Məhkəmə qərarları › İş №e-2-2(113)-308/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-308/2024

27.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-308/2024 27.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı LPO "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarş kommersiya mübahisəsi üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi ilə, Cavabdeh2 iştirakı ilə, İddiaçı LPO "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. "xxxx" ASC (kreditor) ilə Cavabdeh2 (borc alan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 245/14-AYİB saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti Kreditorun Borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında kredit verməsi, Borcalanın isə bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və kreditə hesablanmış faizləri Kreditora ödənilməsinə dair pul öhdəliyidir. 2.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən kreditor borcalana 3000 ABŞ dolları məbləğində kredit verir. 2.2-ci bəndinə əsasən bu Müqaviləyə əsasən kredit Borcalana Dövriyyə vəsaitinin artırılması məqsədlə verilir 2.3-cü bəndinə əsasən kredit 18 (on səkkiz) ay müddətinə verilir. 2.4-cü bəndinə əsasən kreditin istifadəsinə görə Borcalan Kreditora illik 32 (otuz iki) % dərəcəsi ilə faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 37,29 faiz təşkil edir. 2.5-ci bəndinə əsasən gecikdirilən borc məbləğinə cərimə kimi illik 64% dərəcəsi ilə, aylıq isə 5,33 % dərəcəsi ilə faiz hesablanır və Borcalan tərəfindən Kreditora ödənilir. 3.7-ci bəndinə əsasən borcalan ödəniş cədvəli üzrə ödənişləri vaxtında etmədikdə (icranı gecikdirdiyi halda), gecikdiriiən məbləğə (kreditin və faizinin ödənilməmiş hissəsinə) görə Kreditora cərimə ödəyir. Cərimə gecikdirilən gündən gecikdirilən məbləğ Kreditora tam ödənildiyi günə qədər hesablanır. Cərimənin və zərərin əvəzinin ödənilməsi Borcalanı bu Müqavilə ilə nəzərdə tutulmuş əsas öhdəliklərin icrasından azad etmir. Müqavilə hər iki tərəfin imzası və kreditorun möhürü ilə təsdiq edilmişdir.

2. "xxxx" ASC (kreditor) ilə Cavabdeh2 (borc alan) və Cavabdeh1 (zamin) arasında 03 iyun 2014-cü il tarixli ZM-245/14-AYİB saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu Müqavilənin predmeti xx.xx.2014-cü il tarixli 245/14-AYİB saylı Kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş Borcalan tərəfindən Kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti Zaminin öz üzərinə götürməsidir. 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə Zamin və Borcalan Kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məlikəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla Zamin Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. 5.1.4-cü bəndinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 (bir) il ərzində Kreditor Zaminə qarşı iddia irəli sürülmədiyi halda zaminliyə xitam verilir. 6.3-cü bəndinə əsasən bu Müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və tərəflərin bu Müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Müqavilə kreditorun imzası və möhürü, borcalanın və zaminin isə imzası ilə təsdiq edilmişdir.

3. 245/14-AYİB saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə (sonuncu ödəniş tarixi xx.xx.2015-ci il olmaqla) ödəyəcək əsas məbləğ 3.000 ABŞ dolları, faizin məbləği 820 manat, cəmi ödəniləcək məbləğ 3.820 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli bank və borcalan tərəfindən imzalanmışdır.

4. LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 LPO "xxxx" ASC-yə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə əsas borcu 259,86 ABŞ dolları, faiz borcu 628,73 ABŞ dolları, cərimə borcu 1.742,85 ABŞ dolları, AR MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt (2497 gün) üçün hesablanan faiz məbləği 99,88 ABŞ dolları olmaqla cəmi borc 2.731,32 ABŞ dolları təşkil edir.

5. LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlərə xəbərdarlıq məktubu ünvanlayaraq borclu tərəfindən “LPO "xxxx" ASC-yə xx.xx.2014-cü il tarixli, 245/14-AYİB saylı kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2024-cü il tarixli, 9/280 saylı ekspert rəyinə əsasən: Birinci və ikinci suallar üzrə; Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh2 krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2014-cü il tarixli, 245/14-AYİB saylı kredit müqaviləsinin şərtlərini nəzərə alınmaqla və müqavilə dövründə illik 32%-lə, müqavilə dövründən sonra illik 5%-lə faiz hesablanmaqla Cavabdeh2 xx.xx.2015-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 1.101,40 ABŞ dolları məbləğində, xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarix) banka olan faiz borcu tam ödənilmiş, əsas və əldən çıxmış fayda borcu 590,74 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən:

xx.xx.2015-ci il tarixə

əsas borc üzrə --------- 1.004,12 ABŞ dolları, faiz borcu üzrə --------- 97,29 ABŞ dolları (illik 32%-lə)

xx.xx.2023-cü il tarixə

əsas borc üzrə --------- 356,66 ABŞ dolları, faiz borcu üzrə --------- 0,00 ABŞ dolları (illik 32%-lə), əldən çıxmış fayda borcu -------- 234,08 ABŞ dolları (illik 5%-lə).

İş materiallarında olan Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 245/14-AYİB saylı kredit müqaviləsi üzrə təqdim edilmiş sənədlərə əsasən kredit ödənişlərinin gecikdirilməsinə görə cərimə müəyyən edilmədi. Ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

7. İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cəmi borcu 2.731,32 ABŞ dolları - bundan 259,86 ABŞ dolları əsas, 628,73 ABŞ dolları faiz, 1.742,85 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 99,88 ABŞ dolları faiz borcu və iş üzrə mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş mediasiyaya dair xərcin əvəzi olaraq 70 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nizami filialı ilə Cavabdeh2 arasında bağlanmış 245/14-AYİB nömrəli xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə cavabdehə dövriyyə vəsaitinin artırılması məqsədi ilə 18 ay müddətinə illik 32 faiz dərəcəsi ilə 3000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə bank arasında 245/14-AYİB nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borc alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borc alan ilə eyni həcmdə məsuliyyət daşıyır. LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh2 və Cavabdeh1 qarşı sözügedən kredit müqaviləsinin icra edilməməsinə görə 2728,20 ABŞ dolları məbləğində ümumi borcun ödənilməsi tələbinə dair” mübahisə ilə əlaqədar xx.xx.2023-cü il tarixdə mediasiya sessiyası keçirilmiş, lakin cavabdehlər mediasiya sessiyasında iştirak etmədiklərindən “İlkin Mediasiya sessiyasında iştirak edilməməsi” barədə MŞB/10-00011 nömrəli xx.xx.2023-cü il tarixli arayış tərtib edilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********082 saylı xx.xx.2023-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Cavabdeh sonuncu dəfə xx.xx.2016-cı il tarixdə 123,84 (bir yüz iyirmi dörd ABŞ dolları 84 sent) ABŞ dolları məbləğində ödəniş etmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 2731,32 ABŞ dolları təşkil edir. Bundan 259,86 ABŞ dolları əsas, 628,73) ABŞ dolları faiz, 1742,85 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 99,88 ABŞ dolları faiz borcu təşkil edir.

9. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445, 448.1, 449, 465, 470.1, 472.2, 474.2 və 739.1ci maddələrinə istinad etmişdir

b) İddiaya qarşı etirazın dəlilləri

10. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

11. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, borcunun olmasını qəbul edir, ayda 50 manat banka ödəməyə hazırdır.

12. İş üzrə iddiaçıya və digər cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, baxış iclasının iştirakları olmadan keçirilərək, iddialarının tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, digər cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

13. Məhkəmə işə iddiaçının və digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

14. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

15. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

16. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - 477.0.4-cu maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.

17. AR MPM-in: - 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 113.2-ci maddəsinə əsasən iddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.

18. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

19. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

20. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" ASC (kreditor) ilə Cavabdeh2 (borc alan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 245/14- AYİB saylı kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı "xxxx" ASC Cavabdeh2 kredit müqaviləsində müəyyən edilmiş şərtlərlə 3.000 ABŞ dolları məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh2kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh2 iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır.

21. Kredit müqaviləsi üzrə cavabdehdən tutulmalı əsas və faiz borcunun məbləğinə gəldikdə məhkəmə ilk növbədə qeyd edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə iddiaçıya olan əsas və faiz borcunun məbləğini müəyyən etmək üçün iş üzrə məhkəməmühasibatlıq ekspertizası keçirilmişdir. Ekspert rəyi ilə Cavabdeh2, xx.xx.2015-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 1.101,40 ABŞ dolları məbləğində, xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarix) banka olan faiz borcu tam ödənilmiş, əsas və əldən çıxmış fayda borcu 590,74 ABŞ dolları məbləğində olması müəyyən edilmişdir, o cümlədən: xx.xx.2015-ci il tarixə əsas borc üzrə --------- 1.004,12 ABŞ dolları, faiz borcu üzrə --------- 97,29 ABŞ dolları (illik 32%-lə) xx.xx.2023-cü il tarixə əsas borc üzrə --------- 356,66 ABŞ dolları, faiz borcu üzrə --------- 0,00 ABŞ dolları (illik 32%-lə), əldən çıxmış fayda borcu -------- 234,08 ABŞ dolları (illik 5%-lə).

22. Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tətqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir.

23. Əsas borc tələbinə münasibətdə məhkəmə ekspert rəyini əsas götürsə də, lakin iddiaçı LPO "xxxx" ASC isə 259,86 ABŞ dolları əsas borc tələb edir.

24. Odur ki, məhkəmə işə iddia tələbləri həddində baxaraq hesab edir ki, xx.xx.2014-cü il tarixli, 245/14-AYİB saylı kredit müqaviləsi üzrə 259,86 ABŞ dolları məbləğində əsas borc Cavabdeh2 bankın xeyrinə tutulmalıdır.

25. Faiz borcu tələbinə münasibətdə isə iddiaçı LPO "xxxx" ASC 628,73 ABŞ dolları tələb etsə də məhkəmə ekspert rəyini əsas götürərək hesab edir ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixli, 245/14-AYİB saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə faiz borcu yoxdur.

26. Belə olan halda kredit müqaviləsi üzrə faiz borcun tutulması hissəsində iddia rədd edilməlidir.

27. Bununla yanaşı iddiaçı LPO "xxxx" ASC kredit müqaviləsi üzrə əsas borcu ödəniş cədvəlinə uyğun qaytarmadığına görə Cavabdeh2 hesablanmış 1.742,85 ABŞ dolları məbləğində cərimə (dəbbə) pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. 1.Həmin tələblə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə də haqlıdır.

2. Dəbbə pulunun məbləğinə gəldikdə məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini əsas götürməklə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 15 dollar məbləğində müəyyən edilməlidir.

28. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, ekspert rəyində Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 faizlə hesablanmaqla banka maliyyə arayışında göstərilən tarixə olan faiz borcunun 234,08 ABŞ dolları məbləğində olması müəyyən edilmişdir, iddiaçı LPO "xxxx" ASC isə AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 99,88 ABŞ dolları faiz borcu tələb edir.

29. Odur ki, məhkəmə işə iddia tələbləri həddində baxaraq hesab edir ki, xx.xx.2015-ci il tarixdən (müqavilənin bitmə tarixindən) xx.xx.2023-cü il tarixədək olan AR MM-nin 445.7ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 99,88 ABŞ dolları məbləğində faiz borcu Cavabdeh2 bankın xeyrinə tutulmalıdır.

30. Bununla yanaşı iş materiallarından görünür ki, "xxxx" ASC (kredit verən) ilə Cavabdeh2 (kredit alan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 245/14-AYİB saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi "xxxx" ASC (kredit verən) ilə Cavabdeh1 (zamin) arasında 03 iyun 2014-cü il tarixli, ZM-245/14-AYİB saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin Cavabdeh1 kredit alan Cavabdeh2 xx.xx.2014-cü il tarixli, 245/14-AYİB saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinə zamin durmuşdur.

31. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, zaminlik müqaviləsinin 5.1.4-cü bəndinə görə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 (bir) il ərzində kreditor zaminə qarşı iddia irəli sürülmədiyi halda zaminliyə xitam verilir.

32. Hazırki iş üzrə xx.xx.2014-cü il tarixli, 245/14-AYİB saylı kredit müqaviləsinin müddətinin xx.xx.2015-ci il tarixdə bitdiyini, iddiaçı isə hazırki iddia tələbi ilə borcalanla yanaşı zamin Cavabdeh1 qarşı iddianı xx.xx.2023-cü ildə irəli sürmüşdür.

33. Bu baxımdan məhkəmə hesab edir ki, zamin Cavabdeh1 ilə bağlanılmış 03 iyun 2014-cü il tarixli, ZM-245/14-AYİB saylı müqavilə üzrə zaminliyə həm müqavilənin şərtlərinə, həm də Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müddətinin qurtarması əsası ilə xitam verilmişdir. Odur ki, Cavabdeh1 qarşı olan hissədə iddia rədd edilməlidir.

34. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 70 manat məbləğində mediasiya prosesinə dair xərclər iddiaçı tərəfindən ödənilmişdir.

35. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 66,43 manat təşkil edir.

36. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir.

37. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.

38. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 30 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir.

39. Məhkəmə hazırkı qətnamə ilə hazırkı qətnamə ilə iddia qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat pul vəsaitinin 100 manat hissəsi Cavabdeh2, 100 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.

40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2014-cü il tarixli, 245/14-AYİB saylı kredit müqaviləsi üzrə 259,86 ABŞ dolları məbləğində əsas borc, 15 manat məbləğində dəbbə pulu, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 99,88 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 374,74 ABŞ dolları məbləğində pul vəsaiti, cəmi ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla və mediasiya xərclərinin əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti pul vəsaiti tutularaq "xxxx" ASC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat pul vəsaitinin 100 manat hissəsi Cavabdeh2, 100 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar