Məhkəmə qərarları › İş №e-2-2(113)-3166/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3166/2022

09.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3166/2022 09.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X12 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6 və Cavabdeh4 qarşı kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracdan satılması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC iddia ərizəsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 499.991,16 manat əsas, 11.337,2 manat faiz, cəmi 511.328,36 manat borc , iddiа ərizəsinə görə ödənilmiş 402 mаnаt dövlət rüsumu, mediasiya xərci olaraq ödənilmiş 400 manat, bildirişlərin ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsində qeydiyyatı ilə bağlı xidmət haqqı və dövlət rüsumu kimi ödənilmiş 225 manat məbləğində pul tutulması; tutmanın ilkin satış qiyməti müəyyən edilməklə, Cavabdeh6na məxsus, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 45 saylı evin, 100 saylı mənzilinə, Cavabdeh4 məxsus, Bakı şəhəri, Suraxanı rayonu, S.Bəhlulzadə küçəsində yerləşən ümumi sahəsi 0.10 ha torpaq sahəsinə, X5 məxsus, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1026.1 kv.m olan əmlak kompleksi kimi müəssisəyə və 0.24 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərrac vasitəsilə satılması və bankın kredit tələbinin satılmış əmlakların hesabına ödənilməsi, ipoteka predmeti olan, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 45 saylı evin, 100 saylı mənzili satıldıqdan sonra həmin evdə yaşayan Cavabdeh6 və digər şəxslər 1 ay ərzində həmin evi tərk etmədikləri halda onların məcburi qaydada çıxarılması, ipoteka predmeti olan, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1026.1 kv.m olan əmlak kompleksi kimi müəssisə satıldıqdan sonra 1 ay ərzində təhvil verilmədiyi halda məcburi qaydada boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Müştəri Xidmətləri Mərkəzi ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 01 saylı kredit müqaviləsinə əsasən borcalana əsas və dövriyyə vəsaitlərinin alınması məqsədilə 60 ay müddətinə 500.000 manat məbləğində kredit verilmişdir. Krеdit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin еtmək məqsədilə xx.xx.2021-ci il tarixli zaminlik müqavilələrinə əsasən Cavabdeh2, X4 və Cavabdeh3 "xxxx" MMC-nin bank qarşısında öhdəlikləri tam yеrinə yеtirilənədək ona zamin durmuşlar. Zaminlik müqavilələrinin 1.1.-ci bəndinə görə, bоrc alan bank qarşısında öz öhdəliklərini tam yеrinə yеtirinədək zaminlər, bоrc alan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Krеdit müqаviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə, 21 fevral 2018-ci il tarixdə bağlanmış 01 sаylı İpoteka Müqаviləsinə əsasən, "xxxx" MMC-nin 19 noyabr 2015-ci il tarixli ekspert rəyinə əsasən bazar dəyəri 90.000,likvid dəyəri isə 76.500 manat məbləğində qiymətləndirilmiş tam mülkiyyət hüququ üzrə Cavabdeh6 məxsus, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 45 saylı evin, 100 saylımənzili ipoteka qoyulmuşdur. Krеdit müqаviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə, 21 fevral 2018-ci il tarixdə bağlanmış 03 sаylı ipoteka müqаviləsinə əsasən, "xxxx" MMC-nin 18 yanvar 2018-ci il tarixli ekspert rəyinə əsasən bazar dəyəri 120.000, likvid dəyəri isə 100.000 manat məbləğində qiymətləndirilmiş tam mülkiyyət hüququ üzrə Cavabdeh4 məxsus, Bakı şəhəri, Suraxanırayonu, S.Bəhlulzadə küçəsində yerləşən ümumi sahəsi 0.10 ha torpaq sahəsi ipoteka qoyulmuşdur. Krеdit müqаviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə, 21 fevral 2018-ci il tarixdə bağlanmış 02 sаylı ipoteka müqаviləsinə əsasən, "xxxx" MMCnin 18 yanvar 2018-ci il tarixli ekspert rəyinə əsasən bazar dəyəri 550.000 manat, likvid dəyəri isə 440.000 manat məbləğində qiymətləndirilmiş tam mülkiyyət hüququ üzrə X5 məxsus, ünvan 1 ünvanında 0.24 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 1026.1 kv.m olan əmlak kompleksi kimi müəssisə ipoteka qoyulmuşdur. Krеdit müqaviləsinin şərtlərinə əsasən "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixinə əsas borcu 499.991,16 manat, faiz borcu 11.337,2 manat, cəmi 511.328,36 manat təşkil edir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət оlunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh1 MMC götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya (хəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Bununlа dа cavabdehlər, Krеdit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yеrinə yеtirməmiş və еyni zаmаndа hеsаblаrа, mühаsibаt uçоtunа dəqiq və düzgün əməl еtmədiyindən Krеdit Müqaviləsi üzrə yаrаnmış bоrcun tələb еdilməsi zərurəti yаrаnmışdır. Hаl-hаzırdа cavabdehlərin, Krеdit Müqaviləsinə əsаsən “Аzər – Türk Bаnk” Аçıq Səhmdаr Cəmiyyətinə оlаn əsаs və оnа hеsаblаnmış fаiz bоrcu 511.328,36 manat təşkil еdir ki, bu bоrcun dа cavabdehlər tərəfindən ödənilməsi təmin еdilməlidir. xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsi iddia ərizəsinin həcminin artırılması barədə ərizə verərək, cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 499.991,16 manat əsas, 29.311,79 manat faiz, cəmi 529.302,95 manat borc, iddiа ərizəsinə görə ödənilmiş 402 mаnаt dövlət rüsumu, mediasiya xərci olaraq ödənilmiş 400 manat, bildirişlərin ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsində qeydiyyatı ilə bağlı xidmət haqqı və dövlət rüsumu kimi ödənilmiş 225 manat pul tutulması, tutmanın ilkin satış qiyməti müəyyən edilməklə, Cavabdeh6 məxsus, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 45 saylı evin, 100 saylı mənzilinə, Cavabdeh4 məxsus, Bakı şəhəri, Suraxanı rayonu, S.Bəhlulzadə küçəsində yerləşən ümumi sahəsi 0,10 ha torpaq sahəsinə, X5 məxsus, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1026.1 kv.m olan əmlak kompleksi kimi müəssisəyə və 0.24 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərrac vasitəsilə satılsması və bankın kredit tələbi satılmış əmlakların hesabına ödənilməsi; ipoteka predmeti olan, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 45 saylı evin, 100 saylı mənzili satıldıqdan sonra həmin evdə yaşayan Cavabdeh6 və digər şəxslərin 1 ay ərzində həmin evi tərk etmədikləri halda onlar məcburi qaydada çıxarılması, ipoteka predmeti olan, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1026.1 kv.m olan əmlak kompleksi kimi müəssisə satıldıqdan sonra 1 ay ərzində təhvil verilmədiyi halda məcburi qaydada boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X13 iddia ərizəsini və dəqiqləşmiş iddia tələbini müdafiə edib, iddia ərizəsinin və iddia ərizəsinə verilmiş sonuncu əlavənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasından iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək kredit borcunun düzgün hesablanmadığını, məhkəməmühasibatlıq ekspertizası rəyi verildikdən sonra "xxxx" MMC-nin iddia tələbinin artırılması barədə ərizə verdiyini, ekspert rəyinin isə həmin ərizədə ödənilməsi tələb edilən borcun hesablandığı dövrü əhatə etmədiyini bildirmişdir. İş üzrə cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı ASC (kreditor) ilə "xxxx" MMC (borc alan) arasında bağlanmış 21 fevral 2018ci il tarixli, 01 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə görə kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq, "xxxx" ASC-nin kredit öhdəliyinin təminatı olaraq 80,000.00 manat məbləğini təşkil edən verdiyi qarantiya məktubu Borcalan tərəfindən təqdim olunduğu təqdirdə, borc alana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödəmək əsasında, ödənişlərin annuitet qrafıkə uyğun aparılması şərti ilə, Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına (faizlərin aylıq ödənilməsi, əsas borc üzrə ödənişlərin aparılmasına ilk 30 ay ərzində güzəşt edilməsi, növbəti 30 ay ərzində isə annuitet qaydada ödənilməsi şərti ilə) 500.000 manat məbləğində, 60 ay müddətinə kredit vermişdir. 1.2-ci bəndinə görə borc alan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirir. 1.3-cü bəndinə görə kredit borc alana əsas və dövriyyə vəsaitlərinin alınması məqsədilə verilir. 2.1-ci bəndinə görə kreditin istifadəsinə görə bor alan əsas borcun qalığına illik 6. % ödəyir. 3.1.1-ci bəndinə əsasən kreditor bu müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən aşağıdakı hallarda bu müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və verdiyi kreditin bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və bu müqavilənin 4.2-ci bəndində göstərilən məbləğdə gecikdirmə faizinin ödənilməsini Borcalandan vaxtından əvvəl tələb edə bilər: Borc alan 60 gün ərzində kredit müqaviləsi üzrə öhdəliklərini (əsas borc və ya faizləri, yaxud onların bir hissəsini) tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafıkinə uyğun olaraq yerinə yetirmədikdə; Borc alan tərəfindən ödənişlər (əsas borc və ya faizlər, yaxud onların bir hissəsi) 12 ay ərzində 3 dəfədən çox gecikdirildikdə. Kredit müqaviləsi hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 001SKMFAZN37321 saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlinə əsasən Cavabdeh1 MMC tərəfindən kredit müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 500.000 manat, faizin məbləği 114.500,42 manat, cəmi ödəniləcək məbləğ 614.600,42 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2020-ci ildə İddiaçı ASC (kreditor) ilə "xxxx" MMC 21 fevral 2018-ci il tarixli, 01 saylı kredit müqaviləsinə 1 nömrəli Əlavə bağlanmışdır. Həmin əlavəyə əsasən tərəflər 21 fevral 2018-ci il tarixli, 01 saylı kredit müqaviləsinin 1.1.-ci bəndini aşağıdakı redaksiyada qəbul edirlər: 1.1. Kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq, "xxxx" ASC-nin kredit öhdəliyinin təminatı olaraq 80.000 manat məbləğini təşkil edən verdiyi qarantiya məktubu borc alan tərəfindən təqdim olunduğu təqdirdə, Borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödəmək əsasında, ödənişlərin annuitet qrafıkə uyğun aparılması şərti ilə, , Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına (faizlərin aylıq ödənilməsi, əsas borc üzrə ödənişlərin aparılmasına ilk 36 ay ərzində güzəşt edilməsi, növbəti 24 ay ərzində bərabər hissələrlə ödənilməsi şərti ilə, 500.000 manat məbləğində, 60 ay müddətinə kredit vermişdir. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 001SKMFAZN37321 saylı kredit müqaviləsinin 1 saylı Əlavəsinə uyğun təsdiq edilmiş ödəniş cədvəlinə əsasən Cavabdeh1 MMC tərəfindən kredit müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 500.000 manat, faizin məbləği 121.166,67 manat, cəmi ödəniləcək məbləğ 621.166,67 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2021-ci ildə İddiaçı ASC (kreditor) ilə "xxxx" MMC arasında 21 fevral 2018-ci il tarixli, 01 saylı kredit müqaviləsinə 2 nömrəli əlavə bağlanmışdır. Həmin əlavəyə əsasən tərəflər 21 fevral 2018-ci il tarixli, 01 saylı kredit müqaviləsinin 1.1.-ci bəndini aşağıdakı redaksiyada qəbul edirlər: 1.1. Kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq, "xxxx" ASC-nin kredit öhdəliyinin təminatı olaraq 80.000 manat məbləğini təşkil edən verdiyi qarantiya məktubu borc alan tərəfindən təqdim olunduğu təqdirdə, borc alana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödəmək əsasında, ödənişlərin annuitet qrafikə uyğun aparılması şərti ilə, Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına (faizlərin aylıq ödənilməsi, əsas borc üzrə ödənişlərin aparılmasına ilk 42 ay ərzində güzəşt edilməsi, növbəti 30 ay ərzində bərabər hissələrlə ödənilməsi şərti ilə, 500.000 manat məbləğində, 72 ay müddətinə kredit verir. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı ASC(ipoteka saxlayan) ilə Cavabdeh6 (ipoteka qoyan) və "xxxx" MMC (borc alan) arasında 21 fevral 2018-ci il tarixli 1 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə görə ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və irəlidə ipoteka predmeti adlandırılan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən 45 saylı evin 100 saylı mənzilini “21" fevral 2018-ci il 01 tarixli Kredit müqaviləsinə əsasən Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun Banka açdığı limit hesabına yaranmış öhdəliyin təminatı kimi İpoteka saxlayana ipotekaya verir. 1.2-ci bəndinə görə ipoteka qoyanın bu müqaviləyə əsasən ipoteka ilə yüklü edilən daşınmaz (daşınar) əmlak üzərində mülkiyyət hüququ Azərbaycan Respublikasının ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş "21” may 2010-cı il tarixli ********** qeydiyyat nömrəli, MA ******* seriya nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə təsdiq edilir. 1.3-cü bəndinə görə bu müqavilə ilə aşağıdakı öhdəliklər təmin edilir: 1.3.1-ci bəndinə görə Kreditin məbləği 500.000 AZN. 1.3.2-ci bəndinə görə kreditin qaytarılma tarixi - Kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin borc alana faktiki təqdim edildiyi tarixindən 5 il müddətinə “21" fevral 2023-cü il tarixinədək. ipoteka qoyanın əlavə razılığı olmadan. Kreditor ilə Borcalan arasında qarşılıqlı razılaşmaya əsasən kreditin ödənilməsi müddəti azaldıla bilər; 1.3.3-ci bəndinə görə kreditin istifadəsinə görə borc alan əsas borcun qalığına illik 6% ödəyir. 1.3.4-ci bəndinə görə kredit üzrə əsas borc və faizlər kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş qrafiki üzrə, kredit xətti üzrə isə kredit müqaviləsinə uyğun olaraq ödənilir: 2.1-ci bəndinə görə ipoteka predmetinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi sahəsi 84 kv.m, yaşayış sahəsi 42,6 kv.m təşkil edir: 2.2-ci bəndinə görə ipoteka predmeti “VETO-Consulting" MMC tərəfindən "18” yanvar 2018-ci il tarixində tərtib edilmiş ƏK- 0122/ATB nömrəli daşınmaz əmlakın qiymətləndirmə aktına (hesabatına) əsasən, 91.000 manat dəyərində qiymətləndirilir. 4.1-ci bəndinə görə aşağıdakı hallarda ipoteka saxlayan ipoteka ilə təmin edilmiş daşınmaz əmlaka tutma yönəltmək hüququna malikdir: 4.1.1-ci bəndinə görə İpoteka qoyan (Borcalan) tərəfindən ipoteka ilə təmin olunmuş öhdəlik üzrə aylıq ödənişlər (əsas borc və ya faizlər, yaxud onların bir hissəsi) 60 (altmış) gündən çox gecikdirildikdə; 4.1.2-ci bəndinə görə ipoteka qoyan (Borcalan) tərəfindən ipoteka ilə təmin olunmuş öhdəlik üzrə aylıq ödənişlər (əsas borc və ya faizlər, yaxud onların bir hissəsi) 12 (on iki) ay ərzində 3 (üç) dəfədən çox gecikdirildikdə; 4.1.3-cü bəndinə görə İpoteka ilə təmin edilmiş öhdəliyin vaxtından əvvəl icra edilməsi haqqında İpoteka saxlayanın tələbi bu tələbin irəli sürülməsi haqqında yazılı bildiriş alındığı vaxtdan başlayaraq 30 (otuz) gün ərzində icra olunmadıqda. İpoteka müqaviləsi ipoteka saxlayan, ipoteka qoyanının imzası, borc alanın imzası və möhürü ilə təsdiq edilmişdir. 21 fevral 2018-ci il tarixli 1 nömrəli ipoteka müqaviləsinə 1 saylı Əlavəyə əsasən müəyyən edilir ki, "Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Müştəri Xidmətləri Mərkəzi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış "21” fevral 2018-ci il tarixli №01 saylı kredit müqaviləsi üzrə tərəflər, borc alana verilmiş 500,000.00 manat məbləğində kreditin bitmə müddətini, xx.xx.2024-cü il tarixinədək uzadılması barədə razılığa gələrək, 21 fevral 2018-ci il tarixli, № 01 saylı ipoteka müqaviləsinin 1.3.2- ci bəndini aşağıdakı redaksiyada qəbul edirlər: “1.3.2. Kreditin qaytarılma tarixi - Kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin İpoteka qoyana (Borcalana) faktiki təqdim edildiyi tarixindən 6 il müddətinə "21" fevral 2024-cü il tarixinədək. ipoteka qoyanın əlavə razılığı olmadan, Kreditor ilə Borcalan arasında qarşılıqlı razılaşmaya əsasən kreditin ödənilməsi müddəti azaldıla bilər"İpoteka müqaviləsinə əlavə İpoteka müqaviləsi ipoteka saxlayan, ipoteka qoyanının imzası, borc alanın imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı ASC(ipoteka saxlayan) ilə Cavabdeh3 (ipoteka qoyan) və "xxxx" MMC (borc alan) arasında 21 fevral 2018-ci il tarixli 2 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə görə ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və irəlidə ipoteka predmeti adlandırılan ünvan 2 ünvanında yerləşən qeyri yaşayış sahəsini “21" fevral 2018-ci il 01 tarixli Kredit müqaviləsinə (irəlidə Kredit müqaviləsi) əsasən Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun Banka açdığı limit hesabına yaranmış öhdəliyin təminatı kimi İpoteka saxlayana ipotekaya verir. 1.2-ci bəndinə görə ipoteka qoyanın bu müqaviləyə əsasən ipoteka ilə yüklü edilən daşınmaz (daşınar) əmlak üzərində mülkiyyət hüququ Azərbaycan Respublikasının ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş "18” avqust 2016cı il tarixli ********** qeydiyyat nömrəli, RX ******* seriya nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə təsdiq edilir. 1.3-cü bəndinə görə Bu müqavilə ilə aşağıdakı öhdəliklər təmin edilir: 1.3.1-ci bəndinə görə kreditin məbləği 500,000.00 AZN. 1.3.2-ci bəndinə görə kreditin qaytarılma tarixi - kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin borc alana faktiki təqdim edildiyi tarixindən 5 il müddətinə “21" fevral 2023-cü il tarixinədək. ipoteka qoyanın əlavə razılığı olmadan. Kreditor ilə Borcalan arasında qarşılıqlı razılaşmaya əsasən kreditin ödənilməsi müddəti azaldıla bilər; 1.3.3-ci bəndinə görə kreditin istifadəsinə görə borc alan əsas borcun qalığına illik 6% ödəyir. 1.3.4-ci bəndinə görə kredit üzrə əsas borc və faizlər Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş qrafiki üzrə, kredit xətti üzrə isə Kredit müqaviləsinə uyğun olaraq ödənilir: 2.1-ci bəndinə görə ipoteka predmetinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 0,24 ha torpaq sahəsində yerləşməklə ümumi sahəsi 1026,1 kv.m təşkil edir: 2.2-ci bəndinə görə ipoteka predmeti “VETO-Consulting" MMC tərəfindən "18” yanvar 2018-ci il tarixində tərtib edilmiş ƏK- 0122/ATB nömrəli daşınmaz əmlakın qiymətləndirmə aktına (hesabatına) əsasən, 440.000 manat dəyərində qiymətləndirilir. 4.1-ci bəndinə görə aşağıdakı hallarda ipoteka saxlayan ipoteka ilə təmin edilmiş daşınmaz əmlaka tutma yönəltmək hüququna malikdir: 4.1.1-ci bəndinə görə İpoteka qoyan (Borcalan) tərəfindən ipoteka ilə təmin olunmuş öhdəlik üzrə aylıq ödənişlər (əsas borc və ya faizlər, yaxud onların bir hissəsi) 60 (altmış) gündən çox gecikdirildikdə; 4.1.2-ci bəndinə görə ipoteka qoyan (Borcalan) tərəfindən ipoteka ilə təmin olunmuş öhdəlik üzrə aylıq ödənişlər (əsas borc və ya faizlər, yaxud onların bir hissəsi) 12 (on iki) ay ərzində 3 (üç) dəfədən çox gecikdirildikdə; 4.1.3-cü bəndinə görə İpoteka ilə təmin edilmiş öhdəliyin vaxtından əvvəl icra edilməsi haqqında İpoteka saxlayanın tələbi bu tələbin irəli sürülməsi haqqında yazılı bildiriş alındığı vaxtdan başlayaraq 30 gün ərzində icra olunmadıqda. İpoteka müqaviləsi ipoteka saxlayan, ipoteka qoyanının imzası, borc alanın imzası və möhürü ilə təsdiq edilmişdir. 21 fevral 2018-ci il tarixli 2 nömrəli ipoteka müqaviləsinə 1 saylı Əlavəyə əsaəsn müəyyən edilir ki, "Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Müştəri Xidmətləri Mərkəzi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış "21” fevral 2018-ci il tarixli №01 saylı kredit müqaviləsi üzrə tərəflər, borc alana verilmiş 500,000.00 manat məbləğində kreditin bitmə müddətini, xx.xx.2024-cü il tarixinədək uzadılması barədə razılığa gələrək, 21 fevral 2018-ci il tarixli, № 02 saylı ipoteka müqaviləsinin 1.3.2- ci bəndini aşağıdakı redaksiyada qəbul edirlər: “1.3.2. Kreditin qaytarılma tarixi - kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin İpoteka qoyana (borc alana) faktiki təqdim edildiyi tarixindən 6 il müddətinə "21" fevral 2024-cü il tarixinədək. ipoteka qoyanın əlavə razılığı olmadan, Kreditor ilə Borcalan arasında qarşılıqlı razılaşmaya əsasən kreditin ödənilməsi müddəti azaldıla bilər" İpoteka müqaviləsinə əlavə İpoteka müqaviləsi ipoteka saxlayan, ipoteka qoyanının imzası, borc alanın imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı ASC(ipoteka saxlayan) ilə Cavabdeh4 (ipoteka qoyan) və "xxxx" MMC (borc alan) arasında 21 fevral 2018-ci il tarixli 3 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə görə ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və irəlidə ipoteka predmeti adlandırılan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 0.1 ha torpaq sahəsini “21” fevral 2018-ci il 01 tarixli Kredit müqaviləsinə (irəlidə Kredit müqaviləsi) əsasən Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun Banka açdığı limit hesabına yaranmış öhdəliyin təminatı kimi İpoteka saxlayana ipotekaya verir. 1.2-ci bəndinə görə ipoteka qoyanın bu müqaviləyə əsasən ipoteka ilə yüklü edilən daşınmaz (daşınar) əmlak üzərində mülkiyyət hüququ Azərbaycan Respublikasının ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “27" may 2016-cu il tarixli ********** qeydiyyat nömrəli, RX ******* seriya nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə təsdiq edilir. 1.3-cü bəndinə görə Bu müqavilə ilə aşağıdakı öhdəliklər təmin edilir: 1.3.1-ci bəndinə görə Kreditin məbləği 500,000.00 (beş yüz min) AZN. 1.3.2-ci bəndinə görə Kreditin qaytarılma tarixi - Kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin Borcalana faktiki təqdim edildiyi tarixindən 5 il müddətinə “21" fevral 2023-cü il tarixinədək. ipoteka qoyanın əlavə razılığı olmadan. Kreditor ilə Borcalan arasında qarşılıqlı razılaşmaya əsasən kreditin ödənilməsi müddəti azaldıla bilər; 1.3.3-ci bəndinə görə Kreditin istifadəsinə görə Borcalan əsas borcun qalığına illik 6% ödəyir. 1.3.4-ci bəndinə görə kredit üzrə əsas borc və faizlər kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş qrafiki üzrə, kredit xətti üzrə isə kredit müqaviləsinə uyğun olaraq ödənilir: 2.1-ci bəndinə görə İpoteka predmetinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi sahəsi 0.1 ha təşkil edir. 2.2-ci bəndinə görə ipoteka predmeti "xxxx" MMC tərəfindən “18” yanvar 2018-ci il tarixində tərtib edilmiş T- 0122-3/ATB nömrəli daşınmaz əmlakın qiymətləndirmə aktına (hesabatına) əsasən, 100,000.00 (bir yüz min) manat dəyərində qiymətləndirilir. 4.1-ci bəndinə görə aşağıdakı hallarda ipoteka saxlayan ipoteka ilə təmin edilmiş daşınmaz əmlaka tutma yönəltmək hüququna malikdir: 4.1.1-ci bəndinə görə İpoteka qoyan (Borcalan) tərəfindən ipoteka ilə təmin olunmuş öhdəlik üzrə aylıq ödənişlər (əsas borc və ya faizlər, yaxud onların bir hissəsi) 60 (altmış) gündən çox gecikdirildikdə; 4.1.2-ci bəndinə görə ipoteka qoyan (Borcalan) tərəfindən ipoteka ilə təmin olunmuş öhdəlik üzrə aylıq ödənişlər (əsas borc və ya faizlər, yaxud onların bir hissəsi) 12 (on iki) ay ərzində 3 (üç) dəfədən çox gecikdirildikdə; 4.1.3-cü bəndinə görə İpoteka ilə təmin edilmiş öhdəliyin vaxtından əvvəl icra edilməsi haqqında İpoteka saxlayanın tələbi bu tələbin irəli sürülməsi haqqında yazılı bildiriş alındığı vaxtdan başlayaraq 30 (otuz) gün ərzində icra olunmadıqda. İpoteka müqaviləsi ipoteka saxlayan, ipoteka qoyanının imzası, borc alanın imzası və möhürü ilə təsdiq edilmişdir. İpoteka müqaviləsi ipoteka saxlayan, ipoteka qoyanının imzası, borc alanın imzası və möhürü ilə təsdiq edilmişdir. 21 fevral 2018-ci il tarixli 3 nömrəli ipoteka müqaviləsinə 1 saylı Əlavəyə əsaəsn müəyyən edilir ki, "Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Müştəri Xidmətləri Mərkəzi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış "21” fevral 2018-ci il tarixli №01 saylı kredit müqaviləsi üzrə tərəflər, borc alana verilmiş 500,000.00 manat məbləğində kreditin bitmə müddətini, xx.xx.2024-cü il tarixinədək uzadılması barədə razılığa gələrək, 21 fevral 2018-ci il tarixli, 03 saylı ipoteka müqaviləsinin 1.3.2- ci bəndini aşağıdakı redaksiyada qəbul edirlər: ”1.3.2. Kreditin qaytarılma tarixi - Kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin İpoteka qoyana (borc alana) faktiki təqdim edildiyi tarixindən 6 il müddətinə "21" fevral 2024-cü il tarixinədək. ipoteka qoyanın əlavə razılığı olmadan, Kreditor ilə Borcalan arasında qarşılıqlı razılaşmaya əsasən kreditin ödənilməsi müddəti azaldıla bilər" İddiaçı ASC (bank), "xxxx" MMC (borc alan) və Cavabdeh3 (zamin) arasında 17 mart 2021-ci il tarixli, 001-KZM-105-2021 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən “Azər-Türk Bank" ASC-nin Müştəri Xidmətləri Mərkəzi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 21 fevral 2018-ci il tarixdə bağlanmış № 01 saylı müqavilə ilə əlaqədar olaraq. Borc alan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borc alan ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən Bu müqavilə iizrə zaminliklə təmin edilən öhdəliyin əsası: 21 fevral 2018-ci il tarixli, № 01 saylı kredit müqaviləsidir. 2.2-ci bəndinə görə Təmin edilən müqavilənin predmeti: borc alana 500.000 manat məbləğində, 72 ay müddətinə, illik istifadə faizi 6% olmaqla, verilmiş kredit. 2.3-cü bəndinə əsasən Bu müqavilə ilə təmin edilmiş öhdəliyin icra müddəti: Borcalanın Bank qarşısında 21 fevral 2018-ci il tarixli, № 01 saylı və bu müqaviləyə gələcəkdə ediləcək əlavələrdən irəli gələn bütün öhdəlikləri tam yerinə yetirilənədək. 3.1-ci bəndinə əsasən zamin, borc alanın bank qarşısında 21 fevral 2018-ci il tarixli, № 01 saylı müqavilə üzrə banka olan kredit və ona hesablanmış faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borc alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən digər zərərin (komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s.) əvəzinin ödənilinəsi də daxil olmaqla, yaranan və yarana biləcək hər cür zərər üçün borc alan ilə eyni həcmdə məsuliyyət daşıyır. 5.1-ci bəndinə əsasən Bank Borcalandan 21 fevral 2018-ci il tarixli, № 01 saylı müqavilə üzrə tələbinin ödənilməsi ilə bağlı ondan ağlabatan müddətdə cavab almamışsa, bu tələbi borc alan ilə birgə məsuliyyət daşıyan zaminə qarşı irəli sürür. Müqavilə zaminin imzası, bank və borc alanın imzası və möhürü ilə təsdiq edilmişdir. Azər-Türk Bank” ASC (bank), "xxxx" MMC (borc alan) və Cavabdeh2 (zamin) arasında 17 mart 2021-ci il tarixli, 001-KZM-104-2021 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən “Azər-Türk Bank" ASC-nin Müştəri Xidmətləri Mərkəzi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 21 fevral 2018-ci il tarixdə bağlanmış № 01 saylı müqavilə ilə əlaqədar olaraq. Borc alan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borc alan ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən bu müqavilə iizrə zaminliklə təmin edilən öhdəliyin əsası: 21 fevral 2018-ci il tarixli, № 01 saylı kredit müqaviləsidir. 2.2-ci bəndinə görə Təmin edilən müqavilənin predmeti: borcalana 500.000 manat məbləğində, 72 ay müddətinə, illik istifadə faizi 6% olmaqla, verilmiş kredit. 2.3-cü bəndinə əsasən Bu müqavilə ilə təmin edilmiş öhdəliyin icra müddəti: Borcalanın Bank qarşısında 21 fevral 2018-ci il tarixli, № 01 saylı və bu müqaviləyə gələcəkdə ediləcək əlavələrdən irəli gələn bütün öhdəlikləri tam yerinə yetirilənədək. 3.1-ci bəndinə əsasən zamin, borc alanın bank qarşısında 21 fevral 2018-ci il tarixli, № 01 saylı müqavilə üzrə banka olan kredit və ona hesablanmış faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borc alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən digər zərərin (komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s.) əvəzinin ödənilinəsi də daxil olmaqla, yaranan və yarana biləcək hər cür zərər üçün Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. 5.1-ci bəndinə əsasən Bank borc alandan 21 fevral 2018-ci il tarixli, № 01 saylı müqavilə üzrə tələbinin ödənilməsi ilə bağlı ondan ağlabatan müddətdə cavab almamışsa, bu tələbi borc alan ilə birgə məsuliyyət daşıyan zaminə qarşı irəli sürür. Müqavilə zaminin imzası, bank və borc alanın imzası və möhürü ilə təsdiq edilmişdir. Azər-Türk Bank” ASC (bank), "xxxx" MMC (borc alan) və X2 (zamin) arasında 17 mart 2021-ci il tarixli, 001-KZM-106-2021 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən “Azər-Türk Bank" ASC-nin Müştəri Xidmətləri Mərkəzi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 21 fevral 2018-ci il tarixdə bağlanmış № 01 saylı müqavilə ilə əlaqədar olaraq. Borc alan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borc alan ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən bu müqavilə iizrə zaminliklə təmin edilən öhdəliyin əsası: 21 fevral 2018-ci il tarixli, № 01 saylı kredit müqaviləsidir. 2.2-ci bəndinə görə təmin edilən müqavilənin predmeti: borcalana 500.000 manat məbləğində, 72 ay müddətinə, illik istifadə faizi 6% olmaqla, verilmiş kredit. 2.3-cü bəndinə əsasən Bu müqavilə ilə təmin edilmiş öhdəliyin icra müddəti: Borcalanın Bank qarşısında 21 fevral 2018-ci il tarixli, № 01 saylı və bu müqaviləyə gələcəkdə ediləcək əlavələrdən irəli gələn bütün öhdəlikləri tam yerinə yetirilənədək. 3.1-ci bəndinə əsasən zamin, borc alanın bank qarşısında 21 fevral 2018-ci il tarixli, № 01 saylı müqavilə üzrə banka olan kredit və ona hesablanmış faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borc alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən digər zərərin (komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s.) əvəzinin ödənilinəsi də daxil olmaqla, yaranan və yarana biləcək hər cür zərər üçün Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. 5.1-ci bəndinə əsasən Bank borc alandan 21 fevral 2018-ci il tarixli, № 01 saylı müqavilə üzrə tələbinin ödənilməsi ilə bağlı ondan ağlabatan müddətdə cavab almamışsa, bu tələbi borc alan ilə birgə məsuliyyət daşıyan zaminə qarşı irəli sürür. Müqavilə zaminin imzası, bank və borc alanın imzası və möhürü ilə təsdiq edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı xx.xx.2016-cı il tarixli Çıxarışla təsdiq edilir ki ünvan 3nında 0,24 ha torpaq sahəsində yerləşən sahəsi 1026,1 kv.m. olan əmlak kompleksi kimi müəssisə tam mülkiyyət hüququ ilə Cavabdeh3 adına qeydiyyata alınmışdır. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı xx.xx.2016-cı il tarixli Çıxarışla təsdiq edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 0,1 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə Cavabdeh4 adına qeydiyyata alınmışdır. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* saylı xx.xx.2010-cı il tarixli Çıxarışla təsdiq edilir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 45 saylı evin 100 saylı mənzili tam mülkiyyət hüququ ilə Cavabdeh6 adına qeydiyyata alınmışdır. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı 105387 saylı Çıxarışla təsdiq edilir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 45 saylı evin 100 saylı mənzili üzərində Cavabdeh6 mülkiyyət hüququ "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmişdir və xx.xx.2021-ci il tarixdə ipotekanın əlavə qeydiyyatı aparılmışdır. Çıxarışda əsas öhdəliyinn mahiyyəti və icra müddəti qrafasında 01 KM xx.xx.2018-ci il tarixli müqavilə və xx.xx.2021-ci il tarixli 1 saylı Əlavəyə istinad edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı 1789 saylı Çıxarışla təsdiq edilir ki, ünvan 3nında 0,247 ha torpaq sahəsində yerləşən sahəsi 1026,1 kv.m. olan əmlak kompleksi kimi müəssisənin üzərində Cavabdeh3 mülkiyyət hüququ "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmişdir və xx.xx.2021-ci il tarixdə ipotekanın əlavə qeydiyyatı aparılmışdır. Çıxarışda əsas öhdəliyinn mahiyyəti və icra müddəti qrafasında 01 KM xx.xx.2018-ci il tarixli müqavilə və xx.xx.2021ci il tarixli 1 saylı Əlavəyə istinad edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı 9750 saylı Çıxarışla təsdiq edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 0,1 ha torpaq sahəsi üzərində Cavabdeh4 mülkiyyət hüququ "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmişdir və xx.xx.2021-ci il tarixdə ipotekanın əlavə qeydiyyatı aparılmışdır. Çıxarışda əsas öhdəliyinn mahiyyəti və icra müddəti qrafasında 01 KM xx.xx.2018-ci il tarixli müqavilə və xx.xx.2021-ci il tarixli 1 saylı Əlavəyə istinad edilmişdir. “X18” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ipoteka qoyan X5 xx.xx.2022-ci il tarixli, 07105-1381 saylı ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş (xəbərdarlıq məktubu) ünvanlanaraq ünvan 3nında 0,247 ha torpaq sahəsində yerləşən sahəsi 1026,1 kv.m. olan əmlak kompleksi kimi müəssisənin ipoteka ilə yüklü edildiyi və bildirilmiş və borc alan tərəfindən xx.xx.2018-ci il tarixli 01 kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyi təqdirdə qanunamüvafiq tədbirlər görüləcəyi barədə barədə xəbərdarlıq edilmişdir. “X18” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ipoteka qoyan Cavabdeh4 xx.xx.2022-ci il tarixli, 07105-1382 saylı ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş (xəbərdarlıq məktubu) ünvanlanaraq Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 0,1 ha torpaq sahəsinin ipoteka ilə yüklü edildiyi və bildirilmiş və borc alan tərəfindən xx.xx.2018-ci il tarixli 01 kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyi təqdirdə qanunamüvafiq tədbirlər görüləcəyi barədə barədə xəbərdarlıq edilmişdir. “X18” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ipoteka qoyan X10 xx.xx.2022-ci il tarixli, 07105-1427 saylı ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş (xəbərdarlıq məktubu) ünvanlanaraq ünvan 5zilinin ipoteka ilə yüklü edildiyi və bildirilmiş və borc alan tərəfindən xx.xx.2018-ci il tarixli 01 kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyi təqdirdə qanunamüvafiq tədbirlər görüləcəyi barədə barədə xəbərdarlıq edilmişdir. İddiaçı ASC-nin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli müraciəti və müraciətin qəbulu barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı şəhər ərazi İdarəsinin təsdiqetmə barədə bildirişləri və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı şəhər ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubları ilə təsdiq edilir ki, tam mülkiyyət hüququ ilə X10 məxsus Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 45 saylı evin 100 saylı mənzilinə; tam mülkiyyət hüququ üzrə Cavabdeh4 Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 0,1 ha torpaq sahəsinə və tam mülkiyyət hüququ üzrə X5 məxsus ünvan 3nında 0,247 ha torpaq sahəsində yerləşən sahəsi 1026,1 kv.m. olan əmlak kompleksi kimi müəssisəyə tutma yönəldilməsi barədə bildirişlər qeydiyyata alınmışdır. "xxxx" MMC-nin 20 dekabr 2021-ci il tarixli, LP-222/21, LP-223/21, LP-224/21 və LP- 225/21 saylı mütəxəssis rəylərinə əsasən müvafiq olaraq Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 45 saylı evin 100 saylı mənzilinin hazırkı bazar dəyəri 140.000 manat, likvid qiyməti 135.000 manat dəyərində; Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 0,1 ha torpaq sahəsinin hazırkı bazar dəyəri 139.000 manat, likvid qiyməti 130.000 manat dəyərində və ünvan 3nında yerləşən əmlak kompleksi kimi müəssisənin hazırkı bazar dəyəri 640.000 manat, likvid qiyməti 608.000 manat dəyərində müəyyən edilmişdir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 avqust 2022-ci il tarixli 9/5448 saylı ekspert rəyi ilə müəyyən edilir ki, çıxarış məlumatları, 21 fevral 2018-ci il tarixli, 01 kredit müqaviləsi, 16 sentyabr 2020-ci il tarixli 01 saylı Əlavəm və 17 mart 2021ci il tarixli 02 saylı Əlavənin şərtlərinə əsasən Cavabdeh1 MMC-nin xx.xx.2022-ci il tarixə (maliyyə arayışının verildiyi tarixə) İddiaçı ASC-yə borcu 509.527,81 manat, o cümlədən əsas borc üzrə 498.915,16 manat və faiz borcu üzrə 10.612,65 manat təşkil edir. İddiaçı ASC tərəfindən verilmiş sonuncu xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Cavabdeh1 MMC-nin banka xx.xx.2022-ci il tarixinə əsas borcu 499.991,16 manat, faiz borcu 29.311,79 manat olmaqla cəmi borc 529.302,95 manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında 21 fevral 2018-ci il tarixli, 01 saylı kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC cavabdeh "xxxx" MMC-yə illik 6% dərəcəsi ilə 72 ay müddətinə 500.000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin cavabdeh "xxxx" MMC kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. İddianın kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsinə gəldikdə məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh "xxxx" MMC-nin mübahisəli kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləği işin mübahisəli halını təşkil etdiyindən həmin halın müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi ilə Cavabdeh1 MMC-nin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə borcunun 509.527,81 manat, o cümlədən əsas borcunun 498.915,16 manat və faiz borcunun 10.612,65 manat təşkil etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir. Ekspert rəyi alındıqdan sonra iddiaçının iddia tələbinin həcminin artırılması barədə ərizə verərək xx.xx.2022-ci il tarixədək müddətə hesablanmış faiz borcunun tutulmasını tələb etməsi məsələsinə gəldikdə məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixədək olan müddətə müqavilə üzrə hesablanmış faiz borcunun (illik 6%-lə) 10.612,65 manat məbləğində olması ekspert rəyi ilə müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdən etibarən cavabdehin kredit müqaviləsi üzrə heç bir ödəniş etmədiyini nəzərə alsaq xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün müqavilə üzrə ödənilməli olan faiz borcunu adi riyazi hesablama vasitəsilə hesablamaq mümkündür. Belə ki, 498.915,16 manat əsas borc məbləğinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 5,5 aylıq müddət üçün illik 6% dərəcəsi ilə hesablanmalı olan faiz borcu aşağıdakı kimidir: 498.915,16x6%/12 ayx5,5 ay=13.720,18 manat Odur ki, xx.xx.2022-ci il tarixədək olan dövr üçün mübahisəli müqavilə üzrə ödənilməli olan faiz borcu məbləği cəmi 24.332,83 manat (13.720,18+10612,65 manat) təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Belə olan halda məhkəmə Cavabdeh1 MMC-nin 21 fevral 2018-ci il tarixli, 01 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı ASC Cavabdeh1 MMC-dən 498.915,16 manat məbləğində əsas və 24.332,83 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Bununla yanaşı iş materiallarından görünür ki, İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 21 fevral 2018-ci il tarixli, 01 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi İddiaçı ASC (bank), "xxxx" MMC (borc alan) və Cavabdeh2 (zamin) arasında 17 mart 2021-ci il tarixli, 001-KZM-104-2021 saylı; Azər-Türk Bank” ASC (bank), "xxxx" MMC (borc alan) və Cavabdeh3 (zamin) arasında 17 mart 2021ci il tarixli, 001-KZM-105-2021 saylı; Azər-Türk Bank” ASC (bank), "xxxx" MMC (borc alan) və X3 (zamin) arasında 17 mart 2021-ci il tarixli, 001-KZM-106-2021 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 borc alan "xxxx" MMC-nin 21 fevral 2018-ci il tarixli, 01 saylı kredit müqaviləsi üzrə öhdəliklərinə zamin durmuşlar. Mülki Məcəllənin: 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Belə olan halda məhkəmə 17 mart 2021-ci il tarixli zaminlik müqavilələrinə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X1 digər cavabdeh "xxxx" MMC-nin 21 fevral 2018-ci il tarixli, 01 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinə zamin durduğunu, cavabdeh "xxxx" MMC-nin isə həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyini nəzərə alaraq hesab edir ki, iddiaçı "xxxx" ASC 1 fevral 2018-ci il tarixli, 01 saylı kredit müqaviləsi üzrə borcun (əsas və faiz borcu daxil olmaqla) müştərək (birgə) qaydada borc alan və zaminlərdən tutulmasını tələb etməkdə haqlıdır. Bununla yanaşı iş materiallardan görünür ki, İddiaçı ASC borc üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbini də irəli sürmüşdür. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 21 fevral 2018-ci il tarixli, 01 saylı kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq İddiaçı ASC (ipoteka saxlayan), Cavabdeh6 (ipoteka qoyan) və "xxxx" MMC (borc alan) arasında bağlanmış 21 fevral 2018-ci il tarixli 1 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh6 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən 45 saylı evin 100 saylı mənzili; İddiaçı ASC (ipoteka saxlayan), Cavabdeh3 (ipoteka qoyan) və "xxxx" MMC (borc alan) arasında bağlanmış 21 fevral 2018-ci il tarixli 2 nömrəli ipoteka müqaviləsinə əsasən ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsi; İddiaçı ASC (ipoteka saxlayan), Cavabdeh4 (ipoteka qoyan) və "xxxx" MMC (borc alan) arasında bağlanmış 21 fevral 2018-ci il tarixli 3 nömrəli ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 0.1 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” Qanunun: 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Həmin Qanunun 34.1-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, Cavabdeh1 MMC kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyini vaxtında icra etmədiyi üçün “İpoteka haqqında” qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma Cavabdeh6 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 45 saylı evin 100 saylı mənzilinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh6 qaytarılmalı; tələb üzrə tutma Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, S.Bəhlulzadə küçəsində yerləşən 0,10 ha torpaq sahəsinə yönəldilməli, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC -nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh4 qaytarılmalı, tələb üzrə tutma Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında 0,247 ha torpaq sahəsində yerləşən sahəsi 1026,1 kv.m. olan əmlak kompleksi kimi müəssisəyə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC -nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh3 qaytarılmalı, satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3, X4, Cavabdeh2 müştərək qaydada tutulmalıdır. Bununla yanaşı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-ci maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin qanunun 1.0.9-ci maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetlərinin bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirmə şirkətinin rəyi alınmışdır. Məhkəmə qiymətləndiricinin müəyyən etdiyi ipoteka predmetinin real bazar qiymət və likvid dəyərini, eləcə də yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq belə qənaətə gəlir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 45 saylı evin 100 saylı mənzilinin ilkin satış qiyməti 135.000 manat məbləğində; Bakı şəhəri, Suraxanı rayonu, S.Bəhlulzadə küçəsində yerləşən 0,10 ha torpaq sahəsinin hazırkı ilkin satış qiyməti 130.000 manat məbləğində; ünvan 1 ünvanında 0,247 ha torpaq sahəsində yerləşən sahəsi 1026,1 kv.m. olan əmlak kompleksi kimi müəssisənin hazırkı ilkin satış qiyməti 608.000 manat məbləğində müəyyən edilməlidir. İddianın ipoteka predmetləri satıldıqdan sonra Cavabdeh6 və digər şəxslərin 1 ay ərzində ipoteka predmeti olan mənzili tərk etmədikləri halda onların məcburi qaydada çıxarılması, eyni zamanda əmlak kompleksi kimi müəssisə satıldıqdan sonra 1 ay ərzində təhvil verilmədiyi halda məcburi qaydada boşaldılaraq banka təhvil verilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin hissədə iddia tələbi qismən əsaslıdır. Belə ki, “İpoteka haqqında” AR Qanununun mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Həmin normanın məzmunundan da göründüyü kimi ipoteka predmeti olan mənzil satıldıqdan sonra ipoteka qoyan Cavabdeh6 həmin mənzili 1 ay ərzində tərk etmədiyi həmin mənzildən məcburi qaydada çıxarılmalı, eyni zamanda ipoteka predmeti olan əmlak kompleksi kimi müəssisə satıldıqdan sonra 1 ay ərzində məcburi qaydada boşaldılmalı olduğundan həmin hissədə issia tələbi əsaslıdır. İddianın ipoteka predmeti olan əmlakların hərracdan satıldıqdan bir ay sonra banka təhvil verilməsi hissəsinə münasibətdə həmçinin qeyd edilməlidir ki, iddiaçı göstərilən iddia tələbinin əsası kimi hər hansı faktiki hala, eləcə də qanunvericilik normasına istinad etməmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, hərracdan satıldıqdan sonra ipoteka predmeti olan əmlakın onu hərracda əldə edən şəxsə deyil, ipoteka saxlayana təhvil verilməsi üçün qanuni əsas mövcud deyildir. İpoteka predmeti olan mənzildən digər şəxslərin çıxarılması məsələsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı ipoteka predmeti olan mənzildə ipoteka qoyan Cavabdeh6 başqa digər şəxslərin yaşamasını təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, həmin şəxslərin kimliyini dəqiqləşdirmədiyindən həmin hissədə iddianın təmin edilməsi mümkün deyil. Odur ki, sözügedən hissədə iddia qismən təmin edilməli, ipoteka predmeti olan, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 45 saylı evin, 100 saylı mənzili satıldıqdan sonra həmin evdə yaşayan Cavabdeh6 1 ay ərzində həmin evi tərk etmədiyi halda məcburi qaydada çıxarılmalı, ipoteka predmeti olan, ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə satıldıqdan sonra 1 ay ərzində təhvil verilmədiyi halda məcburi qaydada boşaldılmalıdır. Məhkəmə xərclərinə gəldikdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddia qiymətinin 99%-nə yaxın hissəsinin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq dövlət rüsumunun əvəzi olaraq 226 manat, mediasiya xərclərinin əvəzi olaraq 400 manat məbləğində pul vəsaiti və işə baxılması ilə əlaqədar olan məsrəflərin əvəzi olaraq 225 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya, ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti isə cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X6, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3, X4, Cavabdeh2 müştərək qaydada 498.915,16 manat əsas borc, 24332,83 manat faiz borcu, ümumilikdə 523.247,99 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC -yə ödənilsin. Tələb üzrə tutma Cavabdeh6 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 45 saylı evin 100 saylı mənzilinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 135.000 manat məbləğində müəyyən edilsin. Əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC -nin borc tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh6 qaytarılsın. Tələb üzrə tutma Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, S.Bəhlulzadə küçəsində yerləşən 0.10 ha torpaq sahəsinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 130.000 manat məbləğində müəyyən edilsin. Əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC -nin borc tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh4 qaytarılsın. Tələb üzrə tutma Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında 0,247 ha torpaq sahəsində yerləşən sahəsi 1026,1 kv.m. olan əmlak kompleksi kimi müəssisəyə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 608.000 manat məbləğində müəyyən edilsin. Əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC -nin borc tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh3 qaytarılsın. Satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər Azər Corab” MMC, Cavabdeh3, X4, Cavabdeh2 müştərək qaydada tutulsun. İpoteka predmeti olan, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 45 saylı evin, 100 saylı mənzili satıldıqdan sonra həmin evdə yaşayan Cavabdeh6 1 ay ərzində həmin evi tərk etmədiyi halda məcburi qaydada çıxarılsın. İpoteka predmeti olan, ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə satıldıqdan sonra 1 ay ərzində təhvil verilmədiyi halda məcburi qaydada boşaldılsın. İddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq dövlət rüsumunun əvəzi olaraq 226 manat, mediasiya xərclərinin əvəzi olaraq 400 manat məbləğində pul vəsaiti və işə baxılması ilə əlaqədar olan məsrəflərin əvəzi olaraq 225 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3, X4, Cavabdeh2, Cavabdeh6 və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçıya ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X6, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar