Məhkəmə qərarları › İş №e-2-2(113)-3118/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3118/2025

11.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3118/2025 11.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, ipoteka müqaviləsi, cərimə) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən onun xeyrinə əsas borc üzrə 8638,85 manat, xx.xx.2024-cü il tarixə faiz borcu üzrə 183,30 manat, xx.xx.2024-cü il tarixə gecikdirilmiş kredit borcuna görə hesablanmış dəbbə pulu 285,89 manat, cəmi 9469,87 manat kredit borcunun və 115 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, xx.xx.2023-cü il tarixli 113-MFG-662 saylı daşınar əmlakın ipoteka müqaviləsinə əsasən yüklülük predmetiniİddiaçı ASC-nin sahibliyinə verilməsi, daşınar əmlakın ipoteka müqaviləsinə əsasən Cavabdeh MMC-nin Cavabdeh MMC-yə məxsus Changan Aushan Z6-İDD markalı, 2023-cü il istehsal tarixi olan, Tünd boz metalik rəngli, LS6C3E158PB354612 Ban nömrəli, **-PS-*** dövlət nömrə nişanlıavtomobil olan daşınar əmlaka tutma yönəldilməsi, qeyd olunan avtomobilaçıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx/xx/2023-cü il tarixli, 1**-MF-*** №-li kredit müqaviləsinə əsasən illik 16 faiz olmaqla, 30 900 AZN məbləğində 12 ay müddətinə kredit ayrılmışdır. Öhdəliyin təminatı olaraq Cavabdeh MMC-yə məxsus Changan Aushan Z6-İDD markalı, 2023-cü il istehsal tarixi olan, Tünd boz metalik rəngli, LS6C3E158PB354612 Ban nömrəli, **-PS-*** dövlət nömrə nişanlı avtomobil, xx.xx.2023-cü il tarixli 113-MFG-662 saylı daşınar əmlakın ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. Cavabdeh MMC öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditlərin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə iddia qaldırılan günə onun Banka xx/xx/2023-cü il tarixli, 1**-MF-*** №-li kredit müqaviləsi üzrə əsas borc üzrə 8.638,85 manat 85 qəpik, xx.xx.2025-ci il tarixə faiz borcu üzrə 545,13 manat 13 qəpik, xx.xx.2024-cü il tarixə gecikdirilmiş kredit borcuna görə hesablanmış dəbbə pulu 285,89 manat 89 qəpik, cəmi 9.469,87 manat 31 qəpik məbləğində borcu yaranmışdır. İddianın maddi hüquqi əsası kimi AR Mülki Məcəllənin 139.2, 139.3, 205.1, 250.2, 274.2, 279,281.1, 385.1, 423, 442, 443, 445, 445.1, 445.2, 449, 470.2, 472.1, 472.2, 739- 745-ci maddələrinə, “Daşınar əşyanın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun 13.1,13.1.2,15.1-ci maddələrinə istinad etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi T.Bayramov iddia ərizəsində göstərilənləri təsdiq edərək əlavə olaraq bildirmişdir ki, iddia tələbində qeyd edilən cərimə məbləği ilə bağlı tərəflər arasında hər hansı razılıq yoxdur. Sonda iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı ASC (bank) ilə Cavabdeh MMC (borc alan) arasında bağlanmış 23 oktyabr 2023-ci il tarixli 1**-MF-*** saylı kredit müqaviləsindən görünür ki, (1.1-ci bəndi) bank bu müqavilənin şərtlərinə uyğun olaraq borc alana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək şərti ilə kredit verir, borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində Banka qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən kredit əsas vəsaitin alışı məqsədi ilə verilir. Müqavilənin 2.1-ci bəndinə əsasən kreditin əsas şərtləri: Kreditin məbləği – 30900 manat; Kreditin müddəti – 12 ay; Kreditin illik faiz dərəcəsi – 16%. Müqavilənin 2.2-ci bəndinə əsasən illik faiz dərəcəsi FİFD:17,93% təşkil edir. 2.5-ci bəndinə əsasən kredit üzrə faizlər ildə 360 təqvim günü, ayda isə 30 təqvim günü götürməklə, kreditin verildiyi faktiki günlərin sayına vurulmaqla hesablanır. Müqavilənin 7.1-ci bəndinə əsasən müqavilə tərəflərin imzaladığı tarixdən qüvvəyə minir və öhdəliklər tam icra edilənədək qüvvədə qalır. Bu müqavilənin 2.1-ci bəndində göstərilən kredit müddətinin bitməsi bu müqavilənin qüvvədən düşməsinə səbəb olmur. 23 oktyabr 2023-ci il tarixli 1**-MF-*** saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən ümumi məbləği 30900 manat olan illik faiz dərəcəsi 16% olmaqla verilmiş kreditə görə cavabdeh "xxxx" MMC xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər hər ayın 23-ü (24, 25,27) 2804,31 manat, sonuncu ay 2804,33 manat ödəməlidir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli təsisçi qərarına əsasən "xxxx" MMC-nin AFB Bank ASC-dən 12 ay müddətinə əsas vəsaitin alışı məqsədilə 30900 manat məbləğin götürülməsi qanuni təmsilçiyə həvalə edilmişdir. 23 Oktyabr 2023-ci il tarixli 113-MFG-662 sayli Daşınar Əmlakın İpotekası müqaviləsinə əsasən ipoteka qoyan xüsusi mülkiyyət hüququ ilə özünə məxsus və bu müqavilənin 2.1-ci bəndində göstərilən daşınar əmlakı ipoteka saxlayan qarşısında pul öhdəliyinin icrasının təmin edilməsi üçün ipoteka yüklü edir.2.1-ci bəndinə əsasən ipoteka predmetini Changan Aushan Z6-İDD markall, 2023-cü il istehsal tarixi olan, Tünd boz metalik rəngli, LS6C3E158PB354612 Ban nömrəli avtomobil təşkil edir. 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə ipoteka ilə təmin olunan öhdəliyin əmələ gəlməsi üçün əsas " AFB Bank” ASC (bank) ilə Cavabdeh MMC (borc alan) arasında bağlanmış 23 Oktyabr 2023-ci il tarixli 1**-MF-*** saylı kredit müqaviləsidir; Müqavilənin 2.3-cü bəndinə əsasən qiymətləndiricilər tərəfindən ipoteka predmetinin bazar dəyəri 51000 manat, likvid dəyəri 45000 manat məbləğdə qiymətləndirilmişdir. Müqavilənin 5.1-ci bəndinə əsasən ipoteka ilə təmin edilmiş əsas öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə ipoteka predmetinə tutma yönəldilir; 5.2-ci bəndinə əsasən ipoteka predmetinə tutma yönəldilməsi ipoteka saxlayanın seçiminə əsasən məhkəmə, yaxud məhkəməyə müraciət edilmədən öncə notariusun icra qeydi əsasında həyata keçirilir. xx.xx.2025-ci il tarixli İddiaçı ASC tərəfindən tərtib edilmiş arayışından görünür ki, 23 Oktyabr 2023-ci il tarixli 1**-MF-*** sayli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə Cavabdeh MMC-nin 8638,85 manat məbləğində əsas, 543,13 manat məbləğində faiz və 285,89 manat məbləğində cərimə, cəmi 9469,87 manat borcu vardır. Azərbaycan Respublikası Mərkəzi Bankının Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, yüklülüyün predmeti 23 Oktyabr 2023-ci il tarixli 113-MFG-662 sayli Girov müqaviləsinə əsasən Bazar dəyəri 51000 AZN olan Changan Aushan Z6-İDD markall, 2023-cü il istehsal tarixi olan, Tünd boz metalik rəngli, LS6C3E158PB354612 Ban nömrəli avtomobil, yüklülüyün sahibi İddiaçı ASC, yüklülük verən Cavabdeh MMC kimi göstərilmişdir. xx.xx.2025-cü il tarixli pretenziyadan görünür ki, iddiaçı tərəfindən cavabdehə öhdəliyin icra olunması üçün xəbərdarlıq göndərilmiş, xx/xx/2023-cü il tarixli, 1**-MF-*** N2-li kredit müqaviləsindən irəli gələn borc məbləğini 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi qeyd edilib. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC 115 manat dövlət rüsumu ödəmişdir Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 270-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Bu Məcəllənin müqaviləyə əsasən əmələ gələn girov və ipoteka haqqında qaydaları müvafiq surətdə digər əsaslara görə əmələ gələn girova və ipotekaya da tətbiq edilir. 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.4-cü maddəsinə əsasən faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. 740.8-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Daşınar əmlakın yüklülüyü haqqında Azərbaycan Respublikasinin Qanununun: 3.1-ci maddəsinə əsasən daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edir. 12.2-ci maddəsinə əsasən xüsusi yüklülükdə yüklülük predmetinə tutma yönəldilməsi bu Qanunun 13-19-cu maddələri ilə müəyyən olunmuş qaydada həyata keçirilir. 13.1-ci maddəsinə əsasən yüklülük sahibi yüklülük predmetinə aşağıdakı qaydada tutma yönəldə bilər: 13.1.1. yüklülük predmeti pul tələbidirsə (debitor borcdursa), pulun (debitor borcun) yüklülük sahibinə ödənilməsini tələb etmək; 13.1.2. yüklülük predmeti borclunun və ya yüklülük verənin sahibliyindədirsə, yüklülük verənlə yazılı razılaşma əsasında yüklülük predmetini öz sahibliyə götürmək və ya yüklülük predmetinin məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında onun sahibliyinə verilməsi üçün müvafiq olaraq məhkəməyə və ya notariusa müraciət etmək; 13.1.3. yüklülük predmeti yüklülük sahibinin sahibliyindədirsə, yüklülük predmetinin satışını təşkil etmək; 13.1.4. yüklülük predmetini bu Qanunla müəyyən olunmuş şərtlərlə mülkiyyətinə götürmək; 13.1.5. qanunvericiliklə müəyyən olunmuş digər hüquqi müdafiə vasitələrindən istifadə etmək. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Çünki məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 23 oktyabr 2023-ci il tarixli 1**-MF-*** saylı kredit müqaviləsi çərçivəsində illik faiz dərəcəsi 16 faiz olmaqla, 12 ay müddətinə 30900 manat məbləğində kredit verilmişdir. Cavabdeh MMC ilə Bank arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Changan Aushan Z6-İDD markall, 2023-cü il istehsal tarixi olan, Tünd boz metalik rəngli, LS6C3E158PB354612 Ban nömrəli avtomobil ipoteka ilə yüklü edilmişdir. İddiaçı kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Nəticədə iddiaçının cavabdehə qarşı 23 oktyabr 2023-ci il tarixli 1**-MF-*** saylı kredit müqaviləsi əsasında borcu tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. İddiaçı maliyyə arayışında 8638,85 manat məbləğində əsas, 543,13 manat məbləğində faiz və 285,89 manat məbləğində cərimə olmaqla cavabdehin cəmi 9469,87 manat borcu olduğunu qeyd etmiş, lakin iddia tələbində 183,30 manat faiz borcu tələb etmişdir. Bu səbəbdən iddiaçı tələbində borcun cəmini texniki səhv olaraq 9105,04 manat əvəzinə maliyyə arayışında olduğu kimi 9469,87 manat göstərmiş, faiz borcunu 180,3 manat tələb etdiyini unutmuşdur. Məhkəmə işin sadalanan hallarını və qanunvericilik normalarını, eləcə də cavabdehin üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, 23 oktyabr 2023-ci il tarixli 1**-MF-*** saylı kredit müqaviləsi üzrə 8638,85 manat məbləğində əsas, 183,30 manat məbləğində faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, cavabdehdən 23 oktyabr 2023-ci il tarixli 1**-MF-*** saylı kredit müqaviləsi üzrə 8638,85 manat məbləğində əsas, 183,30 manat məbləğində faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə 285,89 manat məbləğində cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edilsə də, lakin tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulmadığından iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməyi əsassızdır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Bundan başqa kredit müqaviləsi üzrə öhdəliklərin təminat üsulu kimi bağlanmış ipoteka müqaviləsi daşınar əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, cavabdeh "xxxx" MMC-nin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyini vaxtında icra etmədiyi, tərəflər arasında ipoteka predmetinə tutma yönəldilməsi barədə notarial qaydada təsdiqlənmiş razılaşma olmadığı üçün qanunvericiliyin tələblərinə əsasən ipoteka saxlayan iddiaçının ipoteka qoyan cavabdehdə olan ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə olan halda məhkəmə, tərəflər arasında ipoteka əmlakın likvid dəyərinin 45000 manata razılaşdırılmasını və cavabdehin etirazının olmamasını nəzərə alaraq hesab edir ki, tələb üzrə tutma cavabdeh "xxxx" MMC MMC-nin xüsusi mülkiyyətində olan Changan Aushan Z6-İDD markall, 2023-cü il istehsal tarixi olan, Tünd boz metalik rəngli, LS6C3E158PB354612 Ban nömrəli avtomobilə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, likvid dəyəri 45000 manat müəyyən edilməli və əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilməlidir. Bundan başqa məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 115 manat dövlət rüsumunun 108,22 manatının əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdеh Cavabdeh MMC-dən 8638,85 manat əsas borc, 183,30 manat faiz borc, ümumilikdə 8822 (səkkiz min səkkiz yüz iyirmi iki) manat 15 (on beş) qəpik məbləğində borc və ödənilmiş dövlət rüsumunun 108 (yüz səkkiz) manat 22 (iyirmi iki) qəpiyinin əvəzi tutularaq iddiaçı "xxxx" ASC-nin-nin xeyrinə ödənilsin. Tələb üzrə tutma ipoteka predmeti olan Changan Aushan Z6-İDD markalı, 2023-cü il istehsal tarixi olan, Tünd boz metalik rəngli, LS6C3E158PB354612 Ban nömrəli, **-PS- *** dövlət nömrə nişanlı avtomobilə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına kredit üzrə cavabdehin borcu ödənilsin, həmin əmlakın ilkin satış qiyməti 45000 (qırx beş min) manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar