Məhkəmə qərarları › İş №e-2-2(113)-318/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-318/2025

27.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-318/2025 27.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “Bakı Baş Səhiyyə Mərkəzi” X5 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı “Bakı Baş Səhiyyə Mərkəzi” X5 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı “Bakı Baş Səhiyyə Mərkəzi” X5 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı “Bakı Baş Səhiyyə Mərkəzi” X7 Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən hesablanmış 255.450,59 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, 080055 ödəyici kodu üzrə 30 iyun 2024-cü il tarixinə Xətai Xidmət Sahəsinə olan qalıq debitor borcu 11,75 manat, 033008 ödəyici kodu üzrə 30 iyun 2024-cü il tarixinə Xəzər Xidmət Sahəsinə olan qalıq debitor borcu 18.230,92 manat, 070490 ödəyici kodu üzrə 30 iyun 2024-cü il tarixinə Binəqədi Xidmət Sahəsinə olan qalıq debitor borcu 2081,74 manat, 020101 ödəyici kodu üzrə 30 iyun 2024-cü il tarixinə Yasamal Xidmət Sahəsinə olan qalıq debitor borcu 15,5 manat, 090101 ödəyici kodu üzrə 30 iyun 2024-cü il tarixinə Qaradağ Xidmət Sahəsinə olan qalıq debitor borcu 139016,68 manat, 120004 ödəyici kodu üzrə 30 iyun 2024-cü il tarixinə Suraxanı Xidmət Sahəsinə olan qalıq debitor borcu 22.710,64 manat, 10/31164 ödəyici kodu üzrə 30 iyun 2024-cü il tarixinə Nəsimi Xidmət Sahəsinə olan qalıq debitor borcu 482,25 manat, 040010 ödəyici kodu üzrə 30 iyun 2024-cü il tarixinə Sabunçu Xidmət Sahəsinə olan qalıq debitor borcu 573,03 manat, 037001 ödəyici kodu üzrə 30 iyun 2024-cü il tarixinə Xəzər Xidmət Sahəsinə olan qalıq debitor borcu 72.199,40 manat, 130047 ödəyici kodu üzrə 30 iyun 2024-cü il tarixinə Nizami Xidmət Sahəsinə olan qalıq debitor borcu – 128,68 manat hesablansa da, qeyd edilmiş borc məbləğləri əsassızdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı “Bakı Baş Səhiyyə Mərkəzi” X5 nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 iddiaya etiraz edərək, iddianın rədd edilməsi qətnamə qəbul edilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. X2 5.2-ci bəndinə əsasən 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

7. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

8. İş materiallarında olan iyul 2024-cü il tarixli üzləşmə aktından görünür ki, 080055 ödəyici kodu üzrə Xətai Xidmət Sahəsi üzrə Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin qalıq debitor borcu 11,75 manat təşkil edir.

9. İş materiallarında olan iyul 2024-cü il tarixli üzləşmə aktından görünür ki, 033008 ödəyici kodu üzrə Xəzər Xidmət Sahəsi üzrə Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin qalıq debitor borcu 18.230,92 manat təşkil edir.

10. İş materiallarında olan iyul 2024-cü il tarixli üzləşmə aktından görünür ki, 070490 ödəyici kodu üzrə Binəqədi Xidmət Sahəsi üzrə Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin qalıq debitor borcu 2.081,74 manat təşkil edir.

11. İş materiallarında olan iyul 2024-cü il tarixli üzləşmə aktından görünür ki, 020101 ödəyici kodu üzrə Yasamal Xidmət Sahəsi üzrə Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin qalıq debitor borcu 15,5 manat təşkil edir.

12. İş materiallarında olan iyul 2024-cü il tarixli üzləşmə aktından görünür ki, 090101 ödəyici kodu üzrə Qaradağ Xidmət Sahəsi üzrə Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin qalıq debitor borcu 139.016,68 manat təşkil edir.

13. İş materiallarında olan iyul 2024-cü il tarixli üzləşmə aktından görünür ki, 120004 ödəyici kodu üzrə Suraxanı Xidmət Sahəsi üzrə Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin qalıq debitor borcu 22.710,64 manat təşkil edir.

14. İş materiallarında olan iyul 2024-cü il tarixli üzləşmə aktından görünür ki, 10/31164 ödəyici kodu üzrə Nəsimi Xidmət Sahəsi üzrə Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin qalıq debitor borcu 482,25 manat təşkil edir.

15. İş materiallarında olan iyul 2024-cü il tarixli üzləşmə aktından görünür ki, 040010 ödəyici kodu üzrə Sabunçu Xidmət Sahəsi üzrə Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin qalıq debitor borcu 573,03 manat təşkil edir.

16. İş materiallarında olan iyul 2024-cü il tarixli üzləşmə aktından görünür ki, 037001 ödəyici kodu üzrə Xəzər Xidmət Sahəsi üzrə Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin qalıq debitor borcu 72.199,4 manat təşkil edir.

17. İş materiallarında olan iyul 2024-cü il tarixli üzləşmə aktından görünür ki, 130047 ödəyici kodu üzrə Nizami Xidmət Sahəsi üzrə Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin qalıq debitor borcu 128,68 manat təşkil edir.

18. Göründüyü kimi, qeyd edilən məbləğlərin cəmi 255.450,59 manat təşkil edir.

19. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf, qeyd edilən borcun 2011-ci ildən əvvələ aid və mənbəyinin bəlli olmadığı bildirmişdir. Məhkəmə sualına cavab olaraq isə, məcbur qalaraq, qazın verilməsinin tibb müəssisələrinə dayandırılmasının qarşısını almaq üçün üzləşmə aktlarını təsdiq etdiklərini bildirmişdir.

20. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan müharibə veteranları üçün xəstəxanaya aid abonentin saldosundan görünür ki, 06.2010-cu il tarixinə borc məbləği 17.660,42 manat təşkil etmişdir.

21. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan 4 saylı tibb sanitar hissəyə aid abonentin saldosundan görünür ki, 03.2011-ci il tarixinə borc məbləği 10.014,75 manat təşkil etmişdir.

22. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan Zirə müalicə diaqnostika mərkəzinə aid abonentin saldosundan görünür ki, 06.2010-cu il tarixinə borc məbləği 5.247,36 manat təşkil etmişdir.

23. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan 4 saylı uşaq xəstəxanasına aid abonentin saldosundan görünür ki, 06.2010-cu il tarixinə borc məbləği 2.784,28 manat təşkil etmişdir.

24. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan Səhiyyə Şöbəsinə aid abonentin saldosundan görünür ki, borc məbləği 137.003,37 manat təşkil etmişdir.

25. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan Səhiyyə Şöbəsi 7 saylı vərəmli xəstəxanaya aid abonentin saldosundan görünür ki, 06.2010cu il tarixinə borc məbləği 19.237,69 manat təşkil etmişdir.

26. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan 1 saylı Ağciyər vərəm sanatoriyasına aid abonentin saldosundan görünür ki, borc məbləği 17.374,94 manat təşkil etmişdir.

27. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan 36 saylı uşaq sanatoriyasına aid abonentin saldosundan görünür ki, 08.2010-cu il tarixinə borc məbləği 13.994,81 manat təşkil etmişdir.

28. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan 31 saylı Birləşmiş Şəhər Xəstəxanasına aid abonentin saldosundan görünür ki, borc məbləği 8.686,62 manat təşkil etmişdir.

29. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan 5 nömrəli uşaq vərəm sanatoriyasına aid abonentin saldosundan görünür ki, 04.2011-cu il tarixinə borc məbləği 8.292,25 manat təşkil etmişdir.

30. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan 15 saylı birləşmiş şəhər xəstəxanasına aid abonentin saldosundan görünür ki, 06.2010-cu il tarixinə borc məbləği 9.451,9 manat təşkil etmişdir.

31. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan 15 saylı birləşmiş şəhər xəstəxanasına aid abonentin saldosundan görünür ki, 06.2010-cu il tarixinə borc məbləği 9.451,9 manat təşkil etmişdir.

32. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan 12 saylı şəhər xəstəxanasına aid abonentin saldosundan görünür ki, borc məbləği 4.720,99 manat təşkil etmişdir.

33. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan 1 nömrəli körpələr evinə aid abonentin saldosundan görünür ki, 04.2010-cu il tarixinə borc məbləği 5.414 manat təşkil etmişdir.

34. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan 6 saylı tibbi sanitar hissə və 11 saylı uşaq poliklinikasına aid abonentin saldosundan görünür ki, borc məbləği 1.936,95 manat təşkil etmişdir.

35. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan 1 nömrəli poliklinikasına aid abonentin saldosundan görünür ki, 04.2010-cu il tarixinə borc məbləği 1.564,11 manat təşkil etmişdir.

36. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan 15 saylı birləşmiş şəhər xəstəxanasına aid abonentin saldosundan görünür ki, 06.2010-cu il tarixinə borc məbləği 9.451,9 manat təşkil etmişdir.

37. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan 14 saylı birləşmiş şəhər xəstəxanasına aid abonentin saldosundan görünür ki, 06.2010-cu il tarixinə borc məbləği 2.281,89 manat təşkil etmişdir.

38. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan 2 saylı vərəm sanatoriyasına aid abonentin saldosundan görünür ki, 06.2010-cu il tarixinə borc məbləği 271,4 manat təşkil etmişdir.

39. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan 22 nömrəli sanatoriyasına aid abonentin saldosundan görünür ki, 06.2010-cu il tarixinə borc məbləği 4.257,92 manat təşkil etmişdir.

40. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan dərizöhrəvi dispanserə aid abonentin saldosundan görünür ki, 06.2010-cu il tarixinə borc məbləği 3.139,19 manat təşkil etmişdir.

41. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan 3 nömrəli uşaq vərəm sanatoriyasına aid abonentin saldosundan görünür ki, 06.2010-cu il tarixinə borc məbləği 286,25 manat təşkil etmişdir.

42. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan 19 saylı xəstəxanaya aid abonentin saldosundan görünür ki, 06.2010-cu il tarixinə borc məbləği 636,15 manat təşkil etmişdir.

43. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan 3 saylı uşaq dəri zöhrəvi dispanserə aid abonentin saldosundan görünür ki, 08.2010-cu il tarixinə borc məbləği 146,93 manat təşkil etmişdir.

44. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan Ş.M.Həsənov adına Sağlamlıq poliklinikasına aid abonentin saldosundan görünür ki, 04.2010-cu il tarixinə borc məbləği 265,6 manat təşkil etmişdir.

45. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan 9 saylı BŞX Putaya aid abonentin saldosundan görünür ki, 06.2010-cu il tarixinə borc məbləği 904,54 manat təşkil etmişdir.

46. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan 10 saylı birləşmiş şəhər xəstəxanasına aid abonentin saldosundan görünür ki, 06.2010-cu il tarixinə borc məbləği 67,76 manat təşkil etmişdir.

47. Sadə riyazi hesablama ilə görünür ki, təxmini 275.642,07 manat məbləğində borc məbləği 2010 və 2011-ci illərdən əvvəlki tarixlərə aiddir və bunun hansı göstəricilərə əsasən hesablandığı, sərfiyyatın nə qədər olması və sayğac göstəricilərinə dair məlumatlar abonentin saldosunda öz əksini tapmamışdır.

48. İddiaçının da, tələbini nəzərə alaraq Məhkəmə hesab edir ki, 255.450,59 manat məbləğində borcun hər hansı bir əsası yoxdur.

49. Belə ki, cavabdeh tərəf borcun hesablanması əsası barədə hər hansı bir sənəd təqdim edə bilməmiş, sadəcə olaraq birtərəfli qaydada tərtib edilmiş və əsası əks olunmamış abonentin saldosunu təqdim etməklə kifayətlənmişdir.

50. Bu baxımdan Məhkəmə hesab edir ki, birtərəfli qaydada tərtib edilmiş və əsası olmayan (göstəricilər əks olunmamış), sadəcə olaraq borc məbləği qeyd edilən, 2010 və 2011-ci illərdən əvvəlki dövrləri əhatə edən borcların hesablanması əsassız olmuşdur.

51. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfin tibb müəssisələrinə aid olan qazın verilməsinin dayandırılmasının qarşısını almaq üçün üzləşmə aktının imzalanması və 2010- 2011-ci ildən əvvəlki tarixlərə hesablanmış borc məbləğlərindən bir hissəsini ona görə ödəməsi barədə dəlilləri inandırıcıdır.

52. Ona görə də, Məhkəmə hesab edir ki, hesablanmış 255.450,59 manat məbləğində borc silinməlidir.

53. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

54. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Bakı Baş Səhiyyə Mərkəzi” X4 tabeliyində olan müəssisələrə 080055 ödəyici kodu üzrə 11,75 manat, 033008 ödəyici kodu üzrə 18.230,92 manat, 070490 ödəyici kodu üzrə 2081,74 manat, 020101 ödəyici kodu üzrə 15,5 manat, 090101 ödəyici kodu üzrə 139.016,68 manat, 120004 ödəyici kodu üzrə 22.710,64 manat, 10/31164 ödəyici kodu üzrə 482,25 manat, 040010 ödəyici kodu üzrə 573,03 manat, 037001 ödəyici kodu üzrə 72.199,40 manat, 130047 ödəyici kodu üzrə 128,68 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar