Məhkəmə qərarları › İş №e-2-2(113)-3136/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3136/2024

02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3136/2024 02.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, əsas, faiz barcu və dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Cavabdehlərin iştirakı olmadan, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Əbülfət oğlundan və “X3” MMC-dən 20 İyul 2022-ci il tarixli RB/XT-0003 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 70994,81 manat, faiz borcuna görə 4070,33 manat cəmi 75065,14 manat məbləğində pulun və 315,2 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçıASC-nin Xətai filialı ilə cavabdeh – X4 MMC arasında bağlanmış 20 İyul 2022-ci il tarixli, RB/XT-0003 saylı kredit müqaviləsinə əsasən illik 29% (iyirmi doqquz) faiz dərəcəsi olmaqla 24 (iyirmi dörd) ay müddətinə 100000 (bir yüzmin) manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 20 İyul 2022-ci il tarixdə İddiaçı ASC-nin Xətai filialıilə digər cavabdeh(lər) Cavabdeh1 Əbülfət oğlu arasında zaminlik müqaviləsi bağlanmışdır. Həminmüqavilə üzrə zamin 20 İyul 2022-ci il tarixli, RB/XT-0003 saylı kreditmüqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 20 İyul 2022-ci il tarixli, RB/XT-0003 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan AMERİKANTREYDİNQ KOMPANİ MMC kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icraedilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 20 İyul2022-ci il tarixli, RB/XT-0003 saylı kredit müqaviləsinə görə, cavabdehkredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hərayın 5-dan gec olmayaraq hər ay 5539,94 (beş min beş yüz otuz doqquz manat 94 qəpik) manat ödənişetməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında vəlazımı qaydada icra etməmişdir. Təqdimolunan maliyyə arayışına əsasən cavabdeh X4 MMC-nin 20 İyul 2022ci il tariRxlBi,/XT0003 saylı kredit müqaviləsi üzrə borcununməbləğiəsas borcuna görə 70994,81 (yetmiş min doqquz yüz doxsan dörd manat 81 qəpik) manat, faiz borcuna görə 4070,33 (dörd min yetmiş manat 33 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, borcun cəmi məbləği 75065,14 (yetmiş beş min altmış beş manat 14 qəpik) manat təşkiledir. Qeyd olunanlara əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün cavabdehlər Cavabdeh1 Əbülfət oğlu və X4 MMC-dən 20 İyul 2022-ci il tarixli, RB/XT-00s0ay3lı kredit müqaviləsi üzrə əsas borcuna görə 70994,81 (yetmiş min doqquz yüz doxsan dörd manat 81 qəpik) manat, faiz borcuna görə 4070,33 (dörd min yetmiş manat 33 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat,cəmi 75065,14 (yetmiş beş min altmış beş manat 14 qəpik) manatdır.

3. Daha sonra xx.xx.2024-cü il tarixində iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 xx.xx.2022-ci il tarixli RB/XT-0003 saylı kredit müqaviləsi üzrə kreditə görə əsas borcuna görə 70994,81 manat, müqavilənin bitmə tarixinə xx.xx.2024-cü il tarixinə hesablanmış qalıq faiz borcuna görə 18472,46 manat, xx.xx.2024cü il tarixindən xx.xx.2024-cü il tarixinədək illik 5 % faizlə hesablanan əldən çıxmış fayda borcuna görə 709,95 manat, dəbbə borcuna görə 0 manat olmaqla, cəmi 90177,22 manat və həmçinin dövlət rüsumu kimi ödənilmiş 369 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. xx.xx.2024-cü il tarixində iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 xx.xx.2022-ci il tarixli RB/XT-0003 saylı kredit müqaviləsi üzrə kreditə görə əsas borcuna görə 70994,81 manat, müqavilənin bitmə tarixinə - xx.xx.2024-cü il tarixinə hesablanmış qalıq faiz borcuna görə 18472,46 manat, xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək illik 5 % faizlə hesablanan əldən çıxmış fayda borcuna görə 1291,72 manat, dəbbə borcuna görə 0 manat olmaqla, cəmi 90758,99 manat və həmçinin dövlət rüsumu kimi ödənilmiş 369 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin tam təmin edilməsini xahiş etdi.

6. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər.

7. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RB/XT-0003 saylı kredit müqaviləsinə əsasən:

10. Müqavilənin 1.1-ci bəndinə əsasən borc verən bu müqavilənin şərtləri daxilində borc alana dövriyyə vəsaitinin artırılması məqsədilə 100000 manat məbləğdə kredit verməyi, borc alan isə aldığı krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan kreditin ödəniş cədvəlinə uyğun olaraq borc verənə qaytarmğı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür.

11. Müqavilənin 2.2-ci bəndinə əsasən kredit xətti xx.xx.2022-ci il tarixdən xx.xx.2024cü il tarixədək açılır.

12. Müqavilənin 2.3-cü bəndinə əsasən kreditin istifadəsinə görə illik 29% hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi 29% təşkil edir.

13. Müqavilənin 2.14.1-ci borc alan tərəfindən öhdəliklər vaxtında və lazımınca icra edilmədikdə borc verən tərəfindən ödənilməmiş məbləğin 1 faizi gecikmənin birinci günündən başlayaraq cərimə hesablanır.

14. Müqavilənin 6.1-ci maddəsinə əsasən bu müqavilə üzrə borc alanın öhdəliklərinin icrası dəbbə pulu, girov, ipoteka, zaminlik və digər təminatla təmin edilir.

15. Müqavilənin 6.2-ci bəndinə əsasə borc alan kreditin ödəniş cədvəlinə əsasən ödənşi gecikdirirsə, hər gecikdirilmiş günə görə hazırkı müqavilənin 2.13-cü bəndinə əsasən dəbbə pulu ödəməlidir.

16. 20 İyul 2022-ci il tarixli, RB/XT-0003 saylı Kredit xətti müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 20 İyul 2022-ci il tarixdə İddiaçı ASC-nin Xətai filialı ilə Cavabdeh1 Əbülfət oğlu arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 20 İyul 2022-ci il tarixli, RB/XT-0003 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır.

17. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli RB-02/PK-721 saylı arayışına əsasən “X3” MMC-nin 20 iyul 2022-ci il tarixli RB/XT-0003 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2024cü il tarixə 70994,81 manat əsas borc, 4070,33 manat faiz borcu, cəmi 75065,14 manat qeyd olunmuşdur.

18. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli RB-02/PK-4693 saylı arayışına əsasən “X3” MMC-nin 20 iyul 2022-ci il tarixli RB/XT-0003 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2024cü il tarixə 70994,81 manat əsas borc, 18472,46 manat faiz borcu və illik 5 faizlə 709,95 manat olmaqla, cəmi 90177,22 manat qeyd olunmuşdur.

19. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli RB-02/PK-6060 saylı arayışına əsasən “X3” MMC-nin 20 iyul 2022-ci il tarixli RB/XT-0003 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 70994,81 manat əsas borc, 18472,46 manat faiz borcu və illik 5 faizlə 1291,72 manat olmaqla, cəmi 90758,99 manat qeyd olunmuşdur.

20. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

23. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

25. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

26. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

27. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

28. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

29. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

30. İlk olaraq məhkəmə yaranmış əsas və müqavilə üzrə faiz borc məbləğinin hansı tarixə əsasən müəyyən edilərək tələb edilməsinə dair hüquqi qiymətləndirmə aparılmasını zəruri hesab edir.

31. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Plenum Qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

32. İşdən göründüyü kimi iddiaçı tərəfindən cavabdehə ilkin olaraq xx.xx.2023-cü il tarixli xəbərdarlıq məkubu xx.xx.2024-cü il tarixində çatdırılmışdır. Və həmin məktubda bütün borcun ödənişini deyil, yalnız gecikdirilmiş borcun ödənilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman yuxarıda qeyd olunan AR KM Plennum Qərarına əsasən iradə ifadəsini tam formalaşdırıb irəli sürərək, artıq bütün borcu (əsas və müqavilə üzrə faiz) tələb etdiyi üçün hazırki iş üzrə iddia tələbinin artırılması barədə ərizədə göstərilən tarixə deyil, iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2024-cü il tarixə mövcüd borc cavabdehlərdən tutulmalıdır.

33. Məhkəmə əsas, faiz və cərimə borcunun nə qədər təşkil edilməsini hər tərəfli və obyektiv araşdırılması məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və ekspertin xx.xx.2024-cü il tarixli, 9/4149 saylı rəyində cavabdehin xx.xx.2024-cü il (maliyyə arayışı tarixinə) borcu 75065,14 manat (əsas borc-70994,81 manat, faiz borcu 4070,33 manat və cərimə borcu 00), xx.xx.2024-cü il tarixinə (iddia ərizəsinin tarixinə) borcu 78039,03 manat (əsas borc 70994,81 manat, faiz borcu 7044,22 və cərimə borcu 00 manat) müəyyən edilmişdir.

34. Azərbaycan Respublikası Mülki Prpsessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Buna görə məhkəmə hesab edir ki, iddiaçının iddia tələbində iddia etdiyi əsas borc məbləği ilə ekspert rəyində göstərilən əsas borc eynilik təşkil etdiyindən ekspert rəyi əsas götürülməli, ekspert rəyində faiz borcu (iddianın məhkəməyə verildiyi tarixə) isə sonuncu iddia tələbində olan məbləğdən daha az olduğu üçün ekspert rəyində qeyd olunan məbləğdə - 7044,22 manat müəyyən edilərək cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

36. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

37. İddia tələbinin digər hissəsi olan - əsas borcun gecidilməsinə görə gecikdirmə faizi olaraq hesablanmış 1291,72 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbini də məhkəmə qismən əsaslı hesab edir.

38. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

39. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.

40. İddiaçı tərəfindən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009- cu il tarixli Qərarına uyğun olaraq özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ilə hesablanan faiz borcunun cavabdehdən tutulmasını əsaslı hesab edir.

41. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borcun (70994,81 manat) ödənişinin gecikdirilməsinə (tələbə əsasən xx.xx.2024-xx.xx.2024-cü il dövrü əhatə edən) görə illik 5% ilə hesablanmaqla 1264 manat məbləğində faiz borcu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

42. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin maliyyələşdirmə üçün ərizəyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə kredit müqaviləsi üzrə iddiaçıya borcun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 və “X3” MMC-dən müştərək qaydada 70994,81 manat əsas borc, 7044,22 manat müqavilə üzrə faiz borcu və illik 5% ilə hesablanan müqavilə müddətinin bitdiyi tarixdən xx.xx.2024-cü il tarixinə kimi 1264 manat faiz borcu pulu tutularaq iddiaçıya ödənilməlidir.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

44. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 323 manat dövlət rüsumu və məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat cavabdehlərə aid edilməlidir.

V. Nəticə:

45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və “X3” Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada xx.xx.2022-ci il tarixli RB/XT-0003 saylı kredit müqaviləsi üzrə 70.994,81 manat əsas borc məbləği, 7044,22 manat faiz borcu, illki 5% ilə hesablanan müqavilə müddətinin bitdiyi xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi 1264 manat faiz borcu və dövlət rüsumunun əvəzi olaraq 323 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Məhkəmə-mühasibatlıq ekspertizaların keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və “X3” Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar