Məhkəmə qərarları › İş №e-2-2(113)-3174/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3174/2025

12.03.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3174/2025 12.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Məhkəmənin hakimi X2 İddiaçı Cavabdeh MMC-yə qarşı “elektron qaimənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCn-in mənim dondurlmuş VÖEN-mə göndərdiyi EAAO778537 saylı eqaiməni və HX021774 saylı fakturanı ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, uzun müddətdir "xxxx" MMC-də və hal hazırdada X3 Lojistik Hizmetleri ve Dış Ticaret MMC də işləyirəm. Mən 2017-ci ilin May ayı tarixində VÖEN açmağa məcbur oldum. Səbəbi GÖÖEN-lə Bakı Baş Gömrük İdarəsinin şəxsi istifadə üçün öz adıma gətirdiyim mebeli X5 Buraxılış Məntəqəsindən buraxılmaması oldu. VÖEN açılandan sonra bu sahələr üzrə heç bir məlumatım olmadığından Əmək və Əhalinin Sosial Müdafiə Fondundan mənə rüb üçün hesabat tələb edirdilər. Bu zəngələrin təkrar olmaması üçün mən VÖEN-mixx.xx.2017- ci il tarixində 5 il müddətinə dondurdum. Mənə məxsus ********** sayılı VÖEN-in dondurulmuş olmasına baxmayaraq və dondurulmuş VÖEN-in aktivləşməsi barədə kiməsə müraciət etmədiyim halda xx.xx.2017ci il tarixdə Cavabdeh MMC (VÖEN **********a)dlı şirkət tərəfindən aramızda heç bir ticarət öhtəliyi yəni, alqı-satqı müqaviləsi, qiymətin razılaşdırılma protokolu, təhvil-təslim aktı, ödənişin olunmasına dair bir dənə imzalı sənədin olmamasına baxmayaraq 117,245.12 manat məbləğində elektron qaimə vurulmuşdur. Dondurulmuş VÖEN-mə göndərilən EAAO0778537 saylı e-qaimədə və HX021774 nömrəli fakturada bildirilən malların mənə satılması barədə tam məlumatsızam. Qaimənin mənim dondurulmuş VÖEN-mə vurulması və bununlada borcumun yaranması barədə məlumatı mən2018-ci ilin 2-ci rübündə telefonuma sms-in gəlməsi və Vergilər Departamentindəki əməkdaşın zəng etməsi ilə bilmişəm. Hətta O, əməkdaş mənə bildirmişdir ki, Cavabdeh MMC e-qaimədə bildirilən malları mənə satmış kimi göstərən kimi firmanın fəaliyyətini dayandırmışdır. Əlavə olaraq bildirmək istərdim ki, mənim həmin ərəfədə asan imzam olmayıb ki, E-qaiməni təsdiq edim. Sonradan bilmişəm ki, 5 iş günü içində sistem avtomatik olaraq e-qaiməni təsdiq edir. Asan imzanı 2019-cu ildə aldım (Sistem barədə anlayışım olmadığından kim nə deyirdisə onu edirdim. Şəxsi kabinetə giriş asan imza ilə olur deyildi deyə məndə məlumatsızlığımdan asan imza aldım). Nəzərə alınası məsələlərdən biri budur ki, mənim heç bir ticarət fəaliyyətim, adıma heç bir anbar, ticarət obyekti, kassa aparatı yoxdur və olmayıbda. Cavabdeh MM-Cnin səlahiyyətli nümayəndəsi və ya əməkdaşları ilə rəsmi və ya qeyri rəsmi tanışlığım bugünə qədər yoxdur. Ticarət əlaqəsindən də söz gedə bilməz. Sözümün təsdiqi üçün mənim telefon zəng tarixçəmədə baxa bilərsiniz. Çünki mümkün deyil ki, sən bir şəxslə ticarət edəsən amma onunla danışmayasan. Bütün bunlara baxmayaraq xx.xx.2019-cu il tarixdə vergi orqanı tərəfindən adıma 4,894.42 manat borc hesablanmışdır və bu günə kimi həmin borc məbləği 6,820.01 manata qədər yüksəlmişdir. Vergi orqanına və bu sahəyə uyğun dövlət qurumlarına müraciət edib sözügedən qurumlardan yardım istəməyimə baxmayaraq (elektron kabinet vasitəsilə məktublar göndərilmişdir, həmçinin telefon danışıqları və görüşlər də olmuşdur) hələ də bir müsbət nəticə əldə etmək mümkün olmayıb. Vergi orqanı əməkdaşları belə Cavabdeh MM-Cnin bir rəsmisi ilə əlaqə saxlaya bilməyiblər. Dəfələrlə Cavabdeh MMCn-in rəsmiləri ilə əlaqə saxlamaq cəhtlərimiz nəticəsiz oldu. Şirkətlə Vergidəki elektron səhifəmdən ünvanladığım məktuba bugünə qədər cavab verilməyib. 2021-ci il məni Vergilər Nazirliyinə dəvət edirlər. Orada məni Natiq müəllim qarşıladı. Daha sonra adını unutduğum bir yoldaş gəldi və onu mənə şöbə rəisi kimi təqdim etdilər. Həmin yoldaş danışıq əsnasında mənə Cavabdeh MMC –yə aid 2 nömrənin olduğunu bildirdi. Nömrənin bir dənəsinə (Direktorun nömrəsinə) zəng çatmır, digərinə isə cavab verən bir xanımdır və oda X1 nömrənin özünə məxsus olduğunu, Cavabdeh MMC ilə heç bir bağlılığının olmadığını bildirib. Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlər Vergi Xidmətinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi onlara kifayət qədər ünvanladığım müraciətlərə, bu ticarəti sübut edə bilən bir dənə imzalı, əsaslı sənədin olmamasına baxmayaraq, dondurulmuş VÖEN-mə göndərilən və sistemin mənim əvəzimə təsdiq etidiyi e-qaiməni əsas tutaraq mənə yuxarıda bildirdiyim məbləğdə vergi borcu hesablamışdırlar. 7 il ərzində mən kifayət qədər bu sahəyə yaxın olan şəxslərlə danışmışam. Onlarında birmənalı olaraq bildirdikləri budur ki, Cavabdeh MMCvə bu tipli firmalar nağdlaşdırma ilə məşğul olan, sonra isə anbarını sıfırlamaq məqsədilə bu üsula əl atan firmalardır. Bu bildirdiyim də Vergi orqanın təcrübəsində kifayət qədər olubdur. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, "xxxx" MMC tərəfindən İddiaçı elektron qaimənin göndərilməməsi özlüyündə iddiaçı ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə onun göndərilməməsi nəticəsində iddiaçının hər hansı hüququnun pozuntusu nəticəsinə də gəlmək mümkün deyildir.Şəxsin hüquqlarının təminatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinin tələbinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. 114.1.2-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “elektron qaimənin ləğv edilməsi” tələbinə dair ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “elektron qaimənin ləğv edilməsi tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. İddiaçıya aidiyyəti İnzibati məhkəməyə şikayət vermək hüququ izah edilsin. İddia verilərkən **********44 nömrəli qəbzə əsasən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar