Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3160/2025 01.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Bənəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər X11, “X2” PHŞ və X4 qarşı (Tovuz rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “subroqasiya qaydasında vurulmuş zərərin ödənilməsi” barədə iddia ərizəsinə dair üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. X3 istifadəsinə olan Tovuz rayonu, Öysüzlü kəndində yerləşən daşınmaz əmlak iddiaçı tərəfindən daşınmaz əmlakən icbari sığortası növü üzrə sığortalanmış, bununla bağlı iddiaçı ilə sığortalı arasında xx.xx.2016-cı il tarixdə sığorta müqaviləsi bağlanılmaqla, sonuncuya bu barədə sığorta şəhadətnaməsi verilmişdir. Sığorta şəhadətnaməsi ilə sığortalı X6, sığorta məbləği 14400 manat, azadolma məbləği isə 150 manat, müqavilənin qüvvədə olma müddəti xx.xx.2016-xx.xx.2017-ci il müəyyən edilmişdir
2. xx.xx.2017-ci il tarixdə sığorta hadisəsi baş vermiş, Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yaşayan cavabdeh Şahmur Murğuzov sığortalanmış mağaza kimi istifadə edələn qeyri-yaşayış sahəsinin qapı və pəncərələrini sındıraraq içəri daxil olmuşdur. Hadisə ilə bağlı X8 AR DİN-nin 102 xidmətinə məlumat verməsi ilə Tovuz RPŞ-nin TB-də araşdırma aparılmış, həmin orqan tərəfindən xx.xx.2017-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.
3. İddiaçı tərəfindən xx.xx.2017-ci il tarixli Sığorta aktı tərtib edilmiş, dəymiş zərər 500 manat müəyyən edilməklə ondan 150 manat azadolma məbləği çıxılmaqla, 349,63 manat sığorta ödənişi xx.xx.2017-ci il tarixli ödəniş tapşırığı ilə faydalanan şəxs X5 ödənilmişdir.
4. Şahmur Murğuzov xx.xx.1987-ci il tarixdə Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində doğulmuş, “X2” PHŞ-də müalicədə olmuş, sonuncu dəfə xx.xx.2018-ci il tarixdə stasionar müqalicəyə qəbul olunmuş, xx.xx.2018-ci il tarixdə evə buraxılmışdır. Ona “Şizofreniya paranoid forma” diaqnozu təyin edilmişdir (“X2” PHŞ-nin məhkəmənin sorğusuna xx.xx.2025-ci il tarixli cavabı).
5. Eyni zamanda, Şahmur Murğuzov 2016-cı il tarixdən “Tovuz rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Psixatrik kabinetində “Şizoaffektiv pozuntu, manyakal tip” diaqnozu ilə qeydiyyatdadır (“Tovuz rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin məhkəmənin sorğusuna xx.xx.2025-ci il tarixli cavabı).
İDDİA ƏRİZƏSİNİN VƏ İDDİA ƏRİZƏSİNƏ ETİRAZİN DƏLİLLƏRİ:
a) İddia ərizəsinin dəlilləri:
6. İddiaçı 349,63 manat pulun və ödənilmiş 30,40 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sığorta olunan Ramilə Hüseynovanın istifadəsində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərlərin əvəzinin ödənilməsi məqsədilə xx.xx.2016-cı il tarixli, RAZ********** nömrəli sığorta müqaviləsi (şəhadətnaməsi) ilə sığortalanmışdır. Azərbaycan Respublikası DİN-in Tovuz RPŞ-si TB-nin təhqiqatçısı, polis leytenantı X9 icraatında olan K-l/53 nömrəli material üzrə qəbul edilmiş 20 yanvar 2017-cı il tarixli qərara əsasən - xx.xx.2017-ci il tarixdə saat 02:51də Tovuz rayon Yuxarı Öysüzlü kəndində yaşayan X14 AR DİN-nin 102 xidmətinə zəng edərək, yaşadığı ünvanda ona məxsus ərzaq dükanının qapısını sındırmaq yolu ilə daxil olan naməlum şəxsin pəncərəni sındırması və dükanı dağınıq hala salması barədə məlumat verdi. Vətəndaş dükana nə məqsədlə daxil olduğunu, oğurluq olub-olmadığını bilmədiyi barədə məlumat vermişdir. xx.xx.2017-ci il tarixdə Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yaşayan X18 RPŞ-nə ərizə ilə müraciət edərək, həmin günü saat 02:45 radələrində həmkəndlisi ruhi-əsəb xəstəsi olan Şahmur Murğ uzov ona məxsus Tovuz rayon Yuxarı Öysüzlü kəndində yerləşən ərzaq dükanının pəncərələrinin şüşəsini sındıraraq ona maddi ziyan vurduğunu, lakin onun dükanından heç bir əşyanın və pulun oğurlanmadığını bildirmişdir. Emil Hüseynov izahatında göstərmişdir ki, ailəsi ilə birlikdə rayonu Yuxarı Öysüzlü kəndində yaşayır. xx.xx.2017-cı il tarixdə saat təxminən 02 radələrində həmkəndlisi olan Nəzifə onun yaşadığı ünvana gedərək, oğlu Şahmurazın onun ərzaq dükanının qapıpəncərələrini sındırıb dağıtdığını demişdir. O, nə baş verdiyini bilmək üçün dükana baxmağa getmişdir. Dükana baxarkən həqiqətən də ona məxsus dükanın pəncərələrinin sındığını görmüşdür. O, dərhal bu barədə AR DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş və polis əməkdaşlarının hadisə yerinə gəlməsini xahiş etmişdir. Polis əməkdaşları gəldikdən sonra onlarla birgə o, dükana girmişdir. Dükanın qapı-pəncərələrinin sınmasına baxmayaraq dükandan heç bir əşya və pul oğurlanmamışdır. Onun ərzaq dükanın qapıpəncərələrini sındıran, onun həmkəndlisi Şahmurazdır, o ruhi-əsəb xəstəsidir. Onun barəsində tədbir görülməsini xahiş etmişdir. xx.xx.2017-ci il tarixdə saat 02:30 radələrində sığortalı dükanının qapı-pəncərələrini sındıran, ruhi-əsəb xəstəsi olan Yuxarı Öysüzlü kənd sakini Şahnur Murğuzov Bakı şəhər 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmişdir. Yəni fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxs törətdiyi mülki hüquq pozuntusunu Bakı şəhər 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının nəzarət etməli olduğu zaman törətmişdir. Baş vermiş hadisə ilə bağlı sığorta predmetinə ümumilikdə 500 manat məbləğində maddi ziyan dəymişdir. Sığorta hadisə ilə əlaqədar xx.xx.2017-ci il tarixli, 1416/FG/CFİ-076/2017 nömrəli aktla iddiaçı tərəfindən faydalanan Ramilə Hüseynovaya 150 manat azadolma məbləği və s. çıxılmaqla 349,63 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.
b) Cavabdehin iddia ərizəsinə etirazın dəlilləri:
8. Cavabdehlər iddia ərizəsinə etirazlarınını yazılı şəkildə təqdim etməmişlər.
MƏHKƏMƏ İCLASİNDA VERİLƏN İZAHATLAR:
9. İddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verrək iddianın təmin edilməsini xahiş etdi.
10. Cavabdehlər qqanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsalar da, məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə cavabdehlərin iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
11. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla (936.6. Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir), sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
12. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
13. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
14. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
19. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını, iddia ərizəsinin dəlillərini və işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
20. Yuxarıda qeyd edilən müddəaların mənasından da görünür ki, subroqasiya hüququ zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülən tələbdir. Bu hüququn yaranması üçün sığorta hadisəsinin baş verməsi və zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi əsas şərtdir. İş materialları ilə iddiaçının subroqasiya hüququnun yaranması müəyyən edilir.
21. Birinci şərt, yəni sığorta hadisənin baş verməsidir ki, bu sığorta obyektinə dəymiş zərərlə bağlıdır. Sığorta qanunvericilinin də verdiyi anlayışa görə, sığorta hadisəsi, icbari sığorta üzrə icbari sığorta qanunlarına, könüllü sığorta üzrə sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta obyekti olan qeyri-yaşayış sahəsinə sığorta hadisəsi nəticəsində zərər dəyməsi iş materialları əsasında öz təsdiqini tapır. Belə ki, Tovuz RPŞ-nin TB-nin cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2017-ci il tarixli qərarından görünür ki, xx.xx.2017-ci il tarixdə Şahmur Murğuzov faydalanan şəxsin istifadəsində mağaza kimi istifadə edilən qeyri-yaşayış sahəsinin pəncərələrini sındıraraq sığortalanmış əmlaka maddi zərər vurmuşdur.
22. Göründüyü kimi, Sığortalı əmlaka Şahmur Murğuzov tərəfindən zərər vurulmusunda ifadə olunan sığorta hadisəsi baş vermişdir.
23. Subroqasiya hüququnun yaranması üçün ikinci şərtin, yəni zərərçəkmiş şəxsə (faydalanan şəxsə) dəymiş zərərin ödənilməsi də, iş materialları ilə təsdiq edilir. xx.xx.2017ci il il tarixli ödəniş tapşırığından görünür ki, sığortalanmış əmlaka dəymiş zərərə görə heablanmış 349,63 manat sığorta ödənişi iddiaçı tərəfindən Ramilə Hüseynovaya ödənilmişdir.
24. Beləliklə, məhkəmə hesab edir ki, daşınmaz əmlakın sığortası növü üzrə maddi zərər dəymiş qeyri-yaşayış sahəsinin sahibinə dəymiş zərər iddiaçı tərəfindən aradan qaldırıldığından, əmlaka zərər vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçıya keçmişdir. Ona görə də, iddiaçı hazırkı iddia tələbi ilə Şahmur Murğuzova münasibətdə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
25. Məhkəmə hesab edir ki, iddia tələbi “X2” PHŞ və X4 aid hissədə təmin edilməməlidir.
26. Belə ki, sığortaçının subroqasiya hüququ sığorta hadisənin törədilməsində təqsiri olan şəxsə qarşı yaranır. Əvvəldə də şərh edilənlərdən görünür ki, sığorta hadisəsi Şahmur Murğuzovun təqsirli hərəkti nəticəsində baş vermişdir. X2” PHŞ-də müalicə olunaraq sonradan Şahmur Murğuzovun evə buraxılması ilə sonuncunun sığorta hadisəsinin baş verməsində təqsirli hərəkəti arasında heç bir səbəbli əlaqə möcvud deyil. Başqa sözlə, X2” PHŞ-nin sığorta hadisənin baş verməsində hər hansı bir təqsirinin olması məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.
27. Həmçinin, X1 Murğuzovun anası olsa da, sonuncunun hərəkətlərinə görə heç bir məsuliyyət daşımır, ona görə ki, Şahmur Murğuzovun fəaliyyət qabiliyyətsiz hesab edilməsi ilə bağlı məhkəmə qətnaməsi, Nazifə Murquzovanın isə onun qəyyumu olması ilə bağlı sübut mövcud deyil. Mülki Məcəllənin 1105.1-ci maddəsində də qeyd edilir ki, fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərərin əvəzini onun qəyyumu və ya ona nəzarət etməli olan təşkilat, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəyirlər.
28. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər şəkmişdir. Odur ki, sığorta ödənişi cavabdehdən alınmaqla yanaşı ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də onlardan alınaraq iddiaçıya ödənilməlidir.
29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh2 349,63 (üç yüz qırx doqquz manat altmış üç qəpik) manat məbləğində pul və ödənilmiş 30,40 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia qalan (digər cavabdehlərə aid) hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı