Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3169/2024 14.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə və Cavabdeh3nə qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin boşaldılması tələblərə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, zaminlik, ipoteka müqaviləsi, borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə və Cavabdeh3nə qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin boşaldılması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə və Cavabdeh3nə (Cavabdeh3 MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 MMC və Qanuni nümayəndə müştərək qaydada 25 sentyabr 2023-cü il tarixli, RB/BT-0073 saylı kredit müqaviləsinə görə 972740 manat, faiz borcuna görə 68470,49 manat, cərimə borcuna görə 11750,67 manat olmaqla, cəmi 1052961,16 manat pulun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDKR PHŞnin 1 saylı Bakı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsum və dövlət rüsumu kimi ödənilmiş 1317 manat pulun İddiaçı ASC-nin xeyrinə tutulması, bütün tələblərin tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan, ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakların açıq hərracdan satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh3 MMC-nin 25 sentyabr 2023-cü il tarixli, RB/BT-0073 saylı kredit müqaviləsi üzrə cəmi 1052961,16 manat borcunun, dövlət rüsumu və xidmət haqqı kimi ödənilmiş cəmi 1368 manat məbləğində pulun ödənilməsi, ipoteka predmeti olan, tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə tutma yönəldikdən və əmlaklar satıldıqdan sonra ən geci 1 ay ərzində özü tərk etmədikdə Cavabdeh1 oradan çıxarılması və əmlakın boşaldılması, ipoteka predmeti açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun ümumi qaydada Cavabdeh3 MMC və Qanuni nümayəndə müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 25 sentyabr 2023-cü il tarixli, RB/BT-0073 saylı kredit müqaviləsinə əsasən borcalana illik 14 % faiz dərəcəsi olmaqla, 48 ay müddətinə 972740 manat məbləğində dövriyyə vəsaitinin artırılması və ödənişlərin aparılması məqsədilə kredit verilmişdir (kredit müqaviləsinin 1.1. və 2.2. maddələri). Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq cavabdeh Qanuni nümayəndə ilə İddiaçı ASC arasında 25 sentyabr 2023-cü il tarixli, RB/BT-0073 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin öhdəliklər tam icra olunana qədər borclu ilə birlikdə məsuliyyət daşıyacağı barədə öhdəlik götürmüşdür. 25 sentyabr 2023-cü il tarixli, RB/BT-0073 saylı kredit müqaviləsinin şərtlərinə görə cavabdehlər kreditlər üzrə hesablanmış dəbbə pulu (cərimə, penya), faizlər və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişlər. Bu barədə Cavabdeh3 MMC-yə və digər cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə və bildiriş göndərilməsinə baxmayaraq, cavabdehlər öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışlarına əsasən Cavabdeh3 MMC-nin 25 sentyabr 2023-cü il tarixli, RB/BT- 0073 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 972740 manat, faiz borcuna görə 68470,49 manat, cərimə borcuna görə 11750,67 manat olmaqla, borcun cəmi məbləği 1052961,16 manat təşkil edir. 25 sentyabr 2023-cü il tarixli, RB/BT0073 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan, ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə İddiaçı ASC qarşısında 27 sentyabr 2023-cü il tarixli, RB/BT-0073 saylı sonrakı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279, 295, 385.1, 427.3, 442, 445.1, 445.2.1, 472.1, 472.2 və “İpoteka haqqında” Azərbaycan Respublikası 34.1.1, 37.2, 39.1, 59.3-cü maddələrinə istinad olunmuşdur.
4. Cavabdehlər tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır.
5. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdelərhin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3169/2024 saylı qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə və Cavabdeh3nə qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin boşaldılması tələbinə dair iş üzrə icraata ipoteka predmeti olan, tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə tutma yönəldikdən və əmlaklar satıldıqdan sonra ən geci 1 ay ərzində özü tərk etmədikdə Cavabdeh1 oradan çıxarılması və əmlakın boşaldılması hissəsində xitam verilmişdir. Tədqiq olunan sübutlar:
7. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
8. İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RB/BT-0073 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, borcalana bankdan illik 14% faiz dərəcəsi olmaqla, 48 ay müddətinə 972740 manat məbləğində dövriyyə vəsaitinin artırılması və ödənişlərin aparılması məqsədilə kredit verilməsi razılaşdırılmışdır.
9. İddiaçı ASC ilə Qanuni nümayəndə arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RB/BT-0073 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RB/BT-0073 nömrəli kredit xətti müqaviləsi üzrə Cavabdeh3 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə zamin - Qanuni nümayəndə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
10. İpoteka saxlayan – İddiaçı ASC ilə ipoteka qoyan – Cavabdeh1 və borc alan – Cavabdeh3 MMC arasında bağlanmış və Bakı şəhəri 14 nömrəli notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, RB/BT-0073 nömrəli sonrakı ipoteka müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RB/BT-0073 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh3 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 tərəfindən onun mülkiyyətində olan ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.
12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən çıxarışdan müəyyən edilir ki, ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdeh1 adına xx.xx.2021-ci ildə Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********).
13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən 585 nömrəli reyestr kitabının 54917 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın məzmunundan görünür ki, ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.
14. xx.xx.2024-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin məzmunundan görünür ki, ipoteka saxlayan İddiaçı ASC tərəfindən cavabdehipoteka qoyan Cavabdeh1 müvafiq bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə xx.xx.2024-cü il tarixdə təqdim olunmuş və xx.xx.2024-cü il tarixdə, ********** nömrə ilə həmin idarədə qeydə alınmışdır. İddiaçı ASC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 (on beş) manat məbləğində dövlət rüsumu və 30 (otuz) manat məbləğində xidmət haqqı ödəmişdir.
15. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, RB-02/PK-1261 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə Cavabdeh3 MMC-nin banka 972740 manat əsas borc, 68470,49 manat faiz borcu, 11750,67 manat cərimə borcu olmaqla, ümumilikdə borcu 1052961,16 manat təşkil edir.
16. İddiaçı ASC tərəfindən Cavabdeh1, Qanuni nümayəndə və Cavabdeh3nə ünvanlanmış xx.xx.2024-cü il tarixli bildiriş (pretenziya) məktublarından görünür ki, kredit müqaviləsi üzrə borcun 3 (üç) iş günü müddətində banka ödənilməsi təklif edilmiş, borc ödənilmədiyi təqdirdə bank tərəfindən borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/4796 saylı ekspert rəyindən görünür ki, hesabdan çıxarış, “kreditin tarixi”, “hesab üzrə əməliyyatlar” vərəqəsi məlumatları və 25 sentyabr 2023-cü il tarixli, RB/BT- 0073 №-li kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən Cavabdeh3 MMC-nin İddiaçı ASC-yə olan borcu xx.xx.2024-cü il tarixə (pretenziya məktubunda göstərilən tarix) 1037048,92 manat: əsas borc üzrə 972740 manat, faiz borcu üzrə 64308,92 manat; xx.xx.2024-cü il tarixə (maliyyə arayışında göstərilən tarix) 1041210,09 manat: əsas borc üzrə 972740 manat, faiz borcu üzrə 68470,09 manat məbləğində müəyyən olunur.
18. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli, LP-135/24 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 341000 manat, bazar dəyəri 380000 manat təşkil edir. Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
20. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 3.1-ci maddəsinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. 34-cü maddəsində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar kimi nəzərdə tutulur. 39.3-ci maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı ilə qərara alınmışdır ki: 1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; 2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; 3) İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; 4) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır; 5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin mövqeyi
23. Beləliklə, işin müəyyən olunmuş hallarından göründüyü kimi, Rabitəbank” ASC ilə Cavabdeh3 MMC arasında xx.xx.2023-cü il tarixli, RB/BT-0073 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borcalana bankdan illik 14% faiz dərəcəsi olmaqla, 48 ay müddətinə 972740 manat məbləğində dövriyyə vəsaitinin artırılması və ödənişlərin aparılması məqsədilə kredit verilmişdir. İddiaçı ASC ilə Qanuni nümayəndə arasında xx.xx.2023-cü il tarixli, RB/BT-0073 nömrəli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RB/BT-0073 nömrəli kredit xətti müqaviləsi üzrə Cavabdeh3 MMCnin öhdəliklərinin icrasını təmin etmək məqsədilə zamin - Qanuni nümayəndə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İpoteka saxlayan – İddiaçı ASC ilə ipoteka qoyan – Cavabdeh1 və borc alan – Cavabdeh3 MMC arasında bağlanmış və Bakı şəhəri 14 nömrəli notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, RB/BT-0073 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən onun mülkiyyətində olan ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdehlər (borcalan və zamin) kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar.
24. İddia tələbinin bir hissəsini cavabdehlər Cavabdeh3 MMC və Qanuni nümayəndə müştərək qaydada 25 sentyabr 2023-cü il tarixli, RB/BT-0073 saylı kredit müqaviləsinə görə 972740 manat, faiz borcuna görə 68470,49 manat faiz borcunun tutulması təşkil edir.
25. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zamin) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/4796 saylı ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcu hissəsində tam, faiz borcunun tutulması hissəsində isə qismən təmin edilməli, cavabdehlər Cavabdeh3 və Qanuni nümayəndə müştərək qaydada 25 sentyabr 2023-cü il tarixli, RB/BT-0073 saylı kredit müqaviləsinə əsasən 972740 (doqquz yetmiş iki min yeddi yüz qırx) manat əsas borc, 64308,92 manat (altmış dörd min üç yüz səkkiz manat doxsan iki qəpik) faiz borcu iddiaçının xeyrinə tutulmalıdır.
26. Qeyd olunur ki, iddia tələbinin faiz borcunun tutulması hissəsinə münasibətdə yuxarıda qeyd edilən qənaətə gələrkən məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarını nəzərə almışdır. Belə ki, cavabdehlərə göndərilən xx.xx.2024-cü il tarixli pretenziya məktubunun məzmunundan görünür ki, cavabdehlərdən müqavilə üzrə borcun 3 iş günü müddətində tam ödənilməsi tələb olunmuş, həmin müddət ərzində borc ödənilməzsə, borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Verilmiş müddət ərzində cavabdehlər tərəfindən ödəniş edilmədiyindən kredit müqaviləsi bank tərəfindən birtərəfli qaydada ləğv edilmiş hesab edilməlidir.
27. İddia tələbinin digər hissəsini cavabdehlər Cavabdeh3 MMC və Qanuni nümayəndə müştərək qaydada 11750,67 manat cərimə borcu borcunun tutulması təşkil edir.
28. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.
29. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlər Cavabdeh3 MMC və Qanuni nümayəndə müştərək qaydada 11750,67 manat (on bir min yeddi yüz əlli manat altmış yeddi qəpik) cərimə borcu iddiaçının xeyrinə tutulmalıdır.
30. İddiaçı borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini irəli sürmüşdür.
31. Həmin tələblə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus yuxarıda qeyd edilən ünvanda yerləşən daşınmaz əmlak iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmişdir.
32. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “İpoteka haqqında” Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğundan və ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yarandığından iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməli, tutma 25 sentyabr 2023-cü il tarixli, RB/BT-0073 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh1 qaytarılmalıdır.
33. Bundan əlavə “İpoteka” haqqında Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
34. Məhkəmə tərəfindən ipoteka predmetlərinin likvid dəyərlərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi alınmışdır. Həmin rəyə əsasən ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən 150,3 kv.m ümumi sahədən ibarət olan 47 nömrəli mənzilin likvid dəyərinin 341000 manat olması müəyyən edilmişdir.
35. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 məxsus olan, ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 341000 manat məbləğində müəyyən edilməlidir.
36. Eləcə də, iddiaçı Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsum və dövlət rüsumu kimi ödənilmiş 1317 manat pulun cavabdehlər Cavabdeh3 MMC və Qanuni nümayəndə müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir.
37. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh3 və Qanuni nümayəndə müştərək qaydada ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat xidmət haqqı, ödənilmiş dövlət rüsumuna görə 1311,21 manat (min üç yüz on bir manat iyirmi bir qəpik) iddiaçının xeyrinə tutulmalıdır.
38. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə və Cavabdeh3ndən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 və Qanuni nümayəndə müştərək qaydada 25 sentyabr 2023-cü il tarixli, RB/BT-0073 saylı kredit müqaviləsinə əsasən 972740 (doqquz yetmiş iki min yeddi yüz qırx) manat əsas borc, 64308,92 manat (altmış dörd min üç yüz səkkiz manat doxsan iki qəpik) faiz borcu, 11750,67 manat (on bir min yeddi yüz əlli manat altmış yeddi qəpik) cərimə borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat xidmət haqqı, ödənilmiş dövlət rüsumuna görə 1311,21 manat (min üç yüz on bir manat iyirmi bir qəpik) olmaqla, ümumilikdə 1050161,80 manat (bir milyon əlli min yüz altmış bir manat səksən qəpik) məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma ipoteka predmeti olan, Cavabdeh1 məxsus, ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilsin, ipoteka predmeti olan əmlak açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilsin, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh1 qaytarılsın. İpoteka predmeti olan, ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 341000 (üç yüz qırx bir min) manat müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə və Cavabdeh3ndən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova