Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3218/2025 12.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Adil Kərimova, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı “ümumi yığıncağın qərarlarının etibarsız hesab edilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: ümumi yığıncaq) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Adil Kərimova, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı “ümumi yığıncağın qərarlarının etibarsız hesab edilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Adil Kərimova, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli ümumi yığıncaq qərarının, xx.xx.2023-сü il tarixli ümumi yığıncaq qərarının, həmin ümumi yığıncaq qərarı əsasında nizamnaməyə edilmiş dəyişikliyin, xx.xx.2023-cü il tarixli ərizələrin etibarsız və xx.xx.2023-cü il tarixli təhvil-təslim aktının etibarsız hesab edilməsi, "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli vəziyyətinə bərpa edilməsi, İddiaçı2 və İddiaçı1 hər birinin 50% pay sahibi olmaqla "xxxx" MMC üzərində təsisçiliklərinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Almaniya Federativ Respublikasının vətəndaşı mərhum X2 tərəfindən xx.xx.2005-ci il tarixdə təsis edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində X1 Qeydiyyatı İdarəsində 1105-T13-3931 qeydiyyat nömrəsilə şirkətin nizamnaməsi təsdiq edilmişdir. X2 Almaniya Federativ Respublikasında fəaliyyət göstərən “Tauber Holding”-in təsisçisi olmuşdur. Hal-hazırda həmin holdingin tərkibinə bir neçə sahədə layihələr həyata keçirən şirkətlər qrupu daxildir və böyük dövriyyəsi vardır. "xxxx" MMC-nin yaradılması məqsədi də məhz “Tauber Holding”-in Azərbaycan Respublikasındakı layihələrin həyata keçirilməsi olmuşdur. X2 öldükdən sonra, yəni xx.xx.2017-ci il tarixdə xx.xx.2005-ci il tarixli vəsiyyətnamə üzrə Almaniya Federativ Respublikasının vətəndaşları iddiaçılar İddiaçı2 və İddiaçı1 hər biri 50% pay sahibi olmaqla "xxxx" MMC-nin təsisçiləri təyin edilmişlər və bununla bağlı AR Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X1 Qeydiyyatı İdarəsində ********** qeydiyyat nömrəsilə şirkətin nizamnaməsində edilmiş dəyişiklik təsdiq edilmişdir. Həmçinin iddiaçılar İddiaçı2 və İddiaçı1 “Tauber Holding” şirkətlər qrupuna daxil olan “Tauber İnvest GMBH Şirkətinin” Azərbaycan Respublikasındakı Filialını təsis etmişlər. Buna səbəb isə həmin Filialın "xxxx" MMC ilə əlaqəli fəaliyyət göstərməsi olmuşdur. Belə ki, İddiaçı2 və İddiaçı1 "xxxx" MMC-nin direktoru vəzifəsinə cavabdeh AFR-in vətəndaşı Cavabdeh1 təyin etmişlər, eləcə də təsisçilər AFR-də yaşadıqlarına görə Cavabdeh1 tərəfindən şirkətin idarəetməsi zamanı hər hansı məhdudiyyətlə üzləşməməsi üçün ona xx.xx.2018-ci il tarixdə baş etibarnamə vermişlər. Cavabdehə verilmiş həmin etibarnamədə müddət göstərilməmişdir, bu səbəbdən etibarnamə 1 il sonra qüvvəsini itirmişdir. Daha sonra yenidən iddiaçılar tərəfindən cavabdehə xx.xx.2019-cu il tarixdə eyni məzmunda baş etibarnamə verilmişdir, həmin etibarnamənin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. Şirkətin direktoru Cavabdeh1 təsisçilər tərəfindən ona verilmiş baş etibarnamə əsasında "xxxx" MMC-nin təmsilçiliyini həyata keçirmişdir. Lakin onun tərəfindən "xxxx" MMC ilə bağlı heç bir layihə həyata keçirilməmişdir. Cavabdeh1 həmin müddətdə iddiaçılara, guya həyata keçirdiyi layihələr ilə bağlı yalan hesabatlar təqdim etmişdir. Həmçinin, Cavabdeh1 "xxxx" MMC-nin direktoru vəzifəsində işlədiyi müddətdə qardaşı cavabdeh Adıl Karımov ilə birgə hər biri 50% pay sahibi olmaqla Cavabdeh3 MMC-ni təsis etmişlər. Cavabdehlərin həmin şirkəti təsis etmələrində məqsədləri "xxxx" MMC-ni mənimsəmək olmuşdur. Həmin MMC-nin direktoru kimi isə digər Cavabdeh2 təyin etmişlər. Bundan sonra, Cavabdeh1 təsisçilər tərəfindən ona verilmiş xx.xx.2018-ci il tarixli, yəni müddəti bitmiş etibarnamədən sui istifadə edərək, təsisçilər adından "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixdə ümumi yığıncaq keçirmişdir. Ümumi yığıncağın gündəmində olan məsələ kimi isə, guya "xxxx" MMC-nin fəaliyyətinin bərpa edilməsi üçün maddi çətinliklərin olduğunu, nasaz vəziyyətdə olan texnikaların bərpa edilməsi, işçilərin əmək haqqlarının verilməsi üçün vəsaitin olmaması və cəmiyyətin digər xərclərinin qarşılaya bilmədiyindən əlavə investisiyanın cəlb edilməsi üçün Cavabdeh3 MMC-nin əlavə pay qoyaraq "xxxx" MMC-yə təsisçi kimi daxil olması qoyulmuşdur. Cavabdeh1 təsisçilər adından səs vermiş və ümumi yığıncağın qərarını imzalamışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh1 yenidən "xxxx" MMC-nin təsisçiləri adından ümumi yığıncaq keçirmiş və Cavabdeh3 MMC-nin "xxxx" MMC-yə təsisçi kimi daxil olması və nizamnamə kapitalının artması ilə əlaqədar cəmiyyətin nizamnaməsinə dəyişiklik edilməsi, bununla bağlı dəyişikliyin dövlət reyestrində qeydiyyata alınması üçün AR İqtisadiyyat Nazirliyinə müraciət edilməsi qərara alınmışdır. Sonra Cavabdeh1 yenidən ona verilmiş etibarnamədən sui-istifadə edərək, xx.xx.2023-cü il tarixdə iddiaçılar İddiaçı1 və İddiaçı2 adından ərizə yazaraq onların şirkətə olan paylarını pul şəkildə götürərək şirkətin təsisçilikdən çıxmalarını bəyan etmişdir. 09 oktyabr 2023-cü il tarixdə Cavabdeh1 təhviltəslim aktı tərtib etmiş və iddiaçıların ərizəsini nəzərə alaraq nizamnamə kapitalındakı paylarına uyğun həmin dövrün balansına əsasən onlara çatan aşağıda qeyd edilən əmlakları Otto Tauber və İddiaçı2e təhvil verdiyini qeyd etmişdir: 1) Kubota KX121-2 8/4/20 (110FY965 KX121-2-55786X) 2) KRAN FUCHS-BAGGER 110M 8/4/2091 10FY969-**********2) 3) MİNİBAGGER KUBOTA KX41-3S, FABRİKNR 56562 4) HYUNDAİ 140 10/7/20 (99PH471 KMHLC81UBCU039935) Beləliklə,Cavabdeh1 təsisçilər tərəfindən ona verilmiş müddəti bitmiş etibarnamədən sui-istifadə etməklə,"xxxx" MMC-ni faktiki ələ keçirmiş, özü və qardaşıcavabdeh Adıl Karımovun təsisçiləri olduğu "xxxx" MMC-ni 100% pay sahibi olmaqla təsisçi etmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə1 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. İşdə iştirak edən digər şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
7. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, iddiaçı məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. - 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. - 337.3-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. - 339.1-ci maddəsinə əsasən Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. - 339.2-ci maddəsinə əsasən Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. - 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. - 339.6-cı maddəsinə əsasən Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
11. Məhkəmə ilk növbədə qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tariixli qərardadı ilə, iddianın xx.xx.2023-cü il tarixli ərizələrin və xx.xx.2023-cü il tarixli təhvil-təslim aktının etibarsız hesab edilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir.
12. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2005-ci il tarixdə təsdiq edilmiş nizamnaməsindən görünür ki, cəmiyyətin nizamnamə kapitalı 200 manat həcmindədir və hər biri 20 manat olmaqla 10 paydan ibarətdir. Herbert Tauber cəmiyyətin 100 faiz pay sahibi olmuşdur.
13. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2011-ci il tarixdə təsdiq edilmiş yeni redaksiyada nizamnaməsindən görünür ki, İddiaçı2 və İddiaçı1 hər biri 50% pay sahibi olmaqla "xxxx" MMC-nin təsisçiləri olmuşlar.
14. İş materiallarında olan Almaniya Federativ Respublikasında İddiaçı2 və İddiaçı1 tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2018-ci il tarixli etibarnamədən görünür ki, bir çox əməliyyatların edilməsi ilə bağlı “baş etibarnamə” verilmişdir.
15. Qeyd edilmiş etibarnamədə, onun qüvvədə olduğu müddət göstərilməmişdir.
16. Bundan başqa iş materiallarında olan Almaniya Federativ Respublikasında İddiaçı2 və İddiaçı1 tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2019-cu il tarixli etibarnamədən görünür ki, İddiaçı1 tərəfindən Cavabdeh1 xx.xx.2018-ci il tarixli etibarnamədə əks olunmuş eyni məzmunlu etibarnamə verilmişdir.
17. Qeyd edilmiş etibarnamədə, onun xx.xx.2022-ci il tarixədək etibarlı olması göstərilmişdir.
18. İddiaçı tərəf qeyd edir ki, qeyd edilmiş etibarnamələrin verilməsində məqsəd, təsisçilər İddiaçı2 və İddiaçı1 Almaniya Federativ Respublikasında yaşadığından, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin idarə edilməsi ilə bağlı məsələlərin həll edilməsi ilə bağlı olmuşdur. Ancaq Cavabdeh1 etibardan sui istifadə edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini mənimsəmişdir.
19. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçilərinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh3 MMC-nin 200 manat əlavə pay qoyaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi kimi daxil olması və nizamnamə kapitalının artması ilə əlaqədar təsisçilərin paylarının, Cavabdeh3 MMC-nin 50 faiz, İddiaçı2 25 faiz və İddiaçı1 25 faiz kimi müəyyən edilməsi qərara alınmışdır.
20. İş materiallarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçilərinin paylarının Cavabdeh3 MMC-nin 50 faiz, İddiaçı2 25 faiz və İddiaçı1 25 faiz kimi müəyyən edilməsi barədə yenidən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisilərinin xx.xx.2023-cü il tarixində qərar qəbul edilmişdir.
21. Məhkəmə qeyd edir ki, hər iki təsisçilərin yığıncağından İddiaçı2 və İddiaçı1 adlarından ona verilmiş olan etibarnamədən istifadə etməklə məhz Cavabdeh1 təmsil etmişdir.
22. İş materiallarında olan Cavabdeh3 MMC-nin nizamnaməsindən və X1 reyestrindən çıxarışından görünür ki, Cavabdeh3 MMC-nin təsisçiləri Cavabdeh1 (50 faiz) və Adil Karımzadadir (50 faiz).
23. Göründüyü kimi, Cavabdeh1 ona verilmiş olan etibarnamədən istifadə etməklə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçiliyinə özü və qardaşının təsisçisi olduğu Cavabdeh3 MMC-ni 50 faiz təsisçiliyinə nail olmuşdur.
24. Bundan başqa iş materiallarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçilərinin nümayəndəsi Cavabdeh1 cəmiyyətə müraciət edərək, cəmiyyətdə olan paylarını götürüb çıxmaq istədiklərini bildirmişlər və xx.xx.2023-cü il tarixli ərizələri də, bunu təsdiq edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçilərinin ərizəsini nəzərə alaraq nizamnamə kapitalındakı paylarına uyğun olaraq həmin dövrün balansına əsasən onlara çatan əmlakları təhvil vermişdir: cəmi 78.379,86 manat və 1) Kubota KX121-2 8/4/20 (110FY965 KX121-2-55786X) 2) KRAN FUCHS-BAGGER 110M 8/4/2091 10FY969-**********2) 3) MİNİBAGGER KUBOTA KX41-3S, FABRİKNR 56562 4) HYUNDAİ 140 10/7/20 (99PH471 KMHLC81UBCU039935) məzmunlu xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı tərtib edilmişdir.
25. Qeyd edilmiş təhvil-təslim aktından da, görünür ki, həm təhvil alan, həm də, təhvil verən Cavabdeh1dir.
26. İddiaçı tərəf onlara nə pul, nə başqa bir əmlakın verilmədiyini, hətta qeyd edilmiş 4 ədəd texnikanın da, hal-hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olduğunu bildirmişdir.
27. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf İddiaçı2 və İddiaçı1 şirkətin saxlanmasının çətin olduğunu, şirkətin saxlanması və bəzi mübahisələrin həlli üçün Cavabdeh1nin xərc çəkdiyini, ona görə iddiaçıların özlərinin şirkəti Cavabdeh1 vermək istəməkləri və bu barədə razılığın olması, hmçinin Almaniya yerləşən mənzilin satılması barədə razılığın olması amma baş tutmaması kimi qeyri-müəyyən bir izah vermişdir.
28. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, Kərimzadə Aqil ona verilmiş olan hüquqi şəxsin idarə edilməsi üçün verilmiş etibarnamələrdən və etibardan sui istifadə edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə özü və qardaşının təsisçisi olduğu Cavabdeh3 MMC-nin təsisçi kimi daxil edilməsinə və İddiaçı2 və İddiaçı1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçiliyindən çıxmasına nail olmuş və bununla da, hüquqi şəxsi və onun əmlakını mənimsəmişdir.
29. Belə ki, iş materiallarından da, göründüyü kimi və məntiqi hüquqi düşüncə o nəticəyə gəlmək üçün əsas verir ki, heç bir, xüsusən də, kifayət qədər dəyəri olan hüquqi şəxsin təsçiləri, özünə məxsus olan hüquqi şəxsi digər şəxsə bağışlamır. Bundan başqa da, Məhkəmə qeyd edir ki, İddiaçı2 və İddiaçı1 özlərinə aid olan hüquqi şəxsdə paylarını bağışlamaq niyyətləri olsaydı, bunu etibarnmə verməklə deyil, bağışlama müqaviləsi bağlamaqla həyata keçirə bilərdilər.
30. Ona görə də, Məhkəmə hesab edir ki, "xxxx" MMC-nin təsisçilərinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarları və həmin qərarlar əsasında "xxxx" MMC-nin Nizamnaməsinə edilmiş dəyişikliklər etibarsız hesab edilməli və İddiaçı2 və İddiaçı1 hər birinin 50% pay sahibi olmaqla "xxxx" MMC üzərində təsisçilikləri bərpa edilsin.
31. Məhkəmə cavabdehlərin 1 illik müddətin keçməsi dəlini də, əsassız hesab edir.
32. Belə ki, Mülki Məcəllənin 337.3-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
33. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
34. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
35. Bu xüsusda Məhkəmə qeyd edir ki, göründüyü kimi, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarları əhəmiyyətizdir. Qanunda qeyd edilmiş bir illik müddə isə məhz əhəmiyyətsiz əqdin nəticələrinin tətbiqi üçün (restitusiya) nəzərdə tutulmuş müddətdir.
36. Yəni hazırkı halda, qeyd edilmiş müddət tətbiq edilə bilməz.
37. Beləliklə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
38. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. "xxxx" MMC-nin təsisçilərinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarları və həmin qərarlar əsasında "xxxx" MMC-nin Nizamnaməsinə edilmiş dəyişikliklər etibarsız hesab edilsin. İddiaçı2 və İddiaçı1 hər birinin 50% pay sahibi olmaqla "xxxx" MMC üzərində təsisçilikləri bərpa edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov