Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3072/2025 04.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi ilə, Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2 qarşı “avtomobil ehtiyat hissələrinin kontrafakt hesab edilməsi və s.” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar Maraqlı şəxs1 MMC tərəfindən **********5001 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş və cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli Pİ-AD**********201 saylı İnvoys sənədi ilə Çin Xalq Respublikasından 469ACW17/70AAY17 nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsi ilə idxal olunmuş “Hyundai” və “KİA” əmtəə nişanlı avtomobil ehtiyat hissələrinin kontrafakt hesab edilməsi, Kontrafakt hesab edilən məhsulların, yəni inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyərinin yüz faizi həcmində Cavabdeh2 cərimə edilməsi, Cavabdeh tərəfindən iddiaçılara vurulan maddi ziyanın müəyyən edilməsi, vurulmuş maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi, ******* saylı beynəlxalq qeydiyyatla qorunan “Hyundai” əmtəə nişanından və ******* saylı beynəlxalq qeydiyyatla qorunan “Hyundai” xidmət nişanından istifadəyə son qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması, Cavabdehə “Hyundai” və “KİA” əmtəə nişanlı avtomobil ehtiyat hissələrinin sifariş edilməsi, daşınması və satışına qadağan edilməsi öhdəliyinin qoyulması, “Hyundai” ******* saylı beynəlxalq qeydiyyatla qorunan əmtəə nişanına dair hüquq pozuntusunun obyekti olan malların kompensasiya ödənilmədən məhv edilməsi, ******* saylı beynəlxalq qeydiyyatla qorunan “KİA” əmtəə nişanından və ******* beynəlxalq qeydiyyatla qorunan “KİA” xidmət nişanından istifadəyə son qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması, “KİA” ******* saylı beynəlxalq qeydiyyatla qorunan əmtəə nişanına dair hüquq pozuntusunun obyekti olan mallar kompensasiya ödənilmədən məhv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək onların iştirakı olmadan mövcud sübutlar əsasında işə baxlaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdehin vəkili və nümayəndəsi isə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi “Kontrafakt hesab edilən məhsulların, yəni inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyərinin yüz faizi həcmində Cavabdeh2 cərimə edilməsi” hissəsində mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (MPM-nin 4.1-ci maddəsi). Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır (MPM-nin 5.1-ci maddəsi). Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. (MPM-nin 26.1 və 26.2-ci maddələri). Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər (MPM-nin 50.1-ci maddəsi). Sadalanan qanunvericilik normalarından da göründüyü kimi, kommersiya məhkəmələri yalnız kommersiya hüquq münasibətlərinin subyektləri arasında mövcud olan və xüsusi olaraq Mülki Prosessual Məcəlləsinin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə baxılmasında səlahiyyətlidir. İddiaçıların iddia ərizəsində göstərilən “kontrafakt hesab edilən məhsulların, yəni inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyərinin yüz faizi həcmində Cavabdeh2 cərimə edilməsi” tələbinin hüquqi əsasları isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir (İXM-nin 1-ci maddəsi). Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd edilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 40.0.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar hesab edilir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, qeyd edilən iddia tələbinə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəməsində baxılmalı olmadığından, “kontrafakt hesab edilən məhsulların, yəni inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyərinin yüz faizi həcmində cavabdehin cərimə edilməsi” hissəsində iş üzrə icraata xitam verilməli və iddiaçıya aidiyyəti üzrə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan rayon (şəhər) məhkəmələrinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2 qarşı iddia ərizəsinə “Kontrafakt hesab edilən məhsulların, yəni inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyərinin yüz faizi həcmində Cavabdeh2 cərimə edilməsi” hissəsində xitam verilsin. İddiaçıya aidiyyəti üzrə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan rayon (şəhər) məhkəmələrinə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №e-2-2(113)-3072/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3072/2025
04.09.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver