Məhkəmə qərarları › İş №e-2-2(113)-310/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-310/2023

16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-310/2023 16.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçıun nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçıun cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC və Cavabdeh3 qarşı əsas kredit müqaviləsi üzrə əsas borcun, kredit borcuna görə hesablanmış faiz və dəbbə pulunun (cərimənin) ödənilməsi tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1MMC-dən, “D.X1” MMC-dən və Cavabdeh3 müştərək qaydada əsas borca görə 250000 ABŞ dolları, əsas borca hesablanmış faiz borcuna görə 25180,82 ABŞ dolları, ödənişin gecikdirilməsinə görə cəriməyə görə 21047,95 ABŞ dolları cəmi 296228,77 ABŞ dolları məbləğində pul vəsaitinin və 394 manat dövlət rüsumunun tutularaq İddiaçıa ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. I. Mübahisənin predmeti və irəli sürülən tələb İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2021ci il tarixli borc müqaviləsi və həmin müqaviləyə dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli sazişə əsasən “İddiaçı” MMC ümumilikdə 250000 ABŞ dolları məbləğində borc verməyi, Cavabdeh1 MMC isə həmin borc məbləğini və ona hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda həmin borc məbləğinin təminat olaraq “İddiaçı” MMC, Cavabdeh1 MMC və “D.X1” MMC arasında xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi və həmin zaminlik müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli saziş bağlanmışdır. “İddiaçı” MMC tərəfindən müqavilə üzrə öhdəliklər tam icra olunsa da, lakin Cavabdeh1 MMC tərəfindən öhdəliklər hələ də icra olunmamışdır. Yəni müqavilə üzrə Cavabdeh1 MMC-yə verilmiş borc və ona hesablanmış faizlər ödənilməmişdir. Belə ki, halhazırda müqavilə üzrə borc aşağıdakı kimidir: əsas borc: 250000 ABŞ dolları (müqavilənin 1.1-ci bəndi); əsas borca hesablanmış faiz(illik 7%): 25180.82 ABŞ dolları (müqavilənin 2.2-ci bəndi); ödənişin gecikdirilməsinə görə cərimə faizi (illik 17%): 21047.95 ABŞ dolları (müqavilənin 6.2-ci bəndi); Cəmi: 296228,77 ABŞ dolları. Bununla bağlı olaraq cavabdehə borc müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə dair xx.xx.2022-ci il tarixdə pretenziya göndərilmiş və borc ödənilmədikdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin pretenziyada göstərilən müddətin keçməsinə baxmayaraq həmin məbləğ hələ də ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçıun nümayəndəsi, vəkil Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək tələbin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. II. İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış borc müqaviləsindən görünür ki, İddiaçı 200000 ABŞ dolları məbləğində borc verməyi, Cavabdeh1 MMC isə həmin borc məbləğini və ona hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 6.2-ci maddəsinə əsasən borc alan bu müqavilə üzər üzərinə götürdüyü öhdəliyi icra etmədikdə, o cümlədən icranı gecikdirdiyi halda əsas borc məbləğindən və faizdən əlavə olaraq ödənişin gecikdirildiyi üçün borc verənə vaxtında qaytarılmayan məbləğin illik 17 %-i miqdarında cərimə ödəyir. xx.xx.2021-ci il tarixli İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış borc müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli borc müqaviləsinə əsasən Cavabdeh1 MMC-yə 50000 ABŞ dolları məbləğində əlavə borc verməyi öhdəsinə götürür. xx.xx.2021-ci il tarixli İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli borc müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün İddiaçı qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Cavabdeh1 MMC ilə birlikdə İddiaçı qarşısında birgə məsuliyyət daşıyır. xx.xx.2021-ci il tarixli İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 MMC Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli borc müqaviləsi və xx.xx.2021-ci il tarixli borc müqaviləsinə dəyişiklik edilməsi barədə sazişdən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün İddiaçı qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Cavabdeh1 MMC ilə birlikdə İddiaçı qarşısında birgə məsuliyyət daşıyır. 11 oktyabr 2022-ci il tarixli İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, İddiaçıun həmin tarixə 250000 ABŞ dolları əsas borc, 25180,82 ABŞ dolları faiz, 21047,95 ABŞ dolları cərimə cəmi 296228,77 ABŞ dolları məbləğində borcu vardır. 26 aprel 2023-cü il tarixli 9/1107 nömrəli Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, Cavabdeh1 MMC-nin 11 oktyabr 2022-ci il tarixə 250000 ABŞ dolları əsas borc, 22954,17 ABŞ dolları faiz borcu və 19833,33 ABŞ dolları cərimə borcu vardır. Aparılmış tədqiqatın dəyəri 100 manatdır. xx.xx.2022-ci il tarixli ********* nömrəli dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 394 manat məbləğində dövlət rüsumu ödəmişdir. III. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7, 467, 472.1 və 739.1-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. IV. Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən iddiaçı və cavabdehlər arasında qanunvericiliyə uyğun olaraq xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərində borc və zaminlik müqavilələri bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin Cavabdeh1 MMC 250000 ABŞ dolları məbləğində vəsaiti almasına baxmayaraq həmin borcun qaytarılması ilə bağlı iddiaçının qarşısında olan öhdəliklərini yerinə yetirməmişlər. İddiaçı məhkəməyə müraciət edərək cavabdehlərdən 250000 ABŞ dolları əsas borc 25180,82 ABŞ dolları faiz borcu və 21047,95 ABŞ dolları cərimə cəmi 296228,77 ABŞ dolları məbləğində pul tələb etsə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasinin rəyinə əsasən iddia əsas borc tələbi hissəsində tam 250000 ABŞ dolları, faiz borcu tələbi hissəsində isə qismən 22954,17 ABŞ dolları həcmində təmin edilməlidir. Bununla yanaşı məhkəmə 21047,95 ABŞ dolları cərimə tələbi ilə bağlı isə qeyd edir ki, cərimə tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə azaldılaraq 7045,83 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 94,52%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı olan 100 manat məbləğində xərcin 94,52 manatı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC və Cavabdeh3 müştərək qaydada, 5,48 manatı isə İddiaçıdan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə ,həmçinin iddiaçı tərəfindən ödənilmiş 394 manat məbləğində dövlət rüsumunun 372,40 manatı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçıa ödənilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC və Cavabdeh3 müştərək qaydada 250000 ABŞ dolları əsas borc və 22954,17 ABŞ dolları faiz borcu, 7045,83 ABŞ dolları cərimə cəmi 280000 ABŞ dolları tutularaq tutularaq iddiaçı “İddiaçı”a ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC və Cavabdeh3 müştərək qaydada 250000 ABŞ dolları əsas borc və 22954,17 ABŞ dolları faiz borcu, 7045,83 ABŞ dolları cərimə cəmi 280000 ABŞ dolları iddiaçı “İddiaçı”a ödənilsin. Məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı olan 100 manat məbləğində xərcin 94,52 manatı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC və Cavabdeh3 müştərək qaydada, 5,48 manatı isə İddiaçıdan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə, ödənilmiş 394 manat məbləğində dövlət rüsumunun 372,40 manatı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçıa ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar