Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3204/2024 11.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə ("xxxx" ASC iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi, qarantiya məbləği və dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Məmmədzadə Nilgün Azər qızının katibliyi ilə, iddiaçının nümayəndəsi/vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə ("xxxx" ASC iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 143640 manat, dövlət rüsumu olaraq ödənilmiş 433,64 manat, cəmi 144073,64 manat pul məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında 15 sentyabr 2020-ci il tarixli, AG-39/20 saylı Tikintidə Subpodrat Müqaviləsi bağlanmışdır. Həmin müqavilənin predmetini Cavabdeh MMC-nin sifarişi əsasında "xxxx" MMC tərəfindən Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə yaşayış kompleksinin tikintisi ilə əlaqədar 5 ədəd binada dəmir-beton işlərinin görülməsi, Cavabdeh MMC-nin isə bu müqavilənin şərtlərinə uyğun olaraq bu işlər üzrə müvafiq haqqın ödənilməsi münasibətləri təşkil edir. Azərbaycan Beynəlxalq Bankı tərəfindən qeyd olunan müqavilənin şərtlərinə əsasən öhdəliklərin icrasının təminatı olaraq prinsipial İddiaçı MMC-nin tapşırığı ilə benefisiar Cavabdeh MMC 111İLGL211130002 saylı, xx.xx.2021-ci il tarixli 433.566.00 (dörd yüz otuz üç min beş yüz altmış altı) manat həddində ilk tələb əsasında ödənilən və geri çağırıla bilməyən icra qarantiyası təqdim edilmişdir. 23 iyul 2021-ci il tarixdə Cavabdeh MMC Azərbaycan Beynəlxalq Bankına müraciət edərək 111İLGL211130002 saylı, xx.xx.2021- ci il tarixli 433.566.00 (dörd yüz otuz üç min beş yüz altmış altı) manat həddində qarantiya üzrə tam məbləği, yəni 433.566.00 (dörd yüz otuz üç min beş yüz altmış altı) manatı benefisiar Cavabdeh MMCnin bank hesabına köçürülməsini xahiş etmişdir. Qeyd olunan məbləğ Cavabdeh MMC-nin bank hesabına köçürülmüşdür. Belə ki, Azərbaycan Beynəlxalq Bankından İddiaçı MMCyə daxil olmuş 19-2394/2022 saylı, xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur ki, İddiaçı MMC-nin tapşırığı əsasında Cavabdeh MMC-nin xeyrinə xx.xx.2021-ci il tarixdə açılmış 111İLGL211130002 nömrəli qarantiya üzrə xx.xx.2021-ci il tarixində N000190 nömrəli və xx.xx.2021-ci il tarixində banka N000203 nömrəli tələb daxil olunmuşdur. Daxil olmuş tələbə uyğun olaraq qarantiya məbləği benefisiarın məktubunda qeyd etdiyi rekvizitlər üzrə ödənilmişdir. Azərbaycan Beynəlxalq Bankı tərəfindən Cavabdeh MMC-nin hesabına 433.566.00 manat pul vəsaiti köçürüldükdən sonra 19 yanvar 2022-ci il tarixdə Cavabdeh MMC İddiaçı MMC-yə qarşı 600.000 (altı yüz min) manat pul tələbinə dair iddia ərzəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Sonradan Cavabdeh MMC iddia tələbinin həcmini artıraraq 1.584.979 manat (bir milyon beş yüz səksən dörd min doqquz yüz yetmiş doqquz) manat pul məbləğinin İddiaçı MMC-dən onun xeyrinə tutulması barədə məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. Cavabdeh MMC iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı MMC həm 15 sentyabr 2020-ci il tarixli, AG-39/20 saylı Tikintidə Subpodrat Müqaviləsinin şərtlərini pozmuş, həm dəxx.xx.2021-ci il tarixli üzləşmə aktına əsasən 186 ton armatura görə 289926 manat İddiaçı MMC-dən tutulmalıdır. Göründüyü kimi Cavabdeh MMC İddiaçı MMC-dən pul tələbinin əsası kimhiəm müqavilə şərtinin pozulmasına, həmdə xx.xx.2021-ci il tarxili “Üzləşmə Aktı”na istinad etmişdir. Bakı Kommersiya Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, e-2-2(113)-988/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı MMC-dən təhvil verilməmiş işlərə görə 671315 (altı yüz yetmiş bir min üç yüz on beş ) manat, təhvil verilmiş 186 ton armatura görə 289926 (iki yüz səksən doqquz min doqquz yüz iyirmi altı) manat, 30.000 (otuz min) manat dəbbə pulu və ödənilmiş 500 (beş yüz) manat məbləğində dövlət rüsumu, ümumilikdə 991741 (doqquz yüz doxsan bir min yeddi yüz qırx bir) manat məbləğində pulun tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamənin məzmunundan da görünür ki, Cavabdeh MMC İddiaçı MMC-dən pul tələbinin əsası kimi 15 sentyabr 2020-ci il tarixli, AG-39/20 saylı Tikintidə Subpodrat Müqaviləsinin şərtlərinin pozulmasına vəxx.xx.2021-ci il tarixli “Üzləşmə Aktı”na istinad etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-685/2022 saylı, xx.xx.2022-ci tarixli qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-988/2022 nömrəli iş üzrə 29 aprel 2022-ci il tarixli qətnaməsi iddia qismən təmin olunan - cavabdeh İddiaçı MMCdən təhvil verilməmiş işlərə görə 671.315 manat, 30.000 manat dəbbə pulu və ödənilmiş 500 manat məbləğində dövlət rüsumu, ümumilikdə 991741 manat məbləğində pulun tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilsin - hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş və eyni hissədə iddia təmin edilməmişdir. İddia təhvil verilməmiş işlərə görə 671.315 manat və 30.000 manat dəbbə pulunun tutulması hissədə təmin edilməmiş, qətnamə rədd olunan qalan hissədə və “Cavabdeh İddiaçı MMC-dən 186 ton armatura görə 289.926 (iki yüz səksən doqquz min doqquz yüz iyirmi altı) manat məbləğdə pul tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilsin.” hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan RespublikasıAli Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-761/2022 saylı, 27 dekabr 2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 29 iyul 2022-ci il tarixli, 2-2(103)-685/2021 saylı qətnaməsi qismən – cavabdehdən 186 ton armatura görə 289.926 manat pul tutulması hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə göndərilmiş, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmışdır. BakıApelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-336/2023 saylı, 6 aprel 2023-cü il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2022ci il 29 aprel tarixli e-2-2(113)- 988/2022 saylı qətnaməsi qismən – cavabdehdən 186 ton armatura görə 289.926 manat pul tutulması hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin edilməmişdir. "xxxx" MMC Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-336/2023 saylı, 6 aprel 2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Hazırkı iddia üzrə mühüm əhəmiyyət kəsb etdiyindən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin82.3-cü maddəsinə əsasən (bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir) Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının qanuni qüvvəsini almış 2-2(103)- 336/2023 saylı, 6 aprel 2023-cü il tarixli qətnaməsilə müəyyən edilmiş faktları aşağıda qeyd edirəm: Məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən 186 ton armatura görə 289.926 manat pul tutulması hissəsində iddia rədd edilməlidir. "xxxx" ASC-nin 2021-ci il 23 aprel tarixli qarantiya məktubunda qeyd olunur ki, bank tərəflər arasında bağlanmış 2020ci il 15 sentyabr tarixli müqavilə üzrə cavabdehin öhdəliklərinə görə iddiaçıya 433.566 manatdan artıq olmayan məbləğin ödənilməsinə təminat vermiş və Bank qarantiyası üzrə bank tərəfindən iddiaçıya 2021-ci il 29 iyul tarixdə 433.566 manat ödənilmişdir. xx.xx.2021ci il tarixli üzləşmə aktına əsasən birinci instansiya məhkəməsi cavabdehdən 186 ton armatura görə 289.926 manat pul tutmuşdur. Birinci instansiya məhkəməsi 433.566 manatı iddianın təmin edilmiş hissəsindən çıxmamışdır. Bank qarantiyasının tarixi xx.xx.2021-ci il, üzləşmə aktının tarixi isə xx.xx.2021- ci il tarixli olsa da, "xxxx" ASC-nin 2021-ci il 23 iyul tarixli müraciət məktubundan görünür ki, pul tutulmasının əsası kimi xx.xx.2021-ci il tarixli üzləşmə aktına istinad edilmişdir. Bank qarantiyası üzrə bank tərəfindən iddiaçıya 433.566 manat ödənildiyi halda, iddiaçı tərəfindən yenidən cavabdehdən 186 ton armatura görə 289.926 manat məbləğin ödənilməsi barədə tələbin təmin edilməsi, cavabdeh tərəfindən həmin məbləğin təkrarən ödənilməsinə gətirib çıxaracaqdır. Birinci instansiya məhkəməsinin bank qarantiyası üzrə ödənilmiş məbləği nəzərə almadan cavabdehdən 186 ton armatura görə 289.926 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası bu zaman onu da nəzərə alır ki, iş materiallarına əsasən cavabdehin tərəflər arasında bağlanmış subpodrat müqaviləsi üzrə iddiaçıya hər hansı digər borcunun olduğu müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında tərtib edilən üzləşmə aktı ilə cavabdehin iddiaçıya 186 ton armatur və ya hesablaşma gününə olan qiymət nəzərə alınmaqla, həmin miqdarda armaturun dəyəri qədər borcu olması təsdiq olunduğundan, iddia tələbinin yalnız həmin üzləşmə aktı ilə təsdiq edilən borc hissəsində əsaslı hesab edildiyindən, həmin məbləğ isə Bank qarantiyası üzrə bank tərəfindən iddiaçıya ödənildiyindən, cavabdehdən 186 ton armatura görə 289.926 manat pul tutulması hissəsində iddia tələbi rədd edilməlidir. Hazırda Cavabdeh MMC-nin143640 (bir yüz qırx üç min altı yüz qırx) manat pulu "xxxx" MMC-yə qaytarmaqla bağlı öhdəliyi yaranmışdır. Belə ki, Cavabdeh MMC-nin İddiaçı MMC-nin həm 15 sentyabr 2020-ci il tarixli, AG-39/20 saylı Tikintidə Subpodrat Müqaviləsinin şərtlərini pozması və həm dəxx.xx.2021-ci il tarixli “Üzləşmə Aktı”na əsasən 186 ton armatura görə 289.926 manat, cəmi 1.584.979 manat (bir milyon beş yüz səksən dörd min doqquz yüz yetmiş doqquz) manat pul tələb etməsi ilə bağlı iddiası təmin edilməmişdir (iddia tam rədd edilmişdir). Göründüyü kimi 29 aprel 2021ci tarixli “Üzləşmə Aktı”na istinad etməklə pul vəsaitini Azərbaycan Beynəlxalq Bankından aldıqdan sonra Cavabdeh MMCeyni əsasla (29 aprel 2021-ci il tarixli “Üzləşmə Aktı”na istinad etməklə) İddiaçı MMC-dən məhkəmə qaydasında pul tələb etmişidr və Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının qanuni qüvvəsini almış 2-2(103)- 336/2023 saylı, 6 aprel 2023-cü il tarixli qətnaməsilə iddia tələbi bu hissədə təmin olunmamışdır. Beləliklə Cavabdeh MMC-nin Azərbaycan Beynəlxalq Bankından aldığı 433.566.00 (dörd yüz otuz üç min beş yüz altmış altı) manat məbləğdən 186 ton armatura görə 289.926 (iki yüz səksən doqquz min doqquz yüz iyirmi altı) manat çıxılmaqla qalan 143640 (bir yüz qırx üç min altı yüz qırx) manat məbləğ Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə ödənilməlidir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçının nümayəndəsinin iddiası və iddia predmeti düz qoyulmamışdır və əsaslandırılması doğru deyil. İzahatlar və iddia ərizəsindən aydın olur ki, Beynəlxalq bank qaraniya məktubuna olan tələb hüquqlarını icra etmişdir. Yəni, Beynəlxalq bankın öz səhifəsində qeyd edilən və təcrübəyə əsasən qarantiyaların bir neçə növü vardır. Hazırki qarantiya işlərin düzgün və vaxtında icrası ilə bağlı verildiyindən və işlərin icra edilməməsi səbəbindən tələb irəli sürülmüşdür. Qarantiya üzrə tələb hüququnun olub-olmamasını sübut edən heç bir sənəd qarşı tərəf tərəfindən təqdim edilməmişdir. İddiaçı yanlış şəkildə birinci instansiya məhkəməsində müqavilə üzrə öhdəliklərin icra edilməməsinə dair tələblər üzrə təmin edilməmiş məhkəmə qərarlarından istifadə etməklə və həmin tələblərin təmin edilməməsi səbəbindən digər şərtlərin də olmaması iddiasını irəli sürüb. Baxmayaraq ki, müqavilə üzrə tələblər qüvvədə olmuşdur və öhdəliklər icra edilməmişdir və bu hallar digər məhkəmə işində mübahisələndirilməmişdir. Məhkəmədə, əldən çıxmış fayda, görülmüş qüsurlu işlər, köçürülmüş pullar və dəymiş olan zərərlə bağlı hissələr mübahisələndirilmişdir. İddiaçının iddiası təmin edilə bilməz. Bank tərəfindən həmin pullar köçürülmüşdür. Dəfələrlə üzləşmə aktı iddiaçı tərəfdən vurğulansa da cavabdehin beynəlxalq banka ünvanladığı müraciətdə 8 abzasdan sadəcə 1-i mövcud vəziyyətin izah edilməsi və şərh edilməsi hissəsində əsaslandırılmış məlumat kimi həmin borca üzləşmə aktında istinad edilir. Üzləşmə aktı yanvar ayına təsadüf edir lakin qarantiya 3 ay sonra özündən sonrakı dövrü əhatə edir. Bank digər öhdəliklərə dair bir öhdəliyi üzərinə götürməmişdir. İddia tələbinin rədd edilməsini xahiş edir. III.Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. "xxxx" ASC-nin 2021-ci il 23 aprel tarixli qarantiya məktubunda qeyd olunur ki, bank İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 2020-ci il 15 sentyabr tarixli müqavilə üzrə İddiaçı MMC-nin öhdəliklərinə görə Cavabdeh MMC-yə 433.566 manatdan artıq olmayan məbləğin ödənilməsinə təminat vermişdir.
7. Cavabdeh MMC-nin tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli 000190 saylı müraciətindən göstərilmişdir ki, xx.xx.2020-ci il tarixli müqavilə üzrə İddiaçı MMC müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş, edilən yazılı və şifahi tələblərə baxmayaraq müqavilə öhdəliklərini icra etməmişdir. Öhdəliklərin icra edilməməsi faktı İddiaçı MMC tərəfindən etiraf edilmişdir (üzləşmə aktı əlavə edilir.) Bundan başqa, öhdəliklərin tam icrası üçün tərəflər arasında razılaşdırılmış son icra müddəti də bitmişdir. Bununla da müqavilə, onun əlavələri və ödənilmiş maddi vəsait qarşılığında İddiaçı MMC tərəfindən öhdəliklərin icra edilməməsi səbəbindən Cavabdeh MMC qarantiya üzrə tələb hüququ yaranmışdır. Qeyd edilənlərə əsasən təqdim edilmiş xx.xx.2021-ci il tarixli 433566 manat həddində qarantiya üzrə tam məbləği, yəni 433566 manatı Cavabdeh MMC-nin bank hesabına köçürülməsi xahiş edilmişdir.
8. "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, müraciətə cavab olaraq bildirilmişdir ki, İddiaçı MMC-nin tapşırığına əsasən Cavabdeh MMC-nin xeyrinə xx.xx.2021-ci il tarixində açılmış 111İLGL211130002 nömrəli qarantiya üzrə xx.xx.2021-ci il tarixində N000190 nömrəli və xx.xx.2021-ci il tarixində banka N000203 nömrəli tələb daxil olunmuşdur. Daxil olmuş tələbə uyğun olaraq qarantiya məbləği Benefisiarın məktubunda qeyd etdiyi rekvizitlər üzrə ödənilmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-988/2022 saylı qətnaməsi ilə cavabdeh İddiaçı MMC-dən təhvil verilməmiş işlərə görə 671315 (altı yüz yetmiş bir min üç yüz on beş ) manat, təhvil verilmiş 186 ton armatura görə 289926 (iki yüz səksən doqquz min doqquz yüz iyirmi altı) manat, 30.000 (otuz min) manat dəbbə pulu və ödənilmiş 500 (beş yüz) manat məbləğində dövlət rüsumu, ümumilikdə 991741 (doqquz yüz doxsan bir min yeddi yüz qırx bir) manat məbləğində pulun tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(103)-685/2022 saylı qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-988/2022 nömrəli iş üzrə 29 aprel 2022-ci il tarixli qətnaməsi iddia qismən təmin olunan - cavabdeh İddiaçı MMC-dən təhvil verilməmiş işlərə görə 671.315 manat, 30.000 manat dəbbə pulu və ödənilmiş 500 manat məbləğində dövlət rüsumu, ümumilikdə 991741 manat məbləğində pulun tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilməsi - hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi və eyni hissədə iddianın təmin edilməməsi, iddianın təhvil verilməmiş işlərə görə 671.315 manat və 30.000 manat dəbbə pulunun tutulması hissədə təmin edilməməsi, qətnamənin rədd olunan qalan hissədə və “Cavabdeh İddiaçı MMC-dən 186 ton armatura görə 289.926 (iki yüz səksən doqquz min doqquz yüz iyirmi altı) manat məbləğdə pul tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilsin.” hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(102)- 761/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022ci il 29 iyul tarixli 2-2(103)-685/2021 saylı qətnaməsi qismən – cavabdehdən 186 ton armatura görə 289.926 manat pul tutulması hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.
12. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(103)-336/2023 saylı qətnaməsi ilə cavabdeh İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 29 aprel tarixli e-2-2(113)-988/2022 saylı qətnaməsi qismən – cavabdehdən 186 ton armatura görə 289.926 manat pul tutulması hissəsində ləğv edilmiş və iddia tələbinin həmin hissədə təmin edilməməsi qərara alınmışdır.
13. Məhkəmə tərəflərin nümayəndəsinin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
14. Cavabdeh MMC ilə İddiaçı MMC arasında 15 sentyabr 2020-ci il tarixli, AG- 39/20 saylı Tikintidə Subpodrat Müqaviləsi bağlanmışdır. Həmin müqavilənin predmetini Cavabdeh MMC-nin sifarişi əsasında İddiaçı MMC tərəfindən Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə yaşayış kompleksinin tikintisi ilə əlaqədar 5 ədəd binada dəmir-beton işlərinin görülməsi, Cavabdeh MMC-nin isə bu müqavilənin şərtlərinə uyğun olaraq bu işlər üzrə müvafiq haqqın ödənilməsi münasibətləri təşkil etmiş, Azərbaycan Beynəlxalq Bankı tərəfindən qeyd olunan müqavilənin şərtlərinə əsasən öhdəliklərin icrasının təminatı olaraq prinsipial İddiaçı MMC-nin tapşırığı ilə benefisiar Cavabdeh MMC 111İLGL211130002 saylı, xx.xx.2021-ci il tarixli 433.566 manat həddində ilk tələb əsasında ödənilən və geri çağırıla bilməyən icra qarantiyası təqdim edilmiş, 23 iyul 2021-ci il tarixdə Cavabdeh MMC Azərbaycan Beynəlxalq Bankına müraciət edərək 111İLGL211130002 saylı, xx.xx.2021- ci il tarixli 433.566.00 manat həddində qarantiya üzrə tam məbləği, yəni 433.566 manatı benefisiar Cavabdeh MMC-nin bank hesabına köçürülməsini xahiş etmiş, qeyd olunan məbləğ Cavabdeh MMC-nin bank hesabına köçürülmüşdür. Həmçinin Azərbaycan Beynəlxalq Bankından İddiaçı MMC-yə daxil olmuş 19-2394/2022 saylı, xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur ki, İddiaçı MMC-nin tapşırığı əsasında Cavabdeh MMC-nin xeyrinə xx.xx.2021-ci il tarixdə açılmış 111İLGL211130002 nömrəli qarantiya üzrə xx.xx.2021-ci il tarixində N000190 nömrəli və xx.xx.2021-ci il tarixində banka N000203 nömrəli tələb daxil olunmuşdur. Daxil olmuş tələbə uyğun olaraq qarantiya məbləği benefisiarın məktubunda qeyd etdiyi rekvizitlər üzrə ödənilmişdir. Hal-hazırda iddiaçı cavabdehə artıq ödənilmiş 143640 manat pulun tutularaq ona qaytarılmasını məhkəmədə mübahisələndirmişdir.
15. Məhkəmə işin mübahisəsiz hallarını və iş materillarını nəzərə alaraq, hesab edir ki, hazırkı işə Mülki Məcəllənin əsassız varlanma ilə bağlı nəzərdə tutulmuş normaları əsasında qiymət verilməsi məqsədəmüvafiqdir.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
17. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
18. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
19. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
20. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
21. Mülki qanunvericilikdə əsassız varlanmaya verilən anlayışdan da görünür ki, ilkin şərt olaraq qanuni əsas və müqavilə əsasının mövcud olmaması qeyd edilir.
22. Qeyd olunan şərtlə bağlı məhkəmə ilk olaraq qeyd edir ki, tərəflər arasında hüquqi münasibət xx.xx.2020-ci il tarixli, AG-36/20 saylı müqavilə üzrə yaranmış və həmin müvaqilə üzrə yaranmış mübahisələr cavabdeh və iddiaçı tərəfindən müxtəlix məhkəmə instansiyalarında mübahisələndirilmiş və müqavilə üzrə hazırki iş üzrə iddiaçının cavabdehə borcu olmadığ sübuta yetirilmişdir.
23. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəmədinin xx.xx.2022-ci il tarixli qərarının 81-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə kollegiyası bu zaman onu da nəzərə alır ki, iş materiallarına əsasən cavabdehin tərəflər arasında bağlanmış subpodrat müqaviləsi üzrə iddiaçıya hər hansı digər borcunun olduğu müəyyən edilmir və həmin qərarın 82-ci bəndi ilə də məhkəmə kollegiyası tərəfindən bu hal Mülki Məcəllənin 385, 478-480, 1091, 1092- ci maddələrinin, həmçinin MPM-nin 88 və 217-ci maddələrinin pozuntusu kimi dəyərləndirmişdir.
24. Göründyü tərəflər arasında hər hansı müqavilə münasibətləri hazırda davam etməsi işin hallarından müəyyən edilməmiş və yuxarı instansiya məhkəmələri ilə də podrat müqaviləsi üzrə də iddiaçı tərəfindən yerinə yetirilməmiş hər hansı öhdəlik olması faktı da təsdiq edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, əsassız varlanmanın ilkin şərtlərindən olan müqavilə əsasının mövcud olmaması hazırkı işin halları ilə da öz təsdiqini tamışdır.
25. Belə ki, işə baxan məhkəmələr və qarantiya məktubunu verən bank tərəfindən, o cümlədən də cavabdeh tərəfindən də ona 433566 manat ödəniş edilməsi işin mübahisəsiz halı kimi qiymətləndirilmişdir. İşin digər mübahisəsiz halı isə hazırki iş üzrə cavabdeh MMC-yə 186 ton armaturun məbləği 289.926 manat olmaqla da iddiaçı tərəfindən ödənişin edilməsi faktına da məhkəmə instansiyaları tərəfindən hüquqi qiymət verilmiş və işə baxan apellyasiya instansiyası məhkəməsinin yekun aktı da qanuni qüvvəsini almışdır.
26. Bununla belə, cavabdeh "xxxx" MMC-yə 186 ton armatura görə 289926 manat məbləğində ödənişdən artıq 143640 manat həddində ödəniş edilmiş və həmin ödəniş də heç bir qanuni əsas olmadan cavabdeh tərəfindən özündə saxlanılmışdır.
27. Mübahisə predmeti olan armaturlar üzrə ödənilmiş ödənişlərlə bağlı da Azərbaycan Respublikası Ali Məhkəməsinin 78-ci bəndində qeyd olunmuşdur ki, “beləliklə, 2020-ci il 15 sentyabr tarixli müqavilə üzrə bank qarantiyası əsasında iddiaçıya ödənilmiş məbləğ apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə iddiaçının xeyrinə tutulması qət edilən (Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(103)-685/2022 saylı qətnaməsi ilə 186 ton armatura görə 289926 manat tutularaq Bakinşaat MMC verilməsi qət edilmişdir-) məbləğdən artıq olsa da, iddia tələbini digər hissələrdə əsassız hesab edərək təmin etməyən və üzləşmə aktına və işdəki sübutlara əsasən iddiaçıya yalnız 186 ton armatura görə hesablaşma gününə olan qiymət həddində borcu olduğu nəticəsinə gələn məhkəmənin, sonda bank qarantiyası üzrə ödənilmiş məbləği nəzərə almadan cavabdehdən186 ton armatura görə 289.926 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Ödənilmiş məbləğin artıq olması və bu halın MM-nin 1091 və 1092- ci maddələrinin müddəalarının pozulması kimi artıq yuxarı instansiya məhkəməsi tərəfindən müvafiq qiymət verilmişdir.
28. Beləliklə, yuxarıda istinad olunan məhkəmə qərarları ilə, ələxsusda yekun olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(103)-336/2023 saylı qətnaməsi ilə, müəyyən olunmuşdur ki, hazırki iş üzrə iddiaçının cavabadehə icra edilməli olan öhdəliyi/pul borcu mövcüd deyil, 186 ton armatura görə 289926 manat isə bank qarantiyası əsasında artıq ödənilmişdir. Beləliklə, 433.566 manatdan (bank qarantiyası üzrə ödənilmiş cəmi məbləğ) – 289.926 manat (186 ton armaturun dəyəri) = 143.640 manat iş üzrə cavabdehə əsassız ödənilmiş məbləğ müəyyən edilir.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan normanın məzmunundan da belə nəticəyə gəlinir ki, müqavilə münasibətləri olduğu təqdirdə əsassız varlanma mövcud ola bilməz.
31. Həmin Məcəllənin 6-cı maddəsinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.
32. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hazırkı tələbin irəli sürülməsi qanuni və əsaslı olduğundan və əsassız varlanmanın ilkin şərtləri hazırkı işin halları ilə təsdiq edildiyindən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
33. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 433,64 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
34. Azərbaycan Respublikası MPM-in:
35. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
36. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.
37. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. Odur ki, iddia təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun məbləği 433,64 manat cavabdehə aid edilməlidir.
V. Nəticə:
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia ərizəsi təmin edilsin. Cavabdeh MMC-dən 143640 (bir yüz qırx üç min altı yüz qırx manat) manat pul məbləği və dövlət rüsumunun əvəzi olaraq 433,64 (dörd yüz otuz üç manat altmış dörd qəpik) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova