Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3119/2022 28.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması və s.” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh3, Cavabdeh2 müştərək qaydada "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 127.405,53 ABŞ Dolları məbləğində krеdit bоrcu, 102.177,61 ABŞ Dolları məbləğində faiz bоrcu və 25.000 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 254.583 (iki yüz əlli dörd min beş yüz səksən üç) ABŞ Dolları 14 (on dörd) sent məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 315 manat dövlət rüsumunun, mediasiya prosesi ilə bağlı ödənilmiş 408 manat xərcin, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsumun və 120 manat xidmət haqqının tutulması; tutmanın Bakı şəhəri Səbail rayonu İstiqlaliyyət küçəsində 51 nömrəli 4 mərtəbəli binanın zirzəmisində 182.3 kv.metr ümumi, 85.7 kv.metr əsas, 96.6 kv.metr köməkçi sahədən ibarət qeyriyaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 254583 (iki yüz əlli dörd min beş yüz səksən üç) ABŞ Dolları 14 (on dörd) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 315 manat dövlət rüsumunun, mediasiya prosesi ilə bağlı ödənilmiş 408 manat xərcin, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsumun və 120 manat xidmət haqqının "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3, Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması; Bakı şəhəri Səbail rayonu İstiqlaliyyət küçəsində 51 nömrəli 4 mərtəbəli binanın zirzəmisində 182.3 kv.metr ümumi, 85.7 kv.metr əsas, 96.6 kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. 29 noyabr 2022-ci il tarixdə iddiaçı tərəf məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanması, iddia qaldırılması üçün ödənilmiş 315 manat dövlət rüsumunun iddiaçı banka qaytarılması, məhkəmə xərclərinin cavabdehlərə aid edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
3. Tərəflərə məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər.
4. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Tətbiq edilən hüquq
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır.
IV. Məhkəmənin mövqeyi
6.“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarınnın 5-ci bənbinə əsasən “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 5.1. 2-ci bənd aşağıdakı redaksiyada verilsin: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.”;
7. Məhkəmə ərizəni nəzərdən keçirib, iddia ərizəsini araşdıraraq hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə vəsatət verdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən iddia ərizəsi geri qaytarılmalıdır.
8. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından iddiaçı tərəfindən ödənilmiş 315 manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır.
V. Nəticə:
8.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 268-269–cu maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması və s.” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə geri qaytarılsın. 909831182 saylı qəbzə əsasən ödənilmiş 315 manat məbləğində dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə (VÖEN **********; kod:505000, M/h:AZ10NABZ********************;) geri qaytarılsın. Ekspertiza xərcinin əvəzi olaraq 250 (iki yüz əlli) manat məbləğində pul cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin (müxbir hesab: AZ 41NABZ********************) hesabına ödənilsin. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Kənan Hüseynov