissəsi İddiaçı QSC-nin xeyrinə yüklü edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 6 ünvanında 3 mərtəbəli qeyri-yaşayış binasının 1357,5 kv.metr ümumi sahədən ibarət paylı mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus 966,8 kv.metr sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh3 adına qeydiyyata alınmışdır. 17S000006437 saylı, 17 mart 2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borlu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. 10S000011001 saylı, 24 sentyabr 2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh4 MMC borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borlu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. 003S**********01 saylı, 31 may 2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh5 borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borlu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh3 kredit müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş və müqavilənin şərtlərini əsaslı dərəcədə pozmuşdur. Buna görə də, Cavabdeh3 ilə İddiaçı QSC arasında bağlanmış 12 sentyabr 2013-cü il tarixli 10L000005329 saylı kredit xətti müqaviləsi və onun əsasında imzalanmış 05 dekabr 2018-ci il tarixli 017R********** saylı, 18 aprel 2019cu il tarixli 017R********** saylı və 30 iyul 2019-cu il tarixli, 017R********** saylı kredit razılaşmaları, onlara aid 04 may 2021-ci il tarixli müvafiq olaraq 017R**********SD saylı, 017R**********SC saylı və 017R**********SC saylı sazişlər (son dəyişiklik) ləğv edilməlidir. Məhkəmə tələbin Cavabdeh3 ilə İddiaçı QSC arasında kredit xətti müqaviləsi üzrə bağlanmış 04 iyul 2018-ci il tarixli, 017R********** saylı kredit razılaşması və ona olunmuş 31 may 2020-ci il tarixli 017R**********SA saylı, 19 oktyabr 2020-ci il tarixli 017R**********SB saylı, 28 yanvar 2021-ci il tarixli 017R**********SC saylı, 04 may 2021-ci il tarixli 017R**********SD saylı sazişlərlə dəyişikliklərin, 06 avqust 2018-ci il tarixli 017R********** saylı kredit razılaşması və ona olunmuş 31 may 2020-ci il tarixli 017R**********SA saylı, 19 oktyabr 2020-ci il tarixli 017R**********SB saylı, 28 yanvar 2021ci il tarixli 017R**********SC saylı, 04 may 2021-ci il tarixli 017R**********SD saylı sazişlərlə dəyişikliklərin, 29 yanvar 2016-cı il tarixli 017R********** saylı kredit razılaşması və ona olunmuş 31 may 2020-ci il tarixli 017R**********SE saylı, 19 oktyabr 2020-ci il tarixli 017R**********SF saylı, 28 yanvar 2021-ci il tarixli 017R**********SG saylı, 04 may 2021-ci il tarixli 017R**********SH saylı sazişlərlə dəyişikliklərin, habelə, 05 dekabr 2018-ci il tarixli 017R********** saylı kredit razılaşmasına olunmuş 31 may 2020-ci il tarixli 017R**********SA saylı, 19 oktyabr 2020-ci il tarixli 017R**********SB saylı və 28 yanvar 2021-ci il tarixli 017R**********SC saylı dəyişikliklərin, 18 aprel 2019-cu il tarixli 017R********** saylı kredit razılaşmasına olunmuş 31 may 2020-ci il tarixli 017R**********S saylı, 19 oktyabr 2020-ci il tarixli 017R**********SA saylı və 28 yanvar 2021-ci il tarixli 017R**********SB saylı dəyişikliklərin ləğv olunması hissəsinə münasibətdə hesab edir ki, qeyd olunan kredit razılaşması və sazişlər üzrə müddətlər bitdiyindən həmin sazişlərin ləğv olunması hissəsində iddia təmin oluna bilməz. İddia ərizəsində qeyd olunan xüsusatların araşdırılması, aparılmış ödənişlər nəzərə alınmaqla əsas, faiz və cərimə borcunun düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsi üçün xüsusi bilik tələb olunduğundan məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının 09 sentyabr 2022-ci il tarixli, 9/6004 №-li rəyində qeyd olunmuşdur ki, tərəflər arasında bağlanmış 04 iyul 2018-ci il tarixli, 017R********** saylı kredit müqaviləsinin və ona əlavə edilmiş kredit razılaşmalarının qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh3 01 aprel 2022-ci il tarixə İddiaçı QSC-yə olan borcu ümumilikdə 305926,24 manat (əsas borc 281588,51 manat; faiz borcu 24337,73 manat), ekspert rəyinin tərtib edildiyi 09 sentyabr 2022-ci il tarixə olan borcu ümumilikdə 323228,78 manat (əsas borc 281588,51 manat; faiz borcu 41640,27 manat); 06 avqust 2018-ci il tarixli, 017R********** saylı kredit müqaviləsinin və ona əlavə edilmiş kredit razılaşmalarının qeyd olunan şərtləri nəzərə alınmaqla borclunun 01 aprel 2022-ci il tarixə İddiaçı QSC-yə olan borcu ümumilikdə 41318,53 manat (əsas borc 37396,21 manat; faiz borcu 3922,32 manat), ekspert rəyinin tərtib edildiyi 09 sentyabr 2022-ci il tarixə olan borcu ümumilikdə 43616,39 manat (əsas borc 37396,21 manat; faiz borcu 6220,18 manat); 29 yanvar 2016-cı il tarixli, 017R********** saylı kredit müqaviləsinin və ona əlavə edilmiş kredit razılaşmalarının qeyd olunan şərtləri nəzərə alınmaqla borclunun 01 aprel 2022-ci il tarixə İddiaçı QSC-yə olan borcu ümumilikdə 147177,77 ABŞ dolları (əsas borc 125289,3 ABŞ dolları; faiz borcu 21888,49 ABŞ dolları), ekspert rəyinin tərtib edildiyi 09 sentyabr 2022-ci il tarixə olan borcu ümumilikdə 150477,08 ABŞ dolları (əsas borc 125289,3 ABŞ dolları; faiz borcu 25187,78 ABŞ dolları); 05 dekabr 2018-ci il tarixli, 017R********** saylı kredit müqaviləsinin və ona əlavə edilmiş kredit razılaşmalarının qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh3 01 aprel 2022-ci il tarixə İddiaçı QSC-yə olan borcu ümumilikdə 89038,51 ABŞ dolları (əsas borc 83710,14 ABŞ dolları; faiz borcu 5328,37 ABŞ dolları), ekspert rəyinin tərtib edildiyi 09 sentyabr 2022-ci il tarixə olan borcu ümumilikdə 91242,88 ABŞ dolları (əsas borc 83710,14 ABŞ dolları; faiz borcu 7532,74 ABŞ dolları); 18 aprel 2019-cu il tarixli, 017R********** saylı kredit müqaviləsinin və ona əlavə edilmiş kredit razılaşmalarının qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh3 01 aprel 2022-ci il tarixə İddiaçı QSC-yə olan borcu ümumilikdə 140952,87 ABŞ dolları (əsas borc 135480,1 ABŞ dolları; faiz borcu 5472,77 ABŞ dolları), ekspert rəyinin tərtib edildiyi 09 sentyabr 2022-ci il tarixə olan borcu ümumilikdə 144520,51 ABŞ dolları (əsas borc 135480,1 ABŞ dolları; faiz borcu 9040,41 ABŞ dolları); 30 iyul 2019-cu il tarixli, 017R********** saylı kredit müqaviləsinin və ona əlavə edilmiş kredit razılaşmalarının qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh3 01 aprel 2022-ci il tarixə İddiaçı QSC-yə olan borcu ümumilikdə 113236,66 ABŞ dolları (əsas borc 108792,9 ABŞ dolları; faiz borcu 4443,76 ABŞ dolları), ekspert rəyinin tərtib edildiyi 09 sentyabr 2022-ci il tarixə olan borcu ümumilikdə 116101,54 ABŞ dolları (əsas borc 108792,9 ABŞ dolları; faiz borcu 7308,64 ABŞ dolları) məbləğində borcu mövcuddur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, kredit müqavilələri üzrə cavabdehlərdən tutulması tələb olunan məbləğlərdən əsas borc üzrə hesablanmış məbləğlər ekspert rəyində göstərilən əsas borc məbləğləri ilə eynilik təşkil etdiyindən, faiz borcları üzrə tələb olunan məbləğlər isə daha aşağı olduğundan, əsas və faiz borcunun miqdarı iddia tələbinə uyğun müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuş və ödənişlər vaxtında aparılmadığına görə kredit razılaşmasının 4.2.2-ci bəndinə əsasən iddiaçının əsas və faiz məbləğin gecikdirilməsinə görə cərimə məbləğini tələb etmək hüququ yaranmışdır. Lakin məhkəmə 04 iyul 2018-ci il tarixli, 017R********** saylı kredit razılaşması üzrə 281588,51 manat əsas borca tənasübsüz olaraq 62232,84 manat məbləğində, 06 avqust 2018-ci il tarixli, 017R********** saylı kredit razılaşması üzrə 37396,21 manat əsas borca tənasübsüz olaraq 8376,74 manat, 29 yanvar 2016-cı il tarixli, 017R********** saylı kredit razılaşması üzrə 125289,28 ABŞ dolları əsas borca tənasübsüz olaraq 28064,81 ABŞ dolları, 05 dekabr 2018-ci il tarixli, 017R********** saylı kredit razılaşması üzrə 83710,14 ABŞ dolları əsas borca tənasübsüz olaraq 18751,04 ABŞ dolları, 18 aprel 2019-cu il tarixli, 017R********** saylı kredit razılaşması üzrə 135480,06 ABŞ dolları əsas borca tənasübsüz olaraq 30347,52 ABŞ dolları, 30 iyul 2019-cu il tarixli, 017R********** saylı kredit razılaşması üzrə 108792,88 ABŞ dolları əsas borca tənasübsüz olaraq 24369,61 ABŞ dolları cərimənin hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 04 iyul 2018-ci il tarixli, 017R********** saylı kredit razılaşması üzrə 62232,84 manat məbləğində dəbbə pulunun məbləği azaldılmaqla 10000 manat, 06 avqust 2018-ci il tarixli 017R********** saylı kredit razılaşması üzrə 8376,74 manat dəbbə pulunun məbləği azaldılmaqla 2000 manat, 29 yanvar 2016-cı il tarixli 017R********** saylı kredit razılaşması üzrə 28064,81 ABŞ dolları dəbbə pulunun məbləği azaldılmaqla 5000 ABŞ dolları, 05 dekabr 2018-ci il tarixli 017R********** saylı kredit razılaşması üzrə 18751,04 ABŞ dolları dəbbə pulunun məbləği azaldılmaqla 4000 ABŞ dolları, 18 aprel 2019-cu il tarixli 017R********** saylı kredit razılaşması üzrə 30347,52 ABŞ dolları dəbbə pulunun məbləği azaldılmaqla 5000 ABŞ dolları, 30 iyul 2019-cu il tarixli 017R********** saylı kredit razılaşması üzrə 24369,61 ABŞ dolları dəbbə pulunun məbləği azaldılmaqla 2000 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İddiaçı QSC ilə bağlanmış 17S000006437 saylı, 17 mart 2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1, 10S000011001 saylı, 24 sentyabr 2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh4 MMC və 003S**********01 saylı, 31 may 2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh5 borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borlu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Buna görə də məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də qismən təmin olunması üçün əsaslar mövcuddur. Həmçinin, məhkəmə kredit borcuna görə tutmanın cavabdehə məxsus əmlaka yönəldilməsi ilə bağlı məhkəmə hesab edir ki, iddia həmin hissədə də təmin edilməlidir. İşin hallarından göründüyü kimi tərəflər aralarında bağlanmış kredit razılaşmasının təminatı kimi Cavabdeh2 məsxus olan Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti, 85 ünvanında 80,3 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsi (çıxarış Seriya RX: № 1094956, Dövlət reyestrində 1 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində qeydiyyata alınıb, reyestr nömrəsi **********62-05101-083001, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017) və ünvan 6 ünvanında 3 mərtəbəli qeyri-yaşayış binasının 1357,5 kv.metr ümumi sahədən ibarət paylı mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus 966,8 kv.metr sahəsi (çıxarış Seriya RX: № 0245973, Dövlət reyestrində 49a nömrəli reyestr kitabının 4620 nömrəli vərəqində qeydiyyata alınıb, reyestr nömrəsi **********01-06301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2013) İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İşin hallarından göründüyü kimi borclu kimi cavabdeh əsas öhdəliyi icra etmədiyi üçün müqavilənin təminatı kimi qoyulmuş əmlak kopmleks kimi müəssisəyə tutmanın yönəldilməsi barədə tələb də əsaslıdır əsaslı və qanunidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3 və 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bakı Kommersiya Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, e-2-2(113)-3068/2022 nömrəli qərardadına əsasən Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti, 85 ünvanında 80,3 kv.metr sahədən ibarət qeyri-yaşayış sahənin və ünvan 8 ünvanında 3 mərtəbəli qeyri-yaşayış binasının 1357,5 kv.metr ümumi sahədən ibarət paylı mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus 966,8 kv.metr sahənin likvid qiymətinin müəyyən olunması məqsədilə mütəxəssis rəyinin verilməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 26 oktyabr 2022-ci il tarixli, LP-156/2022 nömrəli hesabatda ünvan 8 ünvanında 3 mərtəbəli qeyri-yaşayış binasının 1357,5 kv.metr ümumi sahədən ibarət paylı mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus 966,8 kv.metr sahənin likvid qiyməti ******* manat, eyni tarixli LP-157/2022 nömrəli hesabatda Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti, 85 ünvanında 80,3 kv.metr sahədən ibarət qeyri-yaşayış sahənin likvid qiyməti 95000 manat müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, likvid qiymət müəyyən olunarkən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 26 oktyabr 2022-ci il tarixli, LP-156/2022 və LP-157/2022 nömrəli hesabatları əsas götürülərək, ünvan 8 ünvanında 3 mərtəbəli qeyri-yaşayış binasının 1357,5 kv.metr ümumi sahədən ibarət paylı mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus 966,8 kv.metr sahənin likvid qiyməti ******* manat, Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti, 85 ünvanında 80,3 kv.metr sahədən ibarət qeyri-yaşayış sahənin likvid qiyməti 95000 manat müəyyən olunmalıdır. Lakin məhkəmə iddianın “ipoteka predmeti olan əmlakın boşaldılması” hissəsini əsassız hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 59.3-cu maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4-cü maddəsinə əsasən həmin Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Qeyd olunan normanın məzmunundan görünür ki, mənzildən çıxarılma ilə bağlı ayrıca məhkəmə qərarı tələb olunmur və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi həmin tələbin təmin olunması üçün əsasdır. İddianın “Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti, 85 ünvanında 80,3 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, ünvan 3 ünvanında 3 mərtəbəli qeyri-yaşayış binasının 1357,5 kv.metr ümumi sahədən ibarət paylı mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus 966,8 kv.metr sahəsinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi” hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. 30 dekabr 2018-ci il tarixdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.4-cü maddəsinə dəyişiklik edilmişdir. Həmin maddənin yeni redaksiyasında göstərilmişdir ki, Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi qanunverici ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka qoyulmuş yaşayış sahəsindən çıxarılmasının yeni qaydasını müəyyən etmişdir. Həmin qaydaya görə bunun həyata keçirilməsi üçün ayrıca iddianın qaldırılması və məhkəmə tərəfindən qərarın qəbul edilməsi tələb olunmur, çünki qanunun imperativ göstərişinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqdan sonra ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Lakin hazırkı mübahisənin predmeti olan ipoteka müqavilələri qanunda dəyişikliyin edildiyi tarixdən (30 dekabr 2018-ci il) əvvəl bağlandığına görə bu müddəalar tətbiq edilə bilməz. Həmin müddəalar tətbiq edildiyi halda bu tələblərlə bağlı ayrıca iddianın irəli sürülməsi və məhkəmə tərəfindən baxılması üçün əsaslar mövcud olmadığından, iş üzrə icraata xitam verilməli idi. Buna görə də hazırkı mübahisə üzrə qanunun həmin tarixdən əvvəlki redaksiyada olan müddəaları tətbiq olunmalıdır. Həmin müddəalar nəzərə alındığı təqdirdə məhkəmə iddianı bu hissədə əsassız hesab edir. Belə ki, normada “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda” ifadəsi işlənir qeyd olunur ki, iddianın bu hissədə təmin olunduğu təqdirdə məhkəmə qərarı ehtimala əsaslanır. Digər tərəfdən isə bu halda iddia irəli sürmək hüququnun mülkiyyətçi olaraq iddiaçıya məxsus olub – olmayacağı məlum deyildir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, "xxxx" QSC ilə Cavabdeh3 arasında bağlanmış 12 sentyabr 2013-cü il tarixli 10L000005329 saylı kredit xətti müqaviləsi, 05 dekabr 2018-ci il tarixli 017R********** saylı, 18 aprel 2019-cu il tarixli 017R********** saylı və 30 iyul 2019-cu il tarixli 017R********** saylı kredit razılaşmaları və həmin kredit razılaşmalara əlavə bağlanmış sazişlər ləğv edilməli, 04 iyul 2018-ci il tarixli, 017R********** saylı kredit razılaşması üzrə 281588,51 manat məbləğində əsas borc, 23033,97 manat məbləğində faiz və 10000 manat məbləğində cərimə olmaqla, ümumilikdə 314622,48 manat, 06 avqust 2018-ci il tarixli, 017R********** saylı kredit razılaşması üzrə 37396,21 manat məbləğində əsas borc, 3102,42 manat məbləğində faiz və 2000 manat məbləğində cərimə olmaqla ümumilikdə 42498,63 manat, 29 yanvar 2016cı il tarixli, 017R********** saylı kredit razılaşması üzrə 125289,28 ABŞ dolları məbləğində əsas borc, 3518,51 ABŞ dolları məbləğində faiz və 5000 ABŞ dolları məbləğində cərimə olmaqla, ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla ümumilikdə 133807,79 ABŞ dolları, 05 dekabr 2018-ci il tarixli, 017R********** saylı kredit razılaşması üzrə 83710,14 ABŞ dolları məbləğində əsas borc, 3124,19 ABŞ dolları məbləğində faiz borcu və 4000 ABŞ dolları məbləğində cərimə olmaqla ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla ümumilikdə 90834,33 ABŞ dolları, 18 aprel 2019-cu il tarixli, 017R********** saylı kredit razılaşması üzrə 135480,06 ABŞ dolları məbləğində əsas borc, 5202,56 ABŞ dolları məbləğində faiz və 5000 ABŞ dolları məbləğində cərimə olmaqla, ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla ümumilikdə 145682,62 ABŞ dolları, 30 iyul 2019-cu il tarixli, 017R********** saylı kredit razılaşması üzrə 108792,88 ABŞ dolları məbləğində kredit borcu, 4116,86 ABŞ dolları məbləğində faiz borcu və 2000 ABŞ dolları məbləğində cərimə olmaqla, ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla ümumilikdə 114909,74 ABŞ dolları məbləğində pul vəsaiti, ümumilikdə 2 kredit razılaşması üzrə cəmi 357121,11 manat və 4 kredit razılaşması üzrə ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla cəmi 485234,48 ABŞ dolları məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, borcun ödənilməsi üçün tutma Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti, 85 ünvanında 80,3 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinə və ünvan 9 ünvanında 3 mərtəbəli qeyri-yaşayış binasının 1357,5 kv.metr ümumi sahədən ibarət paylı mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus 966.8 kv.metr sahəsinə yönədildilməli, həmin əmlakların likvid dəyəri müvafiq olaraq 95000 manat və ******* manat müəyyən edilməklə açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına 355321,11 manat və ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla 485234,48 ABŞ dolları məbləğində borc ödənilməli, əmlakın satışından əldə edilmiş pul vəsaiti borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən həmin Qanuna uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini və iddianın qismən təmin olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsinə görə və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumunun əvəzi qismində ödənilmiş 1264 manat məbləğində pul vəsaiti, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və 240 manat məbləğində xidmət haqqı cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, əmlakın qiymətləndirilməsi üçün xərclənmiş 600 manat məbləğində pul vəsaitinin 510 manat məbləğində hissəsi müştərək qaydada cavabdehlərdən, 90 manat məbləğində hissəsi isə iddiaçıdan tutularaq "xxxx" MMC-nin hesabına, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 800 manat məbləğində pul vəsaitinin 680 manat məbləğində hissəsi müştərək qaydada cavabdehlərdən, 120 manat məbləğində hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçiriməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4nə qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddiası qismən təmin edilsin. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 12 sentyabr 2013-cü il tarixli 10L000005329 saylı kredit xətti müqaviləsi, 05 dekabr 2018-ci il tarixli 017R********** saylı, 18 aprel 2019-cu il tarixli 017R********** saylı və 30 iyul 2019-cu il tarixli 017R********** saylı kredit razılaşmaları və həmin kredit razılaşmalara əlavə bağlanmış sazişlər ləğv edilsin. 04 iyul 2018-ci il tarixli, 017R********** saylı kredit razılaşması üzrə 281588,51 manat məbləğində əsas borc, 23033,97 manat məbləğində faiz və 10000 manat məbləğində cərimə olmaqla, ümumilikdə 314622,48 manat, 06 avqust 2018-ci il tarixli, 017R********** saylı kredit razılaşması üzrə 37396,21 manat məbləğində əsas borc, 3102,42 manat məbləğində faiz və 2000 manat məbləğində cərimə olmaqla ümumilikdə 42498,63 manat, 29 yanvar 2016-cı il tarixli, 017R********** saylı kredit razılaşması üzrə 125289,28 ABŞ dolları məbləğində əsas borc, 3518,51 ABŞ dolları məbləğində faiz və 5000 ABŞ dolları məbləğində cərimə olmaqla, ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla ümumilikdə 133807,79 ABŞ dolları, 05 dekabr 2018-ci il tarixli, 017R********** saylı kredit razılaşması üzrə 83710,14 ABŞ dolları məbləğində əsas borc, 3124,19 ABŞ dolları məbləğində faiz borcu və 4000 ABŞ dolları məbləğində cərimə olmaqla ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla ümumilikdə 90834,33 ABŞ dolları, 18 aprel 2019-cu il tarixli, 017R********** saylı kredit razılaşması üzrə 135480,06 ABŞ dolları məbləğində əsas borc, 5202,56 ABŞ dolları məbləğində faiz və 5000 ABŞ dolları məbləğində cərimə olmaqla, ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla ümumilikdə 145682,62 ABŞ dolları, 30 iyul 2019-cu il tarixli, 017R********** saylı kredit razılaşması üzrə 108792,88 ABŞ dolları məbləğində kredit borcu, 4116,86 ABŞ dolları məbləğində faiz borcu və 2000 ABŞ dolları məbləğində cərimə olmaqla, ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla ümumilikdə 114909,74 ABŞ dolları məbləğində pul vəsaiti, ümumilikdə 2 kredit razılaşması üzrə cəmi 357121,11 manat və 4 kredit razılaşması üzrə ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla cəmi 485234,48 ABŞ dolları məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh3, Cavabdeh4ndən, Cavabdeh1 və Cavabdeh5 tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Borcun ödənilməsi üçün tutma Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti, 85 ünvanında 80,3 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinə və ünvan 8 ünvanında 3 mərtəbəli qeyri-yaşayış binasının 1357,5 kv.metr ümumi sahədən ibarət paylı mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus 966.8 kv.metr sahəsinə yönədilsin, həmin əmlakların likvid dəyəri müvafiq olaraq 95000 manat və ******* manat müəyyən edilməklə açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına 355321,11 manat və ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla 485234,48 ABŞ dolları məbləğində pul vəsaiti borc ödənilsin, əmlakın satışından əldə edilmiş pul vəsaiti borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ müştərək qaydada Cavabdeh3, Cavabdeh4ndən, Cavabdeh1 və Cavabdeh5 tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İlkin mediasiya sessiyasının keçirilməsinə görə və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 1264 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və 240 manat məbləğində xidmət haqqı müştərək qaydada Cavabdeh3, Cavabdeh4ndən, Cavabdeh1, Cavabdeh5 tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Əmlakın qiymətləndirilməsi üçün 600 manat məbləğində pul vəsaitinin 510 manat məbləğində hissəsi müştərək qaydada Cavabdeh3, Cavabdeh4ndən, Cavabdeh1, Cavabdeh5, 90 manat məbləğində hissəsi "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin hesabına keçirilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 800 manat məbləğində pul vəsaitinin 680 manat məbləğində hissəsi müştərək qaydada Cavabdeh3, Cavabdeh4ndən, Cavabdeh1, Cavabdeh5, 120 manat məbləğində hissəsi "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3068/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3068/2022
17.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver