Məhkəmə qərarları › İş №e-2-2(113)-310/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-310/2025

24.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-310/2025 24.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbi və tələbin ipotea əmlakına yönəldilməsinə dair iş üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh cəmi 92.768,24 manat borc olmaqla,bundan 54.910,46 manat əsas, 33.188,22 manat faiz, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 4.669,56 manat faiz borcu, iş üzrə ödənilmiş 368.31 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun Cavabdeh tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 136.7 kv.m, 4 otaqlı evə yönəlməsi, qeyd edilən əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Qulam Tarverdi oğlundan tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər aşağıdakı məzmunda barışıq sazişi imzalamış və məhkəməyə təqdim edərək barışıq sazişinin təsdiq edilməsini və bunun əsasında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər: Maddə 1. Sazişin mövzusu Bu Sazişin mövzusunu İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli, 01/2026/KBK nömrəli Kredit müqaviləsi üzrə (bundan sonra - “Kredit müqaviləsi” adlanacaq) yaranmış borc məbləğinin Cavabdeh tutulması, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədən küçəsi, 2-ci döngə, 0.047 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 136.7 kv.m, 4 otaqlı, 67.1 kv.m yaşayış, 69.6 kv.m köməkçi sahədən ibarət 12 saylı fərdi yaşayış evinə (yerləşdiyi torpaq sahəsi ilə birlikdə) yönəldilməsi tələbinə dair mübahisənin barışıq yolu ilə həll edilməsi təşkil edir. Maddə 2. Barışığın şərtləri 2.1. Tərəflər təsdiq edirlər ki, iddia ərizəsi üzrə Cavabdehin 54.910,46 (əlli dörd min doqquz yüz on manat 46 qəpik) manat əsas, 33.188,22 (otuz üç min bir yüz səksən səkkiz manat 22 qəpik) manat faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 4.669,56 (dörd min altı yüz altmış doqquz manat 56 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 92.768,24 (doxsan iki min yeddi yüz altmış səkkiz manat 24 qəpik) manat icra edilməmiş borc öhdəliyi mövcuddur. 2.2. Bu Sazişin 2.1 -ci bəndində qeyd edilən faiz borcdan 3.000 (üç min) manat hissəsinin bu Saziş imzalandığı tarixdən 30 (otuz) iş günü müddətində ödənilməsi öhdəliyini Cavabdeh öz üzərinə götürür. 2.3. Bu Sazişin 2.2-ci bəndi icra edildikdən sonra 71.825 (yetmiş bir min səkkiz yüz iyirmi beş) manat məbləğini 35 ay müddətinə, hər ay 2.052,14 (iki min əlli iki manat 14 qəpik) bərabər hissələrə bölünməklə ödənilməsini və 368,31 (üç yüz altmış səkkiz manat 31 qəpik) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat rüsumun 35 ay müddətində,İddiaçıya ödənilməsi öhdəliyini Cavabdeh öz üzərinə götürür. 2.4. Cavabdeh məhkəmə ekspertizası xərclərinin ödənilməsi öhdəliyini öz üzərinə götürür. 2.5. İddiaçı bu Sazişin 2.3-cü bəndində göstərilən borc məbləğinin Cavabdeh tərəfindən 35 (otuz beş) ay müddətinə ödənilməsinə möhlət verilməsi öhdəliyini öz üzərinə götürür. 2.4. Hər ay ödəniləcək məbləğin,Cavabdeh tərəfindən hər hansı ardıcıllıqla 2 (iki) dəfə lazımınca icra edilməməsi bu Sazişin 2.3-cü bəndinin şərtlərinin pozulması və güzəştin ləğv edilməsi kimi qiymətləndirilir. 2.5. Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədən küçəsi, 2-ci döngə, 0.047 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 136.7 kv.m, 4 otaqlı, 67.1 kv.m yaşayış, 69.6 kv.m köməkçi sahədən ibarət 12 saylı fərdi yaşayış evinin (yerləşdiyi torpaq sahəsi ilə birlikdə) bu Sazişin 2.1 -ci bəndində qeyd edilən öhdəlik üzrə borcun təminatı olaraq ipotekada saxlanılmasına və bu Sazişdə göstərilən şərtlər pozulduqda və ya icra edilmədikdə tutmanın xx.xx.2019-cu il tarixli, 01/2026/KBK nömrəli ipoteka müqaviləsi əsasında həmin əmlaka yönəldilməsinə və açıq hərracdan satılmasına, satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılmasına, əldə olunan pul məbləğinin İddiaçıya ödənilməsinə etiraz etmir. 2.6. Bu Saziş üzrə ödəniş şərtləri Cavabdeh tərəfindən pozulduğu halda bu Sazişin 2.1-ci bədində göstərilən borcların tam şəkildə Cavabdehdən tutularaq İddiaçıya ödənilməsini tərəflər təsdiq edirlər. İddiaçı Cavabdehə bildiriş vermədən dərhal bu Sazişin icraya yönəldilməsi üçün müvafiq Məhkəməyə və ya İcra orqanlarına müraciət edəcəkdir. 2.7. Tərəflər razılaşırlar ki, bu Sazişin 2.2, 2.3 və 2.4-cü bəndi Cavabdeh tərəfindən lazımınca və vaxtında icra edildikdən sonra X1 hesablanmış faiz və cərimə borclarına güzəşt tətbiq edilərək silinməsi öhdəliyini İddiaçı öz üzərinə götürür. 2.8. Tərəflər razılaşırlar ki, bu Sazişin 2.2, 2.3 və 2.4-cü bəndində göstərilən öhdəliklər Cavabdeh tərəfindən tam icra edilərək ödənildikdən sonra ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədən küçəsi, 2-ci döngə, 0.047 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 136.7 kv.m, 4 otaqlı, 67.1 kv.m yaşayış, 69.6 kv.m köməkçi sahədən ibarət 12 saylı fərdi yaşayış evi Cavabdehin müraciəti əsasında ipoteka yüklülüyündən azad olunacaqdır. Maddə 3. Digər şərtlər 3.1. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Könüllü icra edilməmə Sazişin 2.1-2.8-ci bəndləri ilə müəyyən edilmiş şərtlərin pozulması başa düşülür. 3.2. Bu Saziş məhkəmə tərəfindən təsdiq edilmldikdə, Sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər. 3.3. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.4. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.5. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.6. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.6.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə: 3.6.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.6.3. mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.6.4. qarşı tərəfin yazılı icazəsi ilə; 3.6.5. yaxın qohumlara; 3.6.6. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara. 3.7. Bu Sazişin məzmununun Sazişin 3.6.1. və 3.6.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. Maddə 4. Yekun müddəalar 4.1. Tərəflər bu Saziş üzrə öhdəliklərin pozulması və lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunuvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. 4.2. Bu Sazişin hər hansı müddəasının, o cümlədən də yeni normativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı etibarsızlığı həmin Sazişin digər müddəalarının və bütövlükdə müqavilənin etibarsızlığına səbəb olmur. 4.3. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 4 nüsxədə tərtib olunur və imzalandığı gündən qüvvəyə minir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında barışıq sazişi əldə olunduğuna görə barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqdan sonra və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbi və tələbin ipotea əmlakına yönəldilməsinə dair iş üzrə tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin: Maddə 1. Sazişin mövzusu Bu Sazişin mövzusunu İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli, 01/2026/KBK nömrəli Kredit müqaviləsi üzrə (bundan sonra - “Kredit müqaviləsi” adlanacaq) yaranmış borc məbləğinin Cavabdeh tutulması, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədən küçəsi, 2-ci döngə, 0.047 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 136.7 kv.m, 4 otaqlı, 67.1 kv.m yaşayış, 69.6 kv.m köməkçi sahədən ibarət 12 saylı fərdi yaşayış evinə (yerləşdiyi torpaq sahəsi ilə birlikdə) yönəldilməsi tələbinə dair mübahisənin barışıq yolu ilə həll edilməsi təşkil edir. Maddə 2. Barışığın şərtləri 2.1. Tərəflər təsdiq edirlər ki, iddia ərizəsi üzrə Cavabdehin 54.910,46 (əlli dörd min doqquz yüz on manat 46 qəpik) manat əsas, 33.188,22 (otuz üç min bir yüz səksən səkkiz manat 22 qəpik) manat faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 4.669,56 (dörd min altı yüz altmış doqquz manat 56 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 92.768,24 (doxsan iki min yeddi yüz altmış səkkiz manat 24 qəpik) manat icra edilməmiş borc öhdəliyi mövcuddur. 2.2. Bu Sazişin 2.1 -ci bəndində qeyd edilən faiz borcdan 3.000 (üç min) manat hissəsinin bu Saziş imzalandığı tarixdən 30 (otuz) iş günü müddətində ödənilməsi öhdəliyini Cavabdeh öz üzərinə götürür. 2.3. Bu Sazişin 2.2-ci bəndi icra edildikdən sonra 71.825 (yetmiş bir min səkkiz yüz iyirmi beş) manat məbləğini 35 ay müddətinə, hər ay 2.052,14 (iki min əlli iki manat 14 qəpik) bərabər hissələrə bölünməklə ödənilməsini və 368,31 (üç yüz altmış səkkiz manat 31 qəpik) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat rüsumun 35 ay müddətində,İddiaçıya ödənilməsi öhdəliyini Cavabdeh öz üzərinə götürür. 2.4. Cavabdeh məhkəmə ekspertizası xərclərinin ödənilməsi öhdəliyini öz üzərinə götürür. 2.5. İddiaçı bu Sazişin 2.3-cü bəndində göstərilən borc məbləğinin Cavabdeh tərəfindən 35 (otuz beş) ay müddətinə ödənilməsinə möhlət verilməsi öhdəliyini öz üzərinə götürür. 2.4. Hər ay ödəniləcək məbləğin,Cavabdeh tərəfindən hər hansı ardıcıllıqla 2 (iki) dəfə lazımınca icra edilməməsi bu Sazişin 2.3-cü bəndinin şərtlərinin pozulması və güzəştin ləğv edilməsi kimi qiymətləndirilir. 2.5. Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədən küçəsi, 2-ci döngə, 0.047 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 136.7 kv.m, 4 otaqlı, 67.1 kv.m yaşayış, 69.6 kv.m köməkçi sahədən ibarət 12 saylı fərdi yaşayış evinin (yerləşdiyi torpaq sahəsi ilə birlikdə) bu Sazişin 2.1 -ci bəndində qeyd edilən öhdəlik üzrə borcun təminatı olaraq ipotekada saxlanılmasına və bu Sazişdə göstərilən şərtlər pozulduqda və ya icra edilmədikdə tutmanın xx.xx.2019-cu il tarixli, 01/2026/KBK nömrəli ipoteka müqaviləsi əsasında həmin əmlaka yönəldilməsinə və açıq hərracdan satılmasına, satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılmasına, əldə olunan pul məbləğinin İddiaçıya ödənilməsinə etiraz etmir. 2.6. Bu Saziş üzrə ödəniş şərtləri Cavabdeh tərəfindən pozulduğu halda bu Sazişin 2.1-ci bədində göstərilən borcların tam şəkildə Cavabdehdən tutularaq İddiaçıya ödənilməsini tərəflər təsdiq edirlər. İddiaçı Cavabdehə bildiriş vermədən dərhal bu Sazişin icraya yönəldilməsi üçün müvafiq Məhkəməyə və ya İcra orqanlarına müraciət edəcəkdir. 2.7. Tərəflər razılaşırlar ki, bu Sazişin 2.2, 2.3 və 2.4-cü bəndi Cavabdeh tərəfindən lazımınca və vaxtında icra edildikdən sonra X1 hesablanmış faiz və cərimə borclarına güzəşt tətbiq edilərək silinməsi öhdəliyini İddiaçı öz üzərinə götürür. 2.8. Tərəflər razılaşırlar ki, bu Sazişin 2.2, 2.3 və 2.4-cü bəndində göstərilən öhdəliklər Cavabdeh tərəfindən tam icra edilərək ödənildikdən sonra ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədən küçəsi, 2-ci döngə, 0.047 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 136.7 kv.m, 4 otaqlı, 67.1 kv.m yaşayış, 69.6 kv.m köməkçi sahədən ibarət 12 saylı fərdi yaşayış evi Cavabdehin müraciəti əsasında ipoteka yüklülüyündən azad olunacaqdır. Maddə 3. Digər şərtlər 3.1. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Könüllü icra edilməmə Sazişin 2.1-2.8-ci bəndləri ilə müəyyən edilmiş şərtlərin pozulması başa düşülür. 3.2. Bu Saziş məhkəmə tərəfindən təsdiq edilmldikdə, Sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər. 3.3. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.4. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.5. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.6. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.6.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə: 3.6.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.6.3. mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.6.4. qarşı tərəfin yazılı icazəsi ilə; 3.6.5. yaxın qohumlara; 3.6.6. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara. 3.7. Bu Sazişin məzmununun Sazişin 3.6.1. və 3.6.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. Maddə 4. Yekun müddəalar 4.1. Tərəflər bu Saziş üzrə öhdəliklərin pozulması və lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunuvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. 4.2. Bu Sazişin hər hansı müddəasının, o cümlədən də yeni normativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı etibarsızlığı həmin Sazişin digər müddəalarının və bütövlükdə müqavilənin etibarsızlığına səbəb olmur. 4.3. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 4 nüsxədə tərtib olunur və imzalandığı gündən qüvvəyə minir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbi və tələbin ipotea əmlakına yönəldilməsinə dair iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar