Məhkəmə qərarları › İş №e-2-2(113)-3069/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3069/2025

11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3069/2025 11.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdehnə (Qanuni nümayəndə müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) qarşı “illik 5% ilə hesablanan pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: illik 5 faiz ilə hesablanan pul tələbi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, Cavabdehin və 3-cü şəxsin iştirakı olmadan, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdehnə (Qanuni nümayəndə müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 57.187,30 (əlli yeddi min yüz səksən yeddi manat 30 qəpik) manat borcun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 261,56 (iki yüz altmış bir manat, 56 qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2007-ci il tarixli 498 saylı kredit müqaviləsinə əsasən sonuncuya sahibkarlığın inkişafı məqsədi ilə 20% dərəcəsi ilə 12 ay müddətinə 200.000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq bağlanmış ipoteka müqaviləsinə əsasən Qanuni nümayəndə məxsus olan ünvan 1 ünvanında 0.28537 ha torpaq sahəsində yerləşən 3772.4 kv.m. ümumi, 1574.2 kv.m. əsas, 2198.2 kv.m. köməkçi sahədən ibarət əmlak kompleksi ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəlik vaxtında icra edilmədiyindən Bank borcluya və ipoteka qoyana qarşı iddia qaldırmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5329/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqi ilə Cavabdeh MMC-dən İddiaçı ASCnin xeyrinə əsas borca görə 185.000 manat, faizə görə 55.112 manat, dövlət rüsumu kimi ödənilmiş 20 manat olmaqla, cəmi 240.132 manat pulun tutulması, tutmanın Qanuni nümayəndə məxsus əmlak kompleksinə yönəldilməsi qət edilmişdir. Lakin Cavabdeh MMC kredit müqaviləsi üzrə öhdəliyini bügünədək tam icra etməmişdir. İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 17 dekabr 2007-ci il tarixli 498 saylı kredit müqaviləsi üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5329/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi tarixindən 25 fevral 2025-ci il tarixindək qalıq əsas borca Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən tələb 57.187,30 (əlli yeddi min yüz səksən yeddi manat 30 qəpik) manat təşkil edir. Bank tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli pretenziya ilə müraciət edilərək qeyd edilən borcun 3 (üç) gün müddətində ödənilməsi tələb edilmişdir. Lakin cavabdeh borcu ödəməkdən yayınmışdır.

3. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iştirak edən Qanuni nümayəndə eiraz ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin (ləğv prosesindədir) ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh MMC-yə qarşı pul tələbinə dair hazırki iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "Texnikabank” ASC-nin (ləğv prosesindədir) ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh "Əhmədli-C” MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia tələbini ipoteka təminatlı Texnikabank” ASC ilə "Əhmədli-C” MMC arasında bağlanmış xx.xx.2007-ci il tarixli 498 saylı kredit müqaviləsi üzrə əsas borcdan qalıq məbləğin Mülki Məcəllənin 445.7-ci maddəsində müəyyən edilmiş illik 5 % məbləğlə əsaslandırmağa çalışmışdır. Aşağıdakılara əsasən hesab edirik ki, iddia tələbi tamamilə əsassız olduğundan və əsassız varlanma məqsədi daşıdığından rədd edilməlidir. Belə ki, "Texnikabank” ASC ilə "Əhmədli-C” MMC arasında bağlanmış xx.xx.2007-ci il tarixli 498 saylı kredit müqaviləsinə əsasən illik 20% dərəcəsi ilə 12 ay müddətinə 200.000 manat məbləğində kredit verilmiş, həmin kreditin təminatı kimi bağlanmış ipoteka müqaviləsinə əsasən Qanuni nümayəndə məxsus olan ünvan 1 ünvanında 0.28537 ha torpaq sahəsində yerləşən 3772.4 kv.m. ümumi, 1574.2 kv.m. əsas, 2198.2 kv.m. köməkçi sahədən ibarət əmlak kompleksi ipoteka ilə yüklü edilmişdir. Müəyyən obyektiv səbəblərdən müəssisənin maliyyə vəziyyəti ağırlaşdığına görə kredit öhdəliyinin pul vasitəsilə icrası mümkün olmamış, bank bununla bağlı tutulma yönəldilməsi iddia tələbi ilə məhkəmə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən "Əhmədli-C” MMC-dən bankın xeyrinə xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 240 132 manatın tutulması və Qanuni nümayəndə məxsus olan ünvan 1 ünvanında 0.28537 ha torpaq sahəsində yerləşən 3772.4 kv.m. ümumi, 1574.2 kv.m. əsas, 2198.2 kv.m. köməkçi sahədən ibarət əmlak kompleksinə tutma yönəldilməsi, əmlak kompleksinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi qət edilmiş, icra vərəqəsi icra edilməsi üçün Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, əvvəlcə bankın öz müraciəti əsasında icra sənədi "İcra haqqında” Qanunun 23.1.1-ci maddəsinə əsasən onu vermiş məhkəməyə qaytarılmış, daha sonra 2018-ci ildə bankın ləğvedicisinin müraciəti əsasında icra sənədi "İcra haqqında” Qanunun 23.3-cü maddəsinə əsasən yenidən icraya yönəldilmiş, əmlak kompleksinin ilkin satış qiyməti 630 000 manat olmaqla açıq hərracdan satılması üçün "X2” MMC-yə sifariş verilmişdir. Əmlak kompleksinin açıq hərracdan satılması məqsədilə xx.xx.2018-ci il tarixdə birinci hərrac, satış qiyməti 535 500 manat olmaqla xx.xx.2018-ci il tarixdə təkrar hərrac keçirilmiş, lakin hərrac baş tutmamışdır. Əmlak kompleksi "İpoteka haqqında” Qanunun 437-43.8-ci maddələrinə müvafiq olaraq təkrar hərracdakı satış qiymətinin 25% aşağı qiymətə banka təklif edilsə də, bank tərəfindən əldə edilməmişdir. Məlumat üçün bildiririk ki, icra sənədinin icrası dövründə, 2015-ci ilədək tələb məbləğinin əhəmiyyətli hissəsi icra olunmuş, təxminən 70 min manat civarında borc qalmışdır. Daha sonra ipoteka haqqında qanunvericiliyin tələblərinə zidd olsa da, əmlakın açıq hərracdan satışı ilə bağlı "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-yə xx.xx.2021-ci il tarixdə növbəti dəfə hərrac sifariiş verilmiş, həmin hərrac təşkilatı tərəfindən 2021-ci il 23 sentyabr və 12 oktyabr tarixlərində ilkin və təkrar (faktiki olaraq üçüncü və dördüncü) hərraclar keçirilmiş, xx.xx.2021-ci il tarixdə isə tələbkara təkrar hərracın baş tutmaması və əmlakın əldə edilməsi imkanı ilə bağlı məlumat verilmiş, faktiki olaraq ipoteka saxlayan üçün növbəti dəfə əmlakı 25% aşağı qiymətə almaq üçün şərat yaradılmış, bu dəfə də əmlak bank tərəfindən əldə edilməmişdir. Bundan sonra Xətai rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli "İcra sənədinin məhkəməyə qaytarılması haqqında” Qərarına əsasən həmin icra sənədi onu vermiş məhkəməyə geri qaytarılmışdır. Qərar onunla əsaslandırılmışdır ki, əmlak hərrac təşkilatı tərəfindən ipoteka saxlayana təklif olunsa da ipoteka saxlayan bank tərəfindən əldə edilməmişdir. Beləliklə, ipoteka predmeti olan əmlakın hətta ipoteka haqqında qanunvericiliyin tələblərinə zidd olaraq faktiki olaraq 4 dəfə hərracı keçirilmiş, 2 dəfə ipoteka saxlayan üçün əmlakı təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə əldə etmək imkanı yaradılmış, lakin yenə də əmlak əldə edilməmişdir. Mülki Məcəllənin 446.1-ci maddəsinə əsasən kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır. Sözügedən icra sənədinin icraatı ilə bağlı həyata keçirilmiş icra tədbirlərindən göründüyü kimi həmin icra sənədinin icrasının ləngiməsi cavabdehin öz öhdəliklərinin təqsirli və qərəzli pozuntusu səbəbindən baş verməmiş, burada təqsirkar tərəf məhz elə iddiaçının özü olmuşdur. Beləliklə, yuxarıda qeyd edilənləri və məhkəmə qərarlarının icrası ilə bağlı kredit öhdəliklərinin icrası zamanı borclunun mülki təqsirini müəyyən edən Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009cu il tarixli Qərarında formalaşan hüquqi mövqeyi nəzərə alaraq hesab edirik ki, iddia tələbi əsaslı hesab edilə bilməz. "İcra haqqında” Qanunun 1-1-ci maddəsinə əsasən icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. "İcra haqqında” Qanunun 23.1.4cü maddəsinə əsasən tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi onu vermiş məhkəməyə qaytarılır. "İcra haqqında” Qanunun 23.1.5-ci maddəsinə əsasən tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi onu vermiş məhkəməyə qaytarılır. "İcra haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 -23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. İcra haqqında qanunvericiliyin tələbindən göründüyü kimi tələbkar da icra sənədinin icra olunması istiqamətində borclu ilə birlikdə hərəkət etməli, tələbin icrası istiqamətində təşəbbüs göstərməli, tələb olunan prosessual hərəkətləri vaxtında icra etməlidir. Beləliklə qanunvericilik öhdəliklərin icrası ilə bağlı təkcə borclunu deyil, həm də tələbkarı (kreditoru) intizamlandırmışdır. Eyni zamanda, Ali Məhkəmənin Plenumunun "Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 04 saylı Qərarının 11.1-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, məhkəmə tərəfindən qətnamənin icra qaydası qanunun tələbindən və işin hallarından asılı olaraq müəyyən olunur. Əgər məhkəmə öz qətnaməsinin icrası üçün bu və ya digər qaydanı tətbiq etməyi məqsədəuyğun hesab edirsə və yaxud həmin qayda-qanuna əsasən tətbiq edilməlidirsə, qətnamənin mətnində onun icra qaydası da müəyyənləşdirilməlidir. MPM-in 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Belə ki, sözügedən icra sənədinin məzmunundan göründüyü kimi, icra sənədinin icra qaydası və icra üsulu icra sənədini vermiş məhkəmə tərəfindən icra sənədinin məzmununda bilavasitə göstərilmiş, borcludan tutulmalı olan kredit borcunun məhz ipoteka predmetlərinin açıq hərracdan realizəsi qaydasında ödənilməsi üsulu qət edilmişdir. Belə ki, sözügedən icra sənədi həmin icra sənədində nəzərdə tutulmuş icra üsulu və icra qaydası üzrə borclu tərəfindən tam icra olunmuş, həmin icra sənədi üzrə tələbin icrası ilə bağlı bütün mümkün icra tədbirləri icra məmuru tərəfindən həyata keçirilmiş - icra sənədi üzrə tutmanın yönəldildiyi ipoteka predmeti dəfələrlə, hətta qanunvericilikdə müəyyən edilmiş həddən də artıq, açıq hərracdan satışa çıxarılmış, qanunvericilik 2 dəfə imkan verdiyi halda faktiki olaraq 4 dəfə açıq hərraclar keçirilmiş və əmlak tələbkar (ipoteka saxlayan) tərəfindən əldə olunmamışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

6. Cavabdehə və 3-cü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər.

7. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin və 3-cü şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli 2(103)- 5329/2012 saylı qətnaməsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh MMC-yə və Qanuni nümayəndə qarşı kredit müqaviləsi üzrə borcların tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi tələbinə dair iddia ərizəsi təmin edilmiş, "xxxx" MMC-dən İddiaçı ASC-nin xeyrinə 17 dekabr 2007-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış əsas borca görə 185.000 (yüz səksən beş min) manat, faiz borcuna görə 55.112 (əlli beş miri yüz on iki) manat, dövlət rüsumu kimi ödənilmiş 20 manat, cəmi 240.132 (iki yüz qırx min yüz otuz iki) manat tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş Qanuni nümayəndə məxsus ünvan 1, 0.28537 ha torpaq sahəsində yerləşən 3772,4 kv metr ümumi,1574.2 kv metr əsas, 2198.2 kv metr köməkçi sahədən ibarət əmlak kompleksinə yönəldilməsi, Əmlak kompleksnıni açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına İddiaçı ASC-yə 240132 manat ödənilməsi, borc ödənildikdən sonra artıq qalan məbləğın Qanuni nümayəndə qaytarılması qətt edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün icra vərəqəsi Xətai Rayon İcra Şöbəsinə göndərilmişdir.

10. Xətai Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5329/2012 saylı xx.xx.2012-ci il tarixli icra sənədi üzrə icra icraatı başlanılmışdır. Daha sonra ipoteka əmlakının giymətləndirilməsi üçün icra məmuru tərəfindən "xxxx" MMC dəvət edilmişdir. Həmin MMC-nin xx.xx.2018-ci il tarixli rəyinə əsasən ünvan 1, 0.28537 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin bazar dəyəri 630.000 manat müəyyən edilmişdir.

11. Xətai Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli xx/xx-20582 saylı məktubu ilə qeyd edilən ipoteka predmetinin açıq hərracda satışını təşkil etmək üçün “X2” MMC-yə sifariş verilmiş.

12. Hərrac mərkəzi tərəfindən Cavabdeh MMC, Qanuni nümayəndə, Bakı şəhəri Xətai rayon İcra Şöbəsi və İddiaçı ASC-yə göndərilmiş açıq hərracın keçirilməsinə dair xx.xx.2018-ci il tarixli 01/133 nömrəli bildirişə əsasən ünvan 1 0,028537 ha torpaq sahəsində yerləşən əmlak kompleksi ilkin satış qiyməti 630.000 manat olmaqla hərraca çıxarılacağı, hərracın 2018-ci il 16 noyabr tarixində saat 11:00-da keçiriləcəyi bildirilmişdir.

13. Hərrac mərkəzi tərəfindən Cavabdeh MMC, Qanuni nümayəndə, Bakı şəhəri Xətai rayon İcra Şöbəsi və İddiaçı ASC-yə göndərilmiş açıq hərracın keçirilməsinə dair 2018-ci il 23 noyabr tarixli 01/133-1 nömrəli bildirişə əsasən ünvan 1 0,028537 ha torpaq sahəsində yerləşən əmlak kompleksi ilkin satış qiyməti 535500 manat olmaqla hərraca çıxarılacağı, hərracın 2018-ci il 07 dekabr tarixində saat 11:00-da keçiriləcəyi bildirilmişdir.

14. Hərrac mərkəzinin Xətai Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı 22 yanvar 2019-cü il tarixli məktubundan görünür ki, təyin edilmiş hərraclarda iştirakçı olmadığı üçün hərrac baş tutmamışdır və ipoteka saxlayan ipoteka predmetini 30 təqdiv günü müddətində əldə etmədiyi üçün sənədlər toplusu Xətai rayon İcra və Probasiya şöbəsinə geri qaytarılmışdır.

15. Daha sonra Xətai Rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli xx/xx- 173733/2019-9 saylı məktubu ilə qeyd edilən ipoteka predmetinin açıq hərracda satışını təşkil etmək üçün "xxxx" MMC-yə sifariş verilmiş.

16. "xxxx" MMC-nin Əhmədli-C” MMC, Qanuni nümayəndə, Bakı şəhəri Xətai rayon İcra Şöbəsi və İddiaçı ASC-yə göndərilmiş açıq hərracın keçirilməsinə dair 2021-ci il 31 avqust tarixli 01 nömrəli bildirişə əsasən ünvan 1 0,028537 ha torpaq sahəsində yerləşən əmlak kompleksi ilkin satış qiyməti 630.000 manat olmaqla hərraca çıxarılacağı, hərracın 2021-ci il 23 sentyabr tarixində saat 11:00-da keçiriləcəyi bildirilmişdir.

17. "xxxx" MMC-nin Əhmədli-C” MMC, Qanuni nümayəndə, Bakı şəhəri Xətai rayon İcra Şöbəsi və İddiaçı ASC-yə göndərilmiş açıq hərracın keçirilməsinə dair 2021-ci il 28 sentyabr tarixli 02 nömrəli bildirişə əsasən ünvan 1 0,028537 ha torpaq sahəsində yerləşən əmlak kompleksi ilkin satış qiyməti 535500 manat olmaqla hərraca çıxarılacağı, hərracın 2021-ci il 12 oktyabr tarixində saat 11:00-da keçiriləcəyi bildirilmişdir.

18. "xxxx" MMC-nin Xətai Rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Qanuni nümayəndə məxsus ünvan 1ndə yerləşən əmlak kompleksi üzrə mövcüd qanunvericiliyə uyğun olaraq hərraclar keçirilmişdir. Sirafişin icra müddəti baş çatdığı üçün sənədlər geri qaytarılmışdır.

19. Xətai Rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən icra sənədinin məhkəməyə qaytarılması haqqında xx.xx.2022-ci il tarixli qərarına əsasən Cavabdeh MMC-dən "Texikabank” ASC-nin xeyrina ümumilikdə 240132 manat pulun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Qanuni nümayəndə məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ş Səmədov küçəsi. 028537 ha torpaq sahəsinda yerləşən 3772.4 kv.m ümumi, 1574.2 kv m əsas. 2198.2 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinə yönəldilməsi, həmin əmlak kompleksinin açıq hərracda satılması və satışdan əldə olunmuş vəsaut hesabına “Texnikabank" ASC-yə olan 240132 manat borcun Ödənilməsi, artıq qalan məbləğin Qanuni nümayəndə Murlu/ oğluna qaytan İması qərara alınmışdır. Qeyd edilən əmlak kompleksi “Qiymətləndirmə Xidməti Mərkəzi" MMC tərəfindən 630000 manat məbləğində qiymətləndirilmişdir. Qiymətləndirilmiş əmlak kompleksi satılması üçün “Daşınar və Daşınmaz Əmlaklann Satışı üzrə Hərrac Mərkəzi" MMC-yə xx.xx.2021 -ci il tarixdə sifariş verilmişdir. Hərrac təçkilatı tərəfindən hərrac qanunvericiliklə nəzərdə tutulmuş qaydada keçirilmiş, son hərrac keçirilərkən, yəni xx.xx.2021 -ci il tarixdə tələbkara məlumat verilmişdir. Həmin əmlak kompleksi satılmadığından sənədlər xx.xx.2022-ci il tarixdə geri qaytarılmışdır. Eyni zamanda tələbkar tərəfindən da həmin əmlak kompleksi qəbul edilməmişdir. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsini rəhbər tutaraq İcra sənədinihn onu vermiş məhkəməyə geri qaytarılması qərara alınmışdır.

20. Məhkəmə iddiaçınn nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır.

21. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 9 iyul 2009-cu il tarixli Qərarının əsaslandırıcı hissəsində göstərilmişdir ki, “...Belə müqavilələrdən birini MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Bu öhdəliklərin icrasının təminatının əsas üsullarından biri kimi MM-in 280-ci maddəsində nəzərdə tutulmuş girov müqaviləsi çıxış edir. MM-in 295-ci maddəsində göstərilmiş əsaslar olduqda, kreditor tələbini girova yönəldə bilər. Girovun xüsusi növlərindən biri kimi isə mülki qanunvericilik ipotekanı nəzərdə tutur. Bununla belə, MM-in 399-cu maddəsi ilə tərəflər arasında müqavilə münasibətlərinə xitam verilməsinin müqavilənin qüvvədə olma müddəti ilə, belə müddət müəyyən edilmədikdə isə, öhdəliyin icrasının başa çatması ilə əlaqələndirilməsini nəzərə alaraq, borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tərəflər arasında, həmçinin, yeni — tələbkar-borclu münasibətləri yaranır ki, məhz bu müstəvidə məsələnin həllindən müqavilə münasibətlərinin xitamı məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşür. Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Məhz bu mövqedən çıxış edərək, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir.”

22. Belə ki, məhkəmə tərəfindən müəyyən edilir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən borclu Cavabdeh MMC-dən 240132 manat pul vəsaiti tutularaq hazırkı iş üzrə iddiaçıya ödənilməli idi. Həmin borc məbləği üzrə tutma isə hazırkı iş üzrə 3-cü şəxs Qanuni nümayəndə məxsus ünvan 1, 0.28537 ha torpaq sahəsində yerləşən əmlak kompleksinə yönəldilməsinə yönəldilməli dir. İcra icraatı zamanı ipoteka predmeti olan əmlak təqdim edilmiş, həmin əmlakın satılması üçün iki dəfə fərqli hərrac mərkəzlərinə sifarişlər edilmiş, lakin keçirilmiş hərraclar baş tutmadığı və hər dəfəsində tələbkar ipoteka əmlakını əldə etmədiyi üçün icra vərəqəsi məhkəməyə geri qaytarılmışdır. Buna baxmayaraq borclu qətnamənin icrası üzrə hərəkətlər etmiş, 240132 manat borcun çox hissəsinin ödənişlərini həyata keçirmişdir. İddiaçının maliyyə arayışına əsasən yuxarıda qeyd edilən qətnamə üzrə ödənilməmiş qalan borcun məbləği 78.370 manat təşkil edir. İddiaçı isə illik 5% ilə hesablamaqla əlavə olaraq 57.187,30 manat əldən çıxmış faydanın cavabdehdən tutulmasını tələb edir.

23. Belə olan halda məhkəmənin mövgeyinə görə cavabdehin bank qarşısında olan öhdəliyin vaxtında və qərəzli surətdə icrasından boyun qaçırma kimi qiymətləndirilə bilməz.

24. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən Plenum Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə pul öhdəliklərininin icra olunmadığı halda borclu heç də hər bir halda Mülki Məcəllənin 449.1-ci maddəsində müəyyən edilmiş maliyyə sanksiyalarına məruz qalmamalıdır, burada təqsir mülki hüquq pozuntusunun zəruri elementidir və Mülki Məcəllənin 448-ci maddəsinin tələbləri kontekstində bu halda borclunun təqsiri müəyyən edilməlidir, təqsir mövcud deyildirsə hətta pul öhdəlikləri icra olunmamışsa belə hər hansı maliyyə sanksiyasından söhbət gedə bilməz. Hazırki vəziyyətdə isə pul öhdəlikləri icra sənədində müəyyən edilmiş qaydada və üsulla (ipoteka əmlakı icraçıya təqdim edilmiş, əlavə olaraq icra vərəqəsinin 70% borc hissəsi ödənilmişdir) icra edilmişdir.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin hallarından göründüyü kimi kredit öhdəliklərinin naturada icrası borclunun risk dairəsinə daxil olmayan və kreditorun özünün risk dairəsinə daxil olan öhdəliklərdir (“İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq təkrar hərracın baş tutmamasından sonra 30 gün ərzində predmeti əldə etmək, “İcra haqqında” Qanunun 53cü maddəsinə əsasən tələbin yönəldildiyi predmeti əldə etmək). Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin vaxtında icra edilməməsi icra sənədi üzrə borclunun hərəkət və ya hərəkətsizliyi ilə əlaqədar olmamışdır.

26. Həmin Məcəllənin 448.2-ci və 448.4-cü maddələrinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 458-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Bu Məcəllənin 458.1-ci maddəsinin qaydaları bu Məcəlləyə və ya müqaviləyə görə borclunun öz təqsirindən asılı olmayaraq öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşıdığı hallarda da müvafiq surətdə tətbiq edilir.

27. Məhkəmənin qənaətinə görə sözügedən icra sənədinin icraatı ilə bağlı həyata keçirilmiş icra tədbirlərindən göründüyü kimi həmin icra sənədinin icrasının ləngiməsi cavabdehin öz öhdəliklərinin təqsirli və qərəzli pozuntusu səbəbindən baş verməmişdir.

28. Bundan başqa “İcra haqqında” Qanunun 1-1-ci maddəsinə əsasən icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır.

29. Həmin Qanunun 23.1.4-cü maddəsinə əsasən tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi onu vermiş məhkəməyə qaytarılır.

30. Həmin Qanunun 23.1.5-ci maddəsinə əsasən tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi onu vermiş məhkəməyə qaytarılır.

31. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5- ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir.

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 446.1-ci maddəsinə əsasən kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır. İcra haqqında qanunvericiliyin tələbindən göründüyü kimi tələbkar da icra sənədinin icra olunması istiqamətində borclu ilə birlikdə hərəkət etməli, tələbin icrası istiqamətində təşəbbüs göstərməli, tələb olunan prosessual hərəkətləri vaxtında icra etməlidir. Beləliklə qanunvericilik öhdəliklərin icrası ilə bağlı təkcə borclunu deyil, həm də tələbkarı (kreditoru) intizamlandırmışdır.

33. Eyni zamanda, Ali Məhkəmənin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 04 saylı Qərarının 11.1-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, məhkəmə tərəfindən qətnamənin icra qaydası qanunun tələbindən və işin hallarından asılı olaraq müəyyən olunur. Əgər məhkəmə öz qətnaməsinin icrası üçün bu və ya digər qaydanı tətbiq etməyi məqsədəuyğun hesab edirsə və yaxud həmin qayda qanuna əsasən tətbiq edilməlidirsə, qətnamənin mətnində onun icra qaydası da müəyyənləşdirilməlidir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir.

35. Belə ki, sözügedən icra sənədinin məzmunundan göründüyü kimi, icra sənədinin icra qaydası və icra üsulu icra sənədini vermiş məhkəmə tərəfindən icra sənədinin məzmununda bilavasitə göstərilmiş, borcludan tutulmalı olan kredit borcunun məhz ipoteka predmetlərinin açıq hərracdan realizəsi qaydasında ödənilməsi üsulu qət edilmişdir.

36. Sözügedən icra sənədi həmin icra sənədində nəzərdə tutulmuş icra üsulu və icra qaydası üzrə borclu tərəfindən tam icra olunmuş, həmin icra sənədi üzrə tələbin icrası ilə bağlı bütün mümkün icra tədbirləri icra məmuru tərəfindən həyata keçirilmiş icra sənədi üzrə tutmanın yönəldildiyi ipoteka predmeti açıq hərracdan satışa çıxarılmış, açıq hərraclar keçirilmiş, alıcı olmamış və əmlak tələbkarın seçiminə görə əldə edilməmişdir.

37. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri və məhkəmə qərarlarının icrası ilə bağlı kredit öhdəliklərinin icrası zamanı borclunun mülki təqsirini müəyyən edən Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında formalaşan hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün əlavə olaraq 57.187,30 manat faiz borcunun cavabdehdən tutulması hissəsində əsaslı hesab edilə bilməz, iddia rədd edilməlidir.

38. Məhəmə xərclərinə gəldikdə, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 261,56 manat dövlət rüsumu ödənilmişdir.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

41. Məhkəmə hesab edir ki, iddia tələbi rədd olunduğu üçün işə baxılması ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçı tərəfin özünə aid edilməlidir.

V. Nəticə:

42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdehnə (Qanuni nümayəndə müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) qarşı 57.187,30 manat borcun tutulması tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar