Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-321/2020 18.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi , Zeynalova Leyla Afiq qızının katibliyi , iddiaçının nümayəndəsi X4 iştirakı ilə, iddiaçı “xxxx” ASC-nin cavabdeh “X1 Mərkəzi” MMC-yə qarşı protokolun təsdiq edilməsi və alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair kommersiya işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC cavabdeh “X1 Mərkəzi” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsində yerləşən 7 saylı evin 45 saylı mənzili üzrə “X1 mərkəzi” MMC tərəfindən keçirilmiş hərracın nəticələrinə dair yekun protokolun təsdiqlənməsinin və alqı-satqı müqaviləsinin bağlanmasının “X1 mərkəzi” MMC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxx” ASC ilə X5 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər vaxtında icra olunmadığından bank tərəfindən ona qarşı iddia qaldırılmış və Səbail rayon məhkəməsinin qətnaməsinə əsasən kredit borcunun tutulması və tutmanın ipotekaya yönəldilməsi qət edilmişdir. Qətnamənin icrası ilə əlaqədar olaraq, X3 məxsus və banka ipotekaya qoyulmuş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsində yerləşən 7 saylı evin 45 saylı mənzili hərraca çıxarılmış, lakin alıcı olmadığı üçün banka təklif olunmuş, evin balansa alınması məqsədi ilə müqavilə bağlanması üçün “İpoteka haqqında” AR Qanununun 43.7-ci maddəsinə əsasən təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiymətlə (54825 AZN) Banka 811 saylı xx.xx.2019-cu il tarixli bildiriş göndərilmişdir. Sözügedən məktuba cavab olaraq, Bank 14/A3541 saylı xx.xx.2019-cu il tarixli məktubla Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsində yerləşən 7 saylı evin 45 saylı mənzilinin balansa alınmasına razılıq bildirmiş və sözügedən əmlakın “xxxx” ASC-nin mülkiyyətinə keçirilməsi üçün hərracın yekunları barədə protokolun və alqı-satqı müqaviləsinin Bankın rəsmi nümayəndəsi tərəfindən imzalanması üçün təqdim edilməsini xahiş etmişdir. Lakin, Bank tərəfindən “X1 mərkəzi” MMC-yə ünvalanmış 14/A3541 saylı xx.xx.2019-cu il tarixli məktuba heç bir cavab verilməmiş, protokolun və alqı-satqı müqaviləsinin imzalanması hərrac tərəfindən təmin edilməmişdir. Belə ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsində yerləşən 7 saylı evin 45 saylı mənzilinin “xxxx” ASC-nin mülkiyyətinə keçirilməsi məqsədilə protokolu, alqı-satqı müqaviləsini imzalanaraq Banka təqdim olunması, əks təqdirdə tərəfimizdən məhkəməyə müraciət olunacağı hərrac mərkəzinə təkrarən bildirilsə də, hərrac mərkəzi məktuba cavab verməmişdir. Həmçinin hərrac mərkəzi tərəfindən təqdim olunmuş hesab fakturalar da yanlışlıqlar mövcud olduğundan bu yanlışlıqların aradan qaldırılması üçün müraciət olunmasına baxmayaraq heç bir nəticə əldə olunmamışdır. Belə ki, 422/1 saylı xx.xx.2019-cu il tarixli ipoteka predmetinin hərracdan alınması ilə bağlı nəzərdə tutulmuş sadələşdirilmiş verginin ödənilməsi üçün hesab-fakturada verginin məbləği səhv qeyd olunmaqla bərabər “xxxx” ASC tərəfindən ödənilməsi istənilmişdir. Digər tərəfdən əmlakın “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olaraq əldə edilməsi məqsədilə, əmlakın satış qiyməti ilə məhkəmə qətnaməsində təmin edilən məbləğ arasındakı 10975 manat təşkil etməsinə baxmayaraq, “X1 Mərkəzi” MMC tərəfindən “xxxx” ASC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 422 saylı hesab-fakturada əmlakın alınması üçün xidmət haqqı kimi 2741.25 manat və 18% ƏDV məbləği kimi 493.43 manat olmaqla, cəmi 3234.68 manat qeyd edilmişdir. Hesab edirik ki, Vergi Məcəlləsinin müvafiq müddəalarında ödəmə mənbəyindən tutulan sadələşdirilmiş verginin bilavasitə ipoteka predmetini əldə edən şəxsdən tutulmasının müəyyən edilmədiyini, “xxxx” ASC-nin təqdim edən şəxs deyil, əldə edən şəxs olduğunu, bu halda da qanunvericiliyin tələblərinə əsasən sadələşdirilmiş verginin əmlakı əldə edən şəxs tərəfindən ödənilməsi tələb edilməməlidir. Belə ki, Vergi Məcəlləsinin 150.3-cü maddəsinə görə notarius və ixtisaslaşdırılmış hərrac təşkilatları bu Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəyir və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludur. Həmin Məcəllənin 150.1.13cü maddəsinə görə aşağıdakılar istisna olmaqla, yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin açıq hərrac qaydasında təqdim edilməsi üzrə hərracın nəticələrini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.2-ci maddəsində müəyyən olunmuş protokolla təsdiq edən ixtisaslaşdırılmış təşkilatlar ödəmə mənbəyində vergini tutmağa borcludurlar: 150.1.13.1. vergi borcunun ödənilməsi ilə bağlı siyahıya alınmış əmlak; 150.1.13.2. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada iflas prosesi çərçivəsində təqdim edilən aktivlər; 150.1.13.3. ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada təqdim olunan qeyri-işlək (toksik) aktivlər; 150.1.13.4. qanunla nəzərdə tutulmuş qaydada üzərinə tələb yönəldilən dövlət əmlakının özəlləşdirilməsi, habelə bələdiyyə əmlakı üzərində mülkiyyət və icarə hüquqlarının özgəninkiləşdirilməsi. Göstərilən maddələrin məzmunundan göründüyü kimi ixtisaslaşdırılmış hərrac təşkilatları yaşayış və ya qeyriyaşayış sahələrinin təqdim edilməsi hərrac vasitəsilə həyata keçirildikdə (fiziki şəxsin azı 5 (beş) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, həmçinin bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci,106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) belə təqdim etməyə görə Vergi Məcəlləsinin 218.4.3-cü maddəsində nəzərdə tutulmuş sadələşdirilmiş vergini ödəmə mənbəyində tutmalıdırlar. Digər tərəfdən Vergi Məcəlləsinin 218.4.3-cü maddəsinə görə bu Məcəllənin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini (fiziki şəxsin azı 5 (beş) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, həmçinin bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir. Həmin Məcəllənin 219.3-1-ci maddəsinin bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin, o cümlədən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən satın alınmış yaşayış və qeyri-yaşayış sahələri vergitutma obyektidir. Sadələşdirilmiş verginin mahiyyətini və tutulması əsaslarını müəyyən edən yuxarıda göstərilən müddəalara müqayisəli şəkildə nəzər saldıqda isə aydın olur ki, sadələşdirilmiş vergi şəxsin mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı əldə edilən məbləğdən tutulan vergi olmaqla, həmin verginin ödəyicisi qismində sahəni təqdim edən şəxs (konkret halda satıcı, sahənin mülkiyyətçisi) çıxış edir. Belə olan halda hesab edirik ki, hazırkı halda “xxxx” ASC daşınmaz əmlakı təqdim edən şəxs deyil, həmin əmlakı əldə edən qismində çıxış etdiyindən “xxxx” MMC-nin hərracın yekunlarına dair protokolun tərtib edilməsi və alqısatqı müqaviləsinin bağlanması üçün sadələşdirilmiş verginin Bank tərəfindən ödənilməsi şərtini irəli sürməsi qanunauyğun hesab edilə bilməz. Qeyd olunanlarla bağlı, 14/A3933 saylı məktubla, xx.xx.2019-cu il tarixində təkrarən “X1 Mərkəzi” MMC-yə məktub ünvanlanaraq hesab-fakturaların yenidən “xxxx” ASC-yə göndərilməsi bildirilmişdir. Eyni zamanda hərrac mərkəzi tərəfindən Banka təqdim olunmuş, 811 saylı xx.xx.2019-cu il tarixli bildirişdə xx.xx.2019-cu il tarixədək əmlakın alınmadığı halda iş sifarişçiyə icra şöbəsinə qaytarılmasına dair xəbərdarlıq olunmuşur. Belə ki, “İpoteka haqqında” AR qanununun 43.8-ci maddəsinə əsasən İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “X1 Mərkəzi” MMC tərəfindən Səbail rayon məhkəməsinin qətnaməsi ilə təmin edilmiş borcun təminatı kimi çıxış edən ipotekaya qoyulmuş əmlakın əldən çıxmasına şərait yaradır. İddiaçının nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərə əsasən müəyyən edildi ki, Səbail rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(009)-305/18 saylı qətnaməsi ilə “xxxx” ASC-nin iddiası qismən təmin edilərək, X2 «xxxx» ASC-nin xeyrinə 07.11,2018-ci il tarixinə xx.xx.2011 -ci il tarixli 151 İK/11 saylı kredit müqaviləsi üzrə ödənilməmiş qalan 37572,88 manat əsas borc, 6045,69 manat faiz borcu və 201,43 manat cərimə borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 43850 (qırzx üç min səkkiz yüz əlli) manat məbləğində pul tutulması, həmin tutma X5 tərəfindən ipotekaya qoulmuş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsində yerləşən 7 saylı evin 45 saylı mənzilinə yönəldilməsi, həmin əmlak ilkin satış qiyməti 86000 (səksən altı min) manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və bankın tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq ipoteka qoyan X3 qaytarılması, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsində yerləşən 7 saylı evin 45 saylı mənzili açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılsın və cavabdehlər X5, X8, X6 və X7 həmin mənzildən çıxarılması qət edilmişdir. “X1 Mərkəzi” MMC–nin xx xxxxxx 2019-cu il tarixli 811 saylı ipoteka predmetinin alğısatqısı üçün müqavilə bağlanması barədə təklifindən görünür ki, evin balansa alınması məqsədi ilə müqavilə bağlanması üçün “İpoteka haqqında” AR Qanununun 43.7-ci maddəsinə əsasən təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiymətlə (54825 AZN) Banka 811 saylı xx.xx.2019-cu il tarixli bildiriş göndərilmişdir. “xxxx” ASC 14/A3541 saylı xx.xx.2019-cu il tarixli məktubla Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsində yerləşən 7 saylı evin 45 saylı mənzilinin ilkin satış qiymətindən 25 faiz aşağı qiymətlə əldə edilməsi üçün müvafiq alqı-satqı müqaviləsinin imzalanması tarixini müəyyənləşdirib rəsmi məlumat verilməsini xahiş etmişdir. “X1 Mərkəzi” MMC tərəfindən «xxxx” ASC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 422 saylı hesab fakturadan görünür ki, əmlakın alınması üçün xidmət haqqı kimi 2741.25 manat və 18% ƏDV məbləği kimi 493.43 manat olmaqla, cəmi 3234.68 manat müəyyən olunmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, “xxxx” ASC-nin iddiası təmin edilməlidir. Belə ki, Vergi Məcəlləsinin 150.3-1-ci maddəsinə əsasən notarius və ixtisaslaşdırılmış hərrac təşkilatları bu Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəyir və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludur. Həmin Məcəllənin 150.1.13-cü maddəsinə əsasən aşağıdakılar istisna olmaqla, yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin açıq hərrac qaydasında təqdim edilməsi üzrə hərracın nəticələrini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.2-ci maddəsində müəyyən olunmuş protokolla təsdiq edən ixtisaslaşdırılmış təşkilatlar ödəmə mənbəyində vergini tutmağa borcludurlar: 150.1.13.1. vergi borcunun ödənilməsi ilə bağlı siyahıya alınmış əmlak; 150.1.13.2. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada iflas prosesi çərçivəsində təqdim edilən aktivlər; 150.1.13.3. ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada təqdim olunan qeyri-işlək (toksik) aktivlər; 150.1.13.4. qanunla nəzərdə tutulmuş qaydada üzərinə tələb yönəldilən dövlət əmlakının özəlləşdirilməsi, habelə bələdiyyə əmlakı üzərində mülkiyyət və icarə hüquqlarının özgəninkiləşdirilməsi. Göstərilən maddələrin məzmunundan göründüyü kimi ixtisaslaşdırılmış hərrac təşkilatları yaşayış və ya qeyri-yaşayış sahələrinin təqdim edilməsi hərrac vasitəsilə həyata keçirildikdə (fiziki şəxsin azı 3 (üç) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, həmçinin bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) belə təqdim etməyə görə Vergi Məcəlləsinin 218.4.3-cü maddəsində nəzərdə tutulmuş sadələşdirilmiş vergini ödəmə mənbəyində tutmalıdırlar. Digər tərəfdən Vergi Məcəlləsinin 218.4.3-cü maddəsinə görə bu Məcəllənin 218.1ci maddəsinin müddəalarından asılı olmayaraq mülkiyyətində olan yaşayış və qeyriyaşayış sahələrinin təqdim edilməsini (fiziki şəxsin azı 3 (üç) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, həmçinin bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir. Həmin Məcəllənin 219.3-1-ci maddəsinin bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin, o cümlədən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən satın alınmış yaşayış və qeyriyaşayış sahələri vergitutma obyektidir. Sadələşdirilmiş verginin mahiyyətini və tutulması əsaslarını müəyyən edən yuxarıda göstərilən müddəalara müqayisəli şəkildə nəzər saldıqda isə aydın olur ki, sadələşdirilmiş vergi şəxsin mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı əldə edilən məbləğdən tutulan vergi olmaqla, həmin verginin ödəyicisi qismində sahəni təqdim edən şəxs (konkret halda satıcı, sahənin mülkiyyətçisi) çıxış edir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda “xxxx” ASC daşınmaz əmlakı təqdim edən şəxs deyil, həmin əmlakı əldə edən qismində çıxış etdiyindən “X1 Mərkəzi” MMC-nin hərracın yekunlarına dair protokolun tərtib edilməsi və alqı-satqı müqaviləsinin bağlanması üçün sadələşdirilmiş verginin ASC tərəfindən ödənilməsi şərtini irəli sürməsi qanunauyğun hesab edilə bilməz. Bununla yanaşı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə görə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Həmin Qanunun 41.3-cü maddəsinə görə hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Yuxarıda göstərilən qanunvericilik normalarını əsas tutaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə mübahisə predmeti olan hərrac könüllü əsaslarla deyil, icra sənədinin icrasını təmin etmək məqsədilə icra məmurunun sifarişi əsasında həyata keçirildiyindən, yəni həmin hərracın keçirilməsi vəzifəsi qanundan irəli gəldiyindən hazırkı halda hərrac təşkilatçısı qanunun tələblərinə uyğun şəkildə keçirilmiş hərracın nəticələrinə dair protokolu təsdiq etmək və alqı-satqı müqaviləsi bağlamaq vəzifəsi daşımaqla hərrac protokolunu imzalamaqdan və müqavilə bağlamaqdan imtina etmək hüququna malik deyildir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsində yerləşən 7 saylı evin 45 saylı mənzilə dair keçirilmiş hərracın yekunlarına dair protokolun və alqı-satqı müqavilələrinin iddiaçı «xxxx” ASC-dən ödəmə mənbəyindən sadələşdirilmiş vergi tutulmadan və həmin verginin ödənilməsi ondan tələb edilmədən bağlanması vəzifəsi cavabdeh “ X1 Mərkəzi” MMC-nin üzərinə qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsində yerləşən 7 saylı evin 45 saylı mənzilə dair keçirilmiş hərracın yekunlarına dair protokolun və alqı-satqı müqavilələrinin iddiaçı «xxxx” ASC-dən ödəmə mənbəyindən sadələşdirilmiş vergi tutulmadan və həmin verginin ödənilməsi ondan tələb edilmədən bağlanması vəzifəsi cavabdeh “X1 Mərkəzi" MMC-nin üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-321/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-321/2020
18.11.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver