Məhkəmə qərarları › İş №e-2-2(113)-3190/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3190/2025

30.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3190/2025 30.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında xxxnin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, torpaq sahəsinin boşaldılması və borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə müqaviləsi, müqavilənin ləğvi, torpaq sahəsinin boşaldılması, icarə haqqı borcunun ödənilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında xxxnin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, torpaq sahəsinin boşaldılması və borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında xxx Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında xxx ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri, Yasamal rayonu, Qanlı gölün cənub hissəsi ünvanında yerləşən 17202.0 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2021-ci il tarixli, 769 nömrəli və Bakı şəhəri, Yasamal rayonu, Qanlı gölün cənub hissəsi ünvanında yerləşən 24303.1 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli, 1607 nömrəli icarə müqavilələrinin ləğv edilməsi, torpaq sahələrinin boşaldılaraq xxxnə təhvil verilməsi, cavabdehdən xx.xx.2021ci il tarixli, 769 nömrəli icarə müqaviləsi üzrə 280494 (iki yüz səksən min dörd yüz doxsan dörd) manat və xx.xx.2022-ci il tarixli, 1607 nömrəli icarə müqaviləsi üzrə isə 365340 (üç yüz altmış beş min üç yüz qırx) manat məbləğində vəsaitin xxxnin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında xxx ilə Cavabdeh arasında: 1. Bakı şəhəri, Yasamal rayonu, Qanlı gölün cənub hissəsi ünvanında yerləşən, qeyri-yaşayış binalarının yerləşdiyi 17202.0 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2021-ci il tarixli, 769 nömrəli; 2. Bakı şəhəri, Yasamal rayonu, Qanlı gölün cənub hissəsi ünvanında yerləşən, qeyri-yaşayış binasının yerləşdiyi 24303.1 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli, 1607 nömrəli icarə müqavilələri bağlanmışdır. Həmin müqavilələrin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilələrin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq, icarə haqqı ödənilməmişdir. Müqavilələr ləğv edilmədiyindən hal-hazırda qüvvədədir və icarəçinin xx.xx.2025-ci il tarixinə xx.xx.2021-ci il tarixli, 769 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə 280494 (iki yüz səksən min dörd yüz doxsan dörd) manat; xx.xx.2022-ci il tarixli, 1607 nömrəli icarə müqaviləsi üzrə isə 365340 (üç yüz altmış beş min üç yüz qırx) manat məbləğində icarə haqqı borcu mövcuddur. Cavabdehə xx.xx.2024-cü il tarixli, 3-21-3/2-21379/2024 və 3-21-3/2- 21380/2024 nömrəli xəbərdarlıq məktubları ilə müraciət edilsə də, cavabdeh icarə haqqını ödəməkdən imtina etmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1 və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23cü maddələrinə istinad olunmuşdur.

4. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xxx ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri, Yasamal rayonu, Qanlı gölün cənub hissəsi ünvanında yerləşən 17202.0 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2021-ci il tarixli, 769 nömrəli və Bakı şəhəri, Yasamal rayonu, Qanlı gölün cənub hissəsi ünvanında yerləşən 24303.1 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli, 1607 nömrəli icarə müqavilələrinin ləğv edilməsi, torpaq sahələrinin boşaldılaraq xxxnə təhvil verilməsi, cavabdehdən xx.xx.2022ci il tarixli, 1607 nömrəli icarə müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə yaranmış 398148,67 (üç yüz doxsan səkkiz min yüz qırx səkkiz manat altmış yeddi qəpik) manat və xx.xx.2021ci il tarixli, 769 nömrəli icarə müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə yaranmış 304241,14 (üç yüz dörd min iki yüz qırx bir manat on dörd qəpik) manat məbləğində vəsaitin xxxnin xeyrinə tutularaq Xidmətin (VÖEN **********) Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, bildirdi ki, cavabdeh tərəfindən icarə haqqının məbləğinə dair müqavilə şərtlərinin dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət olunmuş, iddiaları təmin olunmamışdır, iddiaya etiraz edir və təmin edilməməsini xahiş edir.

8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icarəyə verən qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında xxx ilə icarəçi qismində Cavabdeh arasında hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2021-ci il tarixli, 769 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icarəyəverənin icarəyə verdiyi Bakı şəhəri, Yasamal rayonu, Qanlı gölün cənub hissəsi ünvanında yerləşən 17202,0 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən torpaq sahəsinin təyinatı, planı, ölçüləri və sərhədləri müqavilənin ayrılmaz hissəsi hesab edilən müvafiq sərəncam, baş plan, texniki pasport və ya inşaat pasportunda göstərilir. İcarəçi qeyd olunan sənədlərdə göstərilən torpaq sahəsinin sərhədlərini və ölçülərini özbaşına dəyişdirə bilməz. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən torpaq sahəsinin icarəyə verilməsi onun üzərində mülkiyyət hüquqlarının verilməsinə əsas deyil. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən icarəyə verilmiş torpaq sahəsinin təyinatı üzrə istifadəsinə və müqavilənin şərtlərinə əməl olunmasına nəzarət etmək; icarə haqqının vaxtında və tam həcmdə ödənilməsini tələb etmək; torpaq sahəsində müvafiq razılıq olmadan tikilmiş bina və ya qurğuların sökülməsini icarəçidən tələb etmək; icarə müqaviləsinin dəyişdirilməsi, vaxtından əvvəl ləğv edilməsi, dayandırılması və uzadılması barədə təklif vermək; icarəyə verilmiş torpaq sahəsinin qorunması və mühafizəsi barədə icarəçidən məlumat almaq; icarəçinin təqsiri üzündən icarəyə verilmiş torpaq sahəsinə vurulmuş ziyanın ödənilməsini tələb etmək; icarəyə verilən torpaq sahəsini icarəçiyə təhvil vermək icarəyəverənin hüquq və vəzifələridir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən torpaq sahəsindən bu müqavilədə müəyyən edilmiş həddə sərbəst istifadə etmək; mövcud tikinti norma və qaydalara uyğun olaraq torpaq sahəsində təyinat üzrə səmərəli fəaliyyəti üçün zəruri olan tikinti işlərini aparmaq və avadanlıqlar quraşdırmaq; icarəyəverənin yazılı razılığı ilə torpaq sahəsini subicarəyə vermək, icarəçi hüquqlarını girov qoymaq; icarə haqqını vaxtında və tam həcmdə ödəmək; icarə müqaviləsinin uzadılması üçün icarəyəverənə təklif vermək; icarəyə verilmiş torpaq sahəsi ilə bağlı öhdəliklərə, məhdudiyyətlərə və torpaq üzərində qoyulmuş servitutlara əməl etmək; icarəyə götürülmüş torpaq sahəsinə, ətraf mühitə və əhalinin sağlamlığına ziyan vurmamaq; torpaq sahəsində olan mərzləri, təbiət abidələrini, geoloji təzahürləri, geodeziya-istinad məntəqələrini və yerüstü nişanlarını, meteoroloji şəbəkələri və ölçü vasitələrini, rabitə, elektrik enerjisi, su, qaz, kanalizasiya və digər kommunikasiya sistemlərini qoruyub saxlamaq; torpaq sahəsində monitorinqin keçirilməsi üçün şərait yaratmaq; qanunvericilikdə nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək icarəçinin hüquq və vəzifələridir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə icarə haqqı aşağıdakı qaydada hesablanır: - torpaq sahəsinin illik icarə haqqı 147396.0 manat; aylıq icarə haqqı 12283.0 manat.. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən icarə haqqı üzrə aylıq ödəmə hər cari ayın 10-dan gec olmayaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında xxxnin (VÖEN **********) Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53NABZ ******************** saylı hesabına (kod 501004, müxbir hesabı AZ74NABZ ********************, VÖEN **********, S.W.İ.F.T. bik: NABZAZ2C) ödənilməlidir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən dövlət tərəfindən müəyyən edilmiş icarə haqqının minimum hədləri dəyişdirildikdə icarə haqqının məbləği yeni tariflər tərtib edilməklə hesablanır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən Bu müqavilə ilə icarə müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müəyyən edilir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən müqavilə müddətinin başa çatmasından 1 ay əvvəl onun uzadılması haqqında icarəçi tərəfindən yazılı bildiriş təqdim edilmədikdə icarəyə verən tərəfindən müqaviləyə xitam verilə bilər. 5.2-ci bəndinə əsasən müqavilə qüvvədə olduğu müddətdə icarəyə verənin razılığı olmadan torpaq sahəsi başqa hüquqi və fiziki şəxslərə icarəyə və istifadəyə verildikdə, girov qoyulduqda, habelə həmin torpaq sahəsində qanunsuz tikinti, yenidənqurma və quraşdırma işlərinin aparıldığı halda icarə müqaviləsi ləğv edilə bilər və torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəçidən geri alına bilər; Həmin müqavilənin 5.3-cü bəndinə əsasən icarə haqqı ardıcıl 2 ay ərzində ödənilmədikdə icarə müqaviləsinə xitam verilməklə dövlətə geri qaytarılır və icarə borcunun İcarəçi tərəfindən ödənilməsinin təmin edilməsi məqsədilə icarəyəverən tərəfindən məhkəmə qarşısında iddia qaldırılması üçün tədbirlər görülür. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən müqavilənin müddəti başa çatdıqda ona xitam verilə bilər. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən aşağıdakı hallarda müqaviləyə vaxtından əvvəl xitam verilə bilər: tərəflərin qarşılıqlı razılığı ilə; torpaq sahəsinə dövlətin ehtiyacı olduqda; bu müqavilənin 2.2, 5.2 bəndləri icarəçi tərəfindən pozulduqda; tərəflərin biri müqavilənin şərtlərinə əməl etmədikdə digər tərəfin tələbi əsasında müvafiq məhkəmə qərarı ilə.

9. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icarəyə verən qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında xxx ilə icarəçi qismində Cavabdeh arasında hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli, 1607 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icarəyəverənin icarəyə verdiyi Bakı şəhəri, Yasamal rayonu, Qanlı gölün cənub hissəsi ünvanında yerləşən 24303,1 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən torpaq sahəsinin təyinatı, planı, ölçüləri və sərhədləri müqavilənin ayrılmaz hissəsi hesab edilən müvafiq sərəncam, baş plan, texniki pasport və ya inşaat pasportunda göstərilir. İcarəçi qeyd olunan sənədlərdə göstərilən torpaq sahəsinin sərhədlərini və ölçülərini özbaşına dəyişdirə bilməz. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən torpaq sahəsinin icarəyə verilməsi onun üzərində mülkiyyət hüquqlarının verilməsinə əsas deyil. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən icarəyə verilmiş torpaq sahəsinin təyinatı üzrə istifadəsinə və müqavilənin şərtlərinə əməl olunmasına nəzarət etmək; icarə haqqının vaxtında və tam həcmdə ödənilməsini tələb etmək; torpaq sahəsində müvafiq razılıq olmadan tikilmiş bina və ya qurğuların sökülməsini icarəçidən tələb etmək; icarə müqaviləsinin dəyişdirilməsi, vaxtından əvvəl ləğv edilməsi, dayandırılması və uzadılması barədə təklif vermək; icarəyə verilmiş torpaq sahəsinin qorunması və mühafizəsi barədə icarəçidən məlumat almaq; icarəçinin təqsiri üzündən icarəyə verilmiş torpaq sahəsinə vurulmuş ziyanın ödənilməsini tələb etmək; icarəyə verilən torpaq sahəsini icarəçiyə təhvil vermək icarəyəverənin hüquq və vəzifələridir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən torpaq sahəsindən bu müqavilədə müəyyən edilmiş həddə sərbəst istifadə etmək; mövcud tikinti norma və qaydalara uyğun olaraq torpaq sahəsində təyinat üzrə səmərəli fəaliyyəti üçün zəruri olan tikinti işlərini aparmaq və avadanlıqlar quraşdırmaq; icarəyəverənin yazılı razılığı ilə torpaq sahəsini subicarəyə vermək, icarəçi hüquqlarını girov qoymaq; icarə haqqını vaxtında və tam həcmdə ödəmək; icarə müqaviləsinin uzadılması üçün icarəyəverənə təklif vermək; icarəyə verilmiş torpaq sahəsi ilə bağlı öhdəliklərə, məhdudiyyətlərə və torpaq üzərində qoyulmuş servitutlara əməl etmək; icarəyə götürülmüş torpaq sahəsinə, ətraf mühitə və əhalinin sağlamlığına ziyan vurmamaq; torpaq sahəsində olan mərzləri, təbiət abidələrini, geoloji təzahürləri, geodeziya-istinad məntəqələrini və yerüstü nişanlarını, meteoroloji şəbəkələri və ölçü vasitələrini, rabitə, elektrik enerjisi, su, qaz, kanalizasiya və digər kommunikasiya sistemlərini qoruyub saxlamaq; torpaq sahəsində monitorinqin keçirilməsi üçün şərait yaratmaq; qanunvericilikdə nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək icarəçinin hüquq və vəzifələridir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə icarə haqqı aşağıdakı qaydada hesablanır: - torpaq sahəsinin illik icarə haqqı 203640.0 manat; aylıq icarə haqqı 16970.0 manat. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən icarə haqqı üzrə aylıq ödəmə hər cari ayın 10-dan gec olmayaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında xxxnin (VÖEN **********) Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53NABZ ******************** saylı hesabına (kod 501004, müxbir hesabı AZ74NABZ ********************, VÖEN **********, S.W.İ.F.T. bik: NABZAZ2C) ödənilməlidir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən dövlət tərəfindən müəyyən edilmiş icarə haqqının minimum hədləri dəyişdirildikdə icarə haqqının məbləği yeni tariflər tərtib edilməklə hesablanır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə ilə icarə müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müəyyən edilir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra tərəflərdən birinin ərizəsi olmadıqda, müqavilə nəzərdə tutulmuş eyni müddət üçün uzadılmış hesab edilir. 5.2-ci bəndinə əsasən müqavilə qüvvədə olduğu müddətdə icarəyə verənin razılığı olmadan torpaq sahəsi başqa hüquqi və fiziki şəxslərə icarəyə və istifadəyə verildikdə, girov qoyulduqda, habelə həmin torpaq sahəsində qanunsuz tikinti, yenidənqurma və quraşdırma işlərinin aparıldığı halda icarə müqaviləsi ləğv edilə bilər və torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəçidən geri alına bilər; Həmin müqavilənin 5.3-cü bəndinə əsasən icarə haqqı ardıcıl 2 ay ərzində ödənilmədikdə icarə müqaviləsinə xitam verilməklə dövlətə geri qaytarılır və İcarə borcunun icarəçi tərəfindən ödənilməsinin təmin edilməsi məqsədilə icarəyəverən tərəfindən məhkəmə qarşısında iddia qaldırılması üçün tədbirlər görülür. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən müqavilənin müddəti başa çatdıqda ona xitam verilə bilər. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən aşağıdakı hallarda müqaviləyə vaxtından əvvəl xitam verilə bilər: tərəflərin qarşılıqlı razılığı ilə; torpaq sahəsinə dövlətin ehtiyacı olduqda; bu müqavilənin 2.2, 5.2 bəndləri icarəçi tərəfindən pozulduqda; tərəflərin biri müqavilənin şərtlərinə əməl etmədikdə digər tərəfin tələbi əsasında müvafiq məhkəmə qərarı ilə.

10. Cavabdeh şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, həmin hüquqi şəxsin 769 nömrəli müqavilə üzrə xx.xx.2025-ci il tarixinə 280494 manat məbləğində icarə haqqı borcu mövcuddur.

11. Cavabdeh şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, həmin hüquqi şəxsin 1607 nömrəli müqavilə üzrə xx.xx.2025-ci il tarixinə 365340 manat məbləğində icarə haqqı borcu mövcuddur.

12. Cavabdeh şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, həmin hüquqi şəxsin 769 nömrəli müqavilə üzrə xx.xx.2025-ci il tarixinə 304241,14 manat məbləğində icarə haqqı borcu mövcuddur.

13. Cavabdeh şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, həmin hüquqi şəxsin 1607 nömrəli müqavilə üzrə xx.xx.2025-ci il tarixinə 398148,67 manat məbləğində icarə haqqı borcu mövcuddur.

14. Cavabdeh şəxsi hesab vərəqəsində həmin hüquqi şəxsin 769 nömrəli müqavilə üzrə xx.xx.2025-ci il tarixinə 324303,37 manat məbləğində icarə haqqı borcunun olduğu qeyd olunur.

15. Cavabdeh şəxsi hesab vərəqəsində həmin hüquqi şəxsin 1607 nömrəli müqavilə üzrə xx.xx.2025-ci il tarixinə 425866,33 manat məbləğində icarə haqqı borcunun olduğu qeyd olunur.

16. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-156/2025 saylı qətnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsi ilə Bakı şəhər Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmlak Nazirliyi yanında xxx ilə arasında bağlanmış 769 saylı, 06 sentyabr 2021-ci il tarixli torpaq icarə müqaviləsinin 3.1-ci maddəsinin dəyişdirilərək, illik icarə haqqının 4880,80 manat və 1607 saylı, 31 Mart 2022-ci il tarixli torpaq icarə müqaviləsinin 3.1-ci maddəsinin dəyişdirilərək, illik icarə haqqının 7721,24 manat hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və qətnamə ilə Cavabdeh iddiası təmin edilməmişdir.

17. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında xxx tərəfindən Cavabdeh göndərilmiş pretenziya məktubundan görünür ki, icarə haqqı borcunun 7 (yeddi) iş günü müddətində ödənilməsi tələb olunmuş və AR MM-nin 423-cü maddəsinə əsasən müqavilənin ləğv edilməsi təklif olunmuş, əks təqdirdə müqavilənin ləğv edilməsi, torpaq sahəsinin boşaldılması və borcun ödənilməsi üçün məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

18. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında xxx tərəfindən Cavabdeh göndərilmiş pretenziya məktubundan görünür ki, icarə haqqı borcunun 7 (yeddi) iş günü müddətində ödənilməsi tələb olunmuş və AR MM-nin 423-cü maddəsinə əsasən müqavilənin ləğv edilməsi təklif olunmuş, əks təqdirdə müqavilənin ləğv edilməsi, torpaq sahəsinin boşaldılması və borcun ödənilməsi üçün məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.” 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 706.4-cü maddəsinə əsasən torpaq icarəsi haqqında müqavilələrə bu Məcəllənin 700.1, 701, 702 və 703-cü maddələri, habelə bu paraqrafın müddəaları tətbiq edilir. 719.7-ci maddəsinə əsasən bu Məcəllənin 677.1.4, 685.1 və 686-cı maddələrində nəzərdə tutulmuş hallarda xəbərdarlıq müddətləri gözlənilmədən müqavilənin ləğv edilməsinə yol verilir. İcarəçi icarə haqqını və ya onun mühüm hissəsini ödəməyi üç aydan çox gecikdirdikdə də, icarəyə verən müqaviləni dərhal ləğv edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 11-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı qaydası icarə müqaviləsində nəzərdə tutulur. 13-cü maddəsinə əsasən torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar. 15-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyyələri vaxtında ödəmək icarəçinin vəzifəsinə daxildir. 31-ci maddəsinə əsasən torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur.

21. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinin 5-ci bəndinə əsasən icarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. 13-cü maddəsinin 5-ci bəndinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. İcarə müqaviləsinin ayrı-ayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi

23. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında dövlət torpaq sahəsinin icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilələr üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və icarə haqqı borcu yaranmışdır. Buna görə də, hazırda iddiaçı müqavilələrin ləğv edilməsi, torpaq sahələrinin boşaldılması və borcun ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir.

24. İddia tələbinin bir hissəsini xxx ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri, Yasamal rayonu, Qanlı gölün cənub hissəsi ünvanında yerləşən 17202.0 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2021-ci il tarixli, 769 nömrəli və Bakı şəhəri, Yasamal rayonu, Qanlı gölün cənub hissəsi ünvanında yerləşən 24303.1 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli, 1607 nömrəli icarə müqavilələrinin ləğv edilməsi, torpaq sahələrinin boşaldılaraq xxxnə təhvil verilməsi təşkil edir.

25. Qanunvericilik normalarının tələblərindən də göründüyü kimi, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır (AR MM 423.1). Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər (AR MM 423.2).

26. İddiaçı tərəfindən pretenziya qaydasında cavabdehə müraciət edilərək, icarə haqqı borcunun 7 (yeddi) iş günü müddətində ödənilməsinin tələb və müqavilələrin ləğv edilməsinin təklif edilməsinə baxmayaraq, cavabdeh tərəfindən müraciətə cavab verilməmişdir.

27. Bundan başqa, müqavilələrin 7.2-ci bəndində nəzərdə tutulmuşdur ki, aşağıdakı hallarda müqaviləyə vaxtından əvvəl xitam verilə bilər: tərəflərin qarşılıqlı razılığı ilə; torpaq sahəsinə dövlətin ehtiyacı olduqda; bu müqavilənin 2.2, 5.2-ci bəndləri icarəçi tərəfindən pozulduqda; tərəflərin biri müqavilənin şərtlərinə əməl etmədikdə digər tərəfin tələbi əsasında müvafiq məhkəmə qərarı ilə. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən müqavilələr üzrə icarə haqqı olaraq sonuncu dəfə xx.xx.2023-cü il tarixdə ödəniş edilmiş, beləliklə, icarə haqqının vaxtında ödənilməi ilə bağlı öhdəliklər cavabdeh tərəfindən yerinə yetirilməmişdir.

28. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında xxx ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 769 nömrəli və xx.xx.2022-ci il tarixli, 1607 nömrəli icarə müqavilələri ləğv edilməli, icarə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Qanlı gölün cənub hissəsi ünvanında yerləşən 17202.0 kv.m torpaq sahəsi və Bakı şəhəri, Yasamal rayonu, Qanlı gölün cənub hissəsi ünvanında yerləşən 24303.1 kv.m torpaq sahəsi boşaldılaraq xxxnə təhvil verilməlidir.

29. İddia tələbinin digər hissəsini cavabdehdən xx.xx.2022-ci il tarixli, 1607 nömrəli icarə müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə yaranmış 398148,67 (üç yüz doxsan səkkiz min yüz qırx səkkiz manat altmış yeddi qəpik) manat və xx.xx.2021-ci il tarixli, 769 nömrəli icarə müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə yaranmış 304241,14 (üç yüz dörd min iki yüz qırx bir manat on dörd qəpik) manat məbləğində vəsaitin xxxnin xeyrinə tutularaq Xidmətin (VÖEN **********) Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsindən ibarətdir.

30. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, icarəçinin qanundan və müqavilədən irəli gələn müəyyənləşdirilmiş icarə haqqını ödəmək vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə də təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, 1607 nömrəli icarə müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə yaranmış 398148,67 manat (üç yüz doxsan səkkiz min yüz qırx səkkiz manat altmış yeddi qəpik) və xx.xx.2021-ci il tarixli, 769 nömrəli icarə müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə yaranmış 304241,14 manat (üç yüz dörd min iki yüz qırx bir manat on dörd qəpik) məbləğində pul vəsaiti tutularaq xxxnin (VÖEN **********) Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməlidir.

31. Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən işə baxılması ilə əlaqədar iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Hazırkı iddianın qiyməti ümumilikdə 702389,81 manat, ödənilməli dövlət rüsumunun məbləği isə 992,39 manat (doqquz yüz doxsan iki manat otuz doqquz) təşkil edir. Belə nəticəyə gəlinir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğuna görə, həmin məbləğ dövlət mədaxilinə cavabdehdən alınmalıdır.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında xxx ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 769 nömrəli və xx.xx.2022-ci il tarixli, 1607 nömrəli icarə müqavilələri ləğv edilsin, icarə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Qanlı gölün cənub hissəsi ünvanında yerləşən 17202.0 kv.m torpaq sahəsi və Bakı şəhəri, Yasamal rayonu, Qanlı gölün cənub hissəsi ünvanında yerləşən 24303.1 kv.m torpaq sahəsi boşaldılaraq xxxnə təhvil verilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 1607 nömrəli icarə müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə yaranmış 398148,67 manat (üç yüz doxsan səkkiz min yüz qırx səkkiz manat altmış yeddi qəpik) və xx.xx.2021-ci il tarixli, 769 nömrəli icarə müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə yaranmış 304241,14 manat (üç yüz dörd min iki yüz qırx bir manat on dörd qəpik) məbləğində pul vəsaiti tutularaq xxxnin (VÖEN **********) Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülsün. Cavabdeh 992,39 manat (doqquz yüz doxsan iki manat otuz doqquz) məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar