Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3168/2020 21.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsininhakimi Əliyev Emin Zöhraboğlunun sədrliyi və Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı qanunsuz yazılmış borcun silinməsi və abonent kodunun iddiaçının adına keçirilməsi tələbinə dair iddia ərizəsinəbaxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona məxsus istixanaya (abonent nömrəsi:**********00606) qanunsuz yazılmış 180765,70 manat borcun silinməsi və abonent kodununonun adına (İddiaçı) keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə müəyyən etmişdir ki, İddiaçı 2 iddia tələblərdən biri “abonent kodunun iddiaçının adına keçirilməsi tələbi” inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrlə bağlı olduğundan həmin tələbə inzibati məhkəməsində baxılmalıdır. Belə ki, iddiaçı bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi (biri Bakı Kommersiya Məhkəməsinə, digəri Bakı İnzibati Məhkəməsinə aiddir) iddia ərizəsində birləşdirmişdir. Həmçinin iddiaçı tərəfindən dövlət rüsumu ödənilməmiş, belə ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edən bəndi seçmişdir, halbuki istehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respbulikasının Qanunun 1-ci maddəsinə əsasən istehlakçı - şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs hesab edildiyi göstərilmişdir. Bu isə o dəməkdir ki, şəxs qazı öz şəxsi tələbatı üçün (evdə, bağda) istifadə edirsə o, istehlakçı kimi dövlət rüsumunun ödənilməsindən azaddır, əksinə şəxs öz şəxşi tələbatını ödəmək üçün deyil, sahibkarlıq fəaliyyəti (istixana, mehmanxana, restoran və sair) ilə bağlı qazı istifadə edirsə və bunun nəticəsində qazanc əldə edirsə o, istehlakçı statusuna malik olmadığına görə, dövlət rüsumu ödəməlidir. Azərbaycan Respublikasının İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin150.0.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Azərbaycan Respublikası MPM-nin152.1.5 və 152.1.7-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə və bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı qanunsuz yazılmış borcun silinməsi və abonent kodunun iddiaçının adına keçirilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, Cavabdehnə qarşı qanunsuz yazılmış borcun silinməsinə dair kommersiya mübahisəsi ilə bağlı tələblədövlət rüsumunun ödənilməsi haqqında sənəd (qəbz) əlavə etməklə yenidən məhkəməyə müraciət edə bilər. Həmçinin İddiaçı izah edilsin ki, abonent kodununonun adına (İddiaçı) keçirilməsi (məcburetmə haqqında iddia) tələbi barədə iddia ərizəsi ilə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə müraciət edilməlidir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondanBakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3168/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3168/2020
21.10.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver