Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-317/2020 06.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, “xxxxxxxxxxxxxxxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı icarə haqqının ödənilməsi və qeyri – yaşayış sahəsinin boşaldılması vəzifəsinin üzərinə qoyulması barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “xxxxxxxxxxxxxxxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən icra edilməmiş öhdəliyə görə 24000 manat məbləğində icarə haqqı və 122400 manat dəbbə pulunun alınıb iddiaçıya verilməsi və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X4 küçəsi (Biləcəri stansiyası) ünvanda yerləşən sahəsi 4110,46 kv.m. olan qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya verilməsi vəzifəsi cvabdeh Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx xxxx 2016-cı il tarixli, 804 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasənda cavabdehə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi ünavnında yerləşən, 4110,46 kv.m olan qeyri-yaşayış sahəsi icarəyə verilmişdir. Müqaviləyə əsasən icarə müddəti xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2016-cı il tarixədək hesablanmışdır. Aylıq icarə haqqı 2000 manat təşkil edir və xx xxxxxx 2016-cı il tarixdən hesablanır. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş və nəticədə iddiaçıya 1 il üçün 24000 manat məbləğində borcu yaranmışdır. Müqavilədə cərimənin hesablanması nəzərdə tutulduğundan xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək hesablanmış cərimə məbləği 122400 manat təşkil edir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, qiymətlə bağlı tərəflər arasında əvvəlcədən mübahisə mövcud olmuşdur. iddia tələbi üzrə cərimə hissəsi həddindən artıq hesablanmış, həmçinin, əsas borc məbləği də, tərəfimizdən qəbul olunmur. Qeyd etmək istəyirəm ki,. Mülki iş materiallarında olan xx.xx.2016-cı il tarixli 804 saylı icarə müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X4 küçəsi, Biləcəri stansiyasının ərazisində yerləşən 546808-X-004 saylı icarə obyekti kənd təsərrüfatı malları və gündəlik istifadə mallarının satışının təşkili məqsədilə Cavabdeh MMC-nin ucarəsinə verilmiş və bunun əvəzində “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-yə bunun əvəzində xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2016-cı il tarixədək icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; - 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir; - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; - 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. xx xxxx 2016-cı il tarixli, 804 saylı icarə müqaviləsinin 5.1-ci bəndinə əsasən icarə müddəti xx xxxx 2016-cı il tarixdən xx xxxxxx 2016-cı il tarixədək müyyən edilmişdir. Həmçinin müqavilənin 5.3-cü bəndinə əsasən müqavilənin 5.2-ci bəndinin tələbləri icarəçi tərəfindən yerinə yetirilmədiyi təqdirdə icarəçi ilə icarə obyektinə dair icarə müqaviləsinin müddəti uzadılmayacaqdır. İcarə müqaviləsi xx xxxx 2016-cı il tarixdə bağlanaraq icarə haqqının xx xxxxxx 2016-cı il tarixdən hesablanması müəyyən edilsə də, hal – hazıra kimi ümumiyyətlə icarə haqqı ödənilməmişdir. “xxxxxxxxxx” MMC tərəfindən bu halın əksini təsdiq edən, yəni, qismən də olsa icarə haqqının ödənilməsi ilə bağlı heç bir sübut təqdim olunmamışdır. Göründüyü kimi icarə müqaviləsinin müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir və icarə haqqı ümumiyyətlə ödənilmədiyinə görə uzadılmamışdır. İşin halları ilə təsdiq olunur ki, tərəflər arasında icarə müqaviləsi üzrə cavabdeh tərəfindən götürülmüş öhdəliklərə tam əməl etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddianın icarə haqqı üzrə yaranmış borcun ödənilməsi hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, məhkəmə 24000 manat əsas borca 122400 manat dəbbə pulu hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, hesablanmış 122400 manat dəbbə pulunun miqdarı azaldılaraq 2000 manat miqdarında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 18 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxxxxxxxxxxxxxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı icarə haqqının ödənilməsi və qeyri – yaşayış sahəsinin boşaldılması vəzifəsinin üzərinə qoyulması barədə iddiası qismən təmin edilsin. 24000 manat məbləğində əsas borc, 2000 manat dəbbə pulu olmaqla ümumilikdə 26000 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X4 küçəsi, (Biləcəri stansiyası) ünvanında yerləşən, sahəsi 4110,46 kv.m olan qeyri – yaşayış sahəsinin “xxxxxxxxxxxxxxxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 18 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-317/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-317/2020
06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver