Məhkəmə qərarları › İş №e-2-2(113)-3218/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3218/2020

29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3218/2020 29.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızı, İddiaçı Nümayəndə Cavabdeh qarşı «cavabdehin üzərinə ona məxsus, Bakı şəhəri, Nərimanov rayonu, X2 prospekti, ünvanında yerləşən "" otellə bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin şərtləri ilə həmin obyektin iddiaçının sahibliyinə və istifadəsinə verilməsi ilə bağlı öhdəliyin qoyulması, müqavilə müddətinin icarə predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X2 prospekti, ünvanında yerləşən "" otelin iddiaçının faktiki sahibliyinə və istifadəsinə verildiyi andan hesablanması və müqavilə şərtlərini pozduğu üçün cavabdehdən iddiaçının xeyrinə əldən çıxmış fayda kimi 20.000 (iyirmi min) manat pulun tutulması» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Nümayəndə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə ona məxsus, Bakı şəhəri, Nərimanov rayonu, X2 prospekti, ünvanında yerləşən "" otellə bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin şərtləri ilə həmin obyektin iddiaçının sahibliyinə və istifadəsinə verilməsi ilə bağlı öhdəliyin qoyulması, müqavilə müddətinin icarə predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X2 prospekti, ünvanında yerləşən "" otelin iddiaçının faktiki sahibliyinə və istifadəsinə verildiyi andan hesablanması və müqavilə şərtlərini pozduğu üçün cavabdehdən iddiaçının xeyrinə əldən çıxmış fayda kimi 20.000 (iyirmi min) manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verlir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki Cavabdeh Şəmkir rayonu, Çinarlı qəsəbəsi ünvanlarında qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31-ci maddəsinin tələbinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş ərazi aidiyyəti üzrə hazırkı məhkəmədə baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilməlidir ki, o, aidiyyatı üzrə səlahiyyətli məhkəməyə müraciət edə bilər. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A LDİ: İddiaçı Nümayəndə Cavabdeh qarşı «cavabdehin üzərinə ona məxsus, Bakı şəhəri, Nərimanov rayonu, X2 prospekti, ünvanında yerləşən "" otellə bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin şərtləri ilə həmin obyektin iddiaçının sahibliyinə və istifadəsinə verilməsi ilə bağlı öhdəliyin qoyulması, müqavilə müddətinin icarə predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X2 prospekti, ünvanında yerləşən "" otelin iddiaçının faktiki sahibliyinə və istifadəsinə verildiyi andan hesablanması və müqavilə şərtlərini pozduğu üçün cavabdehdən iddiaçının xeyrinə əldən çıxmış fayda kimi 20.000 (iyirmi min) manat pulun tutulması» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət edə bilər. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar