Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3106/2024 05.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 41.183,99 manat əsas borc, 300 manat (120 manat vəkil xidmət haqqı, 180 manat mediasiya işlərinin aparılmasına görə xidmət haqqı) və 210 manat ödənilmiş mediasiya prosesi ilə bağlı xərcin və 15 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə “Məhsulların alğı-satqı” müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq Satıcı ("xxxx" MMC) istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici-spirtsiz içkiləri Alıcının mülkiyyətinə verməyi, Alıcı isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə görə, nisyə alğı-satqı zamanı alıcı faktura üzrə qəbul etdiyi malın dəyərinin fakturada göstərilən son ödəmə tarixinə qədər satıcıya ödənilməsini təmin etməlidir. İddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh ilə Malların Təhvil- Qəbul Aktları və Maliyyə Arayışı əsasında ƏDV xaric ümumilikdə 383.552.25 manat məbləğində sərinləşdirici-spirtsiz içkilər təhvil verilmişdir. Cavabdeh borc məbləğindən 342.368.26 manat ödəmiş lakin 41.183.99 manat əsas borc ödənilməmişdir. “Məhsulların alğı-satqı” Müqaviləsinin 6.2-ci bəndinə görə ödəniş məbləği və dəbbə pulunun ödənilməsi təmin edilməzsə, müqavilə birtərəfli ləğv edilir, malların dəyərinin ödənilməsi qanuna müvafiq təmin edilir. Həmin Müqavilənin 6.3-ci bəndinə görə X1 faktura və tara dəyərinin bu müqavilənin 3.2 bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılması gecikdirildikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin və geri qaytarılmış taranın dəyərinin 0.1 (sıfır tam, onda bir) % miqdarında, gecikdirilən günlərin sayı 30(otuz) gündən çox olduqda isə növbəti (31-ci) gündən başlayaraq hər gecikdirilən gün üçün 0.2 (sıfır tam,onda iki)% miqdarında dəbbə pulu ödənilməlidir.
II. Tərəflərin mövqeləri:
3. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər, lakin iddiaçı məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iş üzrə qiyabi qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh isə məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
5. Məhkəmə iddiaçının xx.xx.2024-cü il tarixli ərizəsini nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=2837210İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən satıcı istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici –spirtsiz içkiləri və çayları alıcıya satmaqla onun mülkiyyətinə verməyi, alıcı isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürmüşdür.
10. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən alıcı faktura üzrə qəbul etdiyi məhsulun dəyərini nağd faktura ilə satış zamanı malın təslimi anında, nisyə satış zamanı fakturada göstərilən son ödəmə tarixinə qədər, onlayn platformalarda ödəmə imkanı varsa malı aldığı anda göstərilən məbləğin satıcıya ödənilməsini təmin etməlidir.
11. Müqavilə tərəflərin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur.
12. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
13. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=2837210İddiaçı üzərinə düşür.
14. İşdən görünür ki, iddiaçı tərəfindən cavabdehə EBCG seriyalı, 859008 nömrəli, xx.xx.2022-ci il tarixli dəyəri 9.228,57 manat, EBCG seriyalı, 859009 nömrəli, xx.xx.2022ci il tarixli, dəyəri 5.535,99 manat, EBCH seriyalı, 953786 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 7.151,51 manat, EBCH seriyalı, 953785 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 6665,03 manat, EBCH seriyalı, 953784 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 6.339,50 manat, EBCH seriyalı, 953783 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 6.383,04 manat, EBCİ seriyalı, 048265 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 6.739,07 manat olan elektron qaimələr göndərilmişdir.
15. Sadə riyazi hesablama ilə elektron qaimələrdəki məbləğlərin cəmi 48.042,71 manat edir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.
17. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixinə borcu 41.183,99 manat təşkil edir.
18. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçı tərəf, cavabdehə cəmi 383,552,25 manat məbləğində mal verildiyini, cavabdeh tərəfindən 342.368,26 manat pul ödənildiyini və cavabdehin müqavilə üzrə ödənilməmiş 41.183,99 manat borcunun qaldığını bildirmişdir.
19. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya münasibət (etiraz) bildirməmiş, qalıq borcun ödənilməsinə dair hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.
20. Məhkəmə hesab edir ki, 41.183,99 manat dəyərində olan mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdeh isə təhvil verilmiş malların dəyərini ödəməmişdir.
21. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia əsas borc üzrə 41.183,99 manat məbləğində pulun tutulması hissəsində əsaslıdır.
22. Məhkəmə, 300 manat (120 manat vəkil xidmət haqqı, 180 manat mediasiya işlərinin aparılmasına görə xidmət haqqı) məbləğində pulun tutulması ilə bağlı aşağıdakıları qeyd edir.
23. Məhkəmə qeyd edir ki, işə əlavə olunmuş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, vəkil xərcinin əvəzi olaraq 120 manat məbləğində pul Abşeron Rayon Vəkil Bürosunun hesabına ödənmişdir.
24. Ona görə də, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 120 manat məbləğində pul Cavabdeh tutularaq https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=2837210İddiaçınə ödənilməlidir.
25. Məhkəmə həmçinin hesab edir ki, iddia 180 manat mediasiya işlərinin aparılmasına görə xidmət haqqının tutulması hissəsində də təmin edilməlidir.
26. Bundan başqa, məhkəmə qeyd edir ki, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 210 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
27. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 210 (iki yüz on) manat məbləğində pul iddiaçı tərəfindən Bakı 20 saylı Mediasiya təşkilatına ödənmişdir.
28. Məhkəmə həmçinin hesab edir ki, dövlət rüsumunun əvəzi olaraq 15 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
29. Belə ki, işə əlavə olunmuş ********** nömrəli, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 15 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
30. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir.
VI. Nəticə:
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 41.183 (qırx bir min bir yüz səksən üç) manat, 99 (doxsan doqquz) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 210 (iki yüz on) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 120 (bir yüz iyirmi) manat, mediasiya işlərinin aparılmasına görə xidmət haqqının əvəzi olaraq 180 (bir yüz səksən) manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 15 (on beş) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Kənan Hüseynov