Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3126/2022 19.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirlliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X4, Cavabdeh qanuni nümayəndəsi Nümayəndə2 Məhəmmədli qızının iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirlliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair komersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirlliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6695 nömrəli icarə müqaviləsi üzrə 16.608, 6696 nömrəli icarə müqaviləsi üzrə 6.141 manat, 6697 nömrəli icarə müqaviləsi üzrə 1.006 manat, 6698 nömrəli icarə müqaviləsi üzrə 11.066 manat və 6699 nömrəli icarə müqaviləsi üzrə 2.822 manat və mediasiya ilə bağlı ödənilmiş 200 (iki yüz) manat – cəmi 37.843 (otuz yeddi min səkkiz yüz qırx üç) manat məbləğində pul vəsaitiiin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X5 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi, cavabdehdən 6696 nömrəli icarə müqaviləsi üzrə 10.210 (on min iki yüz on) manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan "X2 və Koordinasiya Mərkəzi" publik hüquqi şəxsin xeyrinə tutularaq (VÖEN **********) Mərkəzin Azərbaycan Beynəlxalq Bankının “Sənaye” filialındakı AZ51 İBAZ******************** saylı hesabına (kod 805603, AZ03NABZ******************** VÖEN**********, S.W.İ.F.T. Bik İBAZAZ2X) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh qanuni nümayəndəsi Nümayəndə2 Məhəmmədli qızı vəsatət təqdim edərək iddia məhkəməyə verilərkən pretenziya qaydasına əməl edilmədiyini və mediasiya prosesinin aparılması qaydasının pozulduğuna istinad edərək iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirlliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X6 mediasiyadan qanunvericiliyin tələblərinə uyğun olaraq riayət edildiyini bildirmişdir. Məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, iş materiallarında olan icarə müqavilələrində pretenziya qaydasına dair hər hansı bir bənd nəzərdə tutulmadığından hazıkı iş üzrə pretenziya qaydasına əməl edilmə tələb edilmir. Mediasiya Haqqında Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl X3 iştirak tələb olunur. Həmin Qanunun 28.2-ci maddəsinə əsasən Bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. Həmin Qanunun 28.3.-cü maddəsinə əsasən Tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Həmin Qanunun 28.4-cü maddəsinə əsasən Məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı mövcud olmadıqda və ya həmin mediasiya təşkilatında işə baxılması mümkün olmadıqda, tərəflərdən hər hansı birinin müraciəti əsasında Mediasiya Şurası ilkin mediasiya sessiyasının aparılması üçün mediator müəyyən edə bilər. Həmin Qanunun 24.7-cü maddəsinə əsasən Bu Qanunun 21.5-ci maddəsinə uyğun olaraq, mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30 gün müddətinə qədər uzadıla bilər. Mediasiya prosesinin keçirilməsinin konkret müddəti ümumi müddət nəzərə alınmaqla “mediasiya prosesinin tətbiqi barədə müqavilə” ilə müəyyən olunur. İş materiallarında olan Nümayəndə2 tərəfindən X7 elektron poçt vasitəsi ilə ünvanlanmış məktubdan görünür ki, xx.xx.2021-ci il tarixə təyin edilmiş ilkin mediasiya sessiyasının xx.xx.2020-ci il tarixdən sonraya təxirə salınması xahiş olunmuşdur. Bundan başqa X3 İştirak Edilməmə barədə Arayışdan görünür ki, xx.xx.2022-ci il tarixi təqvimə nəzər yetirilən zaman həftənin şənbə gününə təsadüf etməsi müəyyən olunur. İş materiallarında olan Nümayəndə2 tərəfindən Mediasiya Şurasının rəsmi e-mail hesabı olan mailto:info@mediasiya.gov.azElektron ünvan elektron poçtuna ünvanlanmış “Mediator mediasiya prosesini qeyri-iş gününə təyin edirsə və tərəflərdən biri bununla razılaşmırsa, mediatorun öz tələbini diktə edərək proses keçirmək və müvafiq arayış vermək ixtiyarı varmı?”, sualına aşağıdakı məzmunda cavab verilmişdir: “Mediasiya prosesinin aparılması günü və vaxtı tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən edilməlidir (bu qeyri-iş günləri və saatlarında da ola bilər). Lakin İMS zamanı belə razılaşma olmaya bilər. Bu halda mediator İMS-nin keçirilmə günü və vaxtını yalnız iş günləri və iş saatları çərçivəsində təyin etməlidir. “Mediasiya haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən İMS-nin keçirilmə tarixi və vaxtı bildirişdə əks etdirilir. Tərəflər və onlardan biri bildirişi aldıqdan sonra İMS-də iştirak etməsə və ya iştirakdan yazılı imtina etsə, mediator tərəfindən müvafiq arayış verilir. Həmçinin, müvafiq bildiriş göndərilibsə, lakin tərəflərdən biri iclasın günü və vaxtı barədə mediatora İMS-nin keçirilmə tarixinə qədər etirazını bildirirsə, mediator qarşı tərəflə razılaşdıraraq İMS keçirilməsini təxirə salmalıdır və tərəflərə yeni bildiriş göndərməlidir. Tərəflərin hər ikisi ilə razılaşdırılmamış qeyri-iş günü səbəbindən və ya digər səbəbdən tərəflərdən heç biri İMS-də iştirak etməyibsə, mediator hər hansı arayış verə bilməz. Hər iki tərəf də İMS-də iştirak etməməsi, ümumi prosesdən imtina hesab olunur və heç bir sənəd (arayış və ya protokol) verilmir. Bu halda verilən arayış və ya protokol özlüyündə etibarsızdır”. Mediasiya Haqqında Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən Mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır. Məhkəmə qeyd edir ki, mediasiyanın əsas məqsədi tərəflər arasında mübahisələrin məhkəmədən kənar həll edilməsidir. Ümumiyyətlə kommersiya mübahisələri üçün məcburi olan ilkin mediasiyanın məqsədi tərəfləri tam mediasiya prosesinə aparmaqdır. Bu məqsədlə də, Mediator ilkin mediasiyada tərəfləri dəvət etməklə onları tam mediasiya prosesinə keçirilməsi üçün tədbirlər görməlidir. Hazırkı halda isə işdən görünür ki, Cavabdeh qanuni nümayəndəsi Nümayəndə2 Məhəmmədli qızı X3 iştirakdan imtina etməmiş və sessiyanın xx.xx.2022-ci il tarixdən sonraya təxirə salınmasını xahiş etsə də, xx.xx.2021-ci il tarixdə X3 İştirak Edilməmə barədə Arayış verilmişdir. Həmçinin Məhkəmənin xx.xx.2022-ci il tarixli hazırlıq iclasında iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirlliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X6, əvvəl ilkin mediasiya sessiyası ilə bağlı iclaslarda iştirak etdiyini, ancaq xx.xx.2021-ci il tarixdə X3 iştirak etmədiyini bildirmişdir. Göründüyü kimi, Mediator tərəfindən xx.xx.2021-ci il tarixə təyin edilmiş ilkin mediasiya sessiyasının müddətini 30 gün müddətinə də uzatmaq imkanı olsa da, iclas təxirə salınmamış və həftənin şənbə günündə X3 İştirak Edilməmə barədə Arayış tərtib edilmişdir. Qeyd olunan hal isə mediasiyanın məqsədlərinə uyğun olmamış və tərəflər arasında mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün qanunda göstərilmiş bütün tədbirlər görülməmişdir. Mülki Prossesual Məcəllənin 259.0 və 259.0.13-cü maddələrinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda Məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 262, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirlliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3126/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3126/2022
19.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver