Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3133/2025 18.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 361.423,09 manat borc məbləğinin, və ödənilmiş 661 manat məbləğində dövlət rüsumunun, cəmi 362.084,09 manat pulun SOCAR-ın Sosial İnkişaf İdarəsinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi ilə Cavabdeh MMC arasında tibbi avadanlıqların və malmaterialların icarəyə verilməsi haqqında 2 aprel 2018-ci ildə 22/İM nömrəli icarə müqaviləsi bağlanmış və həmin tibbi avadanlıqların və mal-materialların siyahısı müqavilənin tərkib hissəsi olan 1 nömrəli əlavəsində qeyd edilmişdir. Müqavilənin 9.1-ci maddəsinin tələbinə görə müqavilənin müddəti 2 aprel 2018-ci il tarixdən 2 aprel 2019-cu il tarixə qədər qüvvədədir. Müqavilənin 9.3-cü maddəsinə əsasən tərəflərdən biri müqavilənin müddətinin başa çatmasına 15 gün qalmış müqaviləni ləğv etmək niyyəti barədə qarşı tərəfə yazılı surətdə rəsmi xəbərdarlıq etməzsə, müqavilənin qüvvəsi avtomatik olaraq eyni şərtlərlə növbəti 1 il müddətinə uzadılır. Bildiririk ki, bu günə qədər tərəflərdən heç biri qarşı tərəfə müqavilənin ləğvi barədə yazılı xəbərdarlıq göndərmədiyindən müqavilə qüvvədədir. Müqavilənin 5.1-ci maddəsi ilə İcarə obyektinə görə icarə haqqı ƏDV daxil olmaqla hər ay üçün 9.542 manat olmaqla illik 114.500 manat müəyyən edilmişdir. Müqavilənin 5.2-ci maddəsinin tələbinə görə İcarəyə verən icarə haqqı üzrə aylıq hesab-fakturaları İcarəçiyə təqdim edir, İcarəçi aylıq hesab-faktura üzrə icarə haqqının aylıq məbləğini cari ayın 15-dək köçürmə yolu ilə ödəyir. Sonuncu dəfə cavabdeh yaranmış borcdan xx.xx.2025-ci il tarixində ƏDV daxil olmaqla 9.542 manat icarə haqqı ödəmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin nümayəndəsi X3 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. - 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
10. İş müəyyən olunmuş halları ondan ibarətdir ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi ilə Cavabdeh MMC arasında tibbi avadanlıqların və mal-materialların icarəyə verilməsi haqqında 02 aprel 2018-ci il tarixli 22/İM nömrəli icarə müqaviləsi bağlanmışdır.
11. Qeyd edilmiş müqavilə üzrə tibbi avadanlıqların və mal-materialların siyahısı müqavilənin tərkib hissəsi olan 1 nömrəli əlavəsində qeyd edilmiş və hər iki tərəfdən imza edilmiş və möhürlə təsdiq edilmişdir.
12. Müqavilənin 5.1-ci bəndinə əsasən ilə icarə haqqı ƏDV daxil olmaqla hər ay üçün 9.542 manat olmaqla, illik 114.500 manat təşkil edir.
13. İş materiallarında olan xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh MMC, xx.xx.2023-cü il tarixə 180.125,09 manat borcu olduğunu qəbul etmişdir.
14. İş materiallarından görünür ki, üzləşmə aktı imzalandıqdan sonra yəni, xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi tərəfindən Cavabdeh MMC-yə hər ay 9.542 manatlıq hesab faktura göndərilmişdir.
15. Göründüyü kimi, üzləşmə aktı imzalandıqdan sonra iddiaçı tərəfindən cavabdehə 152.672 ((16 ay) x 9542) manatlıq hesab faktura göndərilmişdir.
16. Məhkəmə qeyd edir ki, tərəflər arasında icarə hüquq münasibətləri olmuş, hər ay iddiaçı tərəfindən cavabdehə hesab-faktura göndərilmiş, cavabdeh isə göndərilmiş hesabfakturalar üzrə ödənişlərin bir qisminin ödənişini icra etsə də, 361.423,09 manat borcu ödəməmişdir.
17. Həmçinin Məhkəmə qeyd edir ki, cavabdeh tərəf heç bir məhkəmə iclaslarına gəlməmiş, iddiaya etiraz etməmiş və borcun ödənilməsi barədə hər hansı bir sənəd təqdim etməmişdir.
18. Ona görə də, Məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixli 22/İM saylı müqaviləyə əsasən icarə haqqı borcu üzrə 361.423 (üç yüz altmış bir min dörd yüz iyirmi üç) manat 09 (sıfır doqquz) qəpik məbləğində pul Cavabdehndən tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə ödənilməlidir.
19. Bundan başqa ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 661 (altı yüz altmış bir) manat məbləğində pul Cavabdehndən tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə ödənilməlidir.
20. Beləliklə, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
21. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. xx.xx.2018-ci il tarixli 22/İM saylı müqaviləyə əsasən icarə haqqı borcu üzrə 361.423 (üç yüz altmış bir min dörd yüz iyirmi üç) manat 09 (sıfır doqquz) qəpik məbləğində pul Cavabdehndən tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 661 (altı yüz altmış bir) manat məbləğində pul Cavabdehndən tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov