Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3195/2020 26.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi və Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi ilə, İddiaçı cavabdeh «Antenn» MTRK-ya qarşı müqavilə öhdəliklərin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh «Antenn» MTRK arasında bağlanılmış xx xxxxxxxx 2020-ci il tarixli əməkdaşlıq müqaviləsi üzrə cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərinin yerinə yetirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və müqavilə müddəti olan 1 (bir) ilin axımının başlanğıcı qətnamənin faktiki icra olunacağı tarixdən hesablanmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə edilmiş və elektron informasiya sistemində yerləşdirilmiş sənədləri nəzərdən keçirilərkən, iddia ərizəsinin cavabdeh tərəfindən almasını təsdiq edən sənəd aşkar edilməmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş mailto:104elcan@mail.ruElektron ünvan 1 elektron poçt qutusu mailto:reklam@antenn.azElektron ünvan 2 elektron poçt qutusu arasında olan yazışma cavabdehə iddia ərizəsinin çatdırılmasını təsdiq edən sənəd kimi qəbul edilə bilməz, belə ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin elektron poçtla cavabdehə göndərilməsi rəsmi qaydada verilməsi hesab edilmir və iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdeh tərəfindən alınmasını təsdiq etmir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-ci maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 150.0.4-cü maddəsinə əsasən, iddia ərizəsinə kommersiya mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə olunmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, kommersiya mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Həmçinin İddiaçı diqqətinə çatdırılır ki, iddia ərizəsinin nəticə hissəsində öhdəliklərin nədən ibarət olması konkret göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh «Antenn» MTRK-ya qarşı müqavilə öhdəliklərin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə ********* nömrəli, xx.xx.2020-ci il tarixli qəbz geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin cavabdeh tərəfindən alınması (imtina və ya digər əsaslar) barədə sübut (poçt qəbzi və ya digər sənəd) iddia ərizəsinə əlavə edildikdən sonra təkrarən məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3195/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3195/2020
26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver