Məhkəmə qərarları › İş №e-2-2(113)-3170/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3170/2023

03.07.2023 · Torpaq mübahisələri - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3170/2023 03.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi X4 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə qarşı icarə müqavilələrinin bağlanması və icarə haqqının ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi ev 42, 18-ci Nərimanov döngəsi (keçmiş 18-ci Sovet döngəsi), ev 1, C. Qaryağdıoğlu küçəsi, ev 20 (A tikilisi 3 otaq) ünvanında X1 yerləşdiyi torpaq sahəsinin aylıq icarə haqqı 2.400 manat olmaqla həmin torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanılması və xx.xx.1996-cı il tarixindən xx.xx.2016-cı il tarixinə qədər hesablanmış 33.851 manat, xx.xx.2016-cı il tarixindən xx.xx.2023-cü il tarixinə qədər hesablanmış 186.890 manat məbləğində icarə haqqı borcunun ödənilməsi; Bakı şəhəri, Xətai rayonu, məhəllə 2942A, Gəncə prospekti 54 ünvanında Səfirliyin Şəhriyar adına Mədəniyyət Mərkəzinin ailə yataqxanası, qızlar yataqxanası və kitabxananın yerləşdiyi torpaq sahəsinin aylıq icarə haqqı 22.271 manat olmaqla həmin torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanılması və xx.xx.2001-ci il tarixindən xx.xx.2016-cı il tarixinə qədər hesablanmış 361.465 manat, xx.xx.2016-cı il tarixindən xx.xx.2023-cü il tarixinə qədər hesablanmış 1.734.293 manat məbləğində icarə haqqı borcunun ödənilməsi; ünvan 2 ünvanında X15 Rəhbərinin Dəftərxanasının Bakı nümayəndəliyinin yerləşdiyi torpaq sahəsinin aylıq icarə haqqı 2.365 manat olmaqla həmin torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanılması və xx.xx.2011-ci il tarixindən xx.xx.2016-cı il tarixinə qədər hesablanmış 7.310 manat, xx.xx.2016-cı il tarixindən xx.xx.2023-cü il tarixinə qədər hesablanmış 183.970 manat məbləğində icarə haqqı borcunun ödənilməsi; ünvan 4 ünvanında “X8 Evi”nin yerləşdiyi torpaq sahəsinin aylıq icarə haqqı 3.825 manat olmaqla həmin torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanılması və xx.xx.2000-ci il tarixindən xx.xx.2016-cı il tarixinə qədər hesablanmış 38.121 manat, xx.xx.2016-cı il tarixindən xx.xx.2023-cü il tarixinə qədər hesablanmış 297.856 manat məbləğində icarə haqqı borcunun ödənilməsi; ünvan 5 ünvanında İran Radio-Televiziyasının Bakı Nümayəndəliyinin yerləşdiyi torpaq sahəsinin aylıq icarə haqqı 2.445 manat olmaqla həmin torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanılması və xx.xx.2010-cu il tarixindən xx.xx.2016-cı il tarixinə qədər hesablanmış 9.523 manat, xx.xx.2016-cı il tarixindən xx.xx.2023- cü il tarixinə qədər hesablanmış 190.394 manat məbləğində icarə haqqı borcunun ödənilməsi; ünvan 7 ünvanında İran İslam Respublikasının Mədəniyyət Mərkəzinin yerləşdiyi torpaq sahəsinin aylıq icarə haqqı 750 manat olmaqla həmin torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanılması və xx.xx.2000-ci il tarixindən xx.xx.2016-cı il tarixinə qədər hesablanmış 7.623 manat, xx.xx.2016-cı il tarixindən xx.xx.2023-cü il tarixinə qədər hesablanmış 58.403 manat məbləğində icarə haqqı borcunun ödənilməsi; ünvan 8 ünvanında İRNA-nın Azərbaycan Respublikasındakı keçmiş nümayəndəliyinin (hazırda qonaq evi kimi istifadə olunur) yerləşdiyi torpaq sahəsinin aylıq icarə haqqı 760 manat olmaqla həmin torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanılması və xx.xx.1997-ci il tarixindən xx.xx.2016-cı il tarixinə qədər hesablanmış 9.463 manat, xx.xx.2016-cı il tarixindən xx.xx.2023-cü il tarixinə qədər hesablanmış 59.181 manat məbləğində icarə haqqı borunun ödənilməsi; 8. Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti (keçmiş Nobel pr.) ilə N.Rəfibəyli küçəsinin kəsişməsi ünvanında İran Təhsil Kompleksinin yerləşdiyi torpaq sahəsinin aylıq icarə haqqı 13.500 manat olmaqla həmin torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanılması və xx.xx.2003-cü il tarixindən xx.xx.2016-cı il tarixinə qədər hesablanmış 83.130 manat, xx.xx.2016-cı il tarixindən xx.xx.2023-cü il tarixinə qədər hesablanmış 1.051.258 manat məbləğində icarə haqqı borcunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, dövlət əmlakının qorunub saxlanılması və ondan təyinatı üzrə səmərəli istifadə olunmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilən monitorinqlər zamanı İran İslam Respublikasının Azərbaycan Respublikasındakı diplomatik və digər rəsmi nümayəndəlikləri tərəfindən Bakı şəhərinin Yasamal, Xətai, Nərimanov və Səbail rayonlarında onlara məxsus müxtəlif qeyriyaşayış təyinatlı tikililərin yerləşdiyi torpaq sahələrindən icarə müqavilələri olmadan istifadə edilməsi faktları aşkar olunmuşdur. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cavabdehə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi vasitəsi ilə xx.xx.2023-cü il tarixli, 3-21-3/2-3507/2023 nömrəli bildiriş göndərilərək, müvafiq torpaq sahələrinə dair 2 gün müddətində icarə müqavilələrinin bağlanılması və torpaq sahələrindən istifadə edilmiş müddət üçün icarə haqqının ödənilməsi tələb edilmiş, lakin cavabdeh tərəfindən bununla bağlı hər hansı tədbir görülməmişdir. Belə ki, cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin qeyd edilən bildirişi ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə ünvanladığı xx.xx.2023-cü il tarixli, ******* nömrəli cavab notasında qeyd etmişdir ki, daxil olmuş nota və ona əlavə olunmuş bildiriş məktubunun ətraflı şəkildə araşdırılması və baxılması məqsədilə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinə yönləndirilmişdir. Məsələyə baxıldıqdan sonra, məsələ ilə bağlı İran İslam Respublikasının aidiyyəti orqanları tərəfindən Səfirliyə məlumat daxil olan kimi dərhal bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə cavab veriləcəkdir. Beləliklə, cavabdehin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə ünvanladığı xx.xx.2023-cü il tarixli, ******* nömrəli notasının məzmunundan da aydın olur ki, cavabdeh dövlət torpaq sahələrindən istifadə faktını inkar etmir, lakin əsassız olaraq icarə müqavilələrinin bağlanılmasından yayınır. Aşağıdakı səbəblərdən hesab edirlər ki, cavabdehin Əmlak Məsələləri Dövlət Xidməti ilə yuxarıda qeyd edilən torpaq sahələrinə dair icarə müqaviləsinin bağlanılmasından yayınması əsassızdır və məhkəmə qətnaməsi ilə cavabdehin üzərinə Xidmətlə müvafiq icarə müqavilələrinin bağlanılması öhdəliyi qoyulmalıdır. Belə ki, qeyd edilən torpaq sahələrində yerləşən tikililər İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin mülkiyyətində olsa da, həmin tikililərin yerləşdiyi torpaq sahələri qanunvericiliyə əsasən cavabdehin mülkiyyətində ola bilməz və yalnız icarə müqaviləsi əsasında istifadə edilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin maddənin 3-cü hissəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Qanunvericiliyə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi xarici dövlətlərin mülkiyyətində ola bilməz və xarici dövlətlər yalnız icarə müqaviləsi əsasında torpaq sahəsində istifadə edə bilərlər. Fiziki və ya hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş müəssisə və ya obyektlərin yerləşdiyi, dövlət mülkiyyətində olan torpaq sahələrinin icarəyə verilməsi səlahiyyəti Əmlak Məsələləri Dövlət Xidmətinə məxsusdur. Lakin cavabdeh qanunvericiliyin qeyd edilən tələblərinə riayət etməyərək, Bakı şəhərinin Yasamal, Xətai, Nərimanov və Səbail rayonlarında müxtəlif qeyri-yaşayış təyinatlı tikililərin yerləşdiyi torpaq sahələrinin icarəyə götürülməsinə dair Əmlak Məsələləri Dövlət Xidmətinin təklifini qəbul etməmişdir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeyd edilən torpaq sahəsinin bazar dəyərinin müəyyən edilməsi üçün müstəqil qiymətləndiriciyə müraciət olunmuş və qiymətləndiricinin rəylərinə əsasən torpaq sahələrinin bazar dəyəri müəyyən edilmişdir. Beləliklə, iddianın predmeti olan torpaq sahələrinin xx.xx.2016-cı il tarixinə qədər torpağın normativ qiyməti və həmin tarixdən sonra torpağın bazar qiyməti əsasında müəyyən edilmiş aylıq icarə haqları aşağıdakı kimidir: 1. Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi ev 42, 18-ci Nərimanov döngəsi (keçmiş 18-ci Sovet döngəsi), ev 1, C. Qaryağdıoğlu küçəsi, ev 20 (A tikilisi 3 otaq) ünvanında X1 yerləşdiyi torpaq sahəsinin: -xx.xx.2016-cı il tarixinə qədər aylıq icarə haqqı – 140.8 manat; xx.xx.2016-cı il tarixindən sonra aylıq icarə haqqı - 2400 manat; 2. Bakı şəhəri, Xətai rayonu, məhəllə 2942A, Gəncə prospekti 54 ünvanında Səfirliyin Şəhriyar adına Mədəniyyət Mərkəzinin ailə yataqxanası, qızlar yataqxanası və kitabxananın yerləşdiyi torpaq sahəsinin: xx.xx.2016-cı il tarixinə qədər aylıq icarə haqqı – 2036.24 manat; xx.xx.2016-cı il tarixindən sonra aylıq icarə haqqı – 22271.38 manat; 3. ünvan 2 ünvanında X15 Rəhbərinin Dəftərxanasının Bakı nümayəndəliyinin yerləşdiyi torpaq sahəsinin: xx.xx.2016-cı il tarixinə qədər aylıq icarə haqqı – 123.9 manat; xx.xx.2016-cı il tarixindən sonra aylıq icarə haqqı – 2365.5 manat; 4. ünvan 4 ünvanında “X8 Evi”nin yerləşdiyi torpaq sahəsinin: xx.xx.2016-cı il tarixinə qədər aylıq icarə haqqı – 200.6 manat; xx.xx.2016-cı il tarixindən sonra aylıq icarə haqqı - 3825 manat; 5. ünvan 5 ünvanında İran Radio-Televiziyasının Bakı Nümayəndəliyinin yerləşdiyi torpaq sahəsinin: xx.xx.2016-cı il tarixinə qədər aylıq icarə haqqı – 128.23 manat; xx.xx.2016-cı il tarixindən sonra aylıq icarə haqqı – 2445 manat; 6. ünvan 7 ünvanında İran İslam Respublikasının Mədəniyyət Mərkəzinin yerləşdiyi torpaq sahəsinin: xx.xx.2016-cı il tarixinə qədər aylıq icarə haqqı – 39.333 manat; xx.xx.2016-cı il tarixindən sonra aylıq icarə haqqı - 750 manat; 7. ünvan 8 ünvanında İRNA-nın Azərbaycan Respublikasındakı keçmiş nümayəndəliyinin (hazırda qonaq evi kimi istifadə olunur) yerləşdiyi torpaq sahəsinin: xx.xx.2016-cı il tarixinə qədər aylıq icarə haqqı 40.53 manat; xx.xx.2016-cı il tarixindən sonra aylıq icarə haqqı - 760 manat; 8. Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti (keçmiş Nobel pr.) ilə N.Rəfibəyli küçəsinin kəsişməsi ünvanında İran Təhsil Kompleksinin yerləşdiyi torpaq sahəsinin: xx.xx.2016-cı il tarixinə qədər aylıq icarə haqqı - 520 manat; xx.xx.2016-cı il tarixindən sonra aylıq icarə haqqı - 13500 manat; Beləliklə, xx.xx.2023-cü il tarixinə qədər olan istifadə müddətinə görə 4.312.737 manat, xx.xx.2023-cü il tarixindən sonra aylıq 48.317 manat icarə haqqı dövlət büdcəsindən yayındırılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki:

1. ünvan 11 və Bakı şəhəri, 18-ci Nərimanov döngəsi (keçmiş 18-ci Sovet döngəsi), 1 nöömrəli evə dair: xx.xx.1996-cı il tarixli 008196 nömrəli (alqı-satqı) müqavilədən görünür ki, ünvan 11 ünvanında yerləşən daşınmaz əmlak Bağırov Z.A. tərəfindən İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyin Mədəniyyət Mərkəzinə satılmışdır. xx.xx.1996-cı il tarixli 008195 nömrəli (alqı-satqı) müqavilədən görünür ki, ünvan 12 ünvanında yerləşən daşınmaz əmlak Bağırov Z.A. tərəfindən İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyin Mədəniyyət Mərkəzinə satılmşdır. MH seriyalı 048362 nömrəli, xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Ə.Hüseynzadə 42, 18-ci Nərimanov döngəsi (keçmiş 18-ci Sovet döngəsi), ev 1 1/3 payda İran İslam Respublikasının Azərbaycan Respublikasındakı X1 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan, dövlət mülkiyyətində olan obyektlərin yerləşdiyi və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin illik/aylıq icarə haqqının hesablanması cədvəlindən görünür ki, ünvan 13 ünvanında yerləşən qeyri-yaşayış binası İV (dördüncü) zonada yerləşir, icarəyə verilən torpaq sahəsi - 640 kv.m, 1 kv.m torpaq sahəsinin bazis qiyməti - 4.0; zona əmsalı – 6.6; 1 kv.m torpaq sahəsinin normativ qiyməti – 26.4; torpaq sahəsinin normativ (satış) qiyməti – 16.896 manat; torpaq sahəsinin aylıq icarə haqqı – 140,80 manat; torpaq sahəsinin illik icarə haqqı – 1.689,6 manat müəyyən edilir. Qeyd: torpaq sahəsindən faktiki istifadəyə görə xx.xx.1996-cı il tarixindən xx.xx.2016-cı il tarixinə qədər hesablanmış icarə haqqı 33.851,05 manat təşkil edir. “X3” MMC-nin 04 aprel 2023-cü il tarixli, MQM 03-180-747/2023 saylı daşınmaz əmlakın qiymətləndirmə rəyinə (hesabatına) əsasən müəyyən edilir ki, ünvan 11, 18-ci Nərimanov döngəsi (keçmiş 18-ci Sovet döngəsi), ev 1, C.Qaryağdıoğlu küçəsi, ev 20 (A tikilisi 3 otaq) ünvanında yerləşən 640 kv.m. torpaq sahəsinin xx.xx.2023-cü il tarixə bazar dəyəri 960.000 manat təşkil edir. Dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan, dövlət mülkiyyətində olan obyektlərin yerləşdiyi və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin illik/aylıq icarə haqqının hesablanması cədvəlindən görünür ki, ünvan 13 ünvanında yerləşən qeyri-yaşayış binası İV (dördüncü) zonada yerləşir, icarəyə verilən torpaq sahəsi - 640 kv.m, bazar dəyəri - 960.000 manat, icarəyə verilən torpaq sahəsinin bazar dəyərinə uyğun illik icarə haqqı - 28.800 manat, aylıq icarə haqqı – 2.400 manat məbləğində müəyyən edilir. Qeyd 1: torpaq sahəsindən faktiki istifadəyə görə xx.xx.2016-cı il tarixindən xx.xx.2023-cü il tarixinə qədər hesablanmış icarə haqqı 186.890,34 manat təşkil edir. Qeyd 2: torpaq sahəsinin dəyəri “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən müəyyən edilmişdir. Yerin süni peyklərindən və ya yerüstü izləmə stansiyalarından əldə olunmuş ünvan 13 ünvanının yerləşdiyi ərazini əks etdirən xəritə (sxem) və fotoşəkillərdən müəyyən olunur ki, həmin ünvanda qeyri-yaşayış obyekti (X6 Mərkəzi) mövcuddur.

2. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, məhəllə 2942A ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair: 131 reyestr nömrəli xx.xx.2001-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən ünvan 15 ünvanında yerləşən ümumi sahəsi 3274,7 kv.m olan Mədəniyyət Mərkəzinin ailə yataqxanası, qızlar yataqxanası və kitabxana İran İslam Respublikasının Bakıdakı Səfirliyinin adına mülkiyyət hüquqi əsasında qeydiyyata alınmışdır. Dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan, dövlət mülkiyyətində olan obyektlərin yerləşdiyi və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin illik/aylıq icarə haqqının hesablanması cədvəlindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, məhəllə 2942A, Gəncə prospekti 54 ünvanında yerləşən qeyri-yaşayış binası X (onuncu) zonada yerləşir, icarəyə verilən torpaq sahəsi – cəmi 25453 kv.m (o cümlədən 10000 kv.m-dək – 10000 kv.m; 10000 kv.mdən – 15453 kv.m), 1 kv.m torpaq sahəsinin bazis qiyməti - 4.0; zona əmsalı – 2.4; 1 kv.m torpaq sahəsinin normativ qiyməti – 9.6; torpaq sahəsinin normativ (satış) qiyməti – 244.348,8 manat; torpaq sahəsinin aylıq icarə haqqı – 2.036,24 manat; illik icarə haqqı 24.434,8 manat manat qəbul edilir. Qeyd: torpaq sahəsindən faktiki istifadəyə görə xx.xx.2001-ci il tarixindən xx.xx.2016-cı il tarixinə qədər hesablanmış icarə haqqı 361.465,44 manat təşkil edir. “X3” MMC-nin 04 aprel 2023-cü il tarixli, MQM 03-181-748/2023 saylı daşınmaz əmlakın qiymətləndirmə rəyinə (hesabatına) əsasən müəyyən edilir ki, Bakı şəhəri, Xətai rayonu, məhəllə 2942A, Gəncə prospekti 54 ünvanında yerləşən 25453 kv.m. torpaq sahəsinin xx.xx.2023-cü il tarixə bazar dəyəri 8.908.550 manat təşkil edir. Dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan, dövlət mülkiyyətində olan obyektlərin yerləşdiyi və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin illik/aylıq icarə haqqının hesablanması cədvəlindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, məhəllə 2942A, Gəncə prospekti 54 ünvanında yerləşən qeyri-yaşayış binası X (onuncu) zonada yerləşir, icarəyə verilən torpaq sahəsi - cəmi 25453 kv.m (o cümlədən 10000 kv.m-dək – 10000 kv.m; 10000 kv.mdən – 15453 kv.m), bazar dəyəri - 8.908.550 manat, icarəyə verilən torpaq sahəsinin bazar dəyərinə uyğun illik icarə haqqı - 267.256,50 manat, icarəyə verilən torpaq sahəsinin aylıq icarə haqqı – 22.271,38 manat məbləğində müəyyən edilir. Qeyd 1: torpaq sahəsindən faktiki istifadəyə görə xx.xx.2016-cı il tarixindən xx.xx.2023-cü il tarixinə qədər hesablanmış icarə haqqı 1.734.293,91 manat təşkil edir. Qeyd 2: torpaq sahəsinin dəyəri “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən müəyyən edilmişdir. Yerin süni peyklərindən və ya yerüstü izləmə stansiyalarından əldə olunmuş Bakı şəhəri, Xətai rayonu, məhəllə 2942A, Gəncə prospekti 54 ünvanının yerləşdiyi ərazini əks etdirən xəritə (sxem) və fotoşəkillərdən müəyyən olunur ki, həmin ünvanda qeyri-yaşayış obyekti (X7 adına Mədəniyyət Mərkəzi (ailə yataqxanası, qızlar yataqxanası və kitabxana)) mövcuddur.

3. Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi 64 nömrəli evə dair: xx.xx.2011-ci il tarixli dəyişmə müqaviləsi əsasında ünvan 2 nömrəli fərdi yaşayış evi digər daşınmaz əmlak müqabilində dəyişdirilərək İran İslam Respublikasının Mədəniyyət Mərkəzinin mülkiyyətinə verilmişdir. Dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan, dövlət mülkiyyətində olan obyektlərin yerləşdiyi və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin illik/aylıq icarə haqqının hesablanması cədvəlindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi ünvanında yerləşən qeyri-yaşayış binası V (beşinci) zonada yerləşir, icarəyə verilən torpaq sahəsi – cəmi 630 kv.m, 1 kv.m torpaq sahəsinin bazis qiyməti - 4.0; zona əmsalı – 5.9; 1 kv.m torpaq sahəsinin normativ qiyməti – 23,6; torpaq sahəsinin normativ (satış) qiyməti – 14.868 manat; torpaq sahəsinin illik icarə haqqı cəmi – 1.486,8 manat; torpaq sahəsinin aylıq icarə haqqı – 123,9 manat məbləğində müəyyən edilir. Qeyd: torpaq sahəsindən faktiki istifadəyə görə xx.xx.2011-ci il tarixindən xx.xx.2016-cı il tarixinə qədər hesablanmış icarə haqqı 7.310,1 manat təşkil edir. “X3” MMC-nin 04 aprel 2023-cü il tarixli, MQM 03-182-749/2023 saylı daşınmaz əmlakın qiymətləndirmə rəyinə (hesabatına) əsasən müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən 630 kv.m. torpaq sahəsinin xx.xx.2023-cü il tarixə bazar dəyəri 945.000 manat təşkil edir. Dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan, dövlət mülkiyyətində olan obyektlərin yerləşdiyi və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin illik/aylıq icarə haqqının hesablanması cədvəlindən görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası V (beşinci) zonada yerləşir, icarəyə verilən torpaq sahəsi - cəmi 630 kv.m, bazar dəyəri – 945.000 manat, icarəyə verilən torpaq sahəsinin bazar dəyərinə uyğun illik icarə haqqı – 28.350 manat, icarəyə verilən torpaq sahəsinin aylıq icarə haqqı – 2.365,5 manat məbləğində müəyyən edilir. Qeyd 1: torpaq sahəsindən faktiki istifadəyə görə xx.xx.2016-cı il tarixindən xx.xx.2023-cü il tarixinə qədər hesablanmış icarə haqqı 183.970,16 manat təşkil edir. Qeyd 2: torpaq sahəsinin dəyəri “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən müəyyən edilmişdir. Yerin süni peyklərindən və ya yerüstü izləmə stansiyalarından əldə olunmuş ünvan 2 ünvanının yerləşdiyi ərazini əks etdirən xəritə (sxem) və fotoşəkillərdən müəyyən olunur ki, həmin ünvanda qeyri-yaşayış obyekti (X14 Rəhbərinin Dəftərxanasının Bakı nümayəndəliyi) mövcuddur.

4. ünvan 4 nömrəli evə dair: xx.xx.2000-ci il tarixli 109783 nömrəli (alqı-satqı) müqavilədən görünür ki ünvan 4 ünvanında yerləşən daşınmaz əmlak tərəfindən İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyin Mədəniyyət Mərkəzinə satılmışdır. QYM seriyalı 000774 nömrəli, xx.xx.2000-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən ünvan 4 ünvanında yerləşən ev İran İslam Respublikasının Mədəniyyət Mərkəzinin adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan, dövlət mülkiyyətində olan obyektlərin yerləşdiyi və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin illik/aylıq icarə haqqının hesablanması cədvəlindən görünür ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binası V (beşinci) zonada yerləşir, icarəyə verilən torpaq sahəsi – cəmi 1020 kv.m, 1 kv.m torpaq sahəsinin bazis qiyməti - 4.0; zona əmsalı – 5.9; 1 kv.m torpaq sahəsinin normativ qiyməti – 23,6; torpaq sahəsinin normativ (satış) qiyməti – 24.072 manat; torpaq sahəsinin illik icarə haqqı cəmi – 2.407,2 manat; torpaq sahəsinin aylıq icarə haqqı – 200,6 manat məbləğində müəyyən edilir. Qeyd: torpaq sahəsindən faktiki istifadəyə görə xx.xx.2000-ci il tarixindən xx.xx.2016-cı il tarixinə qədər hesablanmış icarə haqqı 38.121,55 manat təşkil edir. “X3” MMC-nin 04 aprel 2023-cü il tarixli, MQM 03-183-750/2023 saylı daşınmaz əmlakın qiymətləndirmə rəyinə (hesabatına) əsasən müəyyən edilir ki, ünvan 4 ünvanında yerləşən 1020 kv.m. torpaq sahəsinin xx.xx.2023-cü il tarixə bazar dəyəri 1.530.000 manat təşkil edir. Dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan, dövlət mülkiyyətində olan obyektlərin yerləşdiyi və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin illik/aylıq icarə haqqının hesablanması cədvəlindən görünür ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binası V (beşinci) zonada yerləşir, icarəyə verilən torpaq sahəsi - cəmi 1020 kv.m, bazar dəyəri – 1.530.000 manat, icarəyə verilən torpaq sahəsinin bazar dəyərinə uyğun illik icarə haqqı – 45.900 manat, icarəyə verilən torpaq sahəsinin aylıq icarə haqqı – 3.825 manat məbləğində müəyyən edilir. Qeyd 1: torpaq sahəsindən faktiki istifadəyə görə xx.xx.2016-cı il tarixindən xx.xx.2023-cü il tarixinə qədər hesablanmış icarə haqqı 297.856,45 manat təşkil edir. Qeyd 2: torpaq sahəsinin dəyəri “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən müəyyən edilmişdir. Yerin süni peyklərindən və ya yerüstü izləmə stansiyalarından əldə olunmuş ünvan 4 ünvanının yerləşdiyi ərazini əks etdirən xəritə (sxem) və fotoşəkillərdən müəyyən olunur ki, həmin ünvanda qeyri-yaşayış obyekti (“Əhli-Beyt Hüseyniyyə” Namaz evi) mövcuddur.

5. Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi 72 V nömrəli evə dair; FM seriyalı 031428 nömrəli, xx.xx.2004-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi ünvanında yerləşən 72 V nömrəli fərdi yaşayış evi Majid Mahammadianın adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. xx.xx.2010-cu il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi ünvanında yerləşən 72 V nömrəli fərdi yaşayış evi Majid Mahammadian tərəfindən İran İslam Respublikasının Bakıdakı Səfirliyinə satılmışdır. Dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan, dövlət mülkiyyətində olan obyektlərin yerləşdiyi və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin illik/aylıq icarə haqqının hesablanması cədvəlindən görünür ki, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binası V (beşinci) zonada yerləşir, icarəyə verilən torpaq sahəsi – cəmi 652 kv.m, 1 kv.m torpaq sahəsinin bazis qiyməti - 4.0; zona əmsalı – 5.9; 1 kv.m torpaq sahəsinin normativ qiyməti – 23,6; torpaq sahəsinin normativ (satış) qiyməti – 15.387,2 manat; torpaq sahəsinin illik icarə haqqı cəmi – 1.538,72 manat; torpaq sahəsinin aylıq icarə haqqı – 128,23 manat məbləğində müəyyən edilir. Qeyd: torpaq sahəsindən faktiki istifadəyə görə xx.xx.2010-cu il tarixindən xx.xx.2016-cı il tarixinə qədər hesablanmış icarə haqqı 9.523,21 manat təşkil edir. “X3” MMC-nin 04 aprel 2023-cü il tarixli, MQM 03-184-751/2023 saylı daşınmaz əmlakın qiymətləndirmə rəyinə (hesabatına) əsasən müəyyən edilir ki, ünvan 5 ünvanında yerləşən 652 kv.m. torpaq sahəsinin xx.xx.2023-cü il tarixə bazar dəyəri 978.000 manat təşkil edir. Dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan, dövlət mülkiyyətində olan obyektlərin yerləşdiyi və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin illik/aylıq icarə haqqının hesablanması cədvəlindən görünür ki, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binası V (beşinci) zonada yerləşir, icarəyə verilən torpaq sahəsi - cəmi 652 kv.m, bazar dəyəri – 978.000 manat, icarəyə verilən torpaq sahəsinin bazar dəyərinə uyğun illik icarə haqqı – 29.340 manat, icarəyə verilən torpaq sahəsinin aylıq icarə haqqı – 2.445 manat məbləğində müəyyən edilir. Qeyd 1: torpaq sahəsindən faktiki istifadəyə görə xx.xx.2016-cı il tarixindən xx.xx.2023-cü il tarixinə qədər hesablanmış icarə haqqı 190.394,52 manat təşkil edir. Qeyd 2: torpaq sahəsinin dəyəri “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən müəyyən edilmişdir. Yerin süni peyklərindən və ya yerüstü izləmə stansiyalarından əldə olunmuş ünvan 5 ünvanının yerləşdiyi ərazini əks etdirən xəritə (sxem) və foto şəkillərdən müəyyən olunur ki, həmin ünvanda qeyri-yaşayış obyekti (İran Radio-Televizasiyasının Bakı nümayəndəliyi) mövcuddur.

6. Bakı şəhəri, Nərimanov rayonu, R.Məmmədov küçəsi 15 (B tikilisi) nömrəli evə dair: xx.xx.2000-ci il tarixli 103903 nömrəli (alqı-satqı) müqavilədən görünür ki, ünvan 17 ünvanında yerləşən daşınmaz əmlak X5 tərəfindən İran İslam Respublikasının Mədəniyyət Mərkəzinə satılmşdır. Dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan, dövlət mülkiyyətində olan obyektlərin yerləşdiyi və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin illik/aylıq icarə haqqının hesablanması cədvəlindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, R.Məmmədov küçəsi ev 15 ünvanında yerləşən qeyri-yaşayış binası V (beşinci) zonada yerləşir, icarəyə verilən torpaq sahəsi – cəmi 200 kv.m, 1 kv.m torpaq sahəsinin bazis qiyməti - 4.0; zona əmsalı – 5.9; 1 kv.m torpaq sahəsinin normativ qiyməti – 23,6; torpaq sahəsinin normativ (satış) qiyməti – 4.720 manat; torpaq sahəsinin illik icarə haqqı cəmi – 472 manat; torpaq sahəsinin aylıq icarə haqqı – 39,33 manat məbləğində müəyyən edilir. Qeyd: torpaq sahəsindən faktiki istifadəyə görə xx.xx.2000-ci il tarixindən xx.xx.2016-cı il tarixinə qədər hesablanmış icarə haqqı 7.623,68 manat təşkil edir. “X3” MMC-nin 04 aprel 2023-cü il tarixli, MQM 03-185-752/2023 saylı daşınmaz əmlakın qiymətləndirmə rəyinə (hesabatına) əsasən müəyyən edilir ki, ünvan 7 ünvanında yerləşən 200 kv.m. torpaq sahəsinin xx.xx.2023-cü il tarixə bazar dəyəri 300.000 manat təşkil edir. Dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan, dövlət mülkiyyətində olan obyektlərin yerləşdiyi və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin illik/aylıq icarə haqqının hesablanması cədvəlindən görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası V (beşinci) zonada yerləşir, icarəyə verilən torpaq sahəsi - cəmi 200 kv.m, bazar dəyəri – 300.000 manat, icarəyə verilən torpaq sahəsinin bazar dəyərinə uyğun illik icarə haqqı – 9.000 manat, icarəyə verilən torpaq sahəsinin aylıq icarə haqqı – 750 manat qəbul edilir. Qeyd 1: torpaq sahəsindən faktiki istifadəyə görə xx.xx.2016-cı il tarixindən xx.xx.2023-cü il tarixinə qədər hesablanmış icarə haqqı 58.403,23 manat təşkil edir. Qeyd 2: torpaq sahəsinin dəyəri “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən müəyyən edilmişdir. Yerin süni peyklərindən və ya yerüstü izləmə stansiyalarından əldə olunan ünvan 7 ünvanının yerləşdiyi ərazini etdirən xəritə (sxem) və fotoşəkillərdən müəyyən olunur ki, həmin ünvanda qeyri-yaşayış obyekti (İİR Mədəniyyət Mərkəzi) mövcuddur.

7. Bakı şəhəri, Həsən Seyidbəyli küçəsi 5 nömrəli evin 1 nömrəli mənzilə dair: xx.xx.1996-cı il tarixli 005501 nömrəli (alqı-satqı) müqavilədən görünür ki, ünvan 19 ünvanında yerləşən ümumi sahəsi 63,2 kv.m olan daşınmaz əmlak X9 tərəfindən Mehdi Səmsara satılmışdır. MH seriyalı 075900 nömrəli, xx.xx.1997-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən ünvan 19 “İrna” Agentliyinin nümayəndəliyinin adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan, dövlət mülkiyyətində olan obyektlərin yerləşdiyi və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin illik/aylıq icarə haqqının hesablanması cədvəlindən görünür ki, Bakı şəhəri, Həsən Seyidbəyli küçəsi ev 5 ünvanında yerləşən qeyri-yaşayış binası İİ (ikinci) zonada yerləşir, icarəyə verilən torpaq sahəsi – cəmi 152 kv.m, 1 kv.m torpaq sahəsinin bazis qiyməti - 4.0; zona əmsalı – 8; 1 kv.m torpaq sahəsinin normativ qiyməti – 32; torpaq sahəsinin normativ (satış) qiyməti – 4.864 manat; torpaq sahəsinin illik icarə haqqı cəmi – 486,4 manat; torpaq sahəsinin aylıq icarə haqqı – 40,53 manat qəbul edilir. Qeyd: torpaq sahəsindən faktiki istifadəyə görə xx.xx.1997-ci il tarixindən xx.xx.2016-cı il tarixinə qədər hesablanmış icarə haqqı 9.463,18 manat təşkil edir. “X3” MMC-nin 04 aprel 2023-cü il tarixli, MQM 03-186-753/2023 saylı daşınmaz əmlakın qiymətləndirmə rəyinə (hesabatına) əsasən müəyyən edilir ki, ünvan 19 ünvanında yerləşən 152 kv.m. torpaq sahəsinin xx.xx.2023-cü il tarixə bazar dəyəri 304.000 manat təşkil edir. Dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan, dövlət mülkiyyətində olan obyektlərin yerləşdiyi və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin illik/aylıq icarə haqqının hesablanması cədvəlindən görünür ki, Bakı şəhəri, Həsən Seyidbəyli küçəsi ev 5 ünvanında yerləşən qeyri-yaşayış binası İİ (ikinci) zonada yerləşir, icarəyə verilən torpaq sahəsi - cəmi 152 kv.m, bazar dəyəri – 304.000 manat, icarəyə verilən torpaq sahəsinin bazar dəyərinə uyğun illik icarə haqqı – 9.120 manat, verilən torpaq sahəsinin aylıq icarə haqqı – 760 manat müəyyən edilir. Qeyd 1: torpaq sahəsindən faktiki istifadəyə görə xx.xx.2016-cı il tarixindən xx.xx.2023-cü il tarixinə qədər hesablanmış icarə haqqı 59.181,94 manat təşkil edir. Qeyd 2: torpaq sahəsinin dəyəri “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən müəyyən edilmişdir. Yerin süni peyklərindən və ya yerüstü izləmə stansiyalarından əldə ünvan 19 ünvanının yerləşdiyi ərazinin koordinasiyalarını əks etdirən xəritə (sxem) və foto şəkillərdən müəyyən olunur ki, həmin ünvanda qeyri-yaşayış obyekti (İRNA-nın AR-dakı keçmiş nümayəndəliyi (hazırda qonaq evi kimi istifadə olunur)) mövcuddur.

8. Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti (keçmiş Nobel pr.) ilə N.Rəfibəyli küçəsinin kəsişməsi ilə yerləşən qeyri-yaşayış sahəsinə dair: 000728 nömrəli, xx.xx.2002-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 14 ünvanında yerləşən yardımçı, inzibati binalar və talvar X2 xüsusi mülkiyyətində olmuşdur. xx.xx.2003-cü il tarixli (alqı-satqı) müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti (keçmiş Nobel pr.) ilə N.Rəfibəyli küçəsinin kəsişməsində yerləşən “Sağlamlıq və Ticarət Mərkəzi” “Aytən” kiçik müəssisəsi tərəfindən İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə satılmışdır. 000858 nömrəli, xx.xx.2003-cü il tarixli mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti (keçmiş Nobel pr.) ilə N.Rəfibəyli küçəsinin kəsişməsində yerləşən “Sağlamlıq və Ticarət Mərkəzi” İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin xüsusi mülkiyyətidir. Dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan, dövlət mülkiyyətində olan obyektlərin yerləşdiyi və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin illik/aylıq icarə haqqının hesablanması cədvəlindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti (keçmiş Nobel pr.) ilə N.Rəfibəyli küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binası Vİ (altıncı) zonada yerləşir, icarəyə verilən torpaq sahəsi - 3.000 kv.m, 1 kv.m torpaq sahəsinin bazis qiyməti - 4.0; zona əmsalı – 5.2; 1 kv.m torpaq sahəsinin normativ qiyməti – 20.8; torpaq sahəsinin normativ (satış) qiyməti – 62.400 manat; torpaq sahəsinin aylıq icarə haqqı – 520 manat; torpaq sahəsinin illik icarə haqqı – 6.240 manat məbləğində müəyyən edilir. qəbul edilir. Qeyd: torpaq sahəsindən faktiki istifadəyə görə xx.xx.2003-cü il tarixindən xx.xx.2016-cı il tarixinə qədər hesablanmış icarə haqqı 83.130,67 manat təşkil edir. “X3” MMC-nin 04 aprel 2023-cü il tarixli, MQM 03-187-754/2023 saylı daşınmaz əmlakın qiymətləndirmə rəyinə (hesabatına) əsasən müəyyən edilir ki, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti (keçmiş Nobel pr.) ilə N.Rəfibəyli küçəsinin kəsişməsində yerləşən 3.000 kv.m. torpaq sahəsinin xx.xx.2023-cü il tarixə bazar dəyəri 5.400.000 manat təşkil edir. Dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan, dövlət mülkiyyətində olan obyektlərin yerləşdiyi və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin illik/aylıq icarə haqqının hesablanması cədvəlindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti (keçmiş Nobel pr.) ilə N.Rəfibəyli küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binası Vİ (altıncı) zonada yerləşir, icarəyə verilən torpaq sahəsi - 3.000 kv.m, bazar dəyəri - 5.400.000 manat, icarəyə verilən torpaq sahəsinin bazar dəyərinə uyğun illik icarə haqqı - 162.000 manat, icarəyə verilən torpaq sahəsinin torpaq vergisinə uyğun illik icarə haqqı - 600 manat, icarəyə verilən torpaq sahəsinin aylıq icarə haqqı – 13.500 manat olmaqla, illik icarə haqqı 162.000 manat qəbul edilir. Qeyd 1: torpaq sahəsindən faktiki istifadəyə görə xx.xx.2016cı il tarixindən xx.xx.2023-cü il tarixinə qədər hesablanmış icarə haqqı 1.051.258,06 manat təşkil edir. Qeyd 2: torpaq sahəsinin dəyəri “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən müəyyən edilmişdir. Yerin süni peyklərindən və ya yerüstü izləmə stansiyalarından əldə olunmuş Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti (keçmiş Nobel pr.) ilə N.Rəfibəyli küçəsinin yerləşdiyi ərazini əks etdirən xəritə (sxem) və fotoşəkillərdən müəyyən olunur ki, həmin ünvanda qeyri-yaşayış obyekti (İran Təhsil Kompleksi) mövcuddur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3-21-3/2-3507/2023 nömrəli xx.xx.2023-cü il tarixli istifadə edilən torpaq sahələrinin icarəyə götürülməsi barədə bildiriş (pretenziya məktubu) ilə təsdiq edilir ki, cavabdehə dövlətə məxsus torpaq sahələrinin 2 gün müddətində icarə müqaviləsinin bağlanması, həmçinin dövlət torpağından istifadə etdikləri müddət üçün icarə haqqı borcunun dövlət büdcəsinə ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən olunur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Səfirliyə ünvanladığı istifadə edilən torpaq sahələrinin icarəyə götürülməsi barədə bildiriş İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə təqdim edilmişdir. İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin ******* nömrəli xx.xx.2023-cü il tarixli nota ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3-21-3/2-3507/2023 nömrəli xx.xx.2023-cü il tarixli bildiriş məktubu ilə bağlı aşağıdakıları qeyd etmişdir: - Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən daxil olmuş sözügedən nota və ona əlavə olunmuş bildiriş məktubu ətraflı şəkildə araşdırılması və baxılması məqsədilə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinə yönləndirilmişdir. Məsələyə baxıldıqdan sonra, məsələ ilə bağlı İran İslam Respublikasının aidiyyəti orqanları tərəfindən Səfirliyə məlumat daxil olan kimi dərhal bu bərədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə cavab veriləcəkdir.

Əsaslandırıcı hissə:

Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisədə cavabdeh qismində İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi, yəni xarici dövlətin dövlət orqanı çıxış etdiyindən mübahisə xarici elementlidir. Mübahisə xarici elementli olduğundan ilk növbədə Azərbaycan Respublikası məhkəmələrinin sözügedən mübahisəyə baxmağa səlahiyyətli olub-olmaması məsələsinə qiymət verilməli və bu zaman mübahisədə tərəf qismində iştirak edən xarici dövlətin (hazırkı halda xarici dövlətin orqanının) beynəlxalq xüsusi hüquq subyektliyinin spesifikliyi də nəzərə alınmalıdır. Göstərilən məsələlərlə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası və İran İslam Respublikasının iştirak etdiyi beynəlxalq çoxtərəfli və ikitərəfli müqavilələrdə xarici dövlətlərin (onların dövlət orqanlarının) iştirakı ilə mülki (kommersiya) mübahisələrə baxılması xüsusiyyətləri ilə bağlı normalar əks olunmasa da, göstərilən normalar Azərbaycan Respublikası və İran İslam Respublikasının iştirak etmədiyi, lakin beynəlxalq adət normaları kimi qəbul edilən bir sıra universal və regional beynəlxalq müqavilələrində (“Dövlətlərin və onların mülkiyyətinin yurisdiksiya immunitetləri” barədə 2 dekabr 2004-cü il tarixli BMT Konvensiyası, “Dövlətlərin immunitetləri haqqında” 16 may 1972-ci il tarixli Avropa Konvensiyası) təsbit edilmiş, eləcə də beynəlxalq xüsusi hüquq dokrinasında da dövlətlərin (və ya onların orqanlarının) xarici elementli mübahisələrdə iştirakının prinsipləri formalaşmışdır. Sözügedən konvensiyalarda, eləcə də hazırkı beynəlxalq xüsusi hüquq doktrinasında formalaşmış prinsiplərə əsasən dövlət (dövlət anlayışına dövlətin suveren hakimiyyətini həyata keçirmək səlahiyyətinə malik orqanları və təsisatları da aid edilir) onun iştirakı ilə digər dövlətin məhkəmələrində mübahisələrə baxılarkən funksional (məhdud) immunitetə malik olur. Yəni dövlətlər suveren hakimiyyət daşıyıcısı (de jure imperil) qismində fəaliyyət göstərdikdə xarici dövlətlərin məhkəmələrinin yurisdiksiyasından immunitetə malik olduqları halda dövlətin xüsusi şəxs kimi (de jure gestionis) həyata keçirdiyi fəaliyyətdən, ələxsus da kommersiya fəaliyyətindən irəli gələn mübahisələrə immunitet şamil edilmir. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanunu da xarici dövlətlərin funksional immuniteti konsepsiyasından çıxış edir. Belə ki, həmin qanunun: 16.1-ci maddəsinə görə qanunla başqa hallar nəzərdə tutulmadıqda dövlətin iştirak etdiyi xarici elementli mülki-hüquqi münasibətlərə bu Qanunun müddəaları tətbiq edilir. 16.2-ci maddəsinə görə dövlətin bağladığı mülki hüquqi əqdlərə, əgər bu onun öz suveren funksiyalarını yerinə yetirməklə əlaqədar deyilsə, bu Qanunun müddəaları tətbiq edilir. 16.3-cü maddəsinə görə dövlət tərəfindən bağlanan hüquqi əqdlərin xarakteri onun hüquqi təbiəti və səbəblərinə əsasən müəyyən edilir. Hazırkı halda mübahisə tərəflər arasında (tərəflərdən biri xarici dövlətin orqanıdır) mülki hüquqi əqdin (icarə müqaviləsinin) bağlanması və əqd üzrə öhdəliyin icrası (icarə haqqının tutulması) ilə bağlıdır. Digər tərəfdən mübahisənin bağlı olduğu mülki hüquqi əqd - torpaq icarə müqaviləsi hüquqi təbiətinə görə ikitərəfli və əvəzli müqavilə olmaqla icarəçi (hazırda xarici dövlətin dövlət orqanı) tərəfindən həmin əqdin bağlanmasında məqsəd digər şəxsin mülkiyyətində olan torpaq sahəsindən istifadə etmək, eləcə də həmin torpaq sahəsindən bəhrələnmək və gəlir götürməkdən ibarət olduğundan həmin müqavilənin bağlanmasının xarici dövlətin dövlət hakimiyyəti daşıyıcısı – suveren kimi həyata keçirdiyi fəaliyyətdən irəli gəlməsi müəyyən edilmir. Əksinə yuxarıda da qeyd edildiyi kimi icarə müqaviləsinə əsasən icarəçi torpaq sahəsindən istifadə etmək hüququ ilə yanaşı icarə obyektinin bəhərindən istifadə etmək və gəlir götürmək hüququ da əldə etdiyindən xarici dövlətin hazırkı müqavilənin bağlanması ilə bağlı fəaliyyəti kommersiya fəaliyyətinə aid edilməlidir. Beləliklə, hazırkı mübahisə xarici dövlətin xüsusi şəxs qismində həyata keçirdiyi kommersiya fəaliyyəti ilə bağlı olduğundan mübahisəyə xarici dövlətin immunitetinin şamil edilməsi istisna olunur. Beynəlxalq ərazi aidiyyəti qaydalarına əsasən Azərbaycan Respublikası məhkəmələrinin mübahisəyə baxmaqda səlahiyyətli olub-olmaması məsələsinə gəldikdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası və İran İslam Respublikası arasında bağlanmış “Hüquqi yardım haqqında” 21 fevral 1998-ci il tarixli müqavilədə hansı dövlətin məhkəmələrinin hər iki dövlətin hüquqi və ya fiziki şəxslərinin iştirak etdiyi mülki mübahisələrə baxmaqda səlahiyyətli olmasını müəyyən edən normalar əks olunmuşdur. Belə ki, həmin müqavilənin 19.1-ci maddəsinə əsasən əgər bu müqavilə ilə digər qayda müəyyən edilməmişsə, cavabdehin razılığa gələn tərəflərin birinin ərazisində yaşayış yeri olduqda, o tərəfin məhkəmələri mülki və ailə işlərinə baxmağa səlahiyyətlidirlər. Hüquqi şəxslərə münasibətdə onların idarəçilik orqanı, nümayəndəliyi, yaxud filialı digər Razılığa gələn tərəfin ərazisində olduqda, bu tərəfin məhkəməsi həmin iddiaya baxmağa səlahiyyətlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 440.1-ci maddəsinə görə Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. 440.2-ci maddəsinə əsasən məhkəmələrdə xarici şəxslərin iştirak etdikləri işlər üzrə icraat bu Məcəlləyə və digər qanunlara uyğun olaraq həyata keçirilir. 443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda; 443.0.2. xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyi Azərbaycan Respublikasının ərazisində olduqda; 443.0.3. cavabdeh Azərbaycan Respublikasının ərazisində əmlaka malik olduqda; 443.0.7. iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə; 443.0.8. iddia Azərbaycan Respublikasının ərazisində baş vermiş əsassız varlanmadan irəli gəldikdə. Göründüyü kimi hazırkı halda kommersiya mübahisəsi üzrə cavabdeh xarici dövlətin – İran İslam Respublikasının Azərbaycan Respublikasında təsis edilmiş və fəaliyyət göstərən diplomatik nümayəndəliyi - səfirliyi olduğundan Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında bağlanmış ikitərəfli müqaviləyə, eləcə də MPM-in xarici şəxslərin iştirakı ilə icraatın aparılması qaydalarını müəyyən edən normalarına əsasən Azərbaycan Respublikasının məhkəmələri mübahisəyə baxmaqda səlahiyyətlidirlər. Mübahisəyə tətbiq edilməli olan hüquqa münasibətdə isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında bağlanmış çoxtərəfli və ikitərəfli müqavilələrdə hazırkı mübahisəyə tətbiq ediləcək hüququ müəyyən edən kollizion normalar nəzərdə tutulmadığından mübahisəyə tətbiq edilməli olan hüquq “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş kollizion normalara əsasən müəyyən edilməlidir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə aşağıda göstərilən tərəflərin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir: 25.1.3. əmlak kirayəsi müqaviləsində - kirayə verənin və ya kirayəçinin. 25.2-ci maddəsinə görə isə müqavilə tərəfləri arasında, müqavilə ilə bağlı tətbiq olunmalı hüquq barədə razılaşma olmadıqda, bu Qanunun 25.1-ci maddəsinin müddəalarından asılı olmayaraq: 25.2.1. daşınmaz əmlak barədə müqaviləyə - əmlakın olduğu ölkənin hüququ. Beləliklə, hazırkı mübahisə Bakı şəhərində yerləşən torpaq sahələrinə dair tərəflər arasında icarə müqavilələrinin bağlanması ilə bağlı olduğundan mübahisəyə “Beynəlxalq xüsusi hüquq haqqında” AR Qanununun 25.2.1-ci bəndinə əsasən daşınmaz əmlakın olduğu ölkənin, yəni Azərbaycan Respublikasının hüququ tətbiq edilməlidir. Mübahisənin mahiyyətinə gəldikdə işin mübahisəsiz hallarından da göründüyü kimi Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi ev 42, 18-ci Nərimanov döngəsi (keçmiş 18-ci Sovet döngəsi), ev 1, C. Qaryağdıoğlu küçəsi, ev 20 (A tikilisi 3 otaq) ünvanında yerləşən X1 yerləşdiyi qeyri-yaşayış sahəsi; Bakı şəhəri, Xətai rayonu, məhəllə 2942A, Gəncə prospekti 54 ünvanında Səfirliyin Şəhriyar adına Mədəniyyət Mərkəzinin ailə yataqxanası, qızlar yataqxanası və kitabxananın yerləşdiyi qeyri-yaşayış sahəsi; ünvan 4 ünvanında “X8 Evi”nin yerləşdiyi qeyri-yaşayış sahəsi; ünvan 8 ünvanında İRNAnın Azərbaycan Respublikasındakı keçmiş nümayəndəliyinin (hazırda qonaq evi kimi istifadə olunur) yerləşdiyi qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti (keçmiş Nobel pr.) ilə N.Rəfibəyli küçəsinin kəsişməsi ünvanında İran Təhsil Kompleksinin yerləşdiyi qeyri-yaşayış sahəsi İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin xüsusi mülkiyyətindədir. ünvan 5 ünvanında İran Radio- Televiziyasının Bakı Nümayəndəliyinin yerləşdiyi qeyri-yaşayış sahəsi; ünvan 2 ünvanında X15 Rəhbərinin Dəftərxanasının Bakı nümayəndəliyinin yerləşdiyi qeyri-yaşayış sahəsi; ünvan 7 ünvanında İran İslam Respublikasının Mədəniyyət Mərkəzinin yerləşdiyi qeyriyaşayış sahəsi isə müvafiq alqı-satqı və dəyişmə müqavilələrinə əsasən İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin mülkiyyətində verilmişdir (Səfirliyin həmin qeyri-yaşayış sahələrinə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır). Digər tərəfdən iş materiallarından o da görünür ki, cavabdeh yuxarıda göstərilən qeyri-yaşayış sahələrinin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrindən istifadə etsə də, həmin torpaq sahələrinin icarəsinə dair iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqavilələri bağlamamışdır. Hazırda iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti sözügedən torpaq sahələrinə dair icarə müqavilələrinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdehdən müvafiq torpaq sahələrindən istifadəyə görə haqqın tutulmasını xahiş edir. Birinci tələblə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 390.3-cü maddəsi müqavilə bağlamağa məcburetməyə yalnız müqavilə bağlamaq vəzifəsinin qanunda və ya tərəfin könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallarda yol verir. Digər tərəfdən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 48.3-cü maddəsinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Həmin Məcəllənin 66-ci maddəsinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə əsasən 18-ci maddəsinin ikinci hissəsinə əsasən Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə torpaqlarını isə bələdiyyələr həyata keçirirlər. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 12 mart 1999-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.4cü bəndinə əsasən Qanunun 18-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara (sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir. “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 06 senyabr 1997-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını icarəyəvermə səlahiyyəti (Azərbaycan Respublikasının qanunları ilə və Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilən hallar, habelə sənaye, yaxud texnologiya parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri, binalar və qeyri-yaşayış sahələri, Şuşa şəhərinin ərazisində yerləşən dövlət mülkiyyətində olan tarix və mədəniyyət abidələri və ya onların hissələri istisna olmaqla), dövlət əmlakının sərəncamçısına – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edilmişdir. Yuxarıda göstərilən normaların məzmunundan da göründüyü kimi xarici hüquqi və fiziki şəxslər, eləcə də xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız səlahiyyətli şəxslərlə (hazırkı halda müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaqlarına münasibətdə Əmlak Məsələləri Dövlət Xidməti ilə) icarə müqaviləsini bağlamaqla əldə edə bilərlər. Bununla bağlı məhkəmə qeyd edir ki, mülkiyyətində Azərbaycan Respublikasında yerləşən daşınmaz əmlak (obyekt, müəssisə və s.) olan xarici hüquqi və fiziki şəxslər, eləcə də xarici dövlətlər həmin daşınmaz əmlaklar üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirərkən mütləq qaydada həmin əmlakların yerləşdiyi torpaq sahələrindən də istifadə edirlər. Bu baxımdan qanunverici (Torpaq Məcəlləsinin 48.3-cü maddəsində) Azərbaycan Respublikasında yerləşən torpaq sahələrinin xarici fiziki və hüquqi şəxslərin, eləcə də xarici dövlətlərin mülkiyyətinə və istifadəsinə verilməsini istisna etməklə və sonuncuların torpaq sahələrindən istifadə etmək imkanını həmin sahələrə dair icarə hüququna malik olduqları hallarla məhdudlaşdırmaqla faktiki olaraq mülkiyyətində Azərbaycan Respublikasında yerləşən daşınmaz əmlak olan xarici fiziki və hüquqi şəxslərin, eləcə də xarici dövlətlərin üzərinə həmin daşınmaz əmlakların yerləşdiyi torpaq sahələrinə dair icarə müqaviləsi bağlamaq öhdəliyini qoymuşdur. Odur ki, cavabdeh İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi sahibliyində və istifadəsində olan yuxarıda göstərilən qeyri-yaşayış sahələrinin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrindən Əmlak Məsələləri Dövlət Xidməti ilə torpaq icarəsi müqaviləsi bağlamadan istifadə etməklə Torpaq Məcəlləsinin, “Torpaq icarəsi haqqında” qanunun və digər normativ hüquqi aktların tələblərinin pozuntusuna yol verməklə yanaşı qanunda müəyyən edilmiş icarə müqaviləsini bağlamaq vəzifəsini icra etməmişdir. Bununla yanaşı cavabdehin mübahisəli torpaq sahələrinə dair müqavilənin bağlamasından imtina etməsi həmin torpaq sahələrinin mülkiyyətçisi olan Azərbaycan Respublikasına maddi ziyan vurulmasına da səbəb olmuşdur, belə ki, mülkiyyətçi sözügedən torpaq sahələrini icarəyə verməklə əldə edə biləcəyini gəlirdən məhrum olmuşdur. Yuxarıda göstərilənlərə əsasən cavabdehin mübahisəli qeyri-yaşayış sahələrinin yerləşdiyi torpaq sahələrinə dair icarə müqavilələrini bağlamaq vəzifəsi qanunun birbaşa tələbindən irəli gəldiyindən iddiaçı Əmlak Məsələləri Dövlət Xidməti müvafiq müqavilələrin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. İkinci iddia tələbi – cavabdehin torpaq sahələrindən istifadəyə görə haqqın tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, hal-hazıradək tərəflər arasında mübahisəli torpaq sahələrinin icarəyə verilməsinə dair icarə müqavilələri mövcud olmadığından iddiaçının torpaq sahələrindən istifadəyə görə tələb etdiyi məbləğin cavabdehdən icarə haqqı qismində tutulması üçün əsaslar mövcud deyildir. Digər tərəfdən açıq-aşkardır ki, cavabdeh hüquqi əsas olmadan və haqq ödəmədən başqasının mülkiyyətində olan torpaq sahələrindən istifadə etməklə əsassız varlanmış, yəni başqasının əmlakı hesabına öz əmlakına torpaq sahələrindən istifadəyə görə ödəməli olduğu icarə haqqı həcmində qənaət etmişdir. Mülki Məcəllənin: 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının torpaq sahələrindən istifadəyə görə ödənilməsini tələb etdiyi haqların tutulması tələbi əsassız varlanmadan irəli gələn tələb kimi əsaslıdır. İddiaçının torpaq sahələrindən istifadəyə görə tələb etdiyi məbləğlərə münasibətdə məhkəmə qeyd edir ki, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin icarə haqqı məbləğləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərinin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamə ilə tənzimlənir. Həmin əsasnamənin 8-ci bəndinin xx.xx.2016-cı il tarixədək olan qüvvədə olmuş ilkin redaksiyasına görə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin illik icarə haqqı Bakı şəhəri üzrə 1-3-cü zonalar üçün həmin torpağın normativ qiymətinin 10 faizi, 4-12-ci zonalar üçün isə 5 faizi həcmində müəyyən edilmişdir. Həmin bəndin hazırkı redaksiyasına görə isə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin illik icarə haqqı Bakı şəhəri üzrə torpağın bazar dəyərinin 3 faizi həcmində müəyyən edilmişdir. Odur ki, iddiaçı hər bir torpaq sahəsinə münasibətdə icarə müqaviləsi bağlandığı halda ödəməli olduğu, lakin icarə müqaviləsi bağlamamaqla ödəməkdən yayındığı, bununla da əsassız varlandığı məbləğləri - cavabdehin müvafiq qeyri-yaşayış sahəsinə dair hüquqlarını əldə etdiyi tarixdən xx.xx.2016-cı il tarixədək olan olan müddət üçün torpağın normativ qiymətinin müvafiq faizi həcmində, xx.xx.2016-cı il tarixdən sonrakı müddət üçün torpaq sahələrinin bazar dəyərinin 3 faizi həcmində hesablamaqda haqlı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi ev 42, 18-ci Nərimanov döngəsi (keçmiş 18-ci Sovet döngəsi), ev 1, C. Qaryağdıoğlu küçəsi, ev 20 (A tikilisi 3 otaq) ünvanında İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Mədəniyyət Mərkəzinin yerləşdiyi torpaq sahəsindən istifadəyə görə xx.xx.1996-cı il tarixindən xx.xx.2016-cı il tarixinə qədər olan müddət üçün 33.851 manat, xx.xx.2016-cı il tarixindən xx.xx.2023-cü il tarixinə qədər olan müddət üçün 186.890 manat; Bakı şəhəri, Xətai rayonu, məhəllə 2942A, Gəncə prospekti 54 ünvanında İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Şəhriyar adına Mədəniyyət Mərkəzinin ailə yataqxanası, qızlar yataqxanası və kitabxananın yerləşdiyi torpaq sahəsindən istifadəyə görə xx.xx.2001-ci il tarixindən xx.xx.2016-cı il tarixinə qədər olan müddət üçün 361.465 manat, xx.xx.2016-cı il tarixindən xx.xx.2023-cü il tarixinə qədər olan müddət üçün 1.734.293 manat; ünvan 2 ünvanında X15 Rəhbərinin Dəftərxanasının Bakı nümayəndəliyinin yerləşdiyi torpaq sahəsindən istifadəyə görə xx.xx.2011-ci il tarixindən xx.xx.2016-cı il tarixinə qədər olan müddət üçün 7.310 manat, xx.xx.2016-cı il tarixindən xx.xx.2023-cü il tarixinə qədər olan müddət üçün 183.970 manat; ünvan 4 ünvanında “X8 Evi”nin yerləşdiyi torpaq sahəsindən istifadəyə görə xx.xx.2000-ci il tarixindən xx.xx.2016-cı il tarixinə qədər olan müddət üçün 38.121 manat, xx.xx.2016-cı il tarixindən xx.xx.2023-cü il tarixinə qədər olan müddət üçün 297.856 manat; ünvan 5 ünvanında İran Radio-Televiziyasının Bakı Nümayəndəliyinin yerləşdiyi torpaq sahəsindən istifadəyə görə xx.xx.2010-cu il tarixindən xx.xx.2016-cı il tarixinə qədər olan müddət üçün 9.523 manat, xx.xx.2016-cı il tarixindən xx.xx.2023- cü il tarixinə qədər olan müddət üçün 190.394 manat; ünvan 7 ünvanında İran İslam Respublikasının Mədəniyyət Mərkəzinin yerləşdiyi torpaq sahəsindən istifadəyə görə xx.xx.2000-ci il tarixindən xx.xx.2016-cı il tarixinə qədər olan müddət üçün 7.623 manat, xx.xx.2016-cı il tarixindən xx.xx.2023-cü il tarixinə qədər olan müddət üçün 58.403 manat; ünvan 8 ünvanında İRNA-nın Azərbaycan Respublikasındakı keçmiş nümayəndəliyinin (hazırda qonaq evi kimi istifadə olunur) yerləşdiyi torpaq sahəsindən istifadəyə görə xx.xx.1997-ci il tarixindən xx.xx.2016-cı il tarixinə qədər olan müddət üçün 9.463 manat, xx.xx.2016-cı il tarixindən xx.xx.2023-cü il tarixinə qədər olan müddət üçün 59.181 manat; Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti (keçmiş Nobel pr.) ilə N.Rəfibəyli küçəsinin kəsişməsi ünvanında İran Təhsil Kompleksinin yerləşdiyi torpaq sahəsindən istifadəyə görə xx.xx.2003-cü il tarixindən xx.xx.2016-cı il tarixinə qədər olan müddət üçün 83.130 manat, xx.xx.2016-cı il tarixindən xx.xx.2023-cü il tarixinə qədər olan müddət üçün 1.051.258 manat məbləğində pul vəsaiti, cəmi 4.312.731 manat məbləğində pul vəsaiti cavabdeh İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyindən tutularaq iddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərcləri ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 2.946,37 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumu mediasiya xərclərindən artıq olduğundan mediasiya xərclərini ödəmiş tərəf ödədiyi mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. “Dövlət rüsumu haqqında” AR Qanununun: 9.1.14-cü maddəsinə görə məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azad olunurlar. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddələrinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 400 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, eləcə də iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddianın verilməsinə görə ödənilməli olan dövlət rüsumunun qalan 2.546,37 manat hissəsi (2946,37 manat dövlət rüsumu - 400 manat mediasiya xərci) cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Nəticə hissəsi:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi ev 42, 18-ci ünvan 24 ünvanında İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Mədəniyyət Mərkəzinin yerləşdiyi torpaq sahəsinin aylıq icarə haqqı 2.400 manat olmaqla, Bakı şəhəri, Xətai rayonu, məhəllə 2942A, Gəncə prospekti 54 ünvanında İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Şəhriyar adına Mədəniyyət Mərkəzinin ailə yataqxanası, qızlar yataqxanası və kitabxananın yerləşdiyi torpaq sahəsinin aylıq icarə haqqı 22.271 manat olmaqla, ünvan 2 ünvanında X15 Rəhbərinin Dəftərxanasının Bakı nümayəndəliyinin yerləşdiyi torpaq sahəsinin aylıq icarə haqqı 2.365 manat olmaqla, ünvan 4 ünvanında “X8 Evi”nin yerləşdiyi torpaq sahəsinin aylıq icarə haqqı 3.825 manat olmaqla, ünvan 5 ünvanında İran Radio-Televiziyasının Bakı Nümayəndəliyinin yerləşdiyi torpaq sahəsinin aylıq icarə haqqı 2.445 manat olmaqla, ünvan 7 ünvanında İran İslam Respublikasının Mədəniyyət Mərkəzinin yerləşdiyi torpaq sahəsinin aylıq icarə haqqı 750 manat olmaqla, ünvan 8 ünvanında İRNA-nın Azərbaycan Respublikasındakı keçmiş nümayəndəliyinin (hazırda qonaq evi kimi istifadə olunur) yerləşdiyi torpaq sahəsinin aylıq icarə haqqı 760 manat olmaqla, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti ilə N.Rəfibəyli küçəsinin kəsişməsi ünvanında İran Təhsil Kompleksinin yerləşdiyi torpaq sahəsinin aylıq icarə haqqı 13.500 manat olmaqla həmin torpaq sahələrinə dair iddiaçı Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanılması öhdəliyi cavabdeh İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin üzərinə qoyulsun. Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi ev 42, 18-ci ünvan 24 ünvanında İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Mədəniyyət Mərkəzinin yerləşdiyi torpaq sahəsindən istifadəyə görə xx.xx.1996-cı il tarixindən xx.xx.2016-cı il tarixinə qədər olan müddət üçün 33.851 manat, xx.xx.2016-cı il tarixindən xx.xx.2023-cü il tarixinə qədər olan müddət üçün 186.890 manat; Bakı şəhəri, Xətai rayonu, məhəllə 2942A, Gəncə prospekti 54 ünvanında İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Şəhriyar adına Mədəniyyət Mərkəzinin ailə yataqxanası, qızlar yataqxanası və kitabxananın yerləşdiyi torpaq sahəsindən istifadəyə görə xx.xx.2001-ci il tarixindən xx.xx.2016-cı il tarixinə qədər olan müddət üçün 361.465 manat, xx.xx.2016-cı il tarixindən xx.xx.2023-cü il tarixinə qədər olan müddət üçün 1.734.293 manat; ünvan 2 ünvanında X15 Rəhbərinin Dəftərxanasının Bakı nümayəndəliyinin yerləşdiyi torpaq sahəsindən istifadəyə görə xx.xx.2011-ci il tarixindən xx.xx.2016-cı il tarixinə qədər olan müddət üçün 7.310 manat, xx.xx.2016-cı il tarixindən xx.xx.2023-cü il tarixinə qədər olan müddət üçün 183.970 manat; ünvan 4 ünvanında “X8 Evi”nin yerləşdiyi torpaq sahəsindən istifadəyə görə xx.xx.2000-ci il tarixindən xx.xx.2016-cı il tarixinə qədər olan müddət üçün 38.121 manat, xx.xx.2016-cı il tarixindən xx.xx.2023-cü il tarixinə qədər olan müddət üçün 297.856 manat; ünvan 5 ünvanında İran Radio-Televiziyasının Bakı Nümayəndəliyinin yerləşdiyi torpaq sahəsindən istifadəyə görə xx.xx.2010-cu il tarixindən xx.xx.2016-cı il tarixinə qədər olan müddət üçün 9.523 manat, xx.xx.2016-cı il tarixindən xx.xx.2023-cü il tarixinə qədər olan müddət üçün 190.394 manat; ünvan 7 ünvanında İran İslam Respublikasının Mədəniyyət Mərkəzinin yerləşdiyi torpaq sahəsindən istifadəyə görə xx.xx.2000-ci il tarixindən xx.xx.2016-cı il tarixinə qədər olan müddət üçün 7.623 manat, xx.xx.2016-cı il tarixindən xx.xx.2023-cü il tarixinə qədər olan müddət üçün 58.403 manat; ünvan 8 ünvanında İRNA-nın Azərbaycan Respublikasındakı keçmiş nümayəndəliyinin yerləşdiyi torpaq sahəsindən istifadəyə görə xx.xx.1997-ci il tarixindən xx.xx.2016-cı il tarixinə qədər olan müddət üçün 9.463 manat, xx.xx.2016-cı il tarixindən xx.xx.2023-cü il tarixinə qədər olan müddət üçün 59.181 manat; Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti ilə N.Rəfibəyli küçəsinin kəsişməsi ünvanında İran Təhsil Kompleksinin yerləşdiyi torpaq sahəsindən istifadəyə görə xx.xx.2003-cü il tarixindən xx.xx.2016-cı il tarixinə qədər olan müddət üçün 83.130 manat, xx.xx.2016-cı il tarixindən xx.xx.2023-cü il tarixinə qədər olan müddət üçün 1.051.258 manat məbləğində pul vəsaiti, cəmi 4.312.731 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 400 manat məbləğində pul vəsaiti cavabdeh İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyindən tutularaq iddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilsin. İddianın verilməsinə görə ödənilməli olan 2546,37 manat məbləğində dövlət rüsumu cavabdeh İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar