Məhkəmə qərarları › İş №e-2-2(113)-3196/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3196/2021

22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3196/2021 22.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil və Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən icarəsahəsinin boşaldılaraq icarəyə verənə(iddaçıya) təhvil verilməsi, cavabdehdən-2020-ci ilin mart, iyun və avqust aylarının əsas icarə haqqı 9820,21 manat, 2020-ci ilin sentyabr, oktyabr və noyabr ayları üçün icarə haqları ikiqat hesabla 26691,60 manat, kommunal xərclərin cəmi - ƏDV daxil 74,97 manat, pul öhdəliklərinin yerinə yetirməsinin gecikdirilməsinə görə-6277,53 manat dəbbə pulunun, 1200 manat vəkil xərclərinin, 30 manat dövlət rüsumu olmaqla cəmi 44064,31 manat məbləğində pul tutularaq xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 31 avqust 2017-ciiltarixli, 008-OB/17 saylı icarə müqaviləsinə əsasən cavabdeh -"xxxx" MMC icarəyə götürdüyü Bakışəhəri, Xətai rayonu, 25 E, Nobel prospektində yerləşən "xxxx" MMC-nin binasının üçüncü mərtəbəsində ümumi sahəsi 215 m2 olan qeyri-yaşayış sahəsinin və binanın yeraltı dayanacağının 1 avtodayanacaq yerinin icarə müddəti müqavilənin 4.1-ci bəndinə əsasən 31 avqust 2020-ci il tarixdə başa çatmışdır. Cavabdehə 04 dekabr 2020-ci il tarixli, Ç20-039 nömrəli məktub göndərilərək, 31.08.2020-ci il tarixdə müddəti bitmiş 31 avqustl 2017-ci il tarixli, 008-OB/17 saylı İcarə müqaviləsinə əsasən icarə sahəsinə və kommunal xərclərə görə 01.09.2020-ci il tarixdən başlayaraqikiqat icarə haqqı, dəbbə pulu və əldən çıxmış fayda tələbi irəli sürmədən hesablanmış - 23 262,57 (ƏDV daxil) məbləğdə borcun 10 (on) gün müddətində "xxxx" MMC-yə könüllü ödənilməsi və bu müddət ərzində icarə sahəsinin təhvil-təslim edilməsi məqsədilə səlahiyyətli nümayəndəsinin İcarəyəverənlə əlaqə saxlamasını tələb edilmiş olsa da Cavabdeh heç bir əməli tədbir görülməmiş, ödəniş həyata keçirilməmiş, əksinə icarə haqlarında güzəşt edilməsi və cari ilin əvvəlindən borcların bağlanılacağı və icarə sahəsinə qoyulmuş məhdudiyyətin aradan qaldırılmasına dair məktubla müraciət etmişdir. Cavabdehə 19.01.2021-ci il tarixli, Ç-21-002 nömrəli məhkəmə qabağı pretenziya göndərilərək, "xxxx" MMC-yə olan borcunun ödənilməsi tələb edilmişdir. Cavabdeh məhkəmə qabağı pretenziyanı almış olsa da bu günə kimi borc ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil və Cavabdeh nümayəndəsi X2 ərizələr təqdim edərək tərəflərin arasında imzalanmış barışıq sazişinin təsdiq olunmasını məhkəmədən xahiş etmişlər. Tərəflər məhkəməyə təqdim etdikləri ərizələrində, aşağıdakı şərtlərlə 22.09.2021-ci il tarixli sazişin təsdiq edilməsini məhkəmədən xahiş etmişlər: 1) Tərəflər, aralarında bağlanmış, 31 avqust 2017-ci il tarixli, 008-OB/17 saylı icarə müqaviləsi üzrə yaranmış borcun iki hissədən ibarət olması, borcun birinci hissəsinin - 27710,33 (iyirmi yeddi min yeddi yüz on manat otuz üç qəpik) manat, borcun ikinci hissəsinin isə - 22243,0 (iyirmi iki min iki yüz qırx üç) manat qəbul etdiklərini təsdiq edirlər. 2) Tərəflər, cavabdeh -"xxxx" MMC tərəfindən 21.09.2021-ci il tarxidə ümumi borcdan 30000,0 (otuz min) manatın iddiaçı - "xxxx" MMC-yə ödənildiyini və 19953,33 (on doqquz min doqquz yüz əlli üç manat otuz üç qəpik) borc məbləğinin qaldığını təsdiq edirlər. 3) Cavabdeh - "xxxx" MMC, iddiaçı - "xxxx" MMC-yə, aralarında bağlanmış, 31 avqust 2017-ci il tarixli, 008-OB/17 saylı İcarə müqaviləsi üzrə qalan 19953,33 (on doqquz min doqquz yüz əlli üç manat otuz üç qəpik) borcu 22 sentyabr 2021-ci il tarixdən başlayaraq, 3 (üç) ay müddətində hər ay 6651,11 (altı min altı yüz əlili bir manat on bir qəpik) manat pulu iddiaçı - "xxxx" MMC-yə ödəyəcək və iddiaçıya qarşı heç bir əmlak və ya pul tələbi olmayacaqdır. 4) Cavabdeh - "xxxx" MMC, iddiaçı tərəfindən çəklimiş məhkəmə xərclərinin ; - vəkil xərci - 1200 manat və dövlət rüsümu 30 manat cəmi - 1230 manatın bərabər bölünməsinə və özünə aid hissəsinin - 615 (altı yüz on beş) manatı bu barışıq sazişi imzalandığı gün iddiaçı - "xxxx" MMC-nin hesablaşma hesabına köçürülməsini öhdəsinə götürür. 5) İddiaçı - "xxxx" MMC, cavabdeh - "xxxx" MMC ilə razılığa gələrək, aralarında bağlanmış, 31 avqust 2017-ci il tarixli, 008-OB/17 saylı İcarə müqaviləsi üzrə cavabdehin 19953,33 (on doqquz min doqquz yüz əlli üç manat otuz üç qəpik) manat məbləğində qalıq borcunun 22 sentyabr 2021-ci il tarixdən başlayaraq, 3 (üç) ay müddətində hər ay 6651,11 (altı min altı yüz əlili bir manat on bir qəpik) manat olmaqla iddiaçı - "xxxx" MMC-yə ödəməsinə etiraz etmir və və bununla bağlı cavabdeh - "xxxx" MMC- yə qarşı heç bir tələb irəli sürməyəcək. 6) İddiaçı - "xxxx" MMC çəklimiş məhkəmə xərclərinin; - vəkil xərci - 1200 manat və dövlət rüsümu 30 manat cəmi - 1230 manatın bərabər bölünməsinə etiraz etmir. Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraata xitam verilir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və yuxarıda sadalanan qanunvericilik normalarını əsas götürərək, hesab edir ki, tərəflərin 22.09.2021ci il tarixli barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işlə bağlı 22.09.2021-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlər daxilində təsdiq olunsun: 1) Tərəflər, aralarında bağlanmış, 31 avqust 2017-ci il tarixli, 008-OB/17 saylı icarə müqaviləsi üzrə yaranmış borcun iki hissədən ibarət olması, borcun birinci hissəsinin - 27710,33 (iyirmi yeddi min yeddi yüz on manat otuz üç qəpik) manat, borcun ikinci hissəsinin isə - 22243,0 (iyirmi iki min iki yüz qırx üç) manat qəbul etdiklərini təsdiq edirlər. 2) Tərəflər, cavabdeh -"xxxx" MMC tərəfindən 21.09.2021-ci il tarxidə ümumi borcdan 30000,0 (otuz min) manatın iddiaçı - "xxxx" MMC-yə ödənildiyini və 19953,33 (on doqquz min doqquz yüz əlli üç manat otuz üç qəpik) borc məbləğinin qaldığını təsdiq edirlər. 3) Cavabdeh - "xxxx" MMC, iddiaçı - "xxxx" MMC-yə, aralarında bağlanmış, 31 avqust 2017-ci il tarixli, 008-OB/17 saylı İcarə müqaviləsi üzrə qalan 19953,33 (on doqquz min doqquz yüz əlli üç manat otuz üç qəpik) borcu 22 sentyabr 2021-ci il tarixdən başlayaraq, 3 (üç) ay müddətində hər ay 6651,11 (altı min altı yüz əlili bir manat on bir qəpik) manat pulu iddiaçı - "xxxx" MMC-yə ödəyəcək və iddiaçıya qarşı heç bir əmlak və ya pul tələbi olmayacaqdır. 4) Cavabdeh - "xxxx" MMC, iddiaçı tərəfindən çəklimiş məhkəmə xərclərinin ; - vəkil xərci - 1200 manat və dövlət rüsümu 30 manat cəmi - 1230 manatın bərabər bölünməsinə və özünə aid hissəsinin - 615 (altı yüz on beş) manatı bu barışıq sazişi imzalandığı gün iddiaçı - "xxxx" MMC-nin hesablaşma hesabına köçürülməsini öhdəsinə götürür. 5) İddiaçı - "xxxx" MMC, cavabdeh - "xxxx" MMC ilə razılığa gələrək, aralarında bağlanmış, 31 avqust 2017-ci il tarixli, 008-OB/17 saylı İcarə müqaviləsi üzrə cavabdehin 19953,33 (on doqquz min doqquz yüz əlli üç manat otuz üç qəpik) manat məbləğində qalıq borcunun 22 sentyabr 2021-ci il tarixdən başlayaraq, 3 (üç) ay müddətində hər ay 6651,11 (altı min altı yüz əlili bir manat on bir qəpik) manat olmaqla iddiaçı - "xxxx" MMC-yə ödəməsinə etiraz etmir və və bununla bağlı cavabdeh - "xxxx" MMC- yə qarşı heç bir tələb irəli sürməyəcək. 6) İddiaçı - "xxxx" MMC çəklimiş məhkəmə xərclərinin; - vəkil xərci - 1200 manat və dövlət rüsümu 30 manat cəmi - 1230 manatın bərabər bölünməsinə etiraz etmir. e-2-2(113)-2314/2021 nömrəli iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar