Məhkəmə qərarları › İş №e-2-2(113)-32/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-32/2022

22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-32/2022 22.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh X4 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X5 və Cavabdeh2 qarşı iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 27 iyun 2014-cü il tarixli 124281-1-10920/1 saylı “Kommersiya krediti müqaviləsi” və həmin müqaviləyə əlavə edilmiş 18 iyul 2016-cı il tarixli 1 saylı Razılaşma üzrə 09.06.2020-ci il tarixə iddiaçıya borclu olduğu 310.073,90 manat məbləğində əsas borc, 61.471,12 manat məbləğində faiz borcu, 10.227,50 manat məbləğində cərimə borcu, ümumilikdə isə 381.772,52 manat məbləğində pulun, həmçinin, 30 manat məbləğində məhkəmə üçün və 30 manat ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş cəmi 60 manat məbləğində dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulması, cavabdehlərdən tutulmalı olan məbləği iddiaçı qarşısında ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin ilkin satış qiymətinin 850.000 manat məbləğində müəyyən etməklə Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.20987 ha torpaq sahəsində yerləşən 27 nömrəli binanın 1 və 2-ci mərtəbəsində 175,0 kv.m. ümumi, 117,7 kv.m. əsas, 57,3 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin iddiaçıya ödənilməsi və qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və qeyriyaşayış sahəsi satıldıqdan sonra əmlakın boşaldılması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlərə qarşı iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 27 iyun 2014cü il tarixli 124281-1-10920/1 saylı “Kommersiya krediti müqaviləsi” və həmin müqaviləyə əlavə edilmiş 18 iyul 2016-cı il tarixli 1 saylı Razılaşma üzrə 09.06.2020-ci il tarixə iddiaçıya borclu olduğu 310.073,90 manat məbləğində əsas borc, 61.471,12 manat məbləğində faiz borcu, 10.227,50 manat məbləğində cərimə borcu, ümumilikdə isə 381.772,52 manat məbləğində pulun, həmçinin, 30 manat məbləğində məhkəmə üçün və 30 manat ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş cəmi 60 manat məbləğində dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulması, cavabdehlərdən tutulmalı olan məbləği iddiaçı qarşısında ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin ilkin satış qiymətinin 850.000 manat məbləğində müəyyən etməklə Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.20987 ha torpaq sahəsində yerləşən 27 nömrəli binanın 1 və 2-ci mərtəbəsində 175,0 kv.m. ümumi, 117,7 kv.m. əsas, 57,3 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin iddiaçıya ödənilməsi və qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və qeyri-yaşayış sahəsi satıldıqdan sonra əmlakın boşaldılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh1 arasında bağlanmış 02 may 2014-cü il tarixli 124281-1-10920 saylı “Baş kredit razılaşması”na əsasən Bank Cavabdeh1 120 ay müddətinə 5.000.000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. Daha sonra, Bank ilə Cavabdeh1 arasında bağlanmış “02.05.2014-cü il tarixli 124281-1-10920 saylı “Baş kredit razılaşması”na dəyişiklik və əlavələr edilməsi barədə” 20 noyabr 2015-ci il tarixli 1 saylı Razılaşmaya əsasən müəyyən olunmuş şərtlər əsasında Bank Cavabdeh1 5.000.000 ABŞ dolları və ya AZN, EUR, RUB ekvivalentində olan məbləğində kredit xətti açmışdır. Bank ilə Cavabdeh1 arasında bağlanmış 02 may 2014-cü il tarixli 124281-NEDVİJ2696 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsi”nə əsasən “Baş kredit razılaşması” üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 tam mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.20987 ha torpaq sahəsində yerləşən 27 nömrəli binanın 1 və 2-ci mərtəbəsində 175,0 kv.m. ümumi, 117,7 kv.m. əsas, 57,3 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsini Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Daha sonra, Baş kredit razılaşmasına edilmiş dəyişiklər və əlavələr barədə razılaşmaya uyğun olaraq, Bank ilə Cavabdeh1 arasında “02.05.2014- cü il tarixli 124281-NEDVİJ-2696 saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə” 20 noyabr 2015-ci il tarixli 1 saylı Razılaşma bağlanılmışdır. Eyni zamanda, “Baş kredit razılaşması” üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 02 may 2014-cü il tarixli 124292-7-7166 saylı “Zaminlik müqaviləsi” əsasında Cavabdeh1 Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Daha sonra, Baş kredit razılaşmasına edilmiş dəyişiklər və əlavələr barədə razılaşmalara uyğun olaraq, Bank ilə Cavabdeh2 arasında “02.05.2014-cü il tarixli 124292-7-7166 saylı zaminlik müqaviləsinə dəyişiklik edilməsi barədə” 20 noyabr 2015-ci il tarixli 1 saylı Razılaşma bağlanılmışdır. Bank ilə Cavabdeh1 arasında bağlanmış 27 iyun 2014-cü il tarixli 124281-1-10920/1 saylı “Kommersiya krediti müqaviləsi”nə əsasən Cavabdeh1 investisiya məqsədi üçün illik 13 faiz hesablanması şərti ilə 48 ay müddətinə 600.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra, Bank ilə Cavabdeh1 arasında bağlanmış “27.06.2014-cü il tarixli 124281-1-10920/1 saylı “Kommersiya krediti müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə” 18 iyul 2016-cı il tarixli 1 saylı Razılaşmaya əsasən Cavabdeh1 18.07.2016-cı il tarixə Banka mövcud olan borcu konvertasiya edilərək 686.058 manat məbləğində müəyyən edilmiş və Cavabdeh1 illik 16 faiz hesablanması şərti ilə 60 ay müddətinə kredit məbləğinin qaytarılmasını öhdəsinə götürmüşdür. Lakin borclu Cavabdeh1 üzərinə götürdüyü kredit öhdəliklərini 18.10.2019-cuil tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 310.073,90 manat məbləğində əsas borc, 61.471,12 manat məbləğində faiz borcu, 10.227,50 manat məbləğində cərimə borcu, ümumilikdə isə 381.772,52 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək, pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. Tərəflər arasında bağlanmış müqavilələrinin və qanunvericiliyin tələblərinə əsasən Cavabdeh1 və Cavabdeh2 Bank qarşısında birgə məsuliyyət daşıyırlar. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə iddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da, qeyd olunan kredit müqaviləsinin şərtləri onlar tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Eyni zamanda, Bank ilə Cavabdeh1 arasında bağlanmış 02 may 2014-cü il tarixli 124281-NEDVİJ2696 saylı ipoteka müqaviləsinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, ipoteka saxlayanın ipoteka predmetlərinə ödəniş yönəltmək hüququ vardır. “MBA LTD” qiymətləndirmə şirkətinin müvafiq qiymətləndirmə aktına əsasında tərtib olunmuş Bankın “Girovların qiymətləndirilməsi və monitorinqi” şöbəsinin 02 iyun 2020-ci il tarixli ekspert rəyinə əsasən tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ipoteka predmeti - Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.20987 ha torpaq sahəsində yerləşən 27 nömrəli binanın 1 və 2-ci mərtəbəsində 175,0 kv.m. ümumi, 117,7 kv.m. əsas, 57,3 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin dəyəri 850.000 manat məbləğində müəyyən olunmuşdur. İpoteka predmetinin ilkin satış qiyməti mövcud ekspert rəyinə əsasən müəyyən olunmalıdır. Bank tərəfindən məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, həmçinin, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu da cavabdehlərdən tutulmalıdır. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə borcu qaytarmalı olduqlarına dair vəzifələrini icra etməmələri nəticəsində Bank məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumları ödəməklə əlavə zərər çəkmişdir. Buna görə də, dövlət rüsumları da, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalıdır. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X4 nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 əvvəl keçirilmiş məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: Vergi ödəyicisinin uçota alınması haqqında Şəhadətnamədən görünür ki, cavabdeh X8 13.06.2004-cü il tarixdə vergi ödəyicisi kimi uçota alınaraq ona ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilmişdir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 02 may 2014-cü il tarixli 124281-1-10920 saylı “Baş kredit razılaşması”ndan görünür ki, iddiaçı Cavabdeh1 120 ay müddətinə 5.000.000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 02 may 2014-cü il tarixli 124281-1-10920 saylı “Baş kredit razılaşması”na dəyişiklik və əlavələr edilməsi barədə” 20 noyabr 2015-ci il tarixli 1 saylı Razılaşmadan görünür ki, iddiaçı Cavabdeh1 5.000.000 ABŞ dolları və ya AZN, EUR, RUB ekvivalentində olan məbləğində kredit xətti açmışdır. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 02 may 2014-cü il tarixli 124281- NEDVİJ-2696 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsi”ndən görünür ki, “Baş kredit razılaşması” üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 tam mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.20987 ha torpaq sahəsində yerləşən 27 nömrəli binanın 1 və 2-ci mərtəbəsində 175,0 kv.m. ümumi, 117,7 kv.m. əsas, 57,3 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi iddiaçı qarşısında ipoteka ilə yüklü edilmişdir. 02 may 2014-cü il tarixli 124292-7-7166 saylı “Zaminlik müqaviləsi”ndən görünür ki, müqavilə iddiaçı və cavabdehlər arasında bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 Cavabdeh1 “Baş kredit razılaşması”ndan irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşımaqları və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməyi öhdələrinə götürmüşlər. MH seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən" çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.20987 ha torpaq sahəsində yerləşən 27 nömrəli binanın 1 və 2-ci mərtəbəsində 175,0 kv.m. ümumi, 117,7 kv.m. əsas, 57,3 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 14.05.2020-ci il tarixli 1451p saylı “Kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutma yönəldilməsinə dair” bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdeh X5 ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdarlıq edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 31.05.2020-ci il tarixli **********12 saylı məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.20987 ha torpaq sahəsində yerləşən 27 nömrəli binanın 1 və 2-ci mərtəbəsində 175,0 kv.m. ümumi, 117,7 kv.m. əsas, 57,3 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. 08.06.2020-ci il tarixli Girovların qiymətləndirilməsi və monitorinqi şöbəsinin ekspert rəyindən görünür ki, cavabdeh X5 məxsus Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.20987 ha torpaq sahəsində yerləşən 27 nömrəli binanın 1 və 2-ci mərtəbəsində 175,0 kv.m. ümumi, 117,7 kv.m. əsas, 57,3 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin dəyəri 850.000 manat müəyyən edilmişdir. “X2” ixtisaslaşdırılmış konsaltinq şirkətinin 11.02.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, cavabdeh X5 məxsus Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.20987 ha torpaq sahəsində yerləşən 27 nömrəli binanın 1 və 2-ci mərtəbəsində 175,0 kv.m. ümumi, 117,7 kv.m. əsas, 57,3 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyəri 1.350.000 manat, likvid dəyəri 1.250.000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04.08.2021-ci il tarixli 9/2369 saylı rəyi ilə, cavabdeh X4 09.06.2020-ci il tarixə iddiaçıya olan əsas və faiz borcu 371.545,02 manat, o cümlədən əsas borc üzrə 310.073,90 manat, faiz borcu üzrə 61.471,12 manat məbləğində müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil etmişdir. “X7” məhdud məsuliyyətli cəmiyyətinin 24.01.2022-ci il tarixli 567 saylı Hesabatdan görünür ki, cavabdeh X5 məxsus Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.20987 ha torpaq sahəsində yerləşən 27 nömrəli binanın 1 və 2-ci mərtəbəsində 175,0 kv.m. ümumi, 117,7 kv.m. əsas, 57,3 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin likvid dəyəri 1.928.880 manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehlərin nümayəndələri və vəkillərinin izahatını dinləyərək, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 02 may 2014-cü il tarixli 124281-1-10920 saylı “Baş kredit razılaşması”na əsasən iddiaçı Cavabdeh1 120 ay müddətinə 5.000.000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. Sonra iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 02 may 2014-cü il tarixli 124281-1-10920 saylı “Baş kredit razılaşması”na dəyişiklik və əlavələr edilməsi barədə” 20 noyabr 2015-ci il tarixli 1 saylı Razılaşmaya əsasən iddiaçı Cavabdeh1 5.000.000 ABŞ dolları və ya AZN, EUR, RUB ekvivalentində olan məbləğində kredit xətti açmışdır. İddiaçı ilə Cavabdeh1 arasında 02 may 2014-cü il tarixli 124281-NEDVİJ-2696 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsi” bağlanmış və müqaviləyə əsasən “Baş kredit razılaşması” üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 tam mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.20987 ha torpaq sahəsində yerləşən 27 nömrəli binanın 1 və 2-ci mərtəbəsində 175,0 kv.m. ümumi, 117,7 kv.m. əsas, 57,3 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi iddiaçı qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı və cavabdehlər arasında 02 may 2014-cü il tarixli 124292-7-7166 saylı “Zaminlik müqaviləsi” bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 Cavabdeh1 “Baş kredit razılaşması”ndan irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşımaqları və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməyi öhdələrinə götürmüşlər. Cavabdeh1 tərəfindən kredit üzrə ödənişlər aparılmamış, Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlər ödənilməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də borc (kredit) müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları pul məbləğini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş həmin pul məbləğinə görə borc verən qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. İddiaçı cavabdehə borc pul verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan borc müqaviləsinə istinad edir. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə tədqiqatı zamanı sənədlərlə Cavabdeh1 02 may 2014-cü il tarixli 124281- 1-10920 saylı “Baş kredit razılaşması” üzrə iddiaçıya olan 310.073,90 manat məbləğində əsas borcu iş materialları və ekspert rəyi ilə təsdiq olunduğundan həmin məbləğ cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış “Baş kredit razılaşması”na əsasən Cavabdeh1 kredit məbləğinə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüş, eyni zamanda Cavabdeh2 02 may 2014-cü il tarixli 124292-7-7166 saylı “Zaminlik müqaviləsi” ilə Cavabdeh1 bank qarşısında onun bütün öhdəliklərini icra etməyi öhdəsinə götürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, 61.471,12 manat məbləğində faiz borcu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqaviləyə əsasən Cavabdeh1 dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, tələb olunan 10.227,50 manat məbləğində dəbbə pulu məbləği yaranmış 310.073,90 manat borc məbləğinə görə tənasüb olduğundan cavabdehlərdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin ödənilməsi üçün tutmanın tərəflər arasında bağlanmış 02 may 2014-cü il tarixli 124281-NEDVİJ-2696 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsi” ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.20987 ha torpaq sahəsində yerləşən 27 nömrəli binanın 1 və 2-ci mərtəbəsində 175,0 kv.m. ümumi, 117,7 kv.m. əsas, 57,3 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi barədə iddiaçının iddia tələbi Cavabdeh1 müqavilə üzrə götürdüyü öhdəlikləri icra etmədiyinə və ya lazımınca icra etmədiyinə görə əsaslı olduğundan təmin edilməlidir. İpoteka predmetinin likvid qiymətinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tələbində ilkin satış qiymətinin 850.000 manat məbləğində müəyyən edilməsini xahiş etmiş və müəyyən etdiyi qiyməti 08.06.2020-ci il tarixli Girovların qiymətləndirilməsi və monitorinqi şöbəsinin ekspert rəyinə istinad etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının istinad etdiyi ekspert rəyi bir vərəqədən ibarət olmaqla tam və hərtəfli əsaslandırılmamışdır. Eyni zamanda tərəflər arasında bağlanmış ipoteka müqaviləsi ilə ipoteka premetinin dəyəri 2.179.800 manat müəyyən edilmişdir ki, iddiaçının müəyyən etdiyi qiymət arasında kəskin fərq vardır. Buna görə də məhkəmə hesab edir ki, göstərilən ekspert rəyi ilə müəyyən edilən qiymət əsaslı hesab oluna bilməz. “X7” məhdud məsuliyyətli cəmiyyətinin 24.01.2022-ci il tarixli 567 saylı Hesabatı ilə razılaşaraq məhkəmə qeyd edir ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən hesabat ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməklə ipoteka predmetinin likvid dəyəri həmin hesabatla müəyyən edilən dəyər əsas götürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 27 iyun 2014-cü il tarixli 124281-1- 10920/1 saylı “Kommersiya krediti müqaviləsi” və həmin müqaviləyə əlavə edilmiş 18 iyul 2016-cı il tarixli 1 saylı Razılaşma üzrə 09.06.2020-ci il tarixə 310.073,90 manat məbləğində əsas borc, 61.471,12 manat məbləğində faiz borcu, 10.227,50 manat məbləğində cərimə borcu, ümumilikdə isə 381.772,52 manat məbləğində pul, 30 manat məbləğində məhkəmə üçün və 30 manat ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş cəmi 60 manat məbləğində dövlət rüsumu müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, tutma, ilkin likvid qiyməti 1.928.880 manat müəyyən edilməklə Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.20987 ha torpaq sahəsində yerləşən 27 nömrəli binanın 1 və 2-ci mərtəbəsində 175,0 kv.m. ümumi, 117,7 kv.m. əsas, 57,3 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməli, qeyri-yaşayış sahəsi açıq hərracdan satılmalı və satışdan əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçıya ödənilməli və qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və qeyri-yaşayış sahəsi satıldıqdan sonra əmlak boşaldılmalı, iddia qalan hissədə rədd edilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri 145 manat məbləğində ekspertiza xərcləri cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatlarının dəyəri 300 manat məbləğində ekspertiza xərclərinin 150 manat məbləği cavabdehlərdən müştərək qaydada, qalan 150 manat məbləği iddiaçıdan tutularaq “X7” məhdud məsuliyyətli cəmiyyətinin hesabına köçürülməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 27 iyun 2014-cü il tarixli 124281-1- 10920/1 saylı “Kommersiya krediti müqaviləsi” və həmin müqaviləyə əlavə edilmiş 18 iyul 2016-cı il tarixli 1 saylı Razılaşma üzrə 09.06.2020-ci il tarixə 310.073,90 manat məbləğində əsas borc, 61.471,12 manat məbləğində faiz borcu, 10.227,50 manat məbləğində cərimə borcu, ümumilikdə isə 381.772,52 manat məbləğində pul, 30 manat məbləğində məhkəmə üçün və 30 manat ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş cəmi 60 manat məbləğində dövlət rüsumu müştərək qaydada X3 və Cavabdeh2 "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma, ilkin likvid qiyməti 1.928.880 manat müəyyən edilməklə Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.20987 ha torpaq sahəsində yerləşən 27 nömrəli binanın 1 və 2-ci mərtəbəsində 175,0 kv.m. ümumi, 117,7 kv.m. əsas, 57,3 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilsin, qeyri-yaşayış sahəsi açıq hərracdan satılsın və satışdan əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin və qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və qeyri-yaşayış sahəsi satıldıqdan sonra əmlak boşaldılsın. İddia qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri 145 manat məbləğində ekspertiza xərcləri X3 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatlarının dəyəri 300 manat məbləğində ekspertiza xərclərinin 150 manat məbləği X3 və Cavabdeh2 müştərək qaydada, qalan 150 manat məbləği "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətindən tutularaq “X7” məhdud məsuliyyətli cəmiyyətinin hesabına köçürülsün. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar