Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3192/2025 05.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: qarışıq icarə və xidmət müqaviləsi, dəbbə pulu, öhdəliyin icrası) X1 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 34000 əsas, gecikmə faizi üzrə 68000 manat, ümumilikdə 102000 manat borcun, ödənilmiş 392 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, DX01/23 nömrəli və xx.xx.2023-tarixli, DX02/23 nömrəli xidmət müqavilələrinə əsasən **-BH-*** dövlət qeydiyyat nişanlı, “Kamaz” markalı və **-XG-*** dövlət qeydiyyat nişanlı, HOWO” manəqliyyat vasitələri Cavabdeh1 MMC–nin xidmətinizə verilmişdir. Lakin Cavabdeh1 MMCüzərinə düşən öhdəlikəri tam icra etmədiyindən və ximəti müqavilələrdə nəzərdə tutulmuş xidmət haqqların ödəmədiyi üçün nəqliyyat vasitələrinin xidməti 3 aydan sonra dayandırılmışdır. Dəfələrlə müraciət edilməsinə baxmayaraq İddiaçı olan borc ödənilməmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 MMC–nin müqavilələr üzrə əsas borcu ümumikdə 34000 manat təşkiledir. xx.xx.2023-cü il tarixli, DX01/23 nömrəli və xx.xx.2023-cü il tarixli, DX02/23 nömrəli xidmət müqavilələrinin 3.3-cü maddəsinə əsasən Bu müqavilə üzrə yetirilmiş xidmətlər, hesabat ayı bitdikdən sonra növbəti ayın 30-dək ödəniləcəkdir. Əgər 30 təqvim günü ərzində ödəniş təmin olunmasa gecikən hər təqvim gününə gecikmə faizi hesablanacaqdır və sifarişçi gecikmə olarsa yaranan faiz ödənişini təmin edəcəyi öhdəliyini götürür. xx.xx.2024-cü il tarixlimaliyyə aryışına əsasən Cavabdeh1 MMC-nin müqavilələr üzrə gecikmə faiz borcu ümumilkdə 68000 manat təşkil edir. xx.xx.2023-cü il tarixli, DX01/23 nömrəli və xx.xx.2023-cü il tarixli, DX02/23 nömrəli xidmət müqavilələrinin 7.2-ci maddəsinə əsasən Tərəflər müqavilədən meydana gələn bütün mübahisələri və fikir ayrılıqlarını mümkün olduğu təqdirdə danışıqlar yolu ilə həll edə bilərlər və öhdəlikəriniəhəmiyyətli dərəcədə pozmuş tər bildiriş göndərsin. Müqavilənin şərtlərini nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin pretenziya qaydasına riayət etməklə fiziki şəxs İddiaçı (VÖEN**********) olan 34000 əsas, gecikmə faizi üzrə 68000 manat olmaqla ümumilikdə, 102000 manat borcun ödənilməsi ilə bağlı sonuncu dəfə xx.xx.2024-ci il tarixdə Cavabdeh1 MMC-yə məktub ünvanlanmışıdır. xx.xx.2023-cü il tarixli, DX01/23 nömrəli və xx.xx.2023-cü il tarixli, DX02/23 nömrəli xidmət müqavilələrinin 7.3-cü maddəsinə əsasən tərəflər müqavil meydana gələn bütün mübahisələri danışıqlar yolu ilə həll edə bilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 385.2-386.1-ci maddələrinə istinad olunmuşdur. İddia tələbinə qarşı Cavabdeh1 nümayəndəsi tərəfindən etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, qarşı tərəfin işlərin görülməsi ilə bağlı heç bir sənəd təqdim etməməsi, yəni işlərin görülməsi haqqında akt, üzləşmə aktın mövcüd olmaması iddianın əsassız olmasına lüzum yaradır. Elektron qaimə onlar tərəfindən təsdiq olunmamışdır. Ofisin köçməsi ilə bağlı iş fəaliyyətlərini dayandırdıqları üçün elektron qaimə sisteminə daxil olmaq imkanları yoxdur. Sistemə gələn qaimələr 3 gün ərzində rədd edilmədiyi halda avtomatik olaraq qaiməni təsdiqləyir. İddiaçının elektron qaimədə 35000 azn, lakin iddia ərizəsində əsas məbləğin 34000 manat uyğunsuzluq olması yenə iddianın əsassız olmasını sübut edir. Həmçinin onların fəaliyyəti qeyd olunan tarixdə yalnız Qarabağ regionunda olduğu üçün, Qarabağ ərazisinə xüsusi buraxılış portalı ilə daxil olmaq olur. Əgər DİN-ə sorğu edilsə, onların qarşı tərəfin texnikaları və operatorları üçün heç bir giriş-çıxış portalı qeydiyyatı alınmamışdır. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmiş, həmçinin əlavə olaraq qeyd etmişdir ki, məhkəmə hazırlıq iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi öz izahatında bildirdi ki, onlar həqiqətən də İddiaçı ilə xidmətlərin göstərilməsi üçün müqavilə imzalamışlar və ona 5000 manat dəyərində avans olaraq pul ödəmişlər. Onlarla digər Cavabdeh2 MMC ilə aralarında olan tərəfdaşlıq pozulduğundan iddiaçıya məxsus nəqliyyat vasitələrinin istifadəyə görə yaranmış borc məbləğini ödəməmişlər. Bundan başqa cavabdeh "xxxx" MMC-nin nümayəndəsi bildirdi ki, elekton qaiməni qəbulundan ofisin köçürülməsi səbəbindən imtina edə bilməmişlər. Lakin bununla bağlı heç bir sübut məhkəməyə təqdim etməmişlər. İddaçı tərəfindən təqdim olunmuş elektron qaimədən onların məlumatı olmuşdur. Elektron qaimənin özləri tərəfindən qəbul edilməməsi ondan imtina edilməsi üçün əsas hesab edilə bilməz. Bundan başqa məhkəməyə təqdim etdiyi Cavabdeh2 MMC-yə məxsus tabeldən çıxarışda xx.xx.2023-cü il tarixdə bağlanmış və qüvvədə olan 01 nömrəli müqaviləyə görə daşınma xidmətinin dəyəri göstərilmişdir. Məhkəməyə təqdim etdiyi sübutlardan və eləcə cavabdehin nümayəndəsinin izahatından da aydın görünür ki, cavabdehlərə qarşı olan iddia əsaslıdır. Cavabdehlər müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməmişlər. İddiaçıya məxsus nəqliyyat vasitələrinin xidmətindən yararlansalarda xidmət haqqını ödəməmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazda qeyd edilənləri müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, qarşı tərəf iddiasının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, ödənişlərin edilməsi ilə bağlı nə qəbzlər, nə də müqavilə üzrə onların adına işlər görülmüşdüsə DİN-nin portalında Qarabağ ərazisinə giriş-çıxış üçün öncədən qeydiyyatdan keçirilmə ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən yeni əlavə edilmiş ərizədə qeyd edilən müqavilə üzrə 5000 manat avans ödənilməsi ilə bağlı məsələ qarışıqdır. Belə ki, Cavabdeh2 MMC-nin direktoruna borcları var idi. Hüquqi şəxslər arasında ödənişlər ancaq köçürmə yolu ilə olurdu. Sadəcə Cavabdeh2 MMC-nin və onların bank hesablarında həbs olması səbəbindən belə bir qərara gəlmişdilər ki, İddiaçı ödəniş edilsin və texnikalar da orada qalaraq istifadə edilsin, lakin texnikalar da işləmədi. Tərəflər arasında müqavilə bağlanılsa da, heç bir sifariş verilməmiş, işlər görülməmiş, həmçinin layihə də dayandırılmışdır. Faktiki olaraq qarşı tərəf heç bir iş görməmişdir. Müqavilə üzrə hər hansı işlər görülmüş olsaydı bununla bağlı razılaşdırma protokolu, işlərin görülməsi ilə bağlı protokollar, yəni №1,№2 müqavilənin əlavəsində olmalı idi. Qaimələri isə özləri deyil, sistem təsdiqləmişdir. Onların fəaliyyəti 1 il olar dayanmışdır. “Asan” imza da itirilmiş və bu yaxınlarda onun dublikartını çıxarmışlar. Kəlbəcər rayon PŞ-nin İstintaq Qrupunda araşdırma aparılarkən bununla bağlı onlar dəvət olunmamışdır. Əgər iddiaçı Cavabdeh1 MMC-nin adına iş görmüş olsaydılar texnika və avadanlıqlar məhz Cavabdeh1 MMC-nin adından Qarabağ ərazisinə daxil olmalı və bunun üçün əvvəlcədən onlara portaldan icazə almalı idilər. Belə ki, onların adına kimlə müqavilə bağlanılarsa və ya onların adına avadanlıq daxil olursa, bu zaman Cavabdeh1 MMC öz adından onları portaldan qeydiyyatdan keçirtməli idi. Bu məsələlər DİN-nin nəzarətində olan məsələdir və onların sistemindən də açıq-aşkar görünür. Sonda isə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Digər Cavabdeh2 MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı (İcraçı) ilə Cavabdeh1 MMC (Sifarişçi) arasında imzalanmış xx.xx.2023-cü il tarixli № DX 02/23 saylı xidmət müqaviləsinin 1.1-ci bəndindəki predmetindən görünür ki, “Sifarişçi” Daşınma xidmətlərinin göstərilməsini sifariş verib “İcraçı”ya razılaşdırılmış xidmət haqqı ödəməyi, “İcraçı” isə “Sıfarişçi”nin müəyyən etdiyi qaydada Daşınma xidmətləri (bundan sonra "Xidmət) göstərməyi öhdəsinə götürür. Müqavilənin 1.3-cü bəndinə əsasən xidmətinin dəyəri bir ayda 26 iş günü olmaqla 7000 AZN (vergi daxıl) təşkil edir. Müqavilənin 1.5-ci bəndindən görünür ki, göstərilən Xidmətlərin həcmi bu Müqaviləyə əlavə edilən Xidmət Aktı (və ya Aktları) ilə müəyyənləşdirilir. Bu Muqavilə üzrə xidmət haqqının miqdarı Müqavilənin tərkib hissəsi olan xidmətlərin göstəriləsinə dair hesab- fakturada qeyd edilir. Müqavilənin 3.1-ci bəndinə əsasən daşınma xidmətinin icra olunması hər gün iş bitdikdən sonra sifarişçinin iş icraçısı və ya sahədə olan cavabdeh şəxs tərəfindən və icraçının nümayəndəsi tərəfindən qarşılıqlı imzalanaraq təsdiq olunacaqdır. Müqavilənin 3.2-ci bəndinə əsasən Hesabat ayı bitdikdən sonra növbəti ayın ilk iş günü yerinə yetirilmiş xidmətlərə görə akt tərtib olunur. Müqavilənin 3.3-cü bəndinə əsasən müqavilə üzrə yerinə yetirilmiş xidmətlər, hesabat ayı bitdikdən sonra növbəti ayın 30-dək ödəniləcəkdir. Əgər 30 gün təqvim günü ərzində ödəniş təmin olunmasa gecikən hər təqvim gününə görə 1 % gecikmə hesablanacaqdır və sifarişçi gecikmə olarsa yaranan faiz ödənişini təmin edəcəyi öhdəliyini götürür. xx.xx.2023-cü il tarixli, DX 02/23 saylı xidmət müqaviləsinə Əlavə1-dən görünür ki, tərəflər **-XG-*** dövlət qeydiyyat nişanlı, “HOWO” markalı nəqliyyat vasitəsi üzrə daşınma haqqı 7000 manat məbləğində razılığa gəlmişlər. İddiaçı (İcraçı) ilə Cavabdeh1 MMC (Sifarişçi) arasında imzalanmış xx.xx.2023-cü il tarixli, DX 01/23 saylı xidmət müqaviləsinin 1.1-ci bəndindəki predmetindən görünür ki, “Sifarişçi” daşınma xidmətlərinin göstərilməsini sifariş verib “İcraçı”ya razılaşdırılmış xidmət haqqı ödəməyi, “İcraçı” isə “Sifarişçi”nın müəyyən etdiyi qaydada Daşınma xidmətləri (bundan sonra “Xidmət”) göstərməyi öhdəsinə götürür. Müqavilənin 1.3-cü bəndinə əsasən xidmətinin dəyəri bir ayda 26 iş günü olmaqla 6000 AZN (vergi daxıl) təşkil edir. Müqavilənin 1.5-ci bəndindən görünür ki, göstərilən Xidmətlərin həcmi bu Müqaviləyə əlavə edilən Xidmət Aktı (və ya Aktları) ilə müəyyənləşdirilir. Bu Muqavilə üzrə xidmət haqqının miqdarı Müqavilənin tərkib hissəsi olan xidmətlərin göstəriləsinə dair hesab-fakturada qeyd edilir. Müqavilənin 3.1-ci bəndinə əsasən daşınma xidmətinin icra olunması hər gün iş bitdikdən sonra sifarişçinin iş icraçısı və ya sahədə olan cavabdeh şəxs tərəfindən və icraçının nümayəndəsi tərəfindən qarşılıqlı imzalanaraq təsdiq olunacaqdır. Müqavilənin 3.2-ci bəndinə əsasən Hesabat ayı bitdikdən sonra növbəti ayın ilk iş günü yerinə yetirilmiş xidmətlərə görə akt tərtib olunur. Müqavilənin 3.3-cü bəndinə əsasən müqavilə üzrə yerinə yetirilmiş xidmətlər, hesabat ayı bitdikdən sonra növbəti ayın 30-dək ödəniləcəkdir. Əgər 30 gün təqvim günü ərzində ödəniş təmin olunmasa gecikən hər təqvim gününə görə 1 % gecikmə hesablanacaqdır və sifarişçi gecikmə olarsa yaranan faiz ödənişini təmin edəcəyi öhdəliyini götürür. xx.xx.2023-cü il tarixli № DX 01/23 saylı xidmət müqaviləsinə Əlavə 2-dən görünür ki, tərəflər **-BH-*** dövlət qeydiyyat nişanlı, “Kamaz” markalı nəqliyyat vasitəsi üzrə aylıq daşınma haqqı 6000 manat məbləğində razılığa gəlmişlər. EBED seriyalı, 463742 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 35000 manat məbləğində, görülmüş xidmətlərin dəyəri İddiaçı tərəfindən Cavabdeh1 MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən 02 oktyabr 2023-cü il tarixində bağlanmış xidmət müqavilələrinə əsasən qarşı tərəf borc məbləğindən 5000 manatı 2023-cü il tarixində ödəmiş, qalan borc məbləği üzrə xx.xx.2024 tarixində göndərilən e-qaiməyə əsasən qalan borc məbləği 34000 manat təşkil etmişdir. Şirkət ödənişi vaxtında təmin etmədiyi üçün müqavilənin 3.3 bəndinə əsasən ödənişin gecikməsinə görə hər təqvim günü üzrə borcun 1% məbləğində hesablanma aparılmışdır. 3 ay xidmətə görə 18000 və 21000 manat olmaqla cəmi 39000 manat, 200 gün gecikməyə görə 68000 manat hesablanmış, 5000 manat ödəniş çıxılmış ümumi borc 102000 manat qalmışdır. xx.xx.2024-cü il tarixli “materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərara əsasən aparılmış araşdırma zamanı Gəncə şəhər ADAU-6 ətrafında yaşayan İddiaçı etmiş olduğu müraciət üzrə aparılan araşdırma zamanı Cavabdeh1 MMC-nin rəhbərliyinin və onun əməkdaşlarının əməlində CM-nin 162-1-ci və 178-ci maddələrinin tərkib əlamətlərinin olub-olmamasının müəyyən edilməsi məqsədilə, toplanmış material, araşdırmanın davam etdirilməsi və qanuni qərarın qəbul edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 86 və 207-ci maddələrinin tələblərinə əsasən İstintaq aidiyyəti üzrə Kəlbəcər rayon PŞ-nin İstintaq Qrupuna göndərilmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərara əsasən İddiaçı "xxxx" MMC şirkəti ilə bağlamış olduğu xidmət müqaviləsi əsasında ona 35000 manat pulun ödənilməli olmasını bildirsə də, aparılmış araşdırma zamanı İddiaçı müraciətinin mülki xarakterli olması müəyyən edildiyindən onun müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İddiaçı tərəfindən Cavabdeh1 MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, müqavilələr üzrə ödənilməmiş 35000 manat məbləğində əsas borcun qısa müddət ərzində ona ödənilməsi bildirilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən dövlət büdcəsinə 392 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı tərəfindən əlavə edilmiş cədvəldə Cavabdeh2 MMC-yə xx.xx.2023-cü il tarixli 01 nömrəli müqavilə üzrə göndərilmiş EBDV seriyalı, 284370 nömrəli, xx.xx.2023-cü il tarixli, EBDV seriyalı, 284265 nömrəli, xx.xx.2023-cü il tarixli və EBDU seriyalı, 927274 nömrəli, xx.xx.2023-cü il tarixli, hər biri 12999,74 manat dəyərindən elektron qaimələrin siyahısı göstərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.3. Əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında qarışıq xidmət və icarə müqavilələri üzrə öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, həmin müqavilələrdə “daşınma xidməti” ifadəsi istifadə edilsə də, müqavilələrin ümumi məzmununa nəzər yetirdikdə yük daşıma müqaviləsi olmadığı, iddiaçının 26 gün müddətinə özünə məxsus yük avtomobillərini icarəyə verməyi və həmin avtomobillərin idarə olunmasına görə sürücülərlə xidmət göstərməyi öhdəsinə götürdüyü müəyyən edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, Mülki Məcəllədə xidmət müqaviləsi nəzərdə tutulmasa da, tərəflər arasında olan qarışıq müqavilənin xidmət müqaviləsi hissəsi Mülki Məcəlləyə zidd olmadığından tərəflər həmin müqaviləni bağlaya bilər və məzmununu müəyyənləşdirə bilərlər. Hazırkı qarışıq icarə və xidmət müqavilələrinin mahiyyətindən ayrı hal irəli gəlmədiyi üçün həmin müqavilələr üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan icarə müqaviləsinə dair qaydalar, həmçinin öhdəliklər haqqında ümumi müdəalar tətbiq edilməlidir. İddiaçı ilə Cavabdeh1 MMC arasında bütün mühüm şərtləri razılaşdırılaraq bağlanmış xx.xx.2023-cü il tarixli DX 01/23 saylı və xx.xx.2023-cü il tarixli DX 02/23 saylı qarışıq icarə və xidmət müqavilələlərinin predmetinə əsasən Cavabdeh1 MMC daşınma xidmətlərinin göstərilməsini sifariş verib iddiaçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, iddiaçı isə Cavabdeh1 MMC-nin müəyyən etdiyi qaydada xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Hal-hazırda iddiaçı cavabdehlərdən qalıq 34000 manat xidmət haqqının 68000 manat gecikmə üzrə faizin ödənilməsini tələb etmişdir. Cavabdeh1 MMC isə onun tərəfindən iddiaçıya müqavilə üzrə heç bir sifariş verilmədiyini, cavabdehin ona xidmət göstərmədiyini, elektron qaimənin sistem tərəfindən təsdiqləndiyini, 5000 manat ödənişin isə digər Cavabdeh2 MMC-yə ödənilməli olan məbləğ olduğunu və sonuncunun razılığına əsasən bank hesabında həbs olduğu üçün iddiaçıya ödənildiyini bildirmişdir. Digər Cavabdeh2 MMC iddiaya qarşı heç bir münasibət bildirməmişdir. Məhkəmə ilk növbədə iddiaçının Cavabdeh2 MMC-yə qarşı tələbinə münasibətdə qeyd edir ki, iddiaçı Cavabdeh2 MMC-nin iş üzrə əlavə cavabdeh kimi cəlb edilməsini xahiş etdikdən sonra ona qarşı iddia tələbinin əsası kimi xx.xx.2023-cü il tarixdə bağlanmış 01 nömrəli müqaviləyə istinad etsə də, həmin müqavilə məhkəməyə təqdim edilməmişdir. Belə olan halda isə tərəflərin arasında hansı formada, hansı şərtlərlə və nə barəsində razılaşma olduğunu, Cavabdeh2 MMC-nin iddiaçı qarşısında öhdəliyinin yarandığını müəyyən etmək mümkün deyildir. Yəni həmin müqavilə ilə bağlı iddiaçının oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və cavabdehin onu imzalayaraq və ya müqavilə şərtlərini yerinə yetirmək üçün hərəkətlər edərək (malları sifariş etməsi, təhvil alması və s.) aksept etməsi (təklifin qəbulu), müqavilənin bütün mühüm şərtləri barəsində tərəflərin razılığa gəlməsi sübuta yetirilməmişdir. Halbuki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır(MM 405.1 maddə). Həmçinin müqavilə təklif göndərmiş şəxsin onun qəbulunu aldığı anda bağlanmış sayılır(MM 407.1 maddə). Habelə Mülki Məcəllədən, işgüzar adətdən və ya tərəflərin əvvəlki işgüzar münasibətlərindən ayrı qayda irəli gəlmirsə, susmaq aksept sayılmır(MM 409.3 maddə). Həmçinin iddiaçının təqdim etdiyi cədvəldə elektron qaimələrin seriyası, nömrəsi, tarixi və məbləği qeyd edilsə də, həqiqətən həmin elektron qaimələrin mövcud olması və Cavabdeh2 MMC-yə göndərilməsi barədə məhkəməyə sübutlar təqdim edilməmişdir. Bundan başqa, məhkəmə Cavabdeh1 MMC-yə münasibətdə qeyd edir ki, onunla iddiaçı arasında müqavilə olmasına baxmayaraq, iddiaçı müqavilənin 1.1-ci bədindəki şərtində nəzərdə tutulduğu kimi Cavabdeh1 MMC tərəfindən iddiaçıya şifarişlər verilməsi, həmçinin müqavilənin 3.1 və 3.2-ci bəndlərinə əsasən xidmətlərin icra olunmasına dair gündəlik və aylıq tərtib edilməli aktlar barədə, həmçinin yük avtomobillərinin təhvil verilməsinə dair məhkəməyə sübut təqdim etməmişdir. İddiaçının sübut olaraq istinad etdiyi yeganə sənəd elektron qaimədir ki, həmin qaimənin sistem vasitəsi ilə təsdiq edilməsi Cavabdeh1 MMC-nin qeyd edilən xidmətləri almasını qəbul etməsi kimi qiymətləndirilməməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, xidmətlər göstərilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaiməni təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin cavabdehin nümayəndəsi izahatında həmin qaimənin sistem vasitəsi ilə təsdiqləndiyini və ofislərinin köçməsi ilə əlaqədar məlumatsız olduqlarını bildirmişdir. Hazırki işdə elektron qaimənin sistem tərəfindən təsdiqlənməsi Cavabdeh1 MMC tərəfindən iddiaçının göstərdiyi xidmətlərin qəbul edilməsi və dəyərinin ödənilməsini qəbul etməsi mənasına gələ bilməz, ona görə ki, mübahisə yaranan dövr və ondan əvvəlki müddət ərzində tərəflərin qarşılıqlı münasibətlərində bu cür işgüzar adət, praktika və ya öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu formalaşmamışdır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan 20 aprel 2022-ci il tarixli qərarında da qeyd olunmuşdur. Bundan savayı məhkəmə Cavabdeh1 MMC tərəfindən iddiaçıya 5000 manat ödənilməsi ilə bağlı qeyd edir ki, cavabdeh özü də bu faktı təsdiq etdiyi üçün bu hal işin mübahisəsiz halıdır. Lakin iddiaçı həmin ödənişin məhz aralarında olan müqavilələrə əsasən Cavabdeh1 MMC-nin ona olan öhdəliyi üzrə ödənilməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Belə olan halda isə Cavabdeh1 MMC-nin nümayəndəsinin bildirdiklərinin daha ağlabatan olduğu, həqiqətən digər cavabdehə olan borcun qarşılıqlı razılıq əsasında iddiaçıya ödənildiyi istisna edilmir, daha inandırıcı görünür. Göründüyü kimi iddiaçı iddia tələbinin əsasın təşkil edən halları sübut edə bilməmiş, iddia tələbinin dəlillərini təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmiş, iddianın əsaslı olmasını sübuta yetirə bilməmişdir. Sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir. Belə ki, Mülki–Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Ümumiyyətlə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə xidmət göstərildiyi və buna görə 34000 manat xidmət haqqı borcu olduğu bildirilmiş, bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Beləliklə, məhkəmə mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbinin rədd edilməsi qənaətinə gəlir. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3192/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3192/2025
05.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver