Məhkəmə qərarları › İş №e-2-2(113)-3175/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3175/2025

02.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3175/2025 02.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "X1" MMC-dən 41.650,62 manat əsas borc məbləği, əsas borcun gecikdirilməsinə görə illik 5% hesablanmaqla 2.082,53 manat gecikmə faiz olmaqla ümumilikdə 43.733,15 manat məbləğin, eləcə də iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 222 dövlət rüsumunun, həmçinin hüquqi yardım üçün vəkilə ödənilmiş 320 manat xidmət haqqının tutularaq İddiaçı MMC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra Satıcı/İddiaçı) ilə Cavabdeh (bundan sonra Alıcı/Cavabdeh) arasında 21 noyabr 2022-ci il tarixli, 262 AMP/2022 nömrəli Alqı-satqı Müqaviləsi (bundan sonra Müqavilə) imzalanmışdır. Tərəflər arasında imzalanmış X2 və Təhvil-Təslim Aktlarına əsasən aşağıda qeyd olunmuş elektron-qaimə fakturalar üzrə Mallar Satıcı tərəfindən Alıcıya təhvil verilmiş və Alıcı tərəfindən təhvil alınmışdır. Əsas məbləğ 35488.7 manat, ƏDV 6161.92 manat, ümumilikdə 41650.62 manat dəyərində borc məbləği Alıcı tərəfindən Satıcıya bu günədək ödənilməmiş və alıcı tərəfindən tərəflər arasında imzalanmış Müqavilə üzrə öhdəliklər pozulmuşdur.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

II. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

III. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər(yeni redaksiya). (borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. (əvvəlki redaksiya).

IV. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2022-ci il tarixli 262 AMP/2022 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.

11. Müqavilənin 2.1 və 3.1-ci bəndlərinə əsasən satıcı malı müqavilə üzrə müəyyən edilmiş normalara uyğun olan keyfiyyətdə, qarşılıqlı razılaşdırılmış çeşiddə və miqdarda alıcıya təhvil verməli, alıcı bu müqavilənin şərtlərinə uyğun qaydada təhvil verilmiş malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

12. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə üzrə hesablaşma mal təhvil verildikdən əvvəl qanunvericiliyə uyğun qaydada təsdiq edilmiş elektron qaimə-fakturaya və ona uyğun qaydada təqdim edilmiş hesab-fakturaya əsasən 5 iş günü ərzində köçürmə yolu ilə aparılır.

13. Müqavilə hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur.

14. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

15. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür.

16. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBEB seriyalı 481116 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 35,40 manat, EBEB seriyalı 319442 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 89,68 manat, EBDW seriyalı 442563 nömrəli, xx.xx.2023-cü il tarixli dəyəri 103,84 manat, EBDZ seriyalı 262391 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 120,36 manat, EBDZ seriyalı 262389 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 282,02 manat, EBEB seriyalı 067405 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 290,28 manat, EBDW seriyalı 414659 nömrəli xx.xx.2023-cü il tarixli dəyəri 355,53 manat, EBEA seriyalı 950482 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 523,92 manat, EBDW seriyalı 169597 nömrəli xx.xx.2023-cü il tarixli dəyəri 684,99 manat, EBEB seriyalı 319440 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 867,42 manat, EBEB seriyalı 067406 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 895,74 manat, EBEA seriyalı 950477 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 1.722,80 manat, EBEA seriyalı 714422 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 2.716,95 manat, EBEA seriyalı 950464 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 2.804,86 manat, EBEA seriyalı 125550 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 4.794,34 manat, EBDZ seriyalı 082688 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 7.451,94 manat, EBDY seriyalı 939695 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 18.136,60 manat olan elektron qaimələr göndərilmişdir.

17. Qeyd edilmiş ödənilməyən elektron qaimələrdə göstərilmiş məbləğlərin cəmi 41.876,67 manat təşkil edir.

18. İş materiallarından həmçinin görünür ki, cavabdeh tərəfindən ona əvvəlki tarixlərdə göndərilmiş elektron qaimələr (sadalanmış elektron qaimələr xaric) üzrə müvafiq olaraq əsas və ƏDV məbləği ödənilmişdir.

19. Hazırda idddiaçı İddiaçı Cavabdeh tərəfindən elektron qaimələr üzrə ödənişlər həyata keçirildikdən sonra qalıq 41.650,62 manat məbləğində borcun qaldığını bildirərək iddiaçının xeyrinə tutulmasını xahiş edir.

20. Göründüyü kimi, tərəflər arasında olan işgüzar münasibətlər yəni malların verilməsi və onların ödənilməsi məhz elektron qaimələr üzərindən aparılmışdır.

21. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə mallar verilmiş və alıcının da, qeyd edilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.

22. Məhkəmə xüsusilə vurğulayır ki, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddiaya etiraz etməmiş, qeyd edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir.

23. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində təmin olunmalı, 41.650,62 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

24. Məhkəmə iddianın əsas borca illik 5 faiz hesablanmaqla 2.082,53 manat tələb edilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir.

25. İddiaçı tərəfindən son elektron qaimənin 2024-cü ilin aprel ayında göndərildiyini və iddia ərizəsinin xx.xx.2025-ci il tarixdə yəni 11 ay sonra verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, əsas borca illik 5 faiz hesablanmaqla 1.908,98 (41.650,62x5/100=2.082,531 (1 il üçün), 2.082,531/12=173,544 (1 ay üçün) 173,544x11=1.908,98 (11 ay üçün)) manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

26. Məhkəmə hesab edir ki, iddianın 320 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində iddia təmin edilməlidir.

27. Belə ki, İddiaçınə hüquqi yardımın göstərilməsi ilə bağlı Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Nümayəndə xx.xx.2025-ci il tarixli order verilmişdir.

28. Məhkəmə hesab edir ki, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 320 (üç yüz iyirmi) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir.

29. Bundan başqa iddia ərizəsindən görünür ki, xx.xx.2025-ci il tarixli, **********49 nömrəli qəbzə əsasən iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 222 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.

30. Lakin məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş rüsumun əvəzi olaraq 220,68 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

31. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

V. Nəticə:

32. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli 262 AMP/2022 saylı müqaviləyə əsasən əsas borc üzrə 41.650 (qırx bir min altı yüz əlli) manat, 62 (altmış iki) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Əsas borca illik 5% hesablanmaqla 1.908 (bir min doqquz yüz səkkiz) manat 98 (doxsan səkkiz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 220 (iki yüz iyirmi) manat 68 (altmış səkkiz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar