Məhkəmə qərarları › İş №e-2-2(113)-320/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-320/2025

29.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-320/2025 29.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin cavabdeh "xxxx" MMCyə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:xidmət müqaviləsi,pul) X6 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin cavabdeh "xxxx" MMCyə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı "xxxx" QSC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC -yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC tərəfindən 2022-ci ilin aprel, may, sentyabr, oktyabr, noyabr, dekabr və 2023- cü ilin yanvar, fevral, mart, aprel, sentyabr və noyabr aylarında Cavabdeh MMC-yə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 68 731 manat əsas borc, 4 493,36 manat faiz borcu, 309,67 manat dövlət rüsumu, cəmi 73 534,03 manat Cavabdeh MMC-dən alınaraq "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC (ADY) tərəfindən Cavabdeh MMC-yə 2022-ci ilin aprel, may, sentyabr, oktyabr, noyabr, dekabr və 2023-cü ilin yanvar, fevral, mart, aprel, sentyabr və noyabr aylarında stansiya xidmətləri göstərilmiş və həmin xidmətlərə görə yığımlar hesablanmışdır. Belə ki, ADY-nin Hövsan, Bakı Yük, Dəllər, Gəncə və Ələt stansiyalarında göstərilmiş xidmətlərə (“ümumiləşmiş vahid yığım”, “dalan yoluna verilib-götürülmə”, “dalan yolundan istifadə” və s.) görə Cavabdeh MMC-yə68 731 (altmış səkkiz min yeddi yüz otuz bir) manat yığım hesablanmışdır. Bununla bağlı, Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixində pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Ona görə də ADY pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010cu il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 3.1-ci bəndinə əsasən cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikası iqtisadiyyatının, fiziki və hüquqi şəxslərin dəmir yolu ilə daşımalara və dəmir yolu sahəsində digər xidmətlərə olan tələbatının təmin edilməsindən, dəmir yollarının, habelə ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun inkişaf etdirilməsindən və təkmilləşdirilməsindən, dəmir yollarında hərəkətin idarə edilməsinin təmin olunmasından, dəmir yolu nəqliyyat vasitələri parkının, madditexniki bazasının müasirləşdirilməsindən və səmərəli istifadə olunmasından və bu sahədə kadr hazırlığının aparılmasından ibarətdir.

II. Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsini müdafiə edib və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. Sübutların tədqiqi:

6. 2022-ci ilin noyabr ayı üzrə dövrü əhatə edən xx.xx.2022-ci il tarixli forma FDU-92 arayışından görünür ki, ödəyici Cavabdeh MMC-yə Hövsan stansiyasında göstərilmiş stansiya xidmətlərinin dəyəri cəmi ƏDV daxil 4131.84 manat təşkil edir.

7. 2023-cü ilin yanvar ayı üzrə dövrü əhatə edən FDU-92 arayışından görünür ki, ödəyici Cavabdeh MMC-yə Hövsan stansiyasında göstərilmiş stansiya xidmətlərinin dəyəri cəmi ƏDV daxil 5922.03 manat təşkil edir.

8. 2023-cü ilin noyabr ayı üzrə dövrü əhatə edən FDU-92 arayışından görünür ki, ödəyici Cavabdeh MMC-yə Hövsan stansiyasında göstərilmiş stansiya xidmətlərinin dəyəri cəmi ƏDV daxil 696.20 manat təşkil edir.

9. 2023-cü ilin fevral ayı üzrə dövrü əhatə edən FDU-92 arayışından görünür ki, ödəyici Cavabdeh MMC-yə Hövsan stansiyasında göstərilmiş stansiya xidmətlərinin dəyəri cəmi ƏDV daxil 4909.09 manat təşkil edir.

10. 2023-cü ilin aprel ayı üzrə dövrü əhatə edən forma FDU-92 arayışından görünür ki, ödəyici Cavabdeh MMC-yə Hövsan stansiyasında göstərilmiş stansiya xidmətlərinin dəyəri cəmi ƏDV daxil 4066.81 manat təşkil edir.

11. 2022-ci ilin aprel ayı üzrə dövrü əhatə edən forma FDU-92 arayışından görünür ki, ödəyici Cavabdeh MMC-yə Hövsan stansiyasında göstərilmiş stansiya xidmətlərinin dəyəri cəmi ƏDV daxil 28603.46 manat təşkil edir.

12. 2023-cü ilin fevral ayı üzrə dövrü əhatə edən FDU-92 arayışından görünür ki, ödəyici Cavabdeh MMC-yə Hövsan stansiyasında göstərilmiş stansiya xidmətlərinin dəyəri cəmi ƏDV daxil 283.20 manat təşkil edir.

13. İddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli İNV22-18744 saylı 6997.40 manat məbləğində hesab-fatura göndərilmişdir.

14. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli İNV23-20072 saylı 3145.29 manat məbləğində hesab-fatura göndərilmişdir.

15. İddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli İNV22-18949 saylı 9730.87 manat məbləğində hesab-fatura göndərilmişdir.

16. İddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli İNV22-17435 saylı 10450.08 manat məbləğində hesab-fatura göndərilmişdir.

17. İddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli İNV22-17089 saylı 11401.75 manat məbləğində hesab-fatura göndərilmişdir.

18. 01.04.2022-ci il-xx.xx.2024-cü illər ərzində "xxxx" QSC tərəfindən tərtib edilmiş Cavabdeh MMC-yə göstərilmiş stansiya xidmətlərinə görə tətbiq edilmiş yığımlardan yaranan debitor borc barədə arayışdan müəyyən edilir ki, Cavabdeh MMC-yə Hövsan,Dəllər,Gəncə stansiyalarına göstərilmiş stansiya xidmətlərinə görə 73224.36 (68.731 manat əsas;4493.36 faiz borcu) manat məbləğində borc hesablanmışdır.

19. "xxxx" ASC tərəfindən verilmiş Cavabdeh MMC-yə aid ödəniş tapşırından görünür ki,cavabdeh tərəfindən iddiaçıynın hesabına 28603.46 manat köçürülmüşdür.

20. "xxxx" ASC tərəfindən verilmiş Cavabdeh MMC-yə aid ödəniş tapşırından görünür ki,cavabdeh tərəfindən iddiaçıynın hesabına 4905.09 manat köçürülmüşdür.

21. "xxxx" ASC tərəfindən verilmiş Cavabdeh MMC-yə aid ödəniş tapşırından görünür ki,cavabdeh tərəfindən iddiaçıynın hesabına 4066.81 manat köçürülmüşdür.

22. "xxxx" ASC tərəfindən verilmiş Cavabdeh MMC-yə aid ödəniş tapşırından görünür ki,cavabdeh tərəfindən iddiaçının hesabına 4131.84 manat köçürülmüşdür.

23. "xxxx" ASC tərəfindən verilmiş Cavabdeh MMC-yə aid ödəniş tapşırından görünür ki,cavabdeh tərəfindən iddiaçının hesabına 5922.03 manat köçürülmüşdür.

24. İddiaçı tərəfindən cavabdehə EBCK 028706 saylı xx.xx.2022-cİ il tarixli 330.40 manat,EBDA 129020 saylı xx.xx.2023-cü il tarixli 5922.03 manat, EBDB 169723 saylı xx.xx.2023-cü il tarixli 4905.48 manat,EBCK 205600 nömrəli xx.xx.2022-ci il tarixli 630.28 manat, EBCH 345879 nömrəli xx.xx.2022-ci il tarixli 28603.47 manat, EBCK 385721 nömrəli xx.xx.2022-ci il tarixli 6997.40 manat, EBCİ 405110 nömrəli xx.xx.2022-ci il tarixli 10450.08 manat, EBDD 454930 xx.xx.2023-cü il tarixli 3145.29 manat,EBCG 473138 xx.xx.2022-ci il tarixli 11401.75 manat,EBCM 544031 xx.xx.2023-cü il tarixli 9730.87 manat,EBDP 615571 xx.xx.2022-ci il tarixli 283.20 manat,EBCK 707333 xx.xx.2022-ci il tarixli 1375 manat,EBDS 730396 nömrəli xx.xx.20023-cü il tarixli 696.20 manat,EBDE 853981 nömrəli xx.xx.2023-cü il tarixli 4066.81 manat,EBDE 942934 nömrəli xx.xx.2022-ci il tarixli 1800.76 manat məbləğində elektron qaimələr göndərilmişdir.

25. "xxxx" QSC tərəfindən Cavabdeh MMC -yə ünvanlanmış pretenziya məktubundan görünür ki, cavabdehd’n borcun 10 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə QSC-nin pozulmuş hüquqlarının müdafiəsi istiqamətində zəruri addımlar atılacağı bildirilmişdir.

26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 aprel 2025-ci il tarixli, 3-16-16/2-9/1413/2025 saylı ekspert rəyinə əsasən "xxxx" MMC-nin iddiaçı "xxxx" QSC-yə 2022-ci ilin aprel, may, sentyabr, oktyabr, noyabr, dekabr və 2023-cü ilin yanvar, fevral, mart, aprel, sentyabr və noyabr ayları üzrə ümumilikdə olan borcu 68.731 manat məbləğində olduğu müəyyən edilir.Eyni zamanda ekspert qarşısında qoyulmuş sual üzrə xx.xx.2024-cü il tarixə cavabdehin iddiaçıya olan faiz borcu (illik 5%-lə) 2.830,50 manat məbləğində müəyyən edilir.

IV. Tətbiq edilən hüquq:

27. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. AR MPM-in: - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”

29. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X3rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

30. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

31. İşin halları ondan ibarətdir ki, məhkəmənin 06.002.2025-ci il tarixli baxış iclasında cavabdehin səlahiyyətli nümayəndəsinin də izahatından görünür ki, tərəflər arasında dəmiryolu xidmətlərinin göstərilməsi ilə bağlı mübasibətlərin olması və cavabdehin iddiaçıya borcunun olması işin mübahisəsiz halıdır. Yalniz tərəflər arasında olan mübahisli ha, həmin borcun m\bləği ilə bağlı olmuşdur. İddiaçı "xxxx" QSC 2022-ci ilin aprel, may, sentyabr, oktyabr, noyabr, dekabr və 2023-cü ilin yanvar, fevral, mart, aprel, sentyabr və noyabr ayları üzrə Cavabdeh MMC-yə müxtəlif adda stansiya xidmətlərini göstərdiklərini, lakin həmin xidmətlərə görə yığımların cavabdeh tərəfindən ödənilmədiyini əsas göstərərək 68731 manat məbləğində borcun cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə mübahisəli dövrdə iddiaçı "xxxx" QSC tərəfindən onlara göstərilən stansiya xidmətlərinə təxminn 23 000 manat borcu qəbul edir.

32. Hazırkı halda tərəflər arasında şifahi xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması, iddiaçı tərəfindən yükdaşıyıcı olaraq fəaliyyət göstərən cavabdehə mütəmadi olaraq stansiya xidmətlərinin göstərilməsi və cavabdeh tərəfindən həmin xidmətlərə görə ödənişlər edilməsi işin mübahisəsiz halını təşkil edir.

33. Bununla yanaşı məhkəmə qeyd edir ki, iş materiallarında olan yığım vərəqələri əsasında cavabdehin iddiaçıya olan cəmi borcunun və cavabdehin iddiaçıya olan faiz borcunun (illik 5%) müəyyən olunması məqsədilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş və ekspert rəyi ilə 2022-ci ilin aprel, may, sentyabr, oktyabr, noyabr, dekabr və 2023-cü ilin yanvar, fevral, mart, aprel, sentyabr və noyabr ayları üzrə ümumilikdə olan borcu 68.731 manat məbləğində olduğu müəyyən edilir.Eyni zamanda ekspert qarşısında qoyulmuş sual üzrə xx.xx.2024-cü il tarixə cavabdehin iddiaçıya olan faiz borcu (illik 5%-lə) 2.830,50 manat məbləğində müəyyən olunmuşdur.

34. Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tətqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda əsas borca dair hissədə məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir. Həmçinin caavbdeh tərəfindən qeyd edilən borcun ödənilməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir.

35. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh "xxxx" MMC-dən 68731 manat əsas borc,illik 5% hesablanmış 2830.50 manat faiz borcu tutularaq "xxxx" QSC-yə ödənilməlidir.

36. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 310 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

37. Məhkəmə hesab edirki, iddia təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə 304.68 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 68731 (altmış səkkiz min yeddi yüz otuz bir) manat əsas borc,illik 5% hesablanmış 2830.50 (iki min səkkiz yüz otuz manat əlli qəpik) manat və ödənilmiş 304.68 manat dövlət rüsumu iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 70 manat hissəsi cavabdehdən, 30 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar