Məhkəmə qərarları › İş №e-2-2(113)-3071/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3071/2023

22.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3071/2023 22.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə4 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Nümayəndə1, "xxxx" MMC-yə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMC və Nümayəndə1 birgə qaydada DCL00218713-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 149.700 manat əsas borc, 8.407,27 manat faiz borcu, 5.721,87 manat cərimə borcu olmaqla, cəmi 163.829,14 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 54 manat məbləğində pulun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ddiaçı İddiaçı ASC ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair X4nun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-01631LE/2019 saylı razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X2 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Eyni zamanda tərəflər arasında X4 çərçivəsində xx.xx.2022-ci il tarixli DCL00218713-08 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borc alana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 150000 manat məbləğində mal alışı məqsədi ilə kredit xətti açılmışdır. Bundan başqa bank ilə borc alan "xxxx" MMC arasında bağlanmış DCL00218713-08 saylı Maliyyələşdirmə üçün ərizə üzrə borcalanın bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank ilə Nümayəndə1 arasında xx.xx.2022ci il tarixli DG**********865 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin borc alan qeyd edilən müqavilə üzrə öhdəliklərini icra etməyərək 135 gün kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Borc alanın xx.xx.2023-ci il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri DCL00218713-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 149700 manat əsas borc, 8.407,27 manat faiz borcu, 5.721,87 manat cərimə borcu olmaqla, cəmi 163.829,14 manat təşkil edir. Bundan başqa tərəflərindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında 9 saylı Mediasiya Təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqı ödəmişdir. X3 4-cü bölümünün 3.11-ci bəndinə əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair X4nun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və ya Kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. Eyni zamanda X3 əsasən müştəri tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək bankın hüququdur. Daha sonra iddiaçı iddia tələbinin artırılması barədə ərizə vermiş, cavabdehlər "xxxx" MMC və Nümayəndə1 birgə qaydada DCL00218713- 08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 149.700 manat əsas borc, 8.407,27 manat faiz borcu, 19.513,62 manat cərimə borcu olmaqla, cəmi 177,620.89 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 68 manat məbləğində pulun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh Nümayəndə1 nümayəndəsi və vəkili Nümayəndə2 izahatında borc məbləği ilə razı olmadığını bildirmişdir. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: "xxxx" MMC (müştəri) və İddiaçı ASC (bank) arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X4nun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə razılaşma imzalanmışdır. Razılaşma müştərinin qanuni təmsiçisi Nümayəndə1 elektron imzası ilə təsdiq edilmişdir Bank xidmətlərinin göstərilməsinə dair X4nun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının: 1-ci bəndinin 1-ci yarımbəndinə əsasən həmin müqavilədə müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartların verilməsi, inkassasiya xidməti, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər öz əksini tapmışdır. 1-ci bəndinin 2-ci yarımbəndinə əsasən müqavilədə qeyd olunan xidmətlərdən hər birinin bank tərəfindən müştəriyə təqdim olunması üçün bu müqavilədən başqa müvafiq ərizə formalarının da müştərinin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən doldurularaq banka təqdim olunması tələb olunur. İV-cü bəndinin 1.1-ci yarımbəndinə əsasən bank “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə və ya birdəfəlik verilən kredit (birdəfəlik, bərpa olunan, bərpa olunmayan, overdraft, tranş kredit, invoys əsasında maliyyələşdirmə və ya qarantiya /akkreditivin maliyyələşdirilməsi, kredit xətti və s.kimi öhdəliklər) üçün Müştəriyə “Maliyyələşdirmə üçün ərizə” forması göstərilən şərtlərlə kredit verir. Kredit üzrə faizlərin hesablanması və ödənilməsi qaydası , qevvədə olma müddət , cərimə, məqsəd, Müştəriyə verilməsi qaydasıvə bu kimi “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunacaq. Həmin müqavilənin Kredit (Maliyyələşdirmə) adlanan İV-cü bəndinin 1.4-cü yarımbəndinə əsasən kredit limitinin ayrılması bankın müştəriyə kredit vermək vədini ifadə etmir. “Maliyyələşmə üçün ərizə” formasında göstərilən məbləğ çərçivəsində müştərinin hər bir kredit sifarişinə ayrıca baxılır və qərar verilir. Müsbət qərar olduğu təqdirdə tərəflər arasında müvafiq kredit şərtləri göstərilərək “Maliyyələşmə üçün ərizə” imzalanır. İV-cü bəndinin 3.1-ci yarımbəndinə əsasən kredit, bank tərəfindən kredit məbləğinin müştəriyə bankda onun üçün açılan kredit hesabından cari hesabına köçürülməsi yolu ilə verilir. İV-cü bəndinin 3.2-ci yarımbəndinə əsasən müştəri kreditdən istifadəyə görə banka “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada faizləri ödəyir. "xxxx" MMC (müştəri) tərəfindən İddiaçı ASC-yə (banka) DCL00218713-08 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə təqdim edilmişdir. Həmin ərizənin şərtlərinə əsasən (kredit əməliyyatı üzrə) müştəri "xxxx" MMC-yə illlik 17%-lə xx.xx.2023cü il tarixədək müddətə 150000 manat məbləğində kredit xətti açılmışdır. Kreditə illik 15%, kreditin müddəti bitdikdən sonra illik 32% cərimə faizi tətbiq edilir. Ərizə müştərinin qanuni təmsiçisi Nümayəndə1 elektron imzası ilə təsdiq edilmişdir İddiaçı ASC (bank) ilə Nümayəndə1 (zamin) arasında müvafiq olaraq 11 yanvar 2022-ci il tarixli, DG**********865 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bank ilə borc alan arasında müqavilənin 2.1-ci bəndində göstərilən kredit müqaviləsi əsasında borc alana veriləcək müqavilənin 2.2-ci bəndində göstərilən kreditlə əlaqədar olaraq borc alan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borc alan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. 2.1-ci bəndinə əsasən zaminliklə təmin olunan öhdəlik: DG00218713-08 saylı maliyyələşdirmə üçün ərizə. 2.2-ci bəndinə əsasən zaminliklə təmin olunan müqavilənin predmetini borc alana illik 17% olmaqla 150000 manat məbləğində və 12 ay müddətə kredit xətti təşkil edir. 3-cü bəndinə əsasən zamin bank qarşısında borcalanın müqavilənin 2.1-ci bəndində göstərilən öhdəliyi üzrə banka olan borcları, həmçinin bu öhdəliklə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s.məbləği həcmində məsuliyyət daşıyır. 5.1-ci bəndinə əsasən borc alan zaminliklə birlikdə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamindən borc alanın öhdəliyi üzrə yaranan bütün xərcləri ödəməyi tələb etmək hüququna malikdir. Müqavilə bank tərəfindən imza və möhür ilə, zamin tərəfindən imza ilə təsdiq edilmişdir. xx.xx.2023-cü il tarixli sonuncu maliyyə arayışına əsasən "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında kredit öhdəlikləri üzrə DG00218713-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borcu 149700 manat, faiz borcu 8.407,27 manat, 19.513,62 manat cərimə borcu olmaqla, cəmi borcu 177.620,89 manat (gecikmə günü: 240) təşkil edir. İddiaçı ASC tərəfindən cavabdehlər "xxxx" MMC-yə və Nümayəndə1 pretenziya məktubu ilə müraciət edilərək, müvafiq müqaviləyə əsasən Bank qarşısında yaranmış gecikmiş öhdəliklərinin icrası xahiş edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 oktyabr 2023-cü il tarixli, 9/5866 saylı ekspert rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alınaraq cavabdeh "xxxx" MMC-nin İddiaçı ASC-yə olan borcu xx.xx.2023-ci il tarixə (sualda göstərilən (kredit müddətinin bitdiyi) tarixə) DCL00218713- 08 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə üzrə əsas kredit borcu 149.702,76 manat, faiz borcu 8.407,66 manat məbləğində müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında bank xidmətlərinin göstərilməsinə dair X4nun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə razılaşma imzalanmışdır. Həmin şərtlər toplusunda müəyyən edilmiş şərtlərə uyğun olaraq cavabdeh "xxxx" MMC tərəfindən banka təqdim edilmiş və bank tərəfindən təsdiqlənmiş DCL00218713-08 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizəyə əsasən "xxxx" MMC-yə illlik 17%-lə xx.xx.2023-cü il tarixədək müddətə 150000 manat məbləğində kredit xətti açılmışdır. Kreditə illik 15%, kreditin müddəti bitdikdən sonra illik 32% cərimə faizi tətbiq edilir. İddiaçı ASC cavabdeh "xxxx" MMC-yə kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin cavabdeh "xxxx" MMC maliyyələşdirmə üçün ərizə üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan Mülki Məcəllənin: 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. İddianın kredit müqaviləsi (maliyyələşdirmə üçün ərizə) üzrə əsas və faiz borcunun tutulması hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, kredit razılaşması üzrə əsas və faiz borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və ekspert rəyi ilə cavabdeh "xxxx" MMC-nin İddiaçı ASC-yə olan borcu xx.xx.2023-ci il (kredit müddətinin bitdiyi) tarixə DCL00218713-08 saylı xx.xx.2022ci il tarixli maliyyələşdirmə üçün ərizə üzrə əsas kredit borcu 149.702,76 manat, faiz borcu 8.407,66 manat məbləğində müəyyən edilmişdir. MPM-in: 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir. Digər tərəfdən kredit müqaviləsi üzrə tutulacaq əsas və faiz borc məbləğinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ekspert rəyində cavabdehin xx.xx.2023-ci il (kredit müddətinin bitdiyi) tarixə DCL00218713-08 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə üzrə əsas borc məbləğinin 149.702,76 manat, faiz borcunun isə 8.407,66 manat təşkil etdiyini müəyyən edildiyi halda, bank tərəfindən iddia tələbinin həcminin artırılması barədə sonuncu ərizəyə əsasən DCL00218713-08 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə üzrə 149.700 manat əsas və 8.407,27 manat faiz borcunun tutulması tələb edilir. Odur ki, məhkəmə işə iddia tələbləri həddində baxaraq hesab edir ki, kredit müqaviləsi üzrə əsas və faiz borcun tutulması hissəsində iddia təmin edilməli, DCL00218713-08 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə üzrə 149.700 manat məbləğində əsas və 8.407,27 manat məbləğində faiz borcu cavabdehdən bankın xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İddiaçı ASC-nin iddiasının dəbbə pulunun (cərimənin) tutulması tələbinə dair hissəsinə münasibətdə isə məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin: 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qeyd edir ki, kredit əməliyyatları üzrə maliyyələşdirilmiş pul məbləğlərinin borclu tərəfindən ödənilməsi gecikdirildiyi halda "xxxx" MMC tərəfindən cərimə faizlərinin ödənilməli olması Şərtlər Toplusunda və maliyyələşdirmə üçün ərizələrdə nəzərdə tutulmuşdur. Odur ki, hazırkı halda mübahisəli maliyyələşdirmə üçün ərizələr üzrə maliyyələşdirilmiş pul məbləğlərinin ödənilməsi gecikdirildiyindən iddiaçı həmin ərizələr üzrə əsas borc məbləğlərinə hesablanmış dəbbə pulunun ödənilməsini də tələb etmək hüququna malikdir. Tutulmalı olan dəbbə pulunun məbləğlərinə gəldikdə məhkəmə tutulması tələb olunan dəbbə pulu məbləğlərinin əsas borc məbləğlərinə nisbətini, eləcə də həm kreditorun, həm borclunun əsaslı mənafelərini nəzərə alaraq tutulması tələb olunan dəbbə pulunun azaldılaraq DCL00218713-08 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə üzrə 7.500 manat məbləğində müəyyən edilməsini ədalətli hesab edir. Bununla yanaşı iş materiallarından həmçinin görünür ki, "xxxx" MMC-nin kredit xətinin ayrılmasına dair DCL00218713-08 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi bank ilə Nümayəndə1 (zamin) arasında 11 yanvar 2022-ci il tarixli, DG**********865 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin Nümayəndə1 "xxxx" MMC-nin DCL00218713-08 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizədən irəli gələn öhdəliklərinə zamin durmuşdur. Mülki Məcəllənin: 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Belə olan halda məhkəmə 11 yanvar 2022-ci il tarixli, DG**********865 saylı zaminlik müqaviləsinə əsasən cavabdeh Nümayəndə1 cavabdeh "xxxx" MMC-nin DCL00218713- 08 saylı müqavilədən (maliyyələşdirmə üçün ərizə) irəli gələn öhdəliklərinə zamin durduğunu, "xxxx" MMC-nin isə həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyini nəzərə alaraq hesab edir ki, DCL00218713-08 saylı xx.xx.2022-ci il tarixli saylı maliyyələşdirmə üçün ərizə (müqavilə) üzrə əsas, faiz borcları və dəbbə pulu cavabdehlər "xxxx" MMC-dən və Nümayəndə1 müştərək qaydada tutulmalıdır. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 400 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 68 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia (iddia tələbinin həcminin artırılması da nəzərə alınmaqla) üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 467,62 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumunun məbləği mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödənilmiş mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 300 manat məbləğində pul vəsaiti, dövlət rüsumunun əvəzi olaraq 50 manat məbləğində pul vəsaiti tutularaq cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, məhkəmə mühasibatlıq ekspertizasının rəyinin verilməsinə görə ödənilməli olan 200 manat pul vəsaitinin 160 (yüz altmış) manat hissəsi cavabdehlərdən, 40 (qırx) manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər "xxxx" MMC-dən və Nümayəndə1 müştərək qaydada DCL00218713-08 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə üzrə 149.700 manat əsas borc, 8.407,27 manat faiz borcu, 7.500 manat dəbbə pulu olmaqla, cəmi 165.607,27 manat məbləğində pul vəsaiti, eləcə də mediasiya xərclərinin əvəzi olaraq 350 manat və dövlət rüsumunun əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC -yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Məhkəmə mühasibatlıq ekspertizasının rəyinin verilməsinə görə ödənilməli olan 200 manat pul vəsaitinin 180 manat hissəsi cavabdehlər "xxxx" MMC-dən və Nümayəndə1, 20 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar