Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3092/2025 07.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 cəmi 34.196,91 (otuz dörd min bir yüz doxsan altı Manat 91 qəpik) Manat- bundan 10.723,11 (on min yeddi yüz iyirmi üç Manat 11 qəpik) Manat əsas, 9.598,22 (doqquz min beş yüz doxsan səkkiz Manat 22 qəpik) Manatfaiz, 12.288,73 (on iki min iki yüz səksən səkkiz Manat 73 qəpik) Manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.586,85 (bir min beş yüz səksən altı Manat 85 qəpik) Manat faiz borcu və iş üzrə ödənilmiş 192,59 (bir yüz doxsan iki Manat 59 qəpik) Manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə elektron məhkəmə sisteminə barışıq sazişi təqdim etmiş, onun təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş, 07 aprel 2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: Bir tərəfdən ləğv prosesində olan İddiaçı ASC, ləğvedicisi X1 icraçı direktorunun müavini X2 şəxsində (bundan sonra “İddiaçı” adlanacaq), digər tərəfdən Cavabdeh2 (ş/v: AA*******, verilib: ASAN 5) (bundan sonra “Cavabdeh” adlanacaq), iddiaçı və cavabdeh (birlikdə bundan sonra “Tərəflər” adlanacaqlar) aşağıdakı şərtlər əsasında qarşılıqlı razılıqla bu Sazişi imzaladılar.
2. Barışığın şərtləri 2.1. Tərəflər təsdiq edirlər ki, cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə BƏS-də 10.723,11 (on mib yeddi yüz iyirmi üç manat 11 qəpik) manat əsas, 9.598,22 (doqquz min beş yüz doxsan səkkiz manat 22 qəpik) manat faiz, 4.419,42 (dörd min dörd yüz on doqquz manat, 42 qəpik) manat köçürülmüş faizlər və 7.869,31 (yeddi min səkkiz yüz altmış doqquz manat, 31 qəpik) manat cərimə borc öhdəliyi mövcuddur. 2.2. Tərəflər təsdiq edirlər ki, kredit müqaviləsi üzrə 2.000 (iki min) manat məbləğində ödənişin 30 (otuz) iş günü müddətində ödənilməsinin ilkin ödəniş kimi qəbul edilməsini və bundan sonra qalıq 14.500 (on dörd min beş yüz) manat məbləğində borcun 24 (iyirmi dörd) ay müddətinə, yəni 2025-ci ilin may ayından başlayaraq, hər ay 604,17 (altı yüz dörd manat. 17 qəpik) manat ödənilməsi öhdəliyini cavabdeh öz üzərinə götürür. 2.3. İddiaçı bu Sazişin 2.2-ci bəndində göstərilən 14.500 (on dörd min beş yüz) manat borc məbləğinin cavabdeh tərəfindən ödənilməsinə 24 (iyirmi dörd) ay müddətinə möhlət verilməsi öhdəliyini öz üzərinə götürür. 2.4. Hər ay ödəniləcək məbləğin Cavabdeh tərəfindən ardıcıl olaraq 2 (iki) ay ərzində lazımınca icra edilməməsi bu Sazişin 2.2-ci bəndinin şərtlərinin pozulması və güzəştin ləğv edilməsi kimi qiymətləndirilir. 2.5 Barışıq sazişi üzrə ödəniş şərtləri cavabdeh tərəfindən pozulduğu halda bu sazişin 2.1-ci bəndində göstərilən borcların tam şəkildə cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tərəflər təsdiq edirlər. İddiaçı cavabdehə bildiriş vermədən dərhal bu barışıq sazişinin icraya yönəldilməsi üçün müvafiq Məhkəmə və ya icra orqanlarına müraciət edəcəkdir. 2.6 Tərəflər razılaşırlar ki, bu sazişin 2.2-ci bəndi cavabdeh tərəfindən lazımınca və vaxtında icra edildikdən sonra Bank Əməliyyat sistemində qalıq borc məbləğinin güzəşt tətbiq edilərək silinməsi öhdəliyini iddiaçı öz üzərinə götürür. Mülki Prosessual Məcəllənin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsində isə təsbit olunmuşdur ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Bir tərəfdən ləğv prosesində olan İddiaçı ASC, ləğvedicisi X1 icraçı direktorunun müavini X2 şəxsində (bundan sonra “İddiaçı” adlanacaq), digər tərəfdən Cavabdeh2 (ş/v: AA*******, verilib: ASAN 5) (bundan sonra “Cavabdeh” adlanacaq), iddiaçı və cavabdeh (birlikdə bundan sonra “Tərəflər” adlanacaqlar) aşağıdakı şərtlər əsasında qarşılıqlı razılıqla bu Sazişi imzaladılar.
2. Barışığın şərtləri 2.1. Tərəflər təsdiq edirlər ki, cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə BƏS-də 10.723,11 (on min yeddi yüz iyirmi üç manat 11 qəpik) manat əsas, 9.598,22 (doqquz min beş yüz doxsan səkkiz manat 22 qəpik) manat faiz, 4.419,42 (dörd min dörd yüz on doqquz manat, 42 qəpik) manat köçürülmüş faizlər və 7.869,31 (yeddi min səkkiz yüz altmış doqquz manat, 31 qəpik) manat cərimə borc öhdəliyi mövcuddur. 2.2. Tərəflər təsdiq edirlər ki, kredit müqaviləsi üzrə 2.000 (iki min) manat məbləğində ödənişin 30 (otuz) iş günü müddətində ödənilməsinin ilkin ödəniş kimi qəbul edilməsini və bundan sonra qalıq 14.500 (on dörd min beş yüz) manat məbləğində borcun 24 (iyirmi dörd) ay müddətinə, yəni 2025-ci ilin may ayından başlayaraq, hər ay 604,17 (altı yüz dörd manat, 17 qəpik) manat ödənilməsi öhdəliyini cavabdeh öz üzərinə götürür. 2.3. İddiaçı bu Sazişin 2.2-ci bəndində göstərilən 14.500 (on dörd min beş yüz) manat borc məbləğinin cavabdeh tərəfindən ödənilməsinə 24 (iyirmi dörd) ay müddətinə möhlət verilməsi öhdəliyini öz üzərinə götürür. 2.4. Hər ay ödəniləcək məbləğin Cavabdeh tərəfindən ardıcıl olaraq 2 (iki) ay ərzində lazımınca icra edilməməsi bu Sazişin 2.2-ci bəndinin şərtlərinin pozulması və güzəştin ləğv edilməsi kimi qiymətləndirilir. 2.5 Barışıq sazişi üzrə ödəniş şərtləri cavabdeh tərəfindən pozulduğu halda bu sazişin 2.1-ci bəndində göstərilən borcların tam şəkildə cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tərəflər təsdiq edirlər. İddiaçı cavabdehə bildiriş vermədən dərhal bu barışıq sazişinin icraya yönəldilməsi üçün müvafiq Məhkəmə və ya icra orqanlarına müraciət edəcəkdir. 2.6 Tərəflər razılaşırlar ki, bu sazişin 2.2-ci bəndi cavabdeh tərəfindən lazımınca və vaxtında icra edildikdən sonra Bank Əməliyyat sistemində qalıq borc məbləğinin güzəşt tətbiq edilərək silinməsi öhdəliyini iddiaçı öz üzərinə götürür. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbi barədə iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Kənan Hüseynov