Məhkəmə qərarları › İş №e-2-2(113)-3197/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3197/2025

22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3197/2025 22.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehlər Sağlıklı Kenan və Cavabdeh1 iştirakları ilə, İddiaçı “X4 Azərbaycan” QSC-nin cavabdehlər Sağlıklı Kenan və Cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X4 Azərbaycan” QSC (bundan sonra – iddiaçı) cavabdehlər Sağlıklı Kenan və Cavabdeh1 (bundan sonra – cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 20594,69 (iyirmi min beş yüz doxsan dörd manat altmış doqquz qəpik) manat, hesablanmış və ödənilməmiş faiz borcu üzrə 1286,82 (bir min iki yüz səksən altı manat səkkən iki qəpik) manat, gecikdirilmiş faiz borcu üzrə 520,66 (beş yüz iyirmi manat altmış altı qəpik) manat, cəmi 22402,17 (iyirmi iki min dörd yüz iki manat on yeddi qəpik) manat kredit borcunun və ödənilmiş 157,21 (bir yüz əlli yeddi manat iyirmi bir qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər Məhkəməyə tərəflər arasında xx.xx.2025-ci il tarixli barışıq sazişini təqdim edərək, barışıq sazişinin şərtlərinin məhkəmə tərəfindən təsdiq edilməsini, bununla əlaqədar iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Barışıq sazişinin şərtləri ondan ibarətdir ki:

1. Sağlıklı Kenan və Cavabdeh1 "xxxx" QSC-yə, "xxxx" QSC ilə Sağlıklı Kenan arasında bağlanmış 22 may 2024-cü il tarixli 389415 No-li Kredit müqaviləsi üzrə yaranmış əsas məbləğ 20594.69 (iyirmi min beş yüz doxsan dörd manat altmış doqquz qəpik) manat, faiz məbləği 2842 (iki min səkkiz yüz qırx iki) manat və 157.21 (bir yüz əlli yeddi manat iyirmi bir qəpik) manat digər xərcin (dövlət rüsumu) olmasını qəbul, təsdiq və bəyan edirlər.

2. Sağlıklı Kenan ilə “X4 Azərbaycan” QSC əsas kredit borcu üzrə 20594.69 (iyirmi min beş yüz doxsan dörd manat altmış doqquz qəpik) manat məbləğində kredit borcunun 36 (otuz altı) ay müddətinə, illik 14 (on dörd faiz) % olmaqla ödənilməsi üzrə razılığa gəlinmişdir. Sağlıklı Kenan əsas kredit borcunun aşağıdakı qrafiklə ödənilməsini öhdəsinə götürür. X3 Cədvəli Sıra Ödəniş Tarixi X2 Əsas Məbləğ Faiz Vergi X1 1 6/2/2025 20,594.69 447.59 256.29 0.00 703.88 2 7/2/2025 20,147.10 468.83 235.05 0.00 703.88

3. 8/4/2025 19,678.27 458.99 244.89 0.00 703.88 4 9/2/2025 19,219.28 494.60 209.28 0.00 703.88 5 10/2/2025 18,724.68 485.43 218.45 0.00 703.88 6 11/3/2025 18,239.25 484.00 219.88 0.00 703.88 7 12/2/2025 17,755.25 503.64 200.24 0.00 703.88 8 1/2/2026 17,251.61 502.61 201.27 0.00 703.88 9 2/2/2026 16,749.00 508.47 195.41 0.00 703.88 10 3/2/2026 16,240.53 514.41 189.47 0.00 703.88 11 4/2/2026 15,726.12 520.41 183.47 0.00 703.88 12 5/4/2026 15,205.71 514.65 189.23 0.00 703.88 13 6/2/2026 14,691.06 543.91 159.97 0.00 703.88 14 7/2/2026 14,147.15 538.83 165.05 0.00 703.88 15 8/3/2026 13,608.32 539.82 164.06 0.00 703.88 16 9/2/2026 13,068.50 556.50 147.38 0.00 703.88 17 10/2/2026 12,512.00 557.91 145.97 0.00 703.88 18 11/2/2026 11,954.09 564.42 139.46 0.00 703.88 19 12/2/2026 11,389.67 571.00 132.88 0.00 703.88 20 1/4/2027 10,818.67 569.25 134.63 0.00 703.88 21 2/2/2027 10,249.42 592.28 111.60 0.00 703.88 22 3/2/2027 9,657.14 591.21 112.67 0.00 703.88 23 4/2/2027 9,065.93 598.11 105.77 0.00 703.88 24 5/3/2027 8,467.82 601.80 102.08 0.00 703.88 25 6/2/2027 7,866.02 615.17 88.71 0.00 703.88 26 7/2/2027 7,250.85 619.29 84.59 0.00 703.88 27 8/2/2027 6,631.56 626.51 77.37 0.00 703.88 28 9/2/2027 6,005.05 633.82 70.06 0.00 703.88 29 10/4/2027 5,371.23 637.04 66.84 0.00 703.88 30 11/2/2027 4,734.19 652.33 51.55 0.00 703.88 31 12/2/2027 4,081.86 656.26 47.62 0.00 703.88 32 1/3/2028 3,425.60 662.58 41.30 0.00 703.88 33 2/2/2028 2,763.02 672.72 31.16 0.00 703.88 34 3/2/2028 2,090.30 679.49 24.39 0.00 703.88 35 4/3/2028 1,410.81 686.87 17.01 0.00 703.88

36. 5/2/2028 723.94 723.94 8.16 0.00 732.10 0.00 20,594.69 4,773.21 0.00 25,367.90

3. Sağlıklı Kenan 2842 (iki min səkkiz yüz qırx iki) manat məbləğində faiz borcunun aşağıdakı qrafiklə ödənilməsini öhdəsinə götürür. Ödəniş tarixi əsas məbləğ Faiz 9-iyun-25 0 474 9-iyul-25 0 474 8-avqust-25 0 474 9-sentyabr-25 0 474 9-oktyabr-25 0 474 7-niyabr-25 0 474 Cəmi: 2842

4. Sağlıklı Kenan 157.21 (bir yüz əlli yeddi manat iyirmi bir) manat məbləğində digər xərcin (dövlət rüsumu) bu razılaşmanın 2-ci və 3-cü bəndi bu razılaşmanın şərtlərinə müvafiq olaraq vaxtında icra edildiyi təqdirdə 01 may 2028-ci il tarixdə ödənilməsini öhdəsinə götürür.

5. Bu Sazişin 2-ci və 3-cü bəndində qeyd olunan borc məbləği razılaşdırılmış şərtlərə müvafiq olaraq Banka ödənildiyi təqdirdə təminat qismində çıxış edən müvafiq zaminliyə xitam verilir (xitam veriləcəkdir).

6. Tərəflər razılaşırlar ki, əgər bu Barışıq Sazişində göstərilən qaydada ödənişlər vaxtında həyata keçirilmədiyi təqdirdə “İddiaçı” (“Borc verən”) borc məbləğlərinin müştərək qaydada cavabdehlərdən (borcalan və zamindən) tələb edilməsi hüququna malik olacaqdır.

7. Tərəflər razılaşırlar ki, cavabdeh (“Zamin”) Cavabdeh1 “İddiaçı” qarşısında Sağlıklı Kenanın borcunun vaxtında və lazımı qaydada qaytarılması (ödənilməsi) üzrə öhdəlikləri üçün zamin olaraq birgə (müştərək) qaydada məsuliyyət daşımaları üzrə zaminliklə bu Banşıq Sazişinə görə öhdəliklər “İddiaçı” (Borcverən) qarşısında tam icra edilənədək qüvvədə qalacaqdır.

8. Cavabdeh (“Borc alan”) Sağlıklı Kenan İddiaçı (“Borc verən”) "xxxx" QSC-yə bu sazişin 2-ci və 3-cü bəbdində qeyd olunan kredit borcunu bu saziş üzrə şərtlərə müvafiq olaraq ödəyib bitirdiyi gün kredit üzrə zaminlik xitam verilir, borcluya, zaminə 3 (üç) iş günündən gec olmayaraq bunu təsdiq edən yazılı imzalı və möhürlü sənəd verilir.

10. Tərəflərdən biri bu sazişin şərtlərini pozduğu halda, digər tərəfin müvafiq məhkəməyə müraciət edərək, bu saziş (onu təsdiq edən qərardad) əsasında icra sənədi verilməsini tələb etmək hüququ vardır.

11. Tərəflər bu Banşıq Sazişini imzalamaqla Barışıq Sazişinin təsdiq edilməsi üçün məhkəmədə özləri və ya səlahiyyətli nümayəndələri vəsitəsi ilə iştirak etməyi öz öhdələrinə götürürlər, əksi təqdirdə Tərəflər arasında əldə edilmiş razılıqlar qüvvəsini itirir.

12. Bu barışıq sazişi tərəflərdə və məhkəmədə saxlanılmaqla eyni hüquqi qüvvəyə malik olan 4 (dörd) nüsxədə tərdib edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehlər Sağlıklı Kenan və Cavabdeh1 ayrı-ayrılıqda barışıq sazişini şəxsən imza etdiklərini, onun şərtləri ilə tanış olduqlarını, hüquqi nəticələrinin onlara aydın olduqlarını bildirmiş, məhkəmədən barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tətəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 122.3-cü maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı “X4 Azərbaycan” QSC, cavabdehlər Sağlıklı Kenan və Cavabdeh1 arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişinin aşağıdakı şərtləri məhkəmə tərəfindən təsdiq edilsin və hazırkı iş üzrə icraata xitam verilsin:

1. Sağlıklı Kenan və Cavabdeh1 "xxxx" QSC-yə, "xxxx" QSC ilə Sağlıklı Kenan arasında bağlanmış 22 may 2024-cü il tarixli 389415 No-li Kredit müqaviləsi üzrə yaranmış əsas məbləğ 20594.69 (iyirmi min beş yüz doxsan dörd manat altmış doqquz qəpik) manat, faiz məbləği 2842 (iki min səkkiz yüz qırx iki) manat və 157.21 (bir yüz əlli yeddi manat iyirmi bir qəpik) manat digər xərcin (dövlət rüsumu) olmasını qəbul, təsdiq və bəyan edirlər.

2. Sağlıklı Kenan ilə “X4 Azərbaycan” QSC əsas kredit borcu üzrə 20594.69 (iyirmi min beş yüz doxsan dörd manat altmış doqquz qəpik) manat məbləğində kredit borcunun 36 (otuz altı) ay müddətinə, illik 14 (on dörd faiz) % olmaqla ödənilməsi üzrə razılığa gəlinmişdir. Sağlıklı Kenan əsas kredit borcunun aşağıdakı qrafiklə ödənilməsini öhdəsinə götürür. X3 Cədvəli Sıra Ödəniş Tarixi X2 Əsas Məbləğ Faiz Vergi X1 1 6/2/2025 20,594.69 447.59 256.29 0.00 703.88 2 7/2/2025 20,147.10 468.83 235.05 0.00 703.88

3. 8/4/2025 19,678.27 458.99 244.89 0.00 703.88 4 9/2/2025 19,219.28 494.60 209.28 0.00 703.88 5 10/2/2025 18,724.68 485.43 218.45 0.00 703.88 6 11/3/2025 18,239.25 484.00 219.88 0.00 703.88 7 12/2/2025 17,755.25 503.64 200.24 0.00 703.88 8 1/2/2026 17,251.61 502.61 201.27 0.00 703.88 9 2/2/2026 16,749.00 508.47 195.41 0.00 703.88 10 3/2/2026 16,240.53 514.41 189.47 0.00 703.88 11 4/2/2026 15,726.12 520.41 183.47 0.00 703.88 12 5/4/2026 15,205.71 514.65 189.23 0.00 703.88 13 6/2/2026 14,691.06 543.91 159.97 0.00 703.88 14 7/2/2026 14,147.15 538.83 165.05 0.00 703.88 15 8/3/2026 13,608.32 539.82 164.06 0.00 703.88 16 9/2/2026 13,068.50 556.50 147.38 0.00 703.88 17 10/2/2026 12,512.00 557.91 145.97 0.00 703.88 18 11/2/2026 11,954.09 564.42 139.46 0.00 703.88 19 12/2/2026 11,389.67 571.00 132.88 0.00 703.88 20 1/4/2027 10,818.67 569.25 134.63 0.00 703.88 21 2/2/2027 10,249.42 592.28 111.60 0.00 703.88 22 3/2/2027 9,657.14 591.21 112.67 0.00 703.88 23 4/2/2027 9,065.93 598.11 105.77 0.00 703.88 24 5/3/2027 8,467.82 601.80 102.08 0.00 703.88 25 6/2/2027 7,866.02 615.17 88.71 0.00 703.88 26 7/2/2027 7,250.85 619.29 84.59 0.00 703.88 27 8/2/2027 6,631.56 626.51 77.37 0.00 703.88 28 9/2/2027 6,005.05 633.82 70.06 0.00 703.88 29 10/4/2027 5,371.23 637.04 66.84 0.00 703.88 30 11/2/2027 4,734.19 652.33 51.55 0.00 703.88 31 12/2/2027 4,081.86 656.26 47.62 0.00 703.88 32 1/3/2028 3,425.60 662.58 41.30 0.00 703.88 33 2/2/2028 2,763.02 672.72 31.16 0.00 703.88 34 3/2/2028 2,090.30 679.49 24.39 0.00 703.88 35 4/3/2028 1,410.81 686.87 17.01 0.00 703.88

36. 5/2/2028 723.94 723.94 8.16 0.00 732.10 0.00 20,594.69 4,773.21 0.00 25,367.90

3. Sağlıklı Kenan 2842 (iki min səkkiz yüz qırx iki) manat məbləğində faiz borcunun aşağıdakı qrafiklə ödənilməsini öhdəsinə götürür. Ödəniş tarixi əsas məbləğ Faiz 9-iyun-25 0 474 9-iyul-25 0 474 8-avqust-25 0 474 9-sentyabr-25 0 474 9-oktyabr-25 0 474 7-niyabr-25 0 474 Cəmi: 2842

4. Sağlıklı Kenan 157.21 (bir yüz əlli yeddi manat iyirmi bir) manat məbləğində digər xərcin (dövlət rüsumu) bu razılaşmanın 2-ci və 3-cü bəndi bu razılaşmanın şərtlərinə müvafiq olaraq vaxtında icra edildiyi təqdirdə 01 may 2028-ci il tarixdə ödənilməsini öhdəsinə götürür.

5. Bu Sazişin 2-ci və 3-cü bəndində qeyd olunan borc məbləği razılaşdırılmış şərtlərə müvafiq olaraq Banka ödənildiyi təqdirdə təminat qismində çıxış edən müvafiq zaminliyə xitam verilir (xitam veriləcəkdir).

6. Tərəflər razılaşırlar ki, əgər bu Barışıq Sazişində göstərilən qaydada ödənişlər vaxtında həyata keçirilmədiyi təqdirdə “İddiaçı” (“Borc verən”) borc məbləğlərinin müştərək qaydada cavabdehlərdən (borcalan və zamindən) tələb edilməsi hüququna malik olacaqdır.

7. Tərəflər razılaşırlar ki, cavabdeh (“Zamin”) Cavabdeh1 “İddiaçı” qarşısında Sağlıklı Kenanın borcunun vaxtında və lazımı qaydada qaytarılması (ödənilməsi) üzrə öhdəlikləri üçün zamin olaraq birgə (müştərək) qaydada məsuliyyət daşımaları üzrə zaminliklə bu Banşıq Sazişinə görə öhdəliklər “İddiaçı” (Borcverən) qarşısında tam icra edilənədək qüvvədə qalacaqdır.

8. Cavabdeh (“Borc alan”) Sağlıklı Kenan İddiaçı (“Borc verən”) "xxxx" QSC-yə bu sazişin 2-ci və 3-cü bəbdində qeyd olunan kredit borcunu bu saziş üzrə şərtlərə müvafiq olaraq ödəyib bitirdiyi gün kredit üzrə zaminlik xitam verilir, borcluya, zaminə 3 (üç) iş günündən gec olmayaraq bunu təsdiq edən yazılı imzalı və möhürlü sənəd verilir.

10. Tərəflərdən biri bu sazişin şərtlərini pozduğu halda, digər tərəfin müvafiq məhkəməyə müraciət edərək, bu saziş (onu təsdiq edən qərardad) əsasında icra sənədi verilməsini tələb etmək hüququ vardır.

11. Tərəflər bu Banşıq Sazişini imzalamaqla Barışıq Sazişinin təsdiq edilməsi üçün məhkəmədə özləri və ya səlahiyyətli nümayəndələri vəsitəsi ilə iştirak etməyi öz öhdələrinə götürürlər, əksi təqdirdə Tərəflər arasında əldə edilmiş razılıqlar qüvvəsini itirir.

12. Bu barışıq sazişi tərəflərdə və məhkəmədə saxlanılmaqla eyni hüquqi qüvvəyə malik olan 4 (dörd) nüsxədə tərdib edilmişdir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar