Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-314/2024 04.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3 MMC-yə, Agca İdrisə və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3nə, Cavabdeh1 və İdris Agcaya qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Cavabdeh3 MMC (müştəri) və İddiaçı ASC (bank) arasında Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.3 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-04391LE/2019 saylı Razılaşma imzalanmışdır. Razılaşma müştərinin qanuni təmsiçisinin elektron imzası ilə təsdiq edilmişdir.
2. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.3 nömrəli versiyasının: 1-ci bəndinin 1-ci yarımbəndinə əsasən həmin müqavilədə müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartların verilməsi, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər öz əksini tapmışdır. 1-ci bəndinin 2-ci yarımbəndinə əsasən müqavilədə qeyd olunan xidmətlərdən hər birinin bank tərəfindən müştəriyə təqdim olunması üçün bu müqavilədən başqa müvafiq ərizə formalarının da müştərinin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən doldurularaq banka təqdim olunması tələb olunur. İV-cü bəndinin 1.1-ci yarımbəndinə əsasən bank “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə və ya birdəfəlik verilən kredit (birdəfəlik, bərpa olunan, bərpa olunmayan, overdraft, tranş kredit, invoys əsasında maliyyələşdirmə və ya qarantiya /akkreditivin maliyyələşdirilməsi, kredit xətti və s.kimi öhdəliklər) üçün Müştəriyə “Maliyyələşdirmə üçün ərizə” forması göstərilən şərtlərlə kredit verir. Kredit üzrə faizlərin hesablanması və ödənilməsi qaydası , qevvədə olma müddət , cərimə, məqsəd, Müştəriyə verilməsi qaydası və bu kimi “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunacaq. Həmin müqavilənin Kredit (Maliyyələşdirmə) adlanan İV-cü bəndinin 1.4-cü yarımbəndinə əsasən kredit limitinin ayrılması bankın müştəriyə kredit vermək vədini ifadə etmir. “Maliyyələşmə üçün ərizə” formasında göstərilən məbləğ çərçivəsində müştərinin hər bir kredit sifarişinə ayrıca baxılır və qərar verilir. Müsbət qərar olduğu təqdirdə tərəflər arasında müvafiq kredit şərtləri göstərilərək “Maliyyələşmə üçün ərizə” imzalanır. İV-cü bəndinin 3.1-ci yarımbəndinə əsasən kredit, bank tərəfindən kredit məbləğinin müştəriyə bankda onun üçün açılan kredit hesabından cari hesabına köçürülməsi yolu ilə verilir. İV-cü bəndinin 3.2-ci yarımbəndinə əsasən müştəri kreditdən istifadəyə görə banka “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada faizləri ödəyir.
3. Cavabdeh3 MMC (müştəri) tərəfindən İddiaçı ASC-yə (banka) xx.xx.2022-ci il tarixli, DC00330868-04 saylı Maliyyələşdirmə üçün ərizə təqdim edilmişdir. Həmin ərizənin şərtlərinə əsasən (kredit əməliyyatı üzrə) bank tərəfindən borc alana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 95.000 manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir.
4. Cavabdeh3 MMC (müştəri) tərəfindən İddiaçı ASC-yə (banka) xx.xx.2022-ci il tarixli DCL00330868-05 saylı Maliyyələşdirmə üçün ərizə təqdim edilmişdir. Həmin ərizənin şərtlərinə əsasən (kredit əməliyyatı üzrə) Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 40.000 manat əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə kredit xətti açılmışdır.
5. Cavabdeh3 MMC (müştəri) tərəfindən İddiaçı ASC-yə (banka) xx.xx.2022-ci il tarixli, DC00330868-06 saylı Maliyyələşdirmə üçün ərizə təqdim edilmişdir. Həmin ərizənin şərtlərinə əsasən (kredit əməliyyatı üzrə) bank tərəfindən borc alana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 102.040,81 manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir.
6. İddiaçı ASC (bank) ilə Cavabdeh1 (zamin) arasında müvafiq olaraq xx.xx.2022-ci il tarixli, DG**********513 saylı və İdris Agca (zamin) arasında xx.xx.2022-ci il tarixli, DG**********513 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən bank ilə borc alan arasında müqavilənin 2.1-ci bəndində göstərilən kredit müqaviləsi əsasında borc alana veriləcək müqavilənin 2.2-ci bəndində göstərilən kreditlə əlaqədar olaraq borc alan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borc alan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. 2.1-ci bəndinə əsasən zaminliklə təmin olunan öhdəlik: DC00330868-04 saylı maliyyələşdirmə üçün ərizə. 2.2-ci bəndinə əsasən zaminliklə təmin olunan müqavilənin predmetini borc alana illik 17% olmaqla 95.000 manat məbləğində və 24 ay müddətə birdəfəlik kredit, (cərimə faiziillik 32%, gündəlik 0.0889%) təşkil edir. 3-cü bəndinə əsasən zamin bank qarşısında borcalanın müqavilənin 2.1-ci bəndində göstərilən öhdəliyi üzrə banka olan borcları, həmçinin bu öhdəliklə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s.məbləği həcmində məsuliyyət daşıyır. 5.1-ci bəndinə əsasən borc alan zaminliklə birlikdə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamindən borc alanın öhdəliyi üzrə yaranan bütün xərcləri ödəməyi tələb etmək hüququna malikdir. İdris Agca ilə bağlanan müqavilə bank tərəfindən imza və möhür ilə, zamin tərəfindən imza ilə təsdiq edilmişdir. Cavabdeh1 ilə bağlanılan müqavilə zaminin elektron imzası ilə təsdiq edilmişdir.
7. İddiaçı ASC (bank) ilə Cavabdeh1 (zamin) arasında müvafiq olaraq xx.xx.2022-ci il tarixli, DG**********245 saylı və İdris Agca (zamin) arasında xx.xx.2022-ci il tarixli, DG**********245 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən bank ilə borc alan arasında müqavilənin 2.1-ci bəndində göstərilən kredit müqaviləsi əsasında borc alana veriləcək müqavilənin 2.2-ci bəndində göstərilən kreditlə əlaqədar olaraq borc alan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borc alan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. 2.1-ci bəndinə əsasən zaminliklə təmin olunan öhdəlik: DC00330868-05 saylı maliyyələşdirmə üçün ərizə. 2.2-ci bəndinə əsasən zaminliklə təmin olunan müqavilənin predmetini borc alana illik 17% olmaqla 40.000 manat məbləğində və 12 ay müddətə birdəfəlik kredit, (cərimə faiziillik 32%, gündəlik 0.0889%) təşkil edir. 3-cü bəndinə əsasən zamin bank qarşısında borcalanın müqavilənin 2.1-ci bəndində göstərilən öhdəliyi üzrə banka olan borcları, həmçinin bu öhdəliklə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s.məbləği həcmində məsuliyyət daşıyır. 5.1-ci bəndinə əsasən borc alan zaminliklə birlikdə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamindən borc alanın öhdəliyi üzrə yaranan bütün xərcləri ödəməyi tələb etmək hüququna malikdir. İdris Agca ilə bağlanan müqavilə bank tərəfindən imza və möhür ilə, zamin tərəfindən imza ilə təsdiq edilmişdir. Cavabdeh1 ilə bağlanılan müqavilə zaminin elektron imzası ilə təsdiq edilmişdir.
8. İddiaçı ASC (bank) ilə Cavabdeh1 (zamin) arasında müvafiq olaraq xx.xx.2022-ci il tarixli, DG**********506 saylı və İdris Agca (zamin) arasında xx.xx.2022-ci il tarixli, DG**********506 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən bank ilə borc alan arasında müqavilənin 2.1-ci bəndində göstərilən kredit müqaviləsi əsasında borc alana veriləcək müqavilənin 2.2-ci bəndində göstərilən kreditlə əlaqədar olaraq borc alan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borc alan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. 2.1-ci bəndinə əsasən zaminliklə təmin olunan öhdəlik: DC00330868-06 saylı maliyyələşdirmə üçün ərizə. 2.2-ci bəndinə əsasən zaminliklə təmin olunan müqavilənin predmetini borc alana illik 17% olmaqla 102.040,81 manat məbləğində və 24 ay müddətə birdəfəlik kredit, (cərimə faizi-illik 32%, gündəlik 0.0889%) təşkil edir. 3-cü bəndinə əsasən zamin bank qarşısında borcalanın müqavilənin 2.1-ci bəndində göstərilən öhdəliyi üzrə banka olan borcları, həmçinin bu öhdəliklə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s.məbləği həcmində məsuliyyət daşıyır. 5.1-ci bəndinə əsasən borc alan zaminliklə birlikdə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamindən borc alanın öhdəliyi üzrə yaranan bütün xərcləri ödəməyi tələb etmək hüququna malikdir. İdris Agca ilə bağlanan müqavilə bank tərəfindən imza və möhür ilə, zamin tərəfindən imza ilə təsdiq edilmişdir. Cavabdeh1 ilə bağlanılan müqavilə zaminin elektron imzası ilə təsdiq edilmişdir.
9. PB/BPŞ-OUT-01200-2023 nömrəli, xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh3 MMC-nin xx.xx.2023-cü il tarixə: - DC00330868-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 55.522,82 manat, faiz borcu 5.834,91 manat, 1.199,42 manat cərimə olmaqla, cəmi 62.557,15 manat təşkil edir. Gecikmə günü: 201 - DC00330868-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 40.000 manat, faiz borcu 1.121,26 manat, 538,89 manat cərimə olmaqla, cəmi 41.660,15 manat təşkil edir. Gecikmə günü: 217 - DC00330868-06 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 71.782,18 manat, faiz borcu 7.694,65 manat, 1.283,01 manat cərimə olmaqla, cəmi 80.759,84 manat təşkil edir. Gecikmə günü: 196
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası xx.xx.2024-cü il tarixli, 9/944 saylı ekspert rəyindən görünür ki, Cavabdeh3 MMC-nin xx.xx.2023-cü il tarixə xx.xx.2022-ci il tarixli DC00330868-014 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borcu 55.604,78 manat, faiz borcu 5.776,72 manat; xx.xx.2022-ci il tarixli DC00330868-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borcu 40.000 manat, faiz borcu 1.248,07 manat; xx.xx.2022-ci il tarixli DC00330868-06 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borcu 71.782,18 manat, faiz borcu 7.694,65 manat məbləğində müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası xx.xx.2024-cü il tarixli, 9/5337 saylı ekspert rəyinə əsasən İddiaçı ASC ilə “SM PARK" MMC arasında 03.05 2021-cı ıl tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.3 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC- 04391LE/2019 saylı Razılaşmanın çərçivəsində imzalanmış xx.xx.2022-ci il tarixli DC00330868-04 saylı, xx.xx.2022-ci ıl tarixli DC00330868-04 saylı və xx.xx.2022-ci il tarixli DC00330868-06 saylı Maliyyələşdirmə üçün ərizələrin şərtlərinə əsasən xx.xx.2022ci il tarixli DC00330868-04 saylı Maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2023-cü il tarixə (iddia ərizəsində tələb olunan tarixədək) əsas borc üzrə 55.604,78 manat, faiz borcu 5776,72 manat, xx.xx.2023-cü il tarixə (iddia tələbinin həcminin artırılması barədə ərizədə tələb olunan tarixədək) əsas borc 55604,78 manat, faiz borcu 7483,48 manat, xx.xx.2024cü il tarixə (ekspert rəyinin verildiyi tarixə)əsas borc 55604,78 manat məbləğində, xx.xx.2022-ci il tarixli DCL00330868-05 saylı Maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2023cü il tarixə (kreditin müddətinin bitdiyi tarixədək) əsas borc üzrə 40.000,00 manat, faiz borcu 2283,12 manat, xx.xx.2024-cü il tarixə (ekspert rəyinin verildiyi tarixə) əsas borc üzrə 40.000 manat məbləğində, xx.xx.2022-ci il tarixli DC00330868-06 saylı maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2023-cü il tarixə (iddia ərizəsində tələb olunan tarixədək)əsas borc üzrə 71.782,18 manat, faiz borcu üzrə 7694,65 manat, xx.xx.2023cü il tarixə (iddia tələbinin həcminin artırılması barədə ərizədə tələb olunan tarixədək)əsas borc üzrə 71.782,18 manat, faiz borcu üzrə 10,134.63 manat, xx.xx.2024-cü il tarixə (ekspert rəyinin verildiyi tarixə)əsas borc üzrə 71.782,18 manat məbləğində müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.
12. İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh3 MMC-yə, İdris Agcaya və Cavabdeh1 xəbərdarlıq məktubu və bildiriş ilə müraciət edilərək, müvafiq müqaviləyə əsasən bank qarşısında yaranmış gecikmiş öhdəliklərinin icrası xahiş edilmişdir.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
13. İddiaçı cavabdehlərə qarşı DC00330868-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 55.522,82 manat əsas borc, 5,834.91 manat faiz borcu, 1.199,42 manat cərimə borcu olmaqla, cəmi 62.557,15 manat məbləğində borcun, DCL00330868-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 40.000 manat əsas borc, 1.121,26 manat faiz borcu, 538,89 manat cərimə borcu olmaqla, cəmi 41.660,15 manat məbləğində borcun, DC00330868-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 71.782,18 manat əsas borc, 7.694,65 manat faiz borcu, 1.283,01 manat cərimə borcu olmaqla, cəmi 80.759,84 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqı və 75 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında xx.xx.2021-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.3 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-04391LE/2019 saylı razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş ümumi şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2022-ci il tarixli DC00330868-04 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 95,000 manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir; - xx.xx.2022-ci il tarixli dcl00330868-05 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 40,000 manat məbləğində əməliyyat xərclərinin ödənilməsi ilə kredit xətti açılmışdır; xx.xx.2022-ci il tarixli dc00330868-06 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borc alana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 102,040.81 manat məbləğində mal alışı ilə birdəfəlik kredit verilmişdir. Borcalanın bank qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə DC00330868-04 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq bank ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli DG**********513 saylı zaminlik müqaviləsi, İdris Agca ilə isə xx.xx.2022-ci il tarixli DG**********513 saylı zaminlik müqaviləsi bağlanmışdır; DCL00330868-05 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq bank ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli DG**********245 saylı zaminlik müqaviləsi, İdris Agca ilə isə xx.xx.2022-ci il tarixli DG**********245 saylı zaminlik müqaviləsi bağlanmışdır; - DC00330868-06 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq bank ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli DG**********506 saylı zaminlik müqaviləsi, İdris Agca ilə isə xx.xx.2022-ci il tarixli DG**********506 saylı zaminlik müqaviləsi bağlanmışdır. Hazırda borcalanın xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri: - DC00330868-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 55,522.82 manat əsas borc, 5,834.91 manat faiz borcu, 1,199.42 manat cərimə borcu olmaqla, cəmi 62,557.15 manat təşkil edir, gecikmə günlərinin sayı: 201 gün; - DCL00330868-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 40,0000 manat əsas borc, 1,121.26 manat faiz borcu, 538.89 manat cərimə borcu olmaqla, cəmi 41,660.15 manat təşkil edir, gecikmə günlərinin sayı: 217 gün; DC00330868-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 71,782.18 manat əsas borc, 7,694.65 manat faiz borcu, 1,283.01 manat cərimə borcu olmaqla, cəmi 80,759.84 manat təşkil edir, gecikmə günlərinin sayı: 196 gün. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Bundan başqa mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında mediasiya təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqı ödəmişdir. X3 4-cü bölümünün 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. Eyni zamanda X3 əsasən müştəri tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək bankın hüququdur.
15. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, DC00330868-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 55.522,82 manat əsas borc, 7.539,12 manat faiz borcu, 2.122,34 manat cərimə borcu olmaqla, cəmi 65.184,28 manat məbləğində borcun, DCL00330868-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 40.000 manat əsas borc, 1.121,26 manat faiz borcu, 3.066,67 manat cərimə borcu olmaqla, cəmi 44.187,93 manat məbləğində borc, DC00330868-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 71.782,18 manat əsas borc, 9.897,96 manat faiz borcu, 2.217,28 manat cərimə borcu olmaqla, cəmi 83.897,42 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqı və 84 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
16. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385, 421.2, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 465.2-ci maddələrinə istinad etmişdir b) İddiaya qarşı etirazın dəlilləri
17. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
18. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini və sonuncu iddia tələbinin həcminin artırılması barədə ərizəni müdafiə etmiş, iddia ərizəsində və ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
19. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
20. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
21. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
22. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
23. AR Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - -477.0.4-ci maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.
24. AR MPM-in: - 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.
25. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
26. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
27. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh3 MMC (müştəri) və İddiaçı ASC (bank) arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.3 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-04391LE/2019 saylı Razılaşma imzalanmışdır. Həmin şərtlər toplusunda müəyyən edilmiş şərtlərə uyğun olaraq Cavabdeh3 MMC tərəfindən banka təqdim edilmiş və bank tərəfindən təsdiqlənmiş xx.xx.2022-ci il tarixli DC00330868-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən Cavabdeh3 MMC-yə illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, xx.xx.2024-cü il tarixədək müddətə 95.000 manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit, xx.xx.2022-ci il tarixli DCL00330868-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən Cavabdeh3 MMC-yə illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, xx.xx.2023-cü il tarixədək müddətə 40.000 manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit, xx.xx.2022-ci il tarixli DC00330868-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən Cavabdeh3 MMC-yə illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, xx.xx.2024-cü il tarixədək müddətə 102.040,81 manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit, verilmişdir. İddiaçı ASC Cavabdeh3 MMC-yə kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh3 MMC maliyyələşdirmə üçün ərizələri üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır.
28. Sözügedən maliyyələşdirmə üçün ərizələr (kredit müqaviləsi) üzrə əsas və faiz borcunun məbləğini müəyyən etmək üçün keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, DC00330868-04 saylı ərizə üzrə Cavabdeh3 MMC-nin banka olan əsas borcu 55.604,78 manat, xx.xx.2023-cü il tarixədək (iddia tələbinin həcminin artırılması barədə ərizədə tələb olunan tarixədək) olan müddət üçün hesablanmış faiz borcu 7483,48 manat, DC00330868-05 saylı Maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 40.000 manat, xx.xx.2023-cü il tarixədək (kreditin müddətinin bitdiyi tarixədək) olan müddət üçün hesablanmış faiz borcu 2283,12 manat, DC00330868-06 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 71.782,18 manat, xx.xx.2023-cü il tarixədək (iddia tələbinin həcminin artırılması barədə ərizədə tələb olunan tarixədək) olan müddət üçün hesablanmış faiz borcu 10.134,63 manat təşkil edir.
29. Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tədqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir.
30. Mübahisəli kredit müqavilələri üzrə faiz borclarına münasibətdə məhkəmə həmçinin qeyd edir ki, İddiaçı ASC Cavabdeh3 MMC-yə müqavilə üzrə borcun ödənilməsi barədə bildirişlər göndərsə də, həmin bildirişlərdə müqavilə üzrə borcun tam şəkildə vaxtından əvvəl qaytarılmasını deyil, bildirişin göndərildiyi tarixə gecikdirilmiş borcun qaytarılmasını xahiş etmiş, odur ki, həmin bildirişlərin müqavilələrin ləğv edilməsi barədə iddiaçının iradə ifadəsi kimi qiymətləndirilməsi üçün əsas yoxdur.
31. Belə olan halda isə mübahisəli kredit müqaviləsi iddiaçı tərəfindən birtərəfli qaydada ləğv edilmədiyindən və iddia tələbinin həcminin artırılması barədə ərizə verilərkən DC00330868-04 saylı və DC00330868-06 saylı ərizələr üzrə kreditin verilməsi müddəti başa çatmadığından iddiaçı həmin ərizələr üzrə iddia tələbinin həcminin artırılması barədə ərizədə göstərilən tarixədək olan müddət üçün hesablanmış faizlərin, DC00330868-05 saylı müqavilə üzrə isə kreditin verilmə müddəti hazırkı iddia qaldırılanadək başa çatdığından həmin ərizə üzrə kreditinin verilməsi müddəti qurtaranadək olan müddət üçün hesablanmış faizlərin tutulmasını tələb etməkdə haqlıdır.
32. Odur ki, məhkəmə iddia tələbi həddində işə baxılması barədə MPM-in tələbini nəzərə alaraq hesab edir ki, DC00330868-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə 55.522,82 manat əsas borc, 7483,48 manat məbləğində faiz borcu; DC00330868-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə 40.000 manat məbləğində əsas borc, 1,121.26 manat məbləğində faiz borcu; DC00330868-06 saylı maliyyələşdirmə üçün ərizə üzrə 71.782,18 manat, 9.897,96 manat faiz borcu iddiaçının xeyrinə tutulmalıdır.
33. Bundan əlavə iddiaçı mübahisəli maliyyələşdirmə üçün ərizələr (kredit müqaviləsi) üzrə əsas borcu ödəniş planına uyğun qaytarmadığına görə cavabdehə hesablanmış DC00330868-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2.122,34 manat; DCL00330868-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə 3.066.67 manat; DC00330868-06 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2,217.28 manat məbləğində dəbbə pulunun tutulması tələbini də irəli sürmüşdür.
34. Məhkəmə qeyd edir ki, kredit əməliyyatları üzrə maliyyələşdirilmiş pul məbləğlərinin borclu tərəfindən ödənilməsi gecikdirildiyi halda cərimə faizlərinin (dəbbə pulunun) ödənilməli olması Şərtlər Toplusunda və maliyyələşdirmə üçün ərizələrdə nəzərdə tutulmuşdur. Odur ki, hazırkı halda mübahisəli maliyyələşdirmə üçün ərizə üzrə verilmiş kredit məbləğinin ödənilməsi gecikdirildiyindən iddiaçı həmin ərizə üzrə əsas borc məbləğinə hesablanmış dəbbə pulunun ödənilməsini də tələb etmək hüququna malikdir.
35. Dəbbə pulunun məbləğinə gəldikdə məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini əsas götürməklə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan DCL00330868-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə tutulmalı dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 2000 manat məbləğində müəyyən edilməlidir.
36. Bununla yanaşı iş materiallarına əsasən müəyyən edilir ki, DC00330868-04 saylı, DC00330868-05 saylı, DC00330868-06 saylı maliyyələşdirmə üçün ərizələrə əsasən Cavabdeh3 MMC-nin öhdəliklərinin təminatı üsülu kimi İddiaçı ASC (bank) ilə Cavabdeh1 (zamin) və İdris Agca (zamin) arasında xx.xx.2022-ci il tarixli, DG**********245 saylı; xx.xx.2022-ci il tarixli, DG**********513 saylı və xx.xx.2022-ci il tarixli, DG**********506 saylı saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zamin Cavabdeh1 və İdris Agca Cavabdeh3 MMC-nın sözügedən maliyyələşdirmə üçün ərizələrdən irəli gələn öhdəliklərinə zamin durmuşdur.
37. Məhkəmə zaminlər Cavabdeh1 və İdris Agcanın mübahisəli maliyyələşdirmə üçün ərizələr (kredit müqavilələri) üzrə Cavabdeh3 MMC-nin bütün öhdəliklərinə zamin durduqlarından həmin öhdəliklərə görə əsas borclu ilə birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab edir ki, İddiaçı ASC həmi müqavilələr üzrə borcların müştərək qaydada əsas borclu və zamindən tutulmasını tələb etməkdə də haqlıdır.
38. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərcləri və 84 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
39. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia (artırılmış iddia tələbi) üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 483,27 manat təşkil edir.
40. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumu mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödədiyi mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir.
41. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.
42. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 400 və dövlət rüsumunun əvəzi olaraq 80 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
43. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 manat pul vəsaitinin 198 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 2 manat hissəsi isə İddiaçı ASC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.
44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 MMC-dən, İdris Agcadan və Cavabdeh1 müştərək qaydada xx.xx.2022-ci il tarixli DC00330868-04 saylı kredit müqaviləsi üzrə 55.522,82 manat məbləğində əsas, 7483,48 manat faiz borcu, 2122,34 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 65.128,64 manat; xx.xx.2022-ci il tarixli DC00330868-05 saylı kredit müqaviləsi üzrə 40.000 manat məbləğində əsas, 1121,26 manat faiz borcu, 2000 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 43.121,26 manat; xx.xx.2022-ci il tarixli DCL00330868-06 saylı maliyyələşdirmə üçün ərizə üzrə 71.782,18 manat məbləğində əsas, 9897,96 manat faiz borcu, 2217,28 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 83.897,42 manat məbləğində pul vəsaiti, ümumilikdə 192.147,32 manat məbləğində pul vəsairi və mediasiya xərclərinin əvəzi olaraq 400 manat, dövlət rüsumunun əvəzi olaraq 80 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 manat pul vəsaitinin 198 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 2 manat hissəsi isə İddiaçı ASC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva