Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-32/2024 23.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh5 Qapalı Səhmdar Cəmiyyətinə və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik, ipoteka predmetinə tutmanın yönəldilməsi, qanuni faiz, müqavilə müddətindən sonra faiz, prosessual maraq, mediasiya xərci, ekspertiza xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh5 Qapalı Səhmdar Cəmiyyəti, Cavabdeh1, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh5 Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra Cavabdeh5 QSC), Cavabdeh1, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyəti, Cavabdeh3, Cavabdeh6, Cavabdeh2 müştərək qaydada xx.xx.2018-ci il tarixli, rb/km1180 saylı kredit müqaviləsi üzrə əsas borca illik 5 faizlə hesablanmaqla 18164,62 manat əldən çıxmış fayda, 33329,89 manat cərimə olmaqla, cəmi 51494,51 manatın və ipoteka bildirişlərinin qeydə alınması üçün ödənilmiş 80 manat rüsumun, mediasiya xidmətinə ödənilmiş 400 manat məbləğində vəsaitin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 396 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetlərinin qiymətləndirilməsi üçün ödənilmiş 1000 manat xərcin tutulmasını, tələbin Cavabdeh1 tam mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, məhəllə 964, X3 küçəsi, ev 9 ünvanında yerləşən 101,9 kv.m ümumi sahədən ibarət 95 nömrəli mənzilə, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə mülkiyyət hüququ ilə məxsus olan 99JX878 dövlət qeydiyyat nişanlı “Man TGS 40.480” yük markalı (buraxılış ili – 2012-ci il, mühərrik – 10518 sm3, rəngi – sarı, tipi – özüboşaldan, ban – XXXX) nəqliyyat vasitəsinə, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə mülkiyyət hüququ ilə məxsus olan 99JX828 dövlət qeydiyyat nişanlı “Man TGS 33.360” yük markalı (buraxılış ili – 2012-ci il, mühərrik – 10518 sm3, rəngi – sarı, tipi –özüboşaldan, ban – XXXX) nəqliyyat vasitəsinə, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə mülkiyyət hüququ ilə məxsus olan 99JX848 dövlət qeydiyyat nişanlı “Man TGS 41.400” yük markalı (buraxılış ili – 2012ci il, mühərrik – 10518 sm3, rəngi – sarı, tip – özüboşaldan, ban – XXXX) nəqliyyat vasitəsinə yönəldilməsini, Cavabdeh1 məxsus adıçəkilən əmlakın ilkin satış qiyməti ekspert rəyinə əsasən müəyyən edilməklə, bu əmlakın və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə mülkiyyət hüququ ilə məxsus adıçəkilən nəqliyyat vasitələrinin hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlərdən xx.xx.2018-ci il tarixli, rb/km1180 saylı kredit müqaviləsi üzrə cəmi 51494,51 manat borcun və 876 manat məbləğində dövlət rüsumunun, 1000 manat qiymətləndirmə xərcinin iddiaçıya ödənilməsini, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, məhəllə 964, X3 küçəsi, ev 9 ünvanında yerləşən 101,9 kv.m ümumi sahədən ibarət 95 nömrəli mənzilin cavabdehlər tərəfindən boşaldılmış vəziyyətdə təhvil verilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyəti, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh2 müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizələrdə göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh "xxxx" QSC arasında bağlanmış xx.xx.2018-ci il tarixli rb/km1180 saylı Baş kredit müqaviləsinə əsasən illik 17% dərəcəsi olmaqla, 36 ay müddətinə 600 000 manat məbləğində kredit hissə-hissə verilmişdir. xx.xx.2020-ci il tarixli qərara əsasən xx.xx.2018-ci il tarixli, rb/km1180 saylı Baş kredit müqaviləsi üzrə faiz dərəcəsi azaldılaraq 15 faiz olmuşdur. 2.2. Bundan başqa, "xxxx" QSC-nin bank qarşısında öhdəliklərinin icrasının təmini üsulu kimi Cavabdeh3, Cavabdeh6, Cavabdeh2 ilə İddiaçı ASC arasında xx.xx.2018-ci il tarixli rb/km1180 saylı zaminlik müqaviləsi bağlanılmışdır. 2.3. Həmçinin xx.xx.2018-ci il tarixli rb/km1180 saylı baş kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi iddiaçı qarşısında Cavabdeh6 tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanında yerləşən 83,1 kv.m. ümumi sahədən ibarət 59 nömrəli mənzil xx.xx.2019-cu il tarixli, Cavabdeh1 tam mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, məhəllə 964, X3 küçəsi, ev 9 ünvanında yerləşən 101,9 kv.m. ümumi sahədən ibarət 95 nömrəli mənzil xx.xx.2019-cu il tarixli, cavabdeh "xxxx" QSC-yə tam mülkiyyət hüququ ilə məxsus olan qeydiyyat nişanı ** JX ***, marka-model MAN TGS 40.480 yük, buraxılış ili – 2012-ci il, mühərrik 10518 sm3, rəngi sarı, tip özüboşaldan, ban – XXXX olan nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixli, qeydiyyat nişanı ** JX ***, marka-model MAN TGS 33.360 yük, buraxılış ili – 2012-ci il, mühərrik 10518 sm3, rəngi sarı, tip özüboşaldan, ban – XXXX olan nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixli, qeydiyyat nişanı ** JX ***, marka-model MAN TGS 41 400 yük, buraxılış ili – 2012ci il, mühərrik 10518 sm3, rəngi sarı, tip özüboşaldan, ban – XXXX olan nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixli ipoteka müqavilələrinə əsasən yüklü edilmişdir. İpotekalar notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. 2.4. xx.xx.2018-ci il tarixli rb/km1180 saylı kredit müqaviləsinin şərtlərinə görə cavabdeh "xxxx" QSC kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdeh dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Bu məqsədlə cavabdehlərə mediasiya prosesinin tətbiqi barədə təklif məktubu göndərilmiş və qarşılıqlı razılıq əsasında mediator seçilmişdir. İlkin mediasiya sessiyası keçirilməsi xx.xx.2022-ci il tarixinə təyin edilmiş və ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib olunmuşdur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən mediasiya xərci olan 400 manat xidmət haqqı mediatora ödənilmişdir. 2.5. Məhkəmə icraatının gedişi zamanı xx.xx.2024-cü il tarixində iddiaçının razılığı ilə cavabdeh tərəfindən ipoteka predmetlərindən biri olan Cavabdeh6 tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanında yerləşən 83,1 kv.m ümumi sahədən ibarət 59 nömrəli mənzil satılaraq kredit müqaviləsi üzrə 170 000 manat ödəniş edilmişdir. 2.6. Kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə cavabdehin əsas borcu qalmamış, əsas borca illik 5% ilə hesablanmış əldən çıxmış fayda borcuna görə 18 164,62 manat, cərimə borcuna görə 33329,89 manat borcu qalmışdır. 2.7. Bundan başqa, "xxxx" MMC tərəfindən qiymətləndirmə xərcinin ödənilməsi üçün göndərilmiş hesab-faktura əsasında iddiaçı tərəfindən 1000 manat məbləğində ödəniş edilmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 295, 442, 445-ci və s. maddələri və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra “İpoteka haqqında” Qanun) 34, 39.1-ci və s. maddələri göstərilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-32/2024 nömrəli qərardadı ilə iddia tələbinin “ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, məhəllə 964, X3 küçəsi, ev 9 ünvanında yerləşən 101,9 kv.m ümumi sahədən ibarət 95 nömrəli mənzilin cavabdehlər tərəfindən boşaldılmış vəziyyətdə təhvil verilməsi” hissəsində iş üzrə icraata xitam verilmişdir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndələri iddianın və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizələrin məzmununa uyğun izahat verdilər və iddianın təmin olunmasını xahiş etdilər.
6. Məhkəmənin suallarına cavab olaraq baxış iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X2 bildirdi ki, məhkəmə icraatı zamanı cavabdeh tərəfindən edilmiş ödənişlər ilk növbədə əsas borcdan silinmişdir. Məhkəmə tərəfindən məhkəməmühasibatlıq ekspertizası təyin olunduqdan sonra ödənilmiş 362 005,83 manat əsas borca silinmişdir. xx.xx.2024-cü il tarixdə edilmiş 170 000 manat ödənişin 168 346,06 manatı əsas borca silinməklə əsas borc tam bağlanmış, həmin məbləğdən qalıq 1653,94 manat və xx.xx.2024-cü il tarixdə edilmiş 1371,28 manat ödəniş illik 5% ilə hesablanan borca silinmişdir. “Kreditin tarix”ində əks olunan xx.xx.2023-cü il tarixə olan əməliyyat yanlış olmuş, hər hansı silinmə aparılmamışdır. xx.xx.2023-cü il tarixdə 119 650 manat kredit üzrə ödənişə silinmiş, daha sonra cavabdeh yanlışlıq olduğunu bildirərək bir hissəsinin hesaba bərpa olunmasını xahiş etmiş, həmin məbləğin 89 650 manatı cavabdehin hesabına qaytarılmış, 30000 manat hissəsi isə kredit üzrə əsas borca silinmişdir. Bank əsas borca hesablanan illik 5% məbləği öz əsas borc hesablamasına uyğun olaraq, yəni 362 005,83 manata əsaslanmaqla hesablamış, hesablamanı xx.xx.2024-cü il tarixə etmişdir.
7. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndələri mühasibatlıq və tikinti-texniki ekspertizaların rəylərini mübahisələndirmədiklərini bildirmişlər.
8. Cavabdeh5 QSC-nin nümayəndəsi məhkəmə iclaslarında iştirak edərək tərəflər arasında barışığın mümkün olduğunu, mühasibatlıq və tikinti-texniki ekspertizaların rəylərini mübahisələndirmədiklərini bildirmişdir. xx.xx.2024-cü il tarixdə məhkəməyə yazılı izahat (ərizə) təqdim edərək cavabdeh tərəfindən ekspert rəyində göstərilən əsas borc məbləğindən 12555,49 manat artıq ödəniş olduğunu, bank tərəfindən həmin məbləğin nəzərə alınmadığını, əsas və faiz borcu tam ödənildiyindən cərimə və digər tələblərin rədd edilməsini, artıq edilmiş 12555,49 manatın nəzərə alınmasını, iddianın rədd olunmasını xahiş etmişdir.
9. Cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri yaşayış yeri üzrə qeydiyyatda olduqları ünvana göndərilməklə, mobil telefon nömrələrinə “SMS” bildiriş çatdırılmaqla məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə adıçəkilən cavabdehlərin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Kredit müqaviləsi üzrə faiz borcunun və dəbbə pulunun tutulması tələbi ilə bağlı
11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
13. İddia ərizəsinə əlavə olunmuş İddiaçı ASC (Borc verən qismində) ilə cavabdeh "xxxx" QSC (Borc alan qismində) arasında bağlanmış 11 iyun 2018-ci il tarixli rb/km 1180 nömrəli kredit müqaviləsinin şərtlərindən görünür ki, Borc verən bu Müqavilənin şərtləri daxilində Borc alana ödənişlərin aparılması məqsədilə 600000 manat məbləğdə kredit verməyi, Borc alan isə aldığı krediti bu Müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan “Kreditin ödəniş cədvəli”nə (1 saylı Əlavə) uyğun olaraq Borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür (1.1). Kredit digər valyutaya çevrilib verildikdə Borc verənin öz alqı-satqı məzənnəsi əsas götürülür və bu halda Borc verən özünün müəyyən etdiyi miqdarda əməliyyat haqqı (komisyon haqqı) tuta bilər. Xarici valyutada verilən kredit üzrə istənilən ödəniş Borc alan tərəfindən ya kreditin verildiyi valyutada, yaxud ödəniş gününə uyğun Borc verənin müəyyən etdiyi məzənnə üzrə manatla ödənilməlidir. Azərbaycan manatının xarici valyutaya qarşı dəyəri dəyişərsə, xarici valyutada olan Borc verənə ödənilməmiş kreditin (borcun) və ona hesablanmış faizlərin, dəbbənin və digər xərclərin məbləğləri Borc verənin ödəniş gününə müəyyən etdiyi məzənnə ilə ödənilməlidir (2.1). Kredit 36 ay müddətinə verilir. Borc alana kredit bir dəfə və ya hisssə-hissə verilir. Kreditin ilk dəfə verilən məbləği 600 000 manatdan çox olmamalıdır. Kredit Borc alan tərəfindən bir dəfəyə və ya hissə-hissə istifadə oluna bilər (2.2). Kreditə görə illik 17% hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 17% təşkil edir (2.3). Kreditdən istifadə müddəti dedikdə, kredit vəsaitlərinin Borc alana verildiyi və onun müvafiq bank hesabına köçürüldüyü andan, faktiki olaraq Borc alanın Borc verəndə olan müvafiq bank hesabına qaytarılan anadək olan müddət hesab edilir. Kreditin Borc verənə tam qaytarıldığı (bağlandığı) gün faiz hesablanmır (2.4). Kredit faizləri hesablanarkən hər ayda 30 günün, hər ildə 360 günün olduğu qəbul edilir (2.5). Kredit faizləri kreditin verildiyi gündən (həmin gün daxil olmaqla) hesablanır (2.6).
14. İş materiallarında olan iddiaçı (Borc verən, Bank qismində), cavabdeh "xxxx" QSC (Borc alan qismində) və cavabdehlər Cavabdeh3 (Zamin qismində), Cavabdeh6 (Zamin qismində), Cavabdeh2 (Zamin qismində) arasında bağlanmış 11 iyun 2018-ci il tarixli rb/km1180 nömrəli zaminlik müqavilələrinin şərtlərinə əsasən, zamin "xxxx" QSC ilə Kreditor (Bank) arasında bağlanmış 11 iyun 2018-ci il tarixli rb/km 1180 nömrəli kredit müqaviləsinə əsasən kredit almış Borc alanın Kreditor (Bank) qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (1.1). Zamin müqavilənin 1.1.-ci bəndində qeyd edilmiş Kredit Müqaviləsinin aşağıda göstərilmiş şərtlər daxil olmaqla, bütün şərtləri ilə tanış olmuş və Borc alanın bütün öhdəlikləri üçün tam şəkildə məsuliyyət daşımağa razıdır: kreditin məbləği (kredit xəttinin limiti) 600 000 manat, kreditin qaytarılması müddəti 36 ay; kreditin faiz dərəcəsi 17%; kreditin ödənilməsi (qaytarılma) qaydası – müddətin sonunda (1.2). Zamin Borc verənin (Bank) qarşısında Borc alanın öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (2.1). Borc alan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə Zamin və Borc alan Borc verən (Bank) qarşısında birgə məsuliyyət daşıyırlar (2.2).
15. İddiaçı tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən 11 iyun 2018-ci il tarixli rb/km 1180 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə "xxxx" QSC-nin əsas borcu 362 005,83 manat, faiz borcu 134 388,81 manat, cərimə borcu 33 329,89 manat təşkil edir.
16. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4927/2022 nömrəli qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış 27 yanvar 2023-cü il tarixli 9/8107 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, 11 iyun 2018-ci il tarixli rb/km 1180 nömrəli kredit müqaviləsi üzrə müqavilə müddətinin bitmə tarixinə (xx.xx.2021-ci il) "xxxx" QSC-nin iddiaçıya olan əsas borcu 549 875,68 manat, faiz borcu isə 0 manat təşkil edir. Həmçinin maliyyə arayışı verilən xx.xx.2022-ci il tarixə əsas borc 349 450,34 manat, əsas borca illik 5% ilə hesablanan məbləğ üzrə 145,60 manat borc hesablanmışdır.
17. İş materiallarından görünür ki, məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərkən xx.xx.2022-ci il tarixə olan hesabdan çıxarış ekspertiza tədqiqatına təqdim edilmiş, həmin tarixdən sonra cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 120 000 manat, xx.xx.2022-ci il tarixdə 10 000 manat, xx.xx.2023-cü il tarixdə 5005,83 manat, xx.xx.2023-cü il tarixdə 2800 manat, xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 2200 manat, xx.xx.2023-cü il tarixdə 5788,65 manat, xx.xx.2023cü il tarixdə 30 000 manat, xx.xx.2023-cü il tarixdə 2612,37 manat, xx.xx.2023-cü il tarixdə 3646,58 manat, xx.xx.2024-cü il tarixdə 4821,40 manat, xx.xx.2024-cü il tarixdə 4777,18 manat, xx.xx.2024-cü il tarixdə 7,76 manat, xx.xx.2024-cü il tarixdə 170 000 manat, xx.xx.2024-cü il tarixdə 1371,28 manat ödəniş olmaqla ümumilikdə 365 031,05 manat ödəniş edilmişdir.
18. İddiaçı tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən 11 iyun 2018-ci il tarixli rb/km 1180 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə "xxxx" QSC-nin əsas və faiz borcu 0 manat, əsas borca xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək illik 5% ilə hesablanan faiz borcu 18 164,62 manat, cərimə borcu 33 329,89 manat təşkil edir.
19. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh "xxxx" QSC arasında 11 iyun 2018-ci il tarixli rb/km 1180 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı 600 000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu razılaşmada göstərilən şərtlərlə cavabdeh "xxxx" QSC-yə verməyi, cavabdeh isə aldığı pul vəsaitini hissə-hissə olmaqla 36 ay müddətinə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq isə cavabdehlər Cavabdeh3, Cavabdeh6 və Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh "xxxx" QSC kredit məbləğini təşkil edən 600 000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, iddiaçı məhkəməyə müraciət edənədək pul məbləğini iddiaçıya tam qaytarmamış, məhkəmə icraatının gedişi zamanı ödənişlər etmişdir.
20. İddiaçı adıçəkilən kredit müqaviləsi üzrə əsas və kreditdən istifadəyə görə faiz borcunun tam ödənildiyini bildirir və əsas borca illik 5 faizlə hesablanmaqla 18164,62 manat əldən çıxmış fayda, 33329,89 manat cərimə məbləğinin cavabdehlər "xxxx" QSC, Cavabdeh3, Cavabdeh6, Cavabdeh2 müştərək qaydada tutulmasını xahiş edir.
21. Cavabdeh "xxxx" QSC iddiaya etiraz edir.
22. Digər cavabdehlər hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən, iddiaya heç bir etiraz etmir.
23. Məhkəmə mübahisənin həllində tətbiq ediləcək hüquq normaları ilə bağlı aşağıdakıları qeyd edilməsini zəruri hesab edir. Məhkəmə həmçinin göstərir ki, borc müqaviləsi və kredit müqaviləsi üzrə münasibətləri tənzimləyən Mülki Məcəllənin müvafiq normaları yeni redaksiyada verildiyindən aşağıda həmin Məcəllənin kredit müqaviləsi bağlanan və müqavilə üzrə öhdəliklər icra edilən zaman qüvvədə olan redaksiyasına istinad edilir.
24. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
25. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
26. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
27. Göründüyü kimi, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.
28. Məhkəmə qeyd edir ki, borc məbləğinin həcmi, silinmələrin düzgün aparılıbaparılmadığı müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəməmühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, ekspert rəyi məhkəməyə daxil olduqdan sonra iddiaçı və cavabdehlər ekspert rəyinə etiraz etməmiş, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət də verməmişlər.
29. 27 yanvar 2023-cü il tarixli 9/8107 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, 11 iyun 2018-ci il tarixli rb/km 1180 nömrəli kredit müqaviləsi üzrə müqavilə müddətinin bitmə tarixinə (xx.xx.2021-ci il) "xxxx" QSC-nin iddiaçıya olan əsas borcu 549 875,68 manat, faiz borcu isə 0 manat olmuş, həmin tarixdən sonra edilmiş ödənişlər çıxıldıqdan sonra maliyyə arayışı verilən xx.xx.2022-ci il tarixə əsas borc 349 450,34 manat, əsas borca illik 5% ilə hesablanan məbləğ üzrə borc 145,60 manat olmuşdur.
30. İddiaçı əsas borca xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək illik 5% ilə hesablanan 18164,62 manat məbləğində pulun tutulmasını tələb edir.
31. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
32. Konstitusiya Məhkəməsi göstərmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin – gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarlar).
33. Yuxarıda qeyd olunan hüquqi mövqeyə əsasən məhkəmə qeyd edir ki, müqavilə üzrə annuitet ödənişlərin həyata keçirilməli olduğu müddət xx.xx.2021-ci il tarixdə başa çatdığından həmin dövrdən sonra hesablanan əsas borca illik beş faizlə hesablanmış məbləğ tutulmalıdır. Lakin məhkəmə hesab edir ki, tələb bu hissədə qismən əsaslıdır.
34. Belə ki, iddiaçı ekspert rəyinin nəticə hissəsində xx.xx.2022-ci il tarixə qeyd olunan 5824,17 manat faiz borcunu sonrakı tarixlərə hesablanan faiz borcu ilə toplamışdır. Halbuki ekspert rəyinin əsaslandırma hissəsini nəticə hissəsi ilə birlikdə təhlil etdikdə aydın olur ki, maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə əsas borc 349 450,34 manat, əsas borca illik 5% ilə hesablanan məbləğ üzrə borc 145,60 manat hesablanmış, rəyin tərtib edildiyi xx.xx.2023-cü il tarixə borc məbləği hesablansa da, nəticə hissəsində texniki yanlışlığa yol verilərək həmin tarix xx.xx.2022-ci il tarix (eyni tarix qeyd olunsa da, “maliyyə arayışı tarixinə” və “rəyin tərtib edildiyi tarixə” olduğu qeyd olunub) kimi qeyd olunmuşdur. Halbuki rəy xx.xx.2023-cü il tarixdə verilmiş, əsaslandırma hissəsində də əsas borca illik 5% ilə hesablanan 5824,17 manat məbləğ məhz xx.xx.2023-cü il tarixə hesablanmışdır.
35. Həmçinin, məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərkən xx.xx.2022-ci il tarixə olan hesabdan çıxarış ekspertiza tədqiqatına təqdim edilmiş, həmin tarixdən rəy verilən xx.xx.2023-cü il tarixədək cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 120 000 manat, xx.xx.2022-ci il tarixdə 10 000 manat, xx.xx.2023cü il tarixdə 5005,83 manat, xx.xx.2023-cü il tarixdə 2800 manat ödənişlər edilmişdir. Ekspertiza tədqiqatına yeni hesabdan çıxarışlar təqdim edilmədiyindən ekspert tərəfindən xx.xx.2022-ci il tarixdən sonra edilən ödənişlərin nəzərə alınması mümkün olmamışdır. Nəticədə xx.xx.2023-cü il tarixə əsas və illik 5% məbləği hesablaması düzgün olmamışdır.
36. Bundan başqa, iddiaçının ekspert rəyini əsas götürərək hesabladığı illik 5 % ilə bağlı cədvəli təhlil etdikdə aydın olur ki, iddiaçı xx.xx.2022-ci il tarixdən 362 005,83 manat əsas borcu əsas götürməklə sonrakı ödəmələri də ona uyğun azaldaraq illik 5% borc hesablamışdır. Halbuki ekspert rəyi ilə həmin tarixə əsas borcun 349 450,34 manat qaldığı təsdiq olunduğundan illik 5% məbləğ də sonrakı ödəmələr nəzərə alınmaqla ona uyğun hesablanmalıdır. Göründüyü kimi, bank faiz borcunu ekspert rəyi ilə təsdiq olunmuş məbləğə əsasən deyil, özünün xx.xx.2022-ci il tarixli maliyyə arayışında qeyd etdiyi məbləğə əsasən hesablamışdır.
37. Ona görə də məhkəmə hesab edir ki, əsas borca illik 5% məbləğ hesablanarkən xx.xx.2022-ci il tarixə əsas borcun 349 450,34 manat, əsas borca illik 5% ilə hesablanan məbləğ üzrə borcun 145,60 manat olması əsas götürülməli, həmin tarixdən sonra edilmiş ödənişlərə uyğun əsas borcdan azalmalar nəzərə alınmaqla xx.xx.2024-cü il tarixə borc hesablanmalıdır.
38. Belə ki, xx.xx.2022-ci il tarixdən sonra cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 120 000 manat, xx.xx.2022-ci il tarixdə 10 000 manat, xx.xx.2023-cü il tarixdə 5005,83 manat, xx.xx.2023-cü il tarixdə 2800 manat, xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 2200 manat, xx.xx.2023-cü il tarixdə 5788,65 manat, xx.xx.2023cü il tarixdə 30 000 manat, xx.xx.2023-cü il tarixdə 2612,37 manat, xx.xx.2023-cü il tarixdə 3646,58 manat, xx.xx.2024-cü il tarixdə 4821,40 manat, xx.xx.2024-cü il tarixdə 4777,18 manat, xx.xx.2024-cü il tarixdə 7,76 manat, xx.xx.2024-cü il tarixdə 170 000 manat, xx.xx.2024-cü il tarixdə 1371,28 manat ödəniş edilmişdir. Həmin məbləğdən xx.xx.2024-cü il tarixdə 1653,94 manat, xx.xx.2024-cü il tarixdə 1371,28 manat illik 5% ilə hesablanan borca silinmişdir.
39. Məhkəmənin təklifi əsasında iddiaçı ekspert rəyində əsas borc kimi təsbit olunan 349 450,34 manat əsas borca hesablanan illik 5% məbləğlə bağlı hesablamaya dair cədvəli məhkəməyə təqdim etmişdir. Həmin cədvələ əsasən müəyyən olunur ki, xx.xx.2022-xx.xx.2024-cü il tarixlərdə edilmiş ödənişlər nəzərə alınmaqla xx.xx.2022 – xx.xx.2024-cü il tarixlərə 349 450,34 manat əsas borca hesablanan illik 5% məbləği 14408,31 manat təşkil edir.
40. Ekspert rəyinə əsasən xx.xx.2022-ci il tarixə əsas borca illik 5% ilə hesablanan məbləğ üzrə borcun 145,60 manat olmasını, həmin tarixdən sonra edilmiş ödənişlər nəzərə alınmaqla xx.xx.2022 – xx.xx.2024-cü il tarixlərə 349 450,34 manat əsas borca hesablanan illik 5% məbləğin 14408,31 manat təşkil etməsini, xx.xx.2024-cü il tarixdə 1653,94 manat, xx.xx.2024-cü il tarixdə 1371,28 manat ödənişin həmin borca silinməsini nəzərə alan məhkəmə hesab edir ki, əsas borca illik 5% ilə hesablanan 11528,69 manat ((145,60+14408,31)-1653,94-1371,28)) pul iddiaçının xeyrinə tutulmalıdır.
41. Tutulmalı cərimə məbləği ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir.
42. 11 iyun 2018-ci il tarixli rb/km 1180 nömrəli kredit müqaviləsinin 12.13.1-ci bəndinə əsasən, borc alan tərəfindən öhdəliklər vaxtında və lazımınca icra edilmədikdə borc verən tərəfindən müqavilənin müddəti ərzində ödənişlərin gecikməsi zamanı vaxtında ödənilməmiş məbləğin 1% həcmində cərimə tətbiq edilir.
43. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
44. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
45. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
46. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında və mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Həmçinin məhkəmə nəzərə alır ki, borcalan müqavilə üzrə öhdəliyini hissəvi icra etməmiş, məhkəmə icraatının gedişində əsas və faiz borcu tam ödənilmiş, eyni zamanda cavabdeh müqavilə üzrə öhdəliyini tam icra etməsə də, müqavilə müddəti ərzində iddiaçı məhkəməyə müraciət etməmiş, dəbbə pulunun artmasına rəvac vermişdir.
47. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları, cavabdehlər tərəfindən öhdəliyin pozulma dərəcəsini nəzərə alaraq hesab edir ki, müvafiq olaraq ödənilməli cərimə məbləğinin 17500 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
48. Lakin məhkəmə qeyd edir ki, 27 yanvar 2023-cü il tarixli 9/8107 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən 11 iyun 2018-ci il tarixli rb/km 1180 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas borc 349 450,34 manat hesablansa da, həmin tarixdən sonra cavabdeh tərəfindən ümumilikdə 365 031,05 manat ödəniş edilmiş (xx.xx.2022-ci il tarixdə 120 000 manat, xx.xx.2022-ci il tarixdə 10 000 manat, xx.xx.2023-cü il tarixdə 5005,83 manat, xx.xx.2023-cü il tarixdə 2800 manat, xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 2200 manat, xx.xx.2023-cü il tarixdə 5788,65 manat, xx.xx.2023-cü il tarixdə 30 000 manat, xx.xx.2023-cü il tarixdə 2612,37 manat, xx.xx.2023-cü il tarixdə 3646,58 manat, xx.xx.2024-cü il tarixdə 4821,40 manat, xx.xx.2024-cü il tarixdə 4777,18 manat, xx.xx.2024-cü il tarixdə 7,76 manat, xx.xx.2024-cü il tarixdə 170 000 manat, xx.xx.2024cü il tarixdə 1371,28 manat), həmin məbləğdən 1653,94 manat və 1371,28 manat olmaqla ümumilikdə 3025,22 manat pul illik 5% ilə hesablanan borca, qalan 362 005,83 manat əsas borca silinmişdir. Belə olan halda müəyyən olunur ki, iddiaçı tərəfindən əsas borcdan 12555,49 manat artıq (362 005,83-349 450,34)silinmə aparılmışdır.
49. Ona görə də məhkəmə hesab edir ki, ödənilməli 17500 manat cərimə məbləğindən artıq silinmiş 12555,49 manat çıxılmaqla qalan 4944,51 manat cərimə məbləği iddiaçının xeyrinə tutulmalıdır.
50. Məhkəmə zaminlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh2 öhdəliyi və onun həcmi barədə aşağıdakıları qeyd edir.
51. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
52. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
53. Həmin Məcəllənin 477.0 və 477.0.4-cü maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
54. 11 iyun 2018-ci il tarixli rb/km1180 nömrəli zaminlik müqavilələrinin şərtlərinə əsasən, zaminlər Borc alanın bütün öhdəlikləri üçün tam şəkildə məsuliyyət daşımağa razıdır: kreditin məbləği (kredit xəttinin limiti) 600 000 manat, kreditin qaytarılması müddəti 36 ay; kreditin faiz dərəcəsi 17%; kreditin ödənilməsi (qaytarılma) qaydası – müddətin sonunda (1.2).
55. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə nəzərdə tutulmuş müddətin hüquqi təbiəti ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir.
56. İddia müddətləri və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşmış hüquqi mövqeyi mövcuddur. Belə ki, B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etmişdir: iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz.
57. Göründüyü kimi, tələb hüquqları üçün, bir qayda olaraq, iddia müddəti xas olsa da, kreditorun zaminə qarşı borcun ödənilməsi tələbi üzrə qanunverici iddia müddəti deyil, kəsici müddət müəyyən etmişdir. Kəsici müddətlər isə cavabdehin ərizə verməsindən asılı olmayaraq tətbiq edilir.
58. Beləliklə, məhkəmə hesab edir ki, 11 iyun 2018-ci il tarixli rb/km1180 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı xx.xx.2021-ci il tarixdə başa çatdığından və iddiaçı yalnız xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək zaminlərdən də pulun tutulmasını tələb etdiyindən Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən Cavabdeh3, Cavabdeh6, Cavabdeh2 zaminliyinə xx.xx.2022-ci il tarixdən xitam verilmişdir və onlara qarşı 11 iyun 2018-ci il tarixli rb/km1180 nömrəli kredit müqaviləsindən irəli gələn iddia təmin oluna bilməz.
59. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, əsas borca illik 5% ilə hesablanan 11528,69 manat və cərimə məbləği kimi 4944,51 manat pul cavabdeh "xxxx" QSC-dən tutularaq iddiaçıya ödənilməlidir.
b) Tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı
60. İddiaçı eyni zamanda tutmanın Cavabdeh1 tam mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, məhəllə 964, X3 küçəsi, ev 9 ünvanında yerləşən 101,9 kv.m. ümumi sahədən ibarət 95 nömrəli mənzilə, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə mülkiyyət hüququ ilə məxsus olan 99JX878 dövlət qeydiyyat nişanlı “Man TGS 40.480” yük markalı (buraxılış ili – 2012-ci il, mühərrik – 10518 sm3, rəngi – sarı, tipi – özüboşaldan, ban – XXXX) nəqliyyat vasitəsinə, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə mülkiyyət hüququ ilə məxsus olan 99JX828 dövlət qeydiyyat nişanlı “Man TGS 33.360” yük markalı (buraxılış ili – 2012-ci il, mühərrik – 10518 sm3, rəngi – sarı, tipi – özüboşaldan, ban – XXXX) nəqliyyat vasitəsinə, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə mülkiyyət hüququ ilə məxsus olan 99JX848 dövlət qeydiyyat nişanlı “Man TGS 41.400” yük markalı (buraxılış ili – 2012-ci il, mühərrik – 10518 sm3, rəngi – sarı, tip – özüboşaldan, ban – XXXX) nəqliyyat vasitəsinə yönəldilməsini, Cavabdeh1 məxsus adıçəkilən əmlakın ilkin satış qiyməti ekspert rəyinə əsasən müəyyən edilməklə, bu əmlakın və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə mülkiyyət hüququ ilə məxsus adıçəkilən nəqliyyat vasitələrinin hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlərdən xx.xx.2018-ci il tarixli, rb/km1180 saylı kredit müqaviləsi üzrə cəmi 51494,51 manat borcun, 876 manat (məhkəməyə ödənilən 796 manat, bildirişin qeydə alınması üçün ödənilən 80 manat) məbləğində dövlət rüsumunun, 1000 manat qiymətləndirmə xərcinin iddiaçıya ödənilməsini tələbini də irəli sürmüşdür.
61. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
62. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.
63. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir.
64. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.
65. Həmin Məcəllənin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
66. “İpoteka haqqında” Qanunun 34-cü maddəsinə əsasən, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
67. Həmin Qanunun 41-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.
68. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.
69. İddiaçı (ipoteka saxlayan qismində) ilə Cavabdeh1 (ipoteka qoyan qismində) və cavabdeh "xxxx" QSC (borc alan qismində) arasında notarial qaydada bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinin şərtlərindən görünür ki, bu müqavilənin 3.1-ci bəndində göstərilən müqavilə (müqavilələr) üzrə yaranmış öhdəliklərin təminatı olaraq bu Müqavilənin 2.1-ci bəndində qeyd olunmuş əmlak(lar) ipoteka ilə yüklü edilir (1.1). İpoteka saxlayanın razılığı olduğu halda ipoteka predmetinin və ya onun natural formasının dəyişdirilməsinə bu şərtlə yol verilir ki, təklif edilən yeni ipoteka predmetinin dəyəri bu Müqavilədə nəzərdə tutulmuş dəyərdən az olmasın. Tərəflər ipoteka predmetinin dəyişdirilməsi barədə razılığa gəldikdə, qanunvericiliklə nəzərdə tutulmuş qaydada Tərəflər arasında yeni ipoteka müqaviləsi bağlanmalıdır (1.2). İpoteka ilə yüklü edilmiş əmlak İpoteka qoyanın sahibliyində və istifadəsində qalır (1.3). İpoteka qoyan ipoteka ilə yüklü edilmiş əmlakın bu Müqavilənin müddəti bilənədək ilkin vəziyyətində saxlanılması üçün tədbirlər görməlidir (1.4). İpotekanın predmeti: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi RX seriyalı, 0741698,********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 xüsusi mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, məhəllə 964, X3 küçəsi, ev 9 ünvanında yerləşən 101,9 kv.m ümumi sahədən ibarət 95 nömrəli mənzil (2.1). İpoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; dəbbə pulu; vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinin saxlanılması və salamatlığının təmin edilməsi xərclərinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə və digər xərclərin ödənilməsi (4.1).
70. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, 11 iyun 2018-ci il tarixli rb/km1180 nömrəli kredit müqaviləsi üzrə 36 ay müddətinə Bakı şəhəri, Nəsimi rayonu, məhəllə 964, X3 küçəsi, ev 9 ünvanında yerləşən 101,9 kv.m. ümumi sahədən ibarət 95 nömrəli mənzilin iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır.
71. İş materiallarından görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş xx.xx.2021-ci il tarixdə ipoteka qoyana çatdırılmış (ünvan üzrə göndərilmişdir), ipoteka saxlayan bildirişin qeydə alınması barədə xx.xx.2021-ci il tarixdə ərizə ilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etmişdir.
72. Məhkəməyə təqdim edilən müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, xx.xx.2021-ci il tarixli təsdiqetmə bildirişinin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödənilmişdir.
73. Həmçinin iddia ilə məhkəməyə müraciət olunarkən tutma yönəldilməsi tələb olunan və məhkəmə icraatı zamanı satılaraq kreditin ödənilməsinə yönəldilən digər ipoteka predmeti üzrə müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, xx.xx.2021-ci il tarixli təsdiqetmə bildirişinin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödənilmişdir.
74. İddiaçı ilə cavabdeh "xxxx" arasında 16 aprel 2019-cu il tarixdə bağlanmış ipoteka müqavilələrindən görünür ki, 11 iyun 2018-ci il tarixli rb/km1180 nömrəli kredit müqaviləsi əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə mülkiyyət hüququ ilə məxsus olan 99JX878 dövlət qeydiyyat nişanlı “Man TGS 40.480” yük markalı (buraxılış ili – 2012-ci il, mühərrik – 10518 sm3, rəngi – sarı, tipi – özüboşaldan, ban – XXXX), 99JX828 dövlət qeydiyyat nişanlı “Man TGS 33.360” yük markalı (buraxılış ili – 2012-ci il, mühərrik – 10518 sm3 , rəngi – sarı, tipi –özüboşaldan, ban – XXXX), 99JX848 dövlət qeydiyyat nişanlı “Man TGS 41.400” yük markalı (buraxılış ili – 2012-ci il, mühərrik – 10518 sm3, rəngi – sarı, tip – özüboşaldan, ban – XXXX) nəqliyyat vasitələri ipoteka ilə yüklü edilmişdir.
75. İş materiallarından görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş xx.xx.2022-cü il tarixdə ipoteka qoyana göndərilmiş, ipoteka saxlayan bildirişin qeydə alınması barədə xx.xx.2022-ci il tarixdə ərizə ilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etmişdir.
76. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir.
77. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
78. Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir
79. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-128/2023 nömrəli qərardadı əsasında "xxxx" tərəfindən aparılmış 27 fevral 2024-cü il tarixli ƏEM/F- 125/24 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, məhəllə 964, X3 küçəsi, ev 9 ünvanında yerləşən 101,9 kv.m. ümumi sahədən ibarət 95 nömrəli mənzilin bazar dəyəri təqribən 300 000 manat, likvid dəyəri isə təqribən 270 000 manat təşkil edir.
80. Məhkəmə ekspertiza rəyini və tərəflərin həmin rəyə etiraz etmədiklərini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri, Nəsimi rayonu, məhəllə 964, X3 küçəsi, ev 9 ünvanında yerləşən 101,9 kv.m. ümumi sahədən ibarət 95 nömrəli mənzilin ilkin satış qiyməti 270 000 manat müəyyən edilməlidir.
81. “İpoteka haqqında” Qanunun 4-cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.
82. Məhkəmə ipoteka ilə təmin edilmiş öhdəliyin cavabdeh "xxxx" QSC tərəfindən lazımınca icra edilmədiyini nəzərə alaraq hesab edir ki, tutma Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus olan ilkin satış qiyməti 270 000 manat müəyyən edilməklə Bakı şəhəri, Nəsimi rayonu, məhəllə 964, X3 küçəsi, ev 9 ünvanında yerləşən 101,9 kv.m ümumi sahədən ibarət 95 nömrəli mənzilə, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə mülkiyyət hüququ ilə məxsus olan 99JX878 dövlət qeydiyyat nişanlı “Man TGS 40.480” yük markalı (buraxılış ili – 2012-ci il, mühərrik – 10518 sm3 , rəngi – sarı, tipi – özüboşaldan, ban – XXXX) nəqliyyat vasitəsinə, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə mülkiyyət hüququ ilə məxsus olan 99JX828 dövlət qeydiyyat nişanlı “Man TGS 33.360” yük markalı (buraxılış ili – 2012-ci il, mühərrik – 10518 sm3 , rəngi – sarı, tipi –özüboşaldan, ban – XXXX) nəqliyyat vasitəsinə, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə mülkiyyət hüququ ilə məxsus olan 99JX848 dövlət qeydiyyat nişanlı “Man TGS 41.400” yük markalı (buraxılış ili – 2012ci il, mühərrik – 10518 sm3 , rəngi – sarı, tip – özüboşaldan, ban – XXXX) nəqliyyat vasitəsinə yönəldilərək həmin əmlaklar açıq hərracda satılmalı, əmlakların satışından əldə olunan vəsait 11 iyun 2018-ci il tarixli rb/km1180 nömrəli kredit müqaviləsinə əsasən 16473,2 manat borcun, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 80 manat, dövlət rüsumu kimi ödənilmiş pulun əvəzi olaraq 396 manat, ekspertiza xərcinin əvəzi olaraq 1000 manat məbləğində pulun ödənilməsinə yönəldilməli, ipoteka predmetlərinin satışından əldə olunan vəsait kredit müqaviləsi üzrə iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh5 QSC-dən tutularaq iddiaçıya ödənilməlidir c) Məhkəmə xərcləri ilə bağlı
83. İddiaçı eləcə də 400 manat mediasiya xərcinin, dövlət rüsumu kimi ödənilmiş 396 manat pulun və ekspertiza xərcinin əvəzi olaraq 1000 manat məbləğində pulun tutulmasını xahiş etmişdir.
84. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MŞB/9-00086 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etməmiş və iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiya xərcini ödənmişdir.
85. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).
86. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
87. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyası ilə bağlı müraciət olunarkən Mülki Prosessual Məcəllənin 4.6-cı maddəsinin tələbinə əsasən ilkin mediasiya sessiyasında iştirak qanunun tələbi olmuşdur. Cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən və iştirak etməsinin səbəbləri və ya mümkünsüzlüyünün üzrlü olması barədə məlumat vermədiyindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə uyğun olaraq bütün mediasiya xərcləri cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.
88. Elektron iddia ərizəsindən görünür ki, iddiaçı 396 manat dövlət rüsumu ödəmişdir.
89. "xxxx" MMC tərəfindən aparılmış 27 fevral 2024-cü il tarixli ƏEM/F-125/24 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinin “hesabatı”ndan (hesabata dəqiqləşmədən) görünür ki, məhkəmə tərəfindən qiymətləndirilməsi ilə bağlı sual qoyulan hər bir ipoteka predmeti üzrə 500 manat olmaqla ümumilikdə ekspertiza xərci 1000 manat təşkil edir.
90. İddiaçının təqdim etdiyi ödəniş tapşırığından görünür ki, 1000 manat pul iddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına köçürülmüşdür.
91. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, 27 yanvar 2023-cü il tarixli 9/8107 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 150 manat təşkil edir.
92. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
93. Həmin Məcəllənin 115.0, 115.0.4 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
94. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
95. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.
96. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
97. İş materialları ilə müəyyən olunur ki, kredit müqaviləsi üzrə borcun ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə xərcləri tam olaraq cavabdehdən tutulmalıdır.
98. Yuxarıda qeyd olunanları, "xxxx" MMC-yə 1000 manat ekspertiza xərcini iddiaçının ödədiyini, iddia tələbinin cavabdeh tərəfindən ödənişlər edildiyinə görə azaldıldığını və iddianın əsaslı hissəsi üzrə ödənilməli dövlət rüsumunun məbləğini nəzərə alaraq məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat, dövlət rüsumu kimi ödənilmiş pulun əvəzi olaraq 396 manat, ekspertiza xərcinin əvəzi olaraq 1000 manat məbləğində pul Cavabdeh5 QSC-dən tutularaq iddiaçıya, ekspertiza xərci olaraq 150 manat cavabdeh "xxxx" QSC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
V. Nəticə:
99. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2018-ci il tarixli rb/km1180 nömrəli kredit müqaviləsi üzrə 4944 (dörd min doqquz yüz qırx dörd) manat 51 (əlli bir) qəpik cərimə, əsas borca illik 5 faizlə hesablanmaqla 17009 (on yeddi min doqquz) manat 89 (səksən doqquz) qəpik pul olmaqla ümumilikdə 21954 (iyirmi bir min doqquz yüz əlli dörd) manat 40 (qırx) qəpik məbləğində pul Cavabdeh5 Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat, dövlət rüsumu kimi ödənilmiş pulun əvəzi olaraq 396 (üç yüz doxsan altı) manat, ekspertiza xərcinin əvəzi olaraq 1000 (bir min) manat məbləğində pul Cavabdeh5 Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus olan ilkin satış qiyməti 270 000 (iki yüz yetmiş min) manat müəyyən edilməklə Bakı şəhəri, Nəsimi rayonu, məhəllə 964, X3 küçəsi, ev 9 ünvanında yerləşən 101,9 kv.m ümumi sahədən ibarət 95 nömrəli mənzilə, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə mülkiyyət hüququ ilə məxsus olan 99JX878 dövlət qeydiyyat nişanlı “Man TGS 40.480” yük markalı (buraxılış ili – 2012-ci il, mühərrik – 10518 sm3 , rəngi – sarı, tipi – özüboşaldan, ban – XXXX) nəqliyyat vasitəsinə, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə mülkiyyət hüququ ilə məxsus olan 99JX828 dövlət qeydiyyat nişanlı “Man TGS 33.360” yük markalı (buraxılış ili – 2012-ci il, mühərrik – 10518 sm3 , rəngi – sarı, tipi –özüboşaldan, ban – XXXX) nəqliyyat vasitəsinə, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə mülkiyyət hüququ ilə məxsus olan 99JX848 dövlət qeydiyyat nişanlı “Man TGS 41.400” yük markalı (buraxılış ili – 2012-ci il, mühərrik – 10518 sm3 , rəngi – sarı, tip – özüboşaldan, ban – XXXX) nəqliyyat vasitəsinə yönəldilərək həmin əmlaklar açıq hərracda satılsın. Əmlakların satışından əldə olunan vəsait İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2018-ci il tarixli rb/km1180 nömrəli kredit müqaviləsi üzrə ümumilikdə 21954 (iyirmi bir min doqquz yüz əlli dörd) manat 40 (qırx) qəpik, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 80 (səksən) manat, dövlət rüsumu kimi ödənilmiş pulun əvəzi olaraq 396 (üç yüz doxsan altı) manat, ekspertiza xərcinin əvəzi olaraq 1000 (bir min) manat məbləğində pulun ödənilməsinə yönəldilsin. İpoteka predmetlərinin satışından əldə olunan vəsait İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2018-ci il tarixli rb/km1180 nömrəli kredit müqaviləsi üzrə iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh5 Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza xərci olaraq Cavabdeh5 Qapalı Səhmdar Cəmiyyətindən 150 (bir yüz əlli) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Nərmin Əhmədova