Məhkəmə qərarları › İş №e-2-2(113)-309/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-309/2023

12.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-309/2023 12.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, Cavabdeh5 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə kredit müqaviləsi üzrə 11.821,30 manat məbləğində əsas borc, 4.110,97 manat məbləğində faiz borcu, 1.232,23 manat məbləğində cərimə, 100 manat məbləğində mediasiya xərci və 41,50 manat məbləğində ödənilmiş dövlət rüsumunun müştərək qaydada tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağladığı xx.xx.2019-cu il tarixli kredit limiti müqaviləsi çərçivəsində xx.xx.2019-cu il tarixli 1 №-li Razılaşmaya və xx.xx.2020-ci il tarixli restruktizasiya razılaşmasına əsasən borcalan Cavabdeh5 (VÖEN **********) bankdan dövriyyə vəsaitlərinin artırılması və cari xərclər üçün xx.xx.2022-ci ilədək qaytarmaq və illik 24 % ödəmək şərti ilə aldığı 15.000 manat krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günün də hissə-hissə banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə olan borcun məbləği: a) əsas borc üzrə 11.821,30 manat; b) faizlər üzrə 4.110,97 manat; c) cərimə üzrə 1.232,23 manat təşkil edir. Mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həlli üçün borc alan Cavabdeh5 və zaminlik müqaviləsinə əsasən onun öhdəliyinə görə bank qarşısında birgə məsuliyyət daşıyan zaminlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 AR MPM-in 150.2-ci maddəsində göstərilən qaydada pretenziya göndərilib, lakin borc ödənilməyib. Odur ki, borc onlardan məhkəmə qaydasında tutulmalıdır. Tərəflər ilkin mediasiya sessiyasında iştirak edib, lakin razılaşma əldə olunmadığı üçün mediator ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verib. xx.xx.2023-cü il tarixdə iddiaçı məlumat xarakterli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırkı iş üzrə məhkəməyə xx.xx.2023-cü ildə daxil olmuş ekspertin vəsatəti ilə əlaqədar qeyd edirlər ki, xx.xx.2020-ci il tarixli restrukturizasiya razılaşmasının imzalandığı tarixə borcalanın kredit müqaviləsi üzrə əsas borcu 13.648,58 manat, faiz borcu 627,43 manat olmuş (razılaşmanın 2-ci bəndi) və əsas borc restrukturizasiya olunaraq eyni faiz dərəcəsi (illik 24%) ilə icra müddəti xx.xx.2022-ci ilədək uzadılmış və yeni ödəniş cədvəli təsdiq olunmuşdur (razılaşmasının 3-cü bəndi). Qeyd olunan restrukturizasiya razılaşmasına qədər və ondan sonra borcalan tərəfindən aparılan bütün ödənişlər bank hesabından çıxarışda əksini tapmışdır. Ödənişlərin əksəriyyəti terminallar (MilliÖn və s.) vasitəsilə aparıldığı üçün kassa mədaxil orderləri rəsmiləşdirilmir. Nəzərə alınmasını xahiş edirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 izahatında borcu olduğunu etiraf edərək, faiz borcunun həqiqəti əks etdirmədiyini, onların hesablamalarına görə daha az olmalı olduğunu bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilsə də, digər cavabdehlər və iddiaçı məhkəmə iclasına gəlməmişlər, iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq işə iddiaçının iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmiş, cavabdehlər gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə digər cavabdehlər və iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçı ASC (kreditverən) ilə Cavabdeh5 (borc alan) arasında 25 dekabr 2019-cu il tarixli 19001-S122186/789308 saylı kredit limiti müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən kreditverən borcalana 200.000 manat məbləğində 120 ay müddətinə, xx.xx.2029-cu il tarixinədək kredit limiti ayırır və kredit limiti (bundan sonra bu müqavilə) çərçivəsində bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Razılaşmanı (bundan sonra - Razılaşma) imzalamaqla kredit verməyi öhdəsinə götürür. Kredit limitinin müddəti ərzində “Borcalan" ona kredit verilməsi barədə kreditverənə müraciət etmək hüququna malikdir. 1.2-ci bəndinə əsasən kredit limiti müqaviləsi çərçivəsində borcalana verilən kreditlər Razılaşmanın bağlanması ilə rəsmiləşdirilir və bu müqavilə çərçivəsində veriləcək hər bir kredit üzrə kreditin illik faiz dərəcəsi, FİFD, cərimə və kreditin ödənilməsinə dair digər spesifik şərtlər bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən razılaşmalarla müəyyən ediləcəkdir. 1.5-ci bəndinə əsasən bu müqavilə çərçivəsində veriləcək kreditlərə dair illik faiz dərəcəsi 30 faizdən, kredit limiti çərçivəsində veriləcək kreditlərin son icra müddəti isə xx.xx.2029-cu il tarixdən artıq olmayacaqdır. 3.1-ci (a) bəndinə əsasən kreditverən davam edən 30 (otuz) təqvim günü ərzində “Borcalan” ona verilmiş kredit hissəsini və/və ya onun faizini tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödəmək iqtidarında olmadıqda bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən razılaşmalara əsasən verilmiş krediti bu müddətə qədər hesablanmış faizlərlə birlikdə qaytarılmasını tələb edə bilər: 3.2-ci bəndinə əsasən borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və ya həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə, "Kreditverən”in bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, cərimələri, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək, tələb icra olunmadıqda isə tələbi girova (ipotekaya) qoyulmuş əmlaka yönəltmək hüququ vardır. 4.1-ci bəndinə əsasən borcalanın bu müqavilədən irəli gələn öhdəliyinin icrasını təmin etmək məqsədilə Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 ilə zaminlik müqaviləsi bağlanılır. Bu məqsədlə bağlanmış zaminlik müqaviləsi bu müqaviləyə əsasən verilən kreditin faizi ilə birlikdə qaytarılmasına dair öhdəliyin vaxtında və lazımi qaydada icrasının təmin edilməsi üsuludur. 5.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və bu Müqavilə və onun ayrılmaz tərkib hissəsi olan razılaşmalar üzrə “Borcalan” tərəfindən ödəniləcək bütün məbləğlər tam ödənilənə qədər qüvvədə qalacaq. Müqavilənin hər hansı bir bəndinin etibarsız hesab edilməsi, müqavilənin bütövlüklə etibarsızlığına səbəb olmur. 5.2-ci bəndinə əsasən bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən razılaşmalara əsasən verilmiş kreditlər müstəqil müqavilə xarakteri daşımır və bu müqavilənin tərkib hissəsi hesab olunur. Müqavilə hər iki tərəfin imzası və kredit verənin möhürü ilə təsdiq edilmişdir. İddiaçı ASC ilə Cavabdeh5 arasında 25 dekabr 2019-cu il tariхli, 19001-S122186/789308 nömrəli krеdit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2019-cu il tarixli 1 nömrəli razılaşma imzalanmışdır. Həmin razılaşmaya əsasən:

1. Tərəflər arasında bağlanmış 19001-S122186/789308 saylı. xx.xx.2019-cu il tarixli kredit limiti müqaviləsinə əsasən kreditverən borcalana 120 ay müddətinə illik 30 faizdən çox olmamaq şərtilə 200.000 manat məbləğində kredit limiti ayrılmasına dair şərtlər barədə razılığa gəlmişdirlər. Bu şərtlərə əsasən kreditverən borcalanın ərizəsinə əsasən ona ABŞ dolları, Rubl, Euro valyutalarında kreditlər verə bilər. Borcalan və 19001- S122186/789308 saylı, xx.xx.2019-cu il tarixli kredit limiti müqaviləsi və həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə təminat müqavilələri bağlayan şəxslər qeyd edilən limit çərçivəsində xarici valyutada götürülmüş kreditlər üzrə manatın məzənnəsinin dəyişməsinin mümkünlüyünü bilir və bu halda xarici valyutada götürülmüş kreditin məzənnəsinin dəyişməsi riskini öz üzərilərinə götürür və məsuliyyət daşıyırlar.

2. Kreditverən 19001-S122186/789308 saylı, xx.xx.2019-cu il tarixli kredit limiti müqaviləsi çərçivəsində illik 24 faiz dərəcəsi ilə xx.xx.2021-ci il tarixinədək 0 (sıfır) ay güzəşt olmaqla 15.000 manat məbləğdə borc pul vəsaitini boracalanın mülkiyyətinə verir. borcalan isə 150 manat məbləğdə xidmət haqqı ödəyir.

3. Bu razılaşmanın 2-ci bəndinə uyğun olaraq kredit Dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədlə verilir.

4. Bu razılaşmanın 2-ci bəndinə uyğun olaraq Kredit üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 25,4 %-dir.

5. Güzəşt müddəti ərzində borcalan götürülmüş kreditə görə yalnız xx.xx.2019-cu tarixli 19001-S122186/789308 saylı kredit limiti müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlində qeyd edilən faizləri ödəyəcəkdir. Güzəşt müddəti bitdikdən sonra isə borcalan əsas borc, faiz və digər ödənişləri kreditverənə ödəyəcəkdir. Faiz ödənişləri aylıq ödəniş məbləğlərini özündə əks etdirən ödəniş cədvəlində qeyd edilmiş vaxtda və məbləğdə kreditverənə qaytarılmadıqda, borcalan hər gecikdirilən gün üçiin 0 manat məbləğdə cərimə ödəyəcəkdir.

6. Borcalan tərəfindən vaxtından əvvəl ödəniş həyata keçirildikdə müvafiq ödəniş bu razılaşmanın 2-ci bəndində qeyd edilmiş kreditin tam bağlanmasına yönəldildiyi təqdirdə borcalan kreditverənə ödəniş gününə olan əsas borcun qalıq hissəsinin 1 faizi həcmində komissiya haqqı ödəyəcəkdir.

7. 19001-S122186/789308 saylı, xx.xx.2019-cu il tarixli kredit limiti müqaviləsinə əlavə olunmuş ödəniş cədvəli üzrə ödənişlər lazımi qaydada həyata keçirilmədikdə, bu razılaşma çərçivəsində verilmiş kreditlər üzrə vaxtında ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsi illik 24 % üstəgəl 5% gecikdirmə faizi ilə hesablanır. borcalan bu razılaşmaya əsasən verilmiş kreditin faizləri ilə birlikdə tam olaraq qaytarılmalı olduğu tarixədək öhdəliklərini icra etmədiyi yaxud lazımi qaydada icra etmədiyi təqdirdə kreditverənə gecikdirilmiş borc məbləğinin 40 % məbləğində cəriməni ödəməlidir. Qeyd olunanlarla yanaşı kreditverən dəbbə pulunu yaxud öhdəliyin icra olunmaması nəticəsində dəymiş zərərin ödənilməsinin tələb edilməsini seçmək hüququnu özündə saxlayır.

8. Bu razılaşma borcalan və kreditverən arasında imzalanmış 19001-S122186/789308 saylı, xx.xx.2019-cu il tarixli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalana verilən əsas borc və bu borca hesablanan faizlər, habelə müddət kredit limit müqaviləsində nəzərdə tutulmuş şərtlərdən artıq ola bilməz. Razılaşma hər iki tərəfin imzası və kredit verənin möhürü ilə təsdiq edilmişdir. xx.xx.2019-cu il tarixli **********255194 nömrəli kassa məxaric orderinə əsasən müəyyən edilir ki, kredit olaraq hesaba ayrılmış vəsaitin 11.106 manat hissəsi Cavabdeh5 tərəfindən nağdlaşdırmışdır. 19001-S122186/789308 saylı, xx.xx.2019-cu il tarixli kredit limiti müqaviləsinə əlavə olan xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cəmi ödənişin məbləği xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək ümumilkdə 18.084,06 manat, o cümlədən əsas borc üzrə 15.000 manat, faiz borcu üzrə 3.084,06 manat müəyyən edilmişdir. Ödəniş cədvəli hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. İddiaçı ASC (kreditor) ilə Cavabdeh2 (zamin) arasında xx.xx.2019-cu il tarixli 001FİZAM6260470 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqavilə borclunun kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliyin tamamı ilə icra edilməsi üçün zaminin kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. 1.2-ci bəndinə əsasən icrası zaminliklə təmin olunmuş öhdəlik və onun məzmunu Kreditor və Borclu Cavabdeh5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 19001-S122186/789308 saylı kredit limiti müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalar ilə müəyyən olunur. Kredit limiti müqaviləsinə əsasən kreditor Borcluya 120 ay müddətinədək 200.000 manat məbləğinədək illik 30%-dən çox olmamaq şərtilə kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan razılaşmalar bağlamaqla kredit verir. 1.3-cü bəndinə əsasən əsas müqavilə üzrə tələb edilə biləcək borc: 200.000 manat kredit limiti çərçivəsində ayrılmış kredit limiti məbləğində veriləcək kreditlər hesablanacaq faiz borcları və kreditin qeyd edilmiş müddətdə geri qaytarılmamasına görə qalıq borcun 40%-i məbləğində cərimədir. 2.1-ci bəndinə əsasən zamin faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyır. 2.2-ci bəndinə əsasən borclu kreditor qarşısında olan öhdəliyini vaxtında və lazımi qaydada icra etmədikdə, Kreditor öz mülahizəsinə əsasən həmin öhdəliyin icrasını Borcludan və ya Zamindən, yaxud onların hər ikisindən birlikdə tələb edə bilər. 3.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən Zaminlik icrasını təmin etdiyi kredit limiti müqaviləsinin qüvvəyə mindiyi andan qüvvəyə minir və kredit limiti müqaviləsinin qüvvədə olduğu müddət ərzində, o cümlədən kredit limiti müqaviləsinin müddəti uzadıldıqda, uzadılmış müddət ərzində və kredit limiti müqaviləsindən irəli gələn öhdəlik tam icra olunanadək qüvvədədir. Müqavilə hər iki tərəfin imzası və kreditorun möhürü ilə təsdiq edilmişdir. İddiaçı ASC (kreditor) ilə Cavabdeh4 (zamin) arasında xx.xx.2019-cu il tarixli 001FİZAM71302802 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqavilə borclunun kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliyin tamamı ilə icra edilməsi üçün zaminin kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. 1.2-ci bəndinə əsasən icrası zaminliklə təmin olunmuş öhdəlik və onun məzmunu Kreditor və Borclu Cavabdeh5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 19001-S122186/789308 saylı kredit limiti müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalar ilə müəyyən olunur. Kredit limiti müqaviləsinə əsasən kreditor Borcluya 120 ay müddətinədək 200.000 manat məbləğinədək illik 30%-dən çox olmamaq şərtilə kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan razılaşmalar bağlamaqla kredit verir. 1.3-cü bəndinə əsasən əsas müqavilə üzrə tələb edilə biləcək borc: 200.000 manat kredit limiti çərçivəsində ayrılmış kredit limiti məbləğində veriləcək kreditlər hesablanacaq faiz borcları və kreditin qeyd edilmiş müddətdə geri qaytarılmamasına görə qalıq borcun 40%-i məbləğində cərimədir. 2.1-ci bəndinə əsasən zamin faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyır. 2.2-ci bəndinə əsasən borclu kreditor qarşısında olan öhdəliyini vaxtında və lazımi qaydada icra etmədikdə, Kreditor öz mülahizəsinə əsasən həmin öhdəliyin icrasını Borcludan və ya Zamindən, yaxud onların hər ikisindən birlikdə tələb edə bilər. 3.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən zaminlik icrasını təmin etdiyi kredit limiti müqaviləsinin qüvvəyə mindiyi andan qüvvəyə minir və kredit limiti müqaviləsinin qüvvədə olduğu müddət ərzində, o cümlədən kredit limiti müqaviləsinin müddəti uzadıldıqda, uzadılmış müddət ərzində və kredit limiti müqaviləsindən irəli gələn öhdəlik tam icra olunanadək qüvvədədir. Müqavilə hər iki tərəfin imzası və kreditorun möhürü ilə təsdiq edilmişdir. İddiaçı ASC (kreditor) ilə Cavabdeh1 (zamin) arasında xx.xx.2019-cu il tarixli 001FİZAM71303002 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqavilə borclunun kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliyin tamamı ilə icra edilməsi üçün zaminin kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. 1.2-ci bəndinə əsasən icrası zaminliklə təmin olunmuş öhdəlik və onun məzmunu Kreditor və Borclu Cavabdeh5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 19001-S122186/789308 saylı kredit limiti müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalar ilə müəyyən olunur. Kredit limiti müqaviləsinə əsasən kreditor Borcluya 120 ay müddətinədək 200.000 manat məbləğinədək illik 30%-dən çox olmamaq şərtilə kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan razılaşmalar bağlamaqla kredit verir. 1.3-cü bəndinə əsasən əsas müqavilə üzrə tələb edilə biləcək borc: 200.000 manat kredit limiti çərçivəsində ayrılmış kredit limiti məbləğində veriləcək kreditlər hesablanacaq faiz borcları və kreditin qeyd edilmiş müddətdə geri qaytarılmamasına görə qalıq borcun 40%-i məbləğində cərimədir. 2.1-ci bəndinə əsasən zamin faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyır. 2.2-ci bəndinə əsasən borclu kreditor qarşısında olan öhdəliyini vaxtında və lazımi qaydada icra etmədikdə, Kreditor öz mülahizəsinə əsasən həmin öhdəliyin icrasını Borcludan və ya Zamindən, yaxud onların hər ikisindən birlikdə tələb edə bilər. 3.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən Zaminlik icrasını təmin etdiyi kredit limiti müqaviləsinin qüvvəyə mindiyi andan qüvvəyə minir və kredit limiti müqaviləsinin qüvvədə olduğu müddət ərzində, o cümlədən kredit limiti müqaviləsinin müddəti uzadıldıqda, uzadılmış müddət ərzində və kredit limiti müqaviləsindən irəli gələn öhdəlik tam icra olunanadək qüvvədədir. Müqavilə hər iki tərəfin imzası və kreditorun möhürü ilə təsdiq edilmişdir. İddiaçı ASC (kreditor) ilə Cavabdeh3 (zamin) arasında xx.xx.2019-cu il tarixli 001FİZAM71302702 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqavilə borclunun kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliyin tamamı ilə icra edilməsi üçün zaminin kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. 1.2-ci bəndinə əsasən icrası zaminliklə təmin olunmuş öhdəlik və onun məzmunu Kreditor və Borclu Cavabdeh5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 19001-S122186/789308 saylı kredit limiti müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalar ilə müəyyən olunur. Kredit limiti müqaviləsinə əsasən kreditor Borcluya 120 ay müddətinədək 200.000 manat məbləğinədək illik 30%-dən çox olmamaq şərtilə kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan razılaşmalar bağlamaqla kredit verir. 1.3-cü bəndinə əsasən əsas müqavilə üzrə tələb edilə biləcək borc: 200.000 manat kredit limiti çərçivəsində ayrılmış kredit limiti məbləğində veriləcək kreditlər hesablanacaq faiz borcları və kreditin qeyd edilmiş müddətdə geri qaytarılmamasına görə qalıq borcun 40%-i məbləğində cərimədir. 2.1-ci bəndinə əsasən zamin faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyır. 2.2-ci bəndinə əsasən borclu kreditor qarşısında olan öhdəliyini vaxtında və lazımi qaydada icra etmədikdə, Kreditor öz mülahizəsinə əsasən həmin öhdəliyin icrasını Borcludan və ya zamindən, yaxud onların hər ikisindən birlikdə tələb edə bilər. 3.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən Zaminlik icrasını təmin etdiyi kredit limiti müqaviləsinin qüvvəyə mindiyi andan qüvvəyə minir və kredit limiti müqaviləsinin qüvvədə olduğu müddət ərzində, o cümlədən kredit limiti müqaviləsinin müddəti uzadıldıqda, uzadılmış müddət ərzində və kredit limiti müqaviləsindən irəli gələn öhdəlik tam icra olunanadək qüvvədədir. Müqavilə hər iki tərəfin imzası və kreditorun möhürü ilə təsdiq edilmişdir. İddiaçı ASC ilə Cavabdeh5 arasında bağlanmış 25 dekabr 2019-cu il tariхli razılaşmaya əlavə olaraq 001İAMR201350004 nömrəli xx.xx.2020-ci il tarixli restrukturizasiya razılaşması imzalanmışdır. Həmin restrukturizasiya razılaşmasına əsasən:

1. Tərəflər arasında bağlanmış 19001-S122186/789308 saylı, xx.xx.2019-cu il tarixli kredit limiti müqaviləsinə əsasən kreditverən borcalana 120 ay müddətinə illik 30 faizdən çox olmamaq şərtilə 200.000 manat məbləğində kredit limiti ayrılmasına dair şərtlər barədə razılığa gəlmişdirlər. Bu şərtlərə əsasən kreditverən borcalanın ərizəsinə əsasən ona ABŞ dolları, Rubl, Euro valyutalarında kreditlər verə bilər. Borcalan və 19001- S122186/789308 saylı, xx.xx.2019-cu-ci il tarixli kredit limiti müqaviləsi və həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə təminat müqavilələri bağlayan şəxslər qeyd edilən limit çərçivəsində xarici valyutada götürülmüş kreditlər üzrə manatın məzənnəsinin dəyişməsinin mümkünlüyünü bilir və bu halda xarici valyutada götürülmüş kreditin məzənnəsinin dəyişməsi riskini öz üzərilərinə götürür və məsuliyyət daşıyırlar.

2. “Kreditverən” bu Razılaşmanın 1-ci bəndində qeyd edilmiş kredit limiti müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli Əlavə Razılaşmaya əsasən borcalana illik 24 faiz dərəcəsi ilə 18 ay müddətinə xx.xx.2021-ci il tarixinədək 15.000 manat məbləğdə kredit (borc) vermişdir və bu Restrukturizasiya Razılaşmasının imzalanması tarixinə borcalanın həmin kredit (borc) üzrə 13.648,58 manat məbləğdə əsas borc, 627,43 manat məbləğdə faiz borcu mövcuddur.

3. Bu razılaşmanın 2-ci bəndində qeyd edilmiş kredit (borc) üzrə faiz dərəcəsi 24 faiz və kreditin son icra müddəti xx.xx.2022-ci il müəyyən edilir.

4. Borcalan bu restrukturizasiya razılaşmasının ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən bu restrukturizasiya razılaşması üzrə ödənişləri vaxtında və lazımi qaydada “Kreditverən”in xeyrinə icra etməyi öz öhdəsinə götürür.

5. “Kreditverən” tərəfindən bu razılaşmanın 2-ci bəndində qeyd edilmiş borcun ödənilməsi ilə bağlı güzəşt müddəti verilə bilər. Bu zaman güzəşt müddətinin dövrü və güzəşt müddəti ərzində icra edilməli olan öhdəlik bu restrukturizasiya razılaşmasının ayrılmaz tərkib hissəsi hesab edilən Ödəniş cədvəlində qeyd ediləcəkdir.

6. “Borcalan” bu razılaşmanın 5-ci bəndinə uyğun olaraq müəyyən edilmiş güzəşt müddəti ərzində ödənişlərin vaxtında və tam şəkildə həyata keçirilməməsinə görə hər gecikdirilən gün üçün 0,4 manat məbləğdə cərimə ödəməyi öhdəsinə götürür

7. “Borcalan” tərəfindən ödəniş cədvəli üzrə ödənişlər lazımi qaydada həyata keçirilmədikdə, “Kreditverən” verilmiş kredit üzrə vaxtında ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsi illik 24% üstəgəl 5% gecikdirmə faizi ilə hesablamaq hüququna malikdir. Ödəniş cədvəlində qeyd edilmiş kreditin (borcun) son icra müddətində Borcalan kredit və faizlər “Kreditverən”ə ödəmədikdə, "Borcalan” "Kreditverən”ə gecikdirilmiş borc məbləğinin 40% məbləğində cəriməni ödəməlidir.

8. Bu Razılaşma imzalandığı gündən qüvvəyə minir. Razılaşma hər iki tərəfin imzası və kredit verənin möhürü ilə təsdiq edilmişdir. 001İAMR201350004 nömrəli xx.xx.2020-ci il tarixli restrukturizasiya razılaşmasına dair ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, restrukturizasiya gününə ödənilməmiş əsas borc məbləği: 13.648,58 manat, restrukturizasiya gününə kimi hesablanmış, lakin ödənilməmiş faiz məbləği: 627,43 manatdır. 13.648,58 manat kredit borcuna görə son ödəniş tarixi xx.xx.2022-ci il olmaqla ümumilikdə 3.522,16 manat faiz, 627,43 manat (xx.xx.2020-ci il tarixinə mövcud) faiz, ümumilikdə 17.798,17 manat ödənilməli idi. Ödəniş cədvəli hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. İddiaçı ASC (kreditor) ilə Cavabdeh2 (zamin) arasında xx.xx.2020-ci il tarixli 001FİZAM62604707 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqavilə borclunun kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliyin tamamı ilə icra edilməsi üçün zaminin kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. 1.2-ci bəndinə əsasən icrası zaminliklə təmin olunmuş öhdəlik və onun məzmunu Kreditor və Borclu Cavabdeh5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 19001-S122186/789308 saylı kredit limiti müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalar ilə müəyyən olunur. Kredit limiti müqaviləsinə əsasən kreditor Borcluya 120 ay müddətinədək 200.000 manat məbləğinədək illik 30%-dən çox olmamaq şərtilə kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan razılaşmalar bağlamaqla kredit verir. 1.3-cü bəndinə əsasən əsas müqavilə üzrə tələb edilə biləcək borc: 200.000 manat kredit limiti çərçivəsində ayrılmış kredit limiti məbləğində veriləcək kreditlər hesablanacaq faiz borcları və kreditin qeyd edilmiş müddətdə geri qaytarılmamasına görə qalıq borcun 40%-i məbləğində cərimədir. 2.1-ci bəndinə əsasən zamin faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyır. 2.2-ci bəndinə əsasən borclu kreditor qarşısında olan öhdəliyini vaxtında və lazımi qaydada icra etmədikdə, Kreditor öz mülahizəsinə əsasən həmin öhdəliyin icrasını Borcludan və ya Zamindən, yaxud onların hər ikisindən birlikdə tələb edə bilər. 3.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən Zaminlik icrasını təmin etdiyi kredit limiti müqaviləsinin qüvvəyə mindiyi andan qüvvəyə minir və kredit limiti müqaviləsinin qüvvədə olduğu müddət ərzində, o cümlədən kredit limiti müqaviləsinin müddəti uzadıldıqda, uzadılmış müddət ərzində və kredit limiti müqaviləsindən irəli gələn öhdəlik tam icra olunanadək qüvvədədir. Müqavilə hər iki tərəfin imzası və kreditorun möhürü ilə təsdiq edilmişdir. İddiaçı ASC (kreditor) ilə Cavabdeh4 (zamin) arasında xx.xx.2020-ci il tarixli 001FİZAM71302803 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqavilə borclunun kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliyin tamamı ilə icra edilməsi üçün zaminin kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. 1.2-ci bəndinə əsasən icrası zaminliklə təmin olunmuş öhdəlik və onun məzmunu Kreditor və Borclu Cavabdeh5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 19001-S122186/789308 saylı kredit limiti müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalar ilə müəyyən olunur. Kredit limiti müqaviləsinə əsasən kreditor Borcluya 120 ay müddətinədək 200.000 manat məbləğinədək illik 30%-dən çox olmamaq şərtilə kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan razılaşmalar bağlamaqla kredit verir. 1.3-cü bəndinə əsasən əsas müqavilə üzrə tələb edilə biləcək borc: 200.000 manat kredit limiti çərçivəsində ayrılmış kredit limiti məbləğində veriləcək kreditlər hesablanacaq faiz borcları və kreditin qeyd edilmiş müddətdə geri qaytarılmamasına görə qalıq borcun 40%-i məbləğində cərimədir. 2.1-ci bəndinə əsasən zamin faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyır. 2.2-ci bəndinə əsasən borclu kreditor qarşısında olan öhdəliyini vaxtında və lazımi qaydada icra etmədikdə, Kreditor öz mülahizəsinə əsasən həmin öhdəliyin icrasını Borcludan və ya Zamindən, yaxud onların hər ikisindən birlikdə tələb edə bilər. 3.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən Zaminlik icrasını təmin etdiyi kredit limiti müqaviləsinin qüvvəyə mindiyi andan qüvvəyə minir və kredit limiti müqaviləsinin qüvvədə olduğu müddət ərzində, o cümlədən kredit limiti müqaviləsinin müddəti uzadıldıqda, uzadılmış müddət ərzində və kredit limiti müqaviləsindən irəli gələn öhdəlik tam icra olunanadək qüvvədədir. Müqavilə hər iki tərəfin imzası və kreditorun möhürü ilə təsdiq edilmişdir. İddiaçı ASC (kreditor) ilə Cavabdeh1 (zamin) arasında xx.xx.2020-ci il tarixli 001FİZAM71303003 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqavilə borclunun kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliyin tamamı ilə icra edilməsi üçün zaminin kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. 1.2-ci bəndinə əsasən icrası zaminliklə təmin olunmuş öhdəlik və onun məzmunu Kreditor və Borclu Cavabdeh5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 19001-S122186/789308 saylı kredit limiti müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalar ilə müəyyən olunur. Kredit limiti müqaviləsinə əsasən kreditor Borcluya 120 ay müddətinədək 200.000 manat məbləğinədək illik 30%-dən çox olmamaq şərtilə kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan razılaşmalar bağlamaqla kredit verir. 1.3-cü bəndinə əsasən əsas müqavilə üzrə tələb edilə biləcək borc: 200.000 manat kredit limiti çərçivəsində ayrılmış kredit limiti məbləğində veriləcək kreditlər hesablanacaq faiz borcları və kreditin qeyd edilmiş müddətdə geri qaytarılmamasına görə qalıq borcun 40%-i məbləğində cərimədir. 2.1-ci bəndinə əsasən zamin faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyır. 2.2-ci bəndinə əsasən borclu kreditor qarşısında olan öhdəliyini vaxtında və lazımi qaydada icra etmədikdə, Kreditor öz mülahizəsinə əsasən həmin öhdəliyin icrasını Borcludan və ya Zamindən, yaxud onların hər ikisindən birlikdə tələb edə bilər. 3.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən Zaminlik icrasını təmin etdiyi kredit limiti müqaviləsinin qüvvəyə mindiyi andan qüvvəyə minir və kredit limiti müqaviləsinin qüvvədə olduğu müddət ərzində, o cümlədən kredit limiti müqaviləsinin müddəti uzadıldıqda, uzadılmış müddət ərzində və kredit limiti müqaviləsindən irəli gələn öhdəlik tam icra olunanadək qüvvədədir. Müqavilə hər iki tərəfin imzası və kreditorun möhürü ilə təsdiq edilmişdir. İddiaçı ASC (kreditor) ilə Cavabdeh3 (zamin) arasında xx.xx.2020-ci il tarixli 001FİZAM71302703 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqavilə borclunun kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliyin tamamı ilə icra edilməsi üçün zaminin kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. 1.2-ci bəndinə əsasən icrası zaminliklə təmin olunmuş öhdəlik və onun məzmunu Kreditor və Borclu Cavabdeh5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 19001-S122186/789308 saylı kredit limiti müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalar ilə müəyyən olunur. Kredit limiti müqaviləsinə əsasən kreditor Borcluya 120 ay müddətinədək 200.000 manat məbləğinədək illik 30%-dən çox olmamaq şərtilə kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan razılaşmalar bağlamaqla kredit verir. 1.3-cü bəndinə əsasən əsas müqavilə üzrə tələb edilə biləcək borc: 200.000 manat kredit limiti çərçivəsində ayrılmış kredit limiti məbləğində veriləcək kreditlər hesablanacaq faiz borcları və kreditin qeyd edilmiş müddətdə geri qaytarılmamasına görə qalıq borcun 40%-i məbləğində cərimədir. 2.1-ci bəndinə əsasən zamin faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyır. 2.2-ci bəndinə əsasən borclu kreditor qarşısında olan öhdəliyini vaxtında və lazımi qaydada icra etmədikdə, Kreditor öz mülahizəsinə əsasən həmin öhdəliyin icrasını Borcludan və ya Zamindən, yaxud onların hər ikisindən birlikdə tələb edə bilər. 3.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən Zaminlik icrasını təmin etdiyi kredit limiti müqaviləsinin qüvvəyə mindiyi andan qüvvəyə minir və kredit limiti müqaviləsinin qüvvədə olduğu müddət ərzində, o cümlədən kredit limiti müqaviləsinin müddəti uzadıldıqda, uzadılmış müddət ərzində və kredit limiti müqaviləsindən irəli gələn öhdəlik tam icra olunanadək qüvvədədir. Müqavilə hər iki tərəfin imzası və kreditorun möhürü ilə təsdiq edilmişdir. Cavabdeh2 1-1626047-2 nömrəli bank hesabından çıxarışdan müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh5 arasında bağlanmış kredit müqaviləsinə əsasən sonuncu tarix xx.xx.2022-ci il olmaqla müxtəlif vaxtlarda həmin hesaba müxtəlif məbləğlərdə pul vəsaiti köçürülmüşdür. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli (maliyyə) arayışa əsasən Cavabdeh5 İddiaçı ASC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə Cavabdeh5 11.821,3 manat məbləğində əsas, 4.110,97 manat məbləğində faiz, kredit müqaviləsinə əsasən əsas borc üzrə hesablanmış cərimə məbləği 212,45 manat, kredit müqaviləsinə əsasən faiz borc üzrə hesablanmış cərimə məbləği 1.019,78 manat, olmaqla, cəmi 17.164,5 manat məbləğində kredit borcu vardır. İddiaçı ASC tərəfindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 pretenziya məktubları ünvanlanaraq kredit müqaviləsi üzrə yaranmış borcun 5 gün ərzində ödənilməsi təklif edilmiş, borcun ödənilməsi təmin edilməyəcəyi təqdirdə aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. Cavabdeh5 tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzləri (Milliön, e-manat elektron ödəmə sistemi) və kassa mədaxil orderlərinə (Bank Respublika ASC) əsasən müəyyən edilir ki, müxtəlif dövrlərdə İddiaçı ASC-nin hesabına müxtəlif məbləğlərdə pul vəsaitləri (kredit ödənişləri üzrə) mədaxil edilmişdir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 aprel 2023-cü il tarixli 9/1185 saylı ekspert rəyi ilə müəyyən edilir ki; Birinci sual üzrə - Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh5 banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları, xx.xx.2020-ci il tarixli, 001İAMR201350004 nömrəli restrukturizasiya razılaşmasının şərtləri nəzərə alınmaqla Cavabdeh5 xx.xx.2022-ci il tarixə (sualda göstərilən tarix, müqavilənin son tarixi) banka olan əsas və faiz borcu 15.085,44 manat məbləğindədir, o cümlədən: xx.xx.2022-ci il tarixə: əsas borc üzrə 13.648,58 manat, faiz borcu üzrə 1.436,86 manat. İkinci sual üzrə - Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları üzrə xx.xx.2022-ci il tarixdə 500,00 manat, xx.xx.2022-ci il tarixdə 100.00 manat, xx.xx.2022c i il tarixdə 100,00 manat olmaqla ümumilikdə 700,00 manat kredit ödənişi müqavilə üzrə əsas borcdan silinmişdir. Ödəniş qəbzlərinə əsasən xx.xx.2022-ci il tarixdə 50,00 manat və xx.xx.2022-ci il tarixdə 100,00 manat olmaqla ümumilikdə 150,00 manat məbləğində kredit ödənişinin kredit müqaviləsi üzrə əsas və ya faiz borcuna silinməsini həmin ödənişlərin hesabdan çıxarış məlumatlarında öz əksini tapmadığı üçün müəyyən etmək mümkün olmadı. Üçüncü sual üzrə - Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hazırki tədqiqatla İddiaçı ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 001İAMR201350004 nömrəli restrukturizasiya razılaşması üzrə Cavabdeh5 xx.xx.2022-ci il tarixə (sualda göstərilən tarix, müqavilənin son tarixi) müəyyən edilmiş 15.085,44 manat məbləğində kredit borcundan xx.xx.2022-ci il tarixdən (sualda göstərilən tarix, müqavilənin son tarixi) sonra ümumilikdə ödənilmiş 850 manat məbləğində kredit ödənişi çıxıldıqda Cavabdeh5 xx.xx.2023-cü il tarixə (ekspert rəyinin yazıldığı tarix) banka olan borcu 14.235,44 manat məbləğindədir, o cümlədən: 1.436,86 manat faiz borcu - 850,00 manat ödəniş = 586,86 manat faiz borcu, 13.648,58 manat əsas borc + 586 manat faiz borcu = 14.235,44 manat ümumi borc. Eskpertiza tədqiqatının dəyəri 200 manat təşkil edir.

Əsaslandırıcı hissə:

Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (kreditor) ilə Cavabdeh5 (borc alan) arasında 19001-S122186/789308 saylı, xx.xx.2019-cu il tarixli kredit limiti müqaviləsi və həmin müqavilə əsasında (çərçivəsində) xx.xx.2019-cu il tarixli 1 nömrəli razılaşma bağlanmışdır. İddiaçı ASC həmin razılaşmaya əsasən Cavabdeh5 xx.xx.2021-ci il tarixinədək illik 24 %-lə 15.000 manat məbləğində kredit vermiş, daha sonra 25 dekabr 2019-cu il tariхli razılaşmaya əlavə olaraq 001İAMR201350004 nömrəli xx.xx.2020-ci il tarixli restrukturizasiya razılaşması imzalanmış və həmin restrukturizasiya razılaşmasına əsasən restrukturizasiya razılaşmasının imzalanması tarixinə borcalanın həmin kredit (borc) üzrə 13.648,58 manat məbləğdə əsas borc, 627,43 manat məbləğdə faiz borcunun mövcudluğu barədə tərəflər razılaşmışlar və kredit (borc) üzrə faiz dərəcəsi 24 faiz və kreditin son icra müddəti xx.xx.2022-ci il olaraq müəyyən edilmişdir. İddiaçı göstərilən razılaşmalar ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh5 kredit limiti müqaviləsi və müqavilənin ayrılmaz tərkib hissəsi olan yuxarıda qeyd edilən razılaşmalar üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya xx.xx.2022-ci il tarixinə kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır. Kredit müqavilələri üzrə cavabdehdən tutulmalı əsas və faiz borcunun məbləğinə gəldikdə məhkəmə ilk növbədə qeyd edir ki, Cavabdeh5 mübahisəli kredit limiti müqaviləsi və müqavilənin ayrılmaz tərkib hissəsi olan yuxarıda qeyd edilən razılaşmalar üzrə əsas və faiz borcunun məbləği işin mübahisəli halını təşkil etdiyindən həmin halın müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi ilə Cavabdeh5 xx.xx.2022-ci il tarixə (müqavilənin son tarixi) banka olan əsas borcunun 13.648,58 manat və faiz borcunun 1.436,86 manat, kredit borcundan xx.xx.2022-ci il tarixdən sonra ümumilikdə ödənilmiş 850 manat məbləğində kredit ödənişi çıxıldıqda Cavabdeh5 xx.xx.2023-cü il tarixə (ekspert rəyinin yazıldığı tarix) banka olan əsas borcunun 13.648,58 manat və faiz borcunun 586,86 manat təşkil etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir. Digər tərəfdən kredit müqavilələri üzrə tutulacaq əsas borc məbləğinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ekspert rəyində xx.xx.2022-ci il tarixdən (müqavilənin son tarixi) sonra banka olan ödənişlər nəzərə alınmaqla kredit limiti müqaviləsi və müqavilənin ayrılmaz tərkib hissəsi olan yuxarıda qeyd edilən razılaşmalar üzrə həm xx.xx.2022-ci il tarixə (müqavilənin son tarixinə) həm də xx.xx.2023-cü il tarixə (ekspert rəyinin yazıldığı tarix) əsas borc məbləğinin 13.648,58 manat təşkil etdiyini müəyyən edildiyi halda, bank tərəfindən 19001-S122186/789308 saylı, xx.xx.2019-cu il tarixli kredit limiti müqaviləsi və həmin müqavilə əsasında (çərçivəsində) bağlanmış xx.xx.2019-cu il tarixli 1 nömrəli razılaşma və 001İAMR201350004 nömrəli xx.xx.2020-ci il tarixli restrukturizasiya razılaşması üzrə 11.821,30 manat məbləğində əsas borcun tutulması tələb edilir. Odur ki, məhkəmə işə iddia tələbləri həddində baxaraq hesab edir ki, 19001-S122186/789308 saylı, xx.xx.2019-cu il tarixli kredit limiti müqaviləsi və həmin müqavilə əsasında (çərçivəsində) bağlanmış xx.xx.2019-cu il tarixli 1 nömrəli razılaşma və 001İAMR201350004 nömrəli xx.xx.2020-ci il tarixli restrukturizasiya razılaşması üzrə əsas borcun tutulması hissəsində iddia tam təmin, faiz borcun tutulması hisəsində isə iddia qismən təmin edilməli, 11.821,30 manat məbləğində əsas borcun və 586,86 manat məbləğində faiz borcun Cavabdeh5 bankın xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Mülki Məcəllənin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bununla yanaşı İddiaçı ASC 19001-S122186/789308 saylı, xx.xx.2019-cu il tarixli kredit limiti müqaviləsi və həmin müqavilə əsasında (çərçivəsində) bağlanmış xx.xx.2019cu il tarixli 1 nömrəli razılaşma və 001İAMR201350004 nömrəli xx.xx.2020-ci il tarixli restrukturizasiya razılaşması üzrə kredit borcuna görə 1.232,23 manat məbləğində dəbbə pulunun tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, Cavabdeh5 kredit müqavilələri ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, tərəflər arasında bağlanmış müqavilələrdə isə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan (eyni zamanda həmin iddiaçı müqavilə üzrə dəbbə pulunun ödənilməsini tələb etməkdə də haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq dəbbə pulu 19001-S122186/789308 saylı, xx.xx.2019-cu il tarixli kredit limiti müqaviləsi və həmin müqavilə əsasında (çərçivəsində) bağlanmış xx.xx.2019-cu il tarixli 1 nömrəli razılaşma və 001İAMR201350004 nömrəli xx.xx.2020-ci il tarixli restrukturizasiya razılaşması üzrə 500 manat məbləğində müəyyən edilməlidir.

Bununla yanaşı iş materiallarından həmçinin görünür ki, Cavabdeh5 19001- S122186/789308 saylı, xx.xx.2019-cu il tarixli kredit limiti müqaviləsi və həmin müqavilə əsasında (çərçivəsində) bağlanmış xx.xx.2019-cu il tarixli 1 nömrəli razılaşma və 001İAMR201350004 nömrəli xx.xx.2020-ci il tarixli restrukturizasiya razılaşması üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi bank ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zaminlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 borclu Cavabdeh5 19001-S122186/789308 saylı, xx.xx.2019-cu il tarixli kredit limiti müqaviləsi və həmin müqavilə əsasında (çərçivəsində) bağlanmış xx.xx.2019-cu il tarixli 1 nömrəli razılaşma və 001İAMR201350004 nömrəli xx.xx.2020-ci il tarixli restrukturizasiya razılaşmasından irəli gələn öhdəliklərinə zamin durmuşlar. Mülki Məcəllənin: 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Belə olan halda məhkəmə xx.xx.2020-ci il tarixli 001FİZAM62604707, xx.xx.2020-ci il tarixli 001FİZAM71302803, xx.xx.2020-ci il tarixli 001FİZAM71303003 və xx.xx.2020-ci il tarixli 001FİZAM71302703 saylı zaminlik müqavilələrinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Cavabdeh5 19001-S122186/789308 saylı, xx.xx.2019-cu il tarixli kredit limiti müqaviləsi və həmin müqavilə əsasında (çərçivəsində) bağlanmış xx.xx.2019-cu il tarixli 1 nömrəli razılaşma və 001İAMR201350004 nömrəli xx.xx.2020-ci il tarixli restrukturizasiya razılaşmasından irəli gələn öhdəliklərinə zamin durduqlarını, Cavabdeh5 isə həmin razılaşmalar üzrə öhdəliklərini yerinə yetirmədiyini nəzərə alaraq hesab edir ki, 19001-S122186/789308 saylı, xx.xx.2019-cu il tarixli kredit limiti müqaviləsi və həmin müqavilə əsasında (çərçivəsində) bağlanmış xx.xx.2019-cu il tarixli 1 nömrəli razılaşma və 001İAMR201350004 nömrəli xx.xx.2020-ci il tarixli restrukturizasiya razılaşması üzrə əsas, faiz borcu və dəbbə pulu cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulmalıdır. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 100 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 41,50 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 141,50 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumunun məbləği mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödənilmiş mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 100 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, məhkəmə mühasibatlıq ekspertizasının rəyinin verilməsinə görə ödənilməli olan 200 manat pul vəsaitinin 160 manat hissəsi cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada, 40 manat hissəsi isə İddiaçı ASC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ01360**********03944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 11.821,30 manat məbləğində əsas borc, 586,86 manat məbləğində faiz borcu, 500 manat məbləğində dəbbə pulu, cəmi 12.908,16 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC -yə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat pul vəsaitinin 160 manat hissəsi cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada, 40 manat hissəsi isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ01360**********03944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar