Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3199/2021 06.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdehna qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdehna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 PK0085 saylı kredit xətti üzrə 4,529.14 (dörd min beş yüz iyirmi doqquz manat, on dörd qəpik) manat əsas borc, 1,452.98 (min dörd yüz əlli iki manat doxsan səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 5,982.12 (beş min doqquz yüz səksən iki manat on iki qəpik) manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ASC (bundan sonra “Bank”) ilə cavabdeh X6 (bundan sonra “Müştəri”) arasında 01.03.2019-cu il tarixli OnGTC/SE/0044 nömrəli fərdi sahibkar üçün Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu (bundan sonra “Müqavilə”) imzalanmışdır. Tərəflər arasında OnGTC/SE/0044 nömrəli bank xidmətlərnin göstərilməsinə dair müqavilə çərçivəsində 07.03.2019-cu il tarixdə PK0085 saylı maliyyələşdirmə üçün ərizə (Plastik kart üzrə overdraft əməliyyatı) forması imzalanmış, ərizəyə əsasən müştəriyə 07.03.2020-ci il tarixədək illik faiz dərəcəsi 25%, illik cərimə faizi 34% olmaqla 5,000 (beş min) manat məbləğdə (kart hesab nömrəsi: 41040AZNSK**********) kredit xətti açılmışdır.Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. Krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı 456 gün təşkil edir. Bank tərəfindən borcalana 16.12.2020-ci il tarixdə PBCOS-1602 saylı xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir.Borcalanın 02 iyun 2021-ci il tarixə İddiaçı ASC qarşısında öhdəliyi PK0085 saylı kredit xətti üzrə 4,529.14 (dörd min beş yüz iyirmi doqquz manat, on dörd qəpik) manat əsas borc, 1,452.98 (min dörd yüz əlli iki manat doxsan səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 5,982.12 (beş min doqquz yüz səksən iki manat on iki qəpik) manat təşkil edir. Göründüyü kimi kreditin müddətinin 07.03.2020-ci il tarixində bitməsinə baxmayaraq borclu kredit üzrə öhdəliklərini müqavilə ilə nəzərdə tutulmuş qaydada icra etməmişdir.Beləliklə də kredit xətti müqaviləsinin tələblərinə uyğun olaraq bankın kredit məbləğini, ona hesablanmış faizləri və cərimələri borcludan tələb etmək hüququ yaranmışdır. İddiaçı İddiaçı ASC iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin artırılmasına dair ərizə verərək, cavabdeh X3 07.03.2019-cu il tarixli PK0085 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4,532.14 (dörd min beş yüz otuz iki manat, 14 qəpik) manat əsas borcu 1,738.94 (bir min yeddi yüz otuz səkkiz manat 94 qəpik) manat cərimə borcu olmaqla, cəmi 6,271.08 (altı min iki yüz yetmiş bir manat 08 qəpik) manat məbləğində borcun İddiaçı ASC-nin xeyrinə tutulması, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandıılmışdır ki, İddiaçı ASC-nin cavabdeh X5 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış cərimənin cavabdehdən tutulması” tələbinə dair iş üzrə iddia tələbinin həcminin artırılması zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş gəməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: 01.03.2019-cu il tarixli OnGTC/SE/0044 nömrəli İddiaçı Açıq Səhmdar Cəmiyyəti (“Bank”) və X6 (“Müştəri”) arasında fərdi sahibkar üçün “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu” adlı müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartların verilməsi, inkassasiya xidməti, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər öz əksini tapmışdır. İİ bəndin 2.1.2 altbəndinə əsasən bankın qüvvədə olan tariflərinə uyğun olaraq xidmət haqlarının ödənilməsi şərtilə müştəriyə bilavasitə hesablaşma-kassa xidmətinə aid olan və ya aid olmayan digər xidmətləri (kreditləşdirmə, xarici valyutanın alınıb satılması, səhmlərin alınması və yerləşdirilməsi və s.) göstərmək bankın vəzifəsidir. 5.2 altbəndə əsasən bankın xidmətlərinin ödənilməsindən imtina etdikdə, yaxud bankın xidmətlərini vaxtında ödəmədikdə müştəri banka hər ötən gün üçün cərimə ödəyir. 5.3 altbəndə əsasən müqavilənin 5.1. və 5.2. bəndlərində qeyd olunan cərimə faizlərinin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün Mərkəzi Bankın təyin etdiyi uçot dərəcəsi ilə müəyyənləşdirilir. İV bəndin 1.1 altbəndinə əsasən bank “Maliyyələdirmə üçün ərizə” forması ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə və ya birdəfəlik verilən kredit (birdəfəlik, bərpa olunan, bərpa olunmayan, Overdraft, tranşlarla kredit, invoys əsasında maliyyələşdirmə və ya qarantiya/akkreditivin maliyyələşdirilməsi üçün kredit xətti və s. kimi öhdəliklər) üçün (bundan sonra xüsusi növə istinad edilmədiyi halda, ümumi olaraq “Kredit” adlandırılacaq) Müştəriyə “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən şərtlərlə Kredit verir. Kredit üzrə faizlərin hesablanması və ödənilməsi qaydası, istifadə və qüvvədə olma müddət, cərimə, məqsəd, müştəriyə verilməsi qaydası və bu kimi şərtlər “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunacaq. Həmin bəndin 3.2 altbəndinə əsasən müştəri kreditdən istifadəyə görə banka “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada faizləri ödəyir. 07.03.2019-cu il tarixli PK0085 saylı maliyyələşdirmə üçün ərizə (Plastik kart üzrə overdraft əməliyyatı) formasına əsasən X5 07.03.2020-ci il tarixədək illik faiz dərəcəsi 25%, illik cərimə faizi 34% olmaqla 5,000 (beş min) manat məbləğdə (kart hesab nömrəsi: 41040AZNSK**********) kredit xətti açılmışdır. X5 məxsus 01.03.2019-24.05.2021-ci il tarixlərini əhatə edən bank hesabından çıxarışdan məlum olur ki, hesab üzrə 4.529,14 manat əsas borc, 1.307,87 manat cərimə borcu hesablanmışdır. 02.09.2021-ci il tarixli PB/PBL-OUT-01373-2021 saylı maliyyə arayışında qeyd olunur ki, X4 30 avqust 2021-ci il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri 07.03.2019-cu il tarixli PK0085 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən (kart hesab nömrəsi: AZ37PAHA41040AZNSK**********) 4,532.14 (dörd min beş yüz otuz iki manat, 14 qəpik) manat əsas borc, 0 (sıfır) manat faiz borcu, 1,738.94 (bir min yeddi yüz otuz səkkiz manat 94 qəpik) manat cərimə borcu olmaqla, cəmi 6,271.08 (altı min iki yüz yetmiş bir manat 08 qəpik) manat təşkil edir. Gecikmə günün sayı 540 gündür. 16.12.2020-ci il tarixdə PBCOS-1602 saylı xəbərdarlıq məktubu ilə X5 PK0085 saylı müqavilə üzrə öhdəlik şərtlərinin 281 gün icra edilməməsi barədə məlumat verilmiş, 15 dekabr 2020-ci il tarixinə 4.523,14 manat əsas, 654,87 manat cərimə olmaqla cəmi 5.178,01 manat öhdəlik olması barədə xəbərdarlıq edilərək, bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsi bağlanmışdır. İddiaçı ASC göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh kredit məbləğini və kredit üzrə hesablanmış faizləri müqavilədə müəyyən edilmiş müddətdə və qaydada iddiaçıya qaytarmamış, bununla kredit müqaviləsi üzrə öhdəlikləri pozmuşdur. X1 İddiaçı ASC-yə müqavilənin bitdiyi tarixə 4,532.14 (dörd min beş yüz otuz iki manat, 14 qəpik) manat əsas borc 1,738.94 (bir min yeddi yüz otuz səkkiz manat 94 qəpik) manat cərimə borcu olmaqla, cəmi 6,271.08 (altı min iki yüz yetmiş bir manat 08 qəpik) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Belə olan halda məhkəmə cavabdeh X4 07.03.2019-cu il tarixli PK0085 saylı maliyyələşdirmə üçün ərizə (Plastik kart üzrə overdraft əməliyyatı) forması üzrə İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin İddiaçı ASC-yə borcunun yarandığını nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə yaranmış əsas borcun cavabdehdən tutulması tələbinə dair hissədə İddiaçı ASC-nin iddiası əsaslı olmaqla təmin edilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin borcun ödənilməsinin gecikdirilməsinə görə 1738,94 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. AR Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürülən öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında qanunvericiliklə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə (cərimə) pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə 453 manat cərimə tutulmasını ədalətli hesab edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından isə görünür ki, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X3 4,532.14 (dörd min beş yüz otuz iki manat, 14 qəpik) manat əsas borc, 453 (dörd yüz əlli üç manat) manat cərimə məbləği və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. X3 4,532.14 (dörd min beş yüz otuz iki manat, 14 qəpik) manat əsas borc, 453 (dörd yüz əlli üç manat) manat cərimə məbləği və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3199/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3199/2021
06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver