Məhkəmə qərarları › İş №e-2-2(113)-3200/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3200/2020

03.12.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3200/2020 03.12.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məhdud Məhdud Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6602.76 (altı min altı yüz iki manat 76 qəpik) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun, cəmi 6632.76 (altı min altı yüz otuz iki manat 76 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx xxxxxx 2019-cu il il tarixli 192378 №li mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı (İddiaçı MMC) ona məxsus geniş çeşiddə qənnadı və başqa qida məhsullarını vergi qaimə-faktura əsasında satır, alıcı isə həmin malları alır. Müqaviləyə əsasən satıcı satılan malları alıcının sifarişi əsasında öz nəqliyyat vasitəsilə alıcıya çatdırsa da alıcı-cavabdeh aldığı malın dəyərini ödəməyərək üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. İddiaçı MMC-nin xx.xx.2019-cu ildənxx.xx.2019-cu ilədək vergi hesab fakturasına əsasən Cavabdeh ümumilikdə 10183.76 (on min yüz səksən üç manat 76 qəpik) manat məbləğində geniş çeşiddə qənnadı və başqa qida məhsulları göndərmişdir, həmin məbləğdən Cavabdeh ümumilikdə 3581.00 (üç min beş yüz səksən bir) manat məbləği İddiaçı MMC-yə ödəmişdir. Qeyd olunanlara əsasən Cavabdeh İddiaçı MMC-yə 6602.76 (altı min altı yüz iki manat 76 qəpik) manat borcu qalmışdır. Bir neçə dəfə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh İddiaçı MMC-nin hesabına ödəniş etməmişdir. xx xxxxxx 2019-cu il tarixli 192378 №li alqısatqı müqaviləsinin 4.1-ci və 4.2-ci bəndlərinə əsasən malların dəyəri köçürmə yolu ilə malların təhvil-təslimi aktı imzalandıqdan sonra 15 (on beş) gün ərzində ödənilməsi qeyd edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: -xx xxxxxx 2019-cu il il tarixli 192378 №li mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx xxxxxx 2019-cu il il tarixli 192378 №li mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı (İddiaçı MMC) ona məxsus geniş çeşiddə qənnadı və başqa qida məhsullarını vergi qaimə-faktura əsasında satır, alıcı isə həmin malları alır. -Həmin müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə üzrə ödənişlər nəğd və köçürmə yolu ilə həyata keçirilir. -Həmin müqavilənin 4.2-ci bəndinə əsasən malların dəyəri köçürmə yolu ilə malların təhvil-təslimi aktı imzalandıqdan sonra 15 gün ərzində ödənilməlidir. -İddiaçı MMC-nin xx.xx.2019-cu ildən-xx.xx.2019-cu ilədək vergi hesab fakturasına əsasən Cavabdeh ümumilikdə 10183.76 (on min yüz səksən üç manat 76 qəpik) manat məbləğində geniş çeşiddə qənnadı və başqa qida məhsulları göndərmişdir. -EAAR seriyalı 524480 nömrəli xx.xx.2019-cu il tarixli elektron qaiməyə əsasən 109,25 manat məbləğində, EAAR seriyalı 523892 nömrəli xx.xx.2019-cu il tarixli elektron qaiməyə əsasən 1045,32 manat məbləğində, EAAR seriyalı 523890 nömrəli xx.xx.2019-cu il tarixli elektron qaiməyə əsasən 192,00 manat məbləğində, EAAY seriyalı 898302 nömrəli xx.xx.2019-cu il tarixli elektron qaiməyə əsasən 871,80 manat məbləğində, EAAY seriyalı 898304 nömrəli xx.xx.2019-cu il tarixli elektron qaiməyə əsasən 1827,00 manat məbləğində, EAAY seriyalı 898303 nömrəli xx.xx.2019-cu il tarixli elektron qaiməyə əsasən 3867,00 manat məbləğində, EAAU seriyalı 612212 nömrəli xx.xx.2019-cu il tarixli elektron qaiməyə əsasən 382,10 manat məbləğində, EAAU seriyalı 612211 nömrəli xx.xx.2019-cu il tarixli elektron qaiməyə əsasən 2728,60 manat məbləğində, EAAS seriyalı 337293 nömrəli xx.xx.2019-cu il tarixli elektron qaiməyə əsasən 987,69 manat məbləğində geniş çeşiddə qənnadı və başqa qida məhsulları İddiaçı MMC tərəfindən Cavabdeh təqdim olunmuşdur. - xx.xx.2020-ci il tarixli 4 nömrəli İddiaçı MMC tərəfindən tərtib edilmiş arayışdan görünür ki, Cavabdeh (VÖEN **********)-12.03.19-cu ildən 24.08.19-cu il müddətədək İddiaçı MMC-dən e-qaimə fakturalarla -10183.76(on min yüz səksən üç manat, 76 qəpik) manat məbləği olan mal götürüb, həmin məbləğdən - 3581 (üç min beş yüz səksən bir manat) manat ödənilib(kassa ƏDV daxil),yerdə qalan ödənilməyən məbləğ - 6602.76 (altı min altı yüz iki manat, 76 qəpik) manat təşkil edir. Hazırda Cavabdeh İddiaçı MMC-yə 6602.76 (altı min altı yüz iki manat, 76 qəpik) manat borcu var. xx.xx.2019-cu il tarixli seriya ĞRĞ 460837 nömrəli malların təhvil-qəbul aktından 987,69 manat dəyərində, xx.xx.2019-cu il tarixli seriya ĞRĞ 210835 nömrəli malların təhvil-qəbul aktından 109,25 manat dəyərində, xx.xx.2019-cu il tarixli seriya ĞRĞ 210834 nömrəli malların təhvil-qəbul aktından 192 manat dəyərində, xx.xx.2019-cu il tarixli seriya ĞRĞ 210831 nömrəli malların təhvil-qəbul aktından 1045,32 manat dəyərində, xx.xx.2020-ci il tarixli seriya ĞRĞ 792238 nömrəli malların təhvil-qəbul aktından 3867 manat dəyərində, xx.xx.2020-ci il tarixli seriya ĞRĞ 792233 nömrəli malların təhvil-qəbul aktından 1827 manat dəyərində, xx.xx.2020-ci il tarixli seriya ĞRĞ 792234 nömrəli malların təhvil-qəbul aktından 871,8 manat dəyərində, xx.xx.2019-cu il tarixli seriya ĞRĞ 590669 nömrəli malların təhvil-qəbul aktından 382,1 manat dəyərində, xx.xx.2019-cu il tarixli seriya ĞRĞ 590568 nömrəli malların təhvil-qəbul aktından 2728,6 manat dəyərində mallar təhvil-qəbul aktları ilə İddiaçı MMC tərəfindən Cavabdeh məxsus ticarət obyektinə təhvil verilmişdir. -İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixli 25 nömrəli məktubundan görünür ki, iddiaçı cavabdehdən 3 (üç) gün müddətində 6610 (altı min altı yüz on) manat məbləğində olan borcununun ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya olan borcu 6602.76 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, eyni zamanda cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən borca görə 6602.76 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 -ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 6602.76 (altı min altı yüz iki) manat (yetmiş altı) qəpik və 30 (otuz) manat dövlət rüsumu, cəmi 6632.76 (altı min altı yüz otuz iki) manat (yetmiş altı) qəpik məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar