Məhkəmə qərarları › İş №e-2-2(113)-3220/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3220/2021

30.07.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3220/2021 30.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə kommersiya mübahisəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ("xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçıASCnin 01 yanvar 2018-ci il tarixə kimi elektrik enerjisi istehlakına görə 216297,06 manat qalıq borclarının "xxxx" ASC ilə "xxxx" ASC arasında təhvil-təslim işlərinin başa çatmamasından asılı olmayaraq, "xxxx" ASC tərəfindən silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (keçmiş Kirovabad Cihazqayırma zavodu) 1942-ci ildən fəaliyyət göstərir. SSRİ X4 7 fevral 1942-ci il tarixli 2049 saylı qərarına əsasən Simferopol mühərrik təmiri zavodu Gəncə şəhərinə köçürülmüşdür (müəssisənin keçmiş reklam prospektlərinin titul səhifələri əlavə olunur - 2 vərəqədə). Həmin vaxtdan indiyə kimi 79 il ərzində müəssisənin təbii qaz, elektrik enerjisi və su ilə təchizatında heç bir problem yaranmamışdır. İndi gözlənilmədən vəziyyət dəyişmişdir. Səbəb 1 noyabr 2003-cü ilə kimi yaranmış köhnə borcların cavabdeh "xxxx" ASC tərəfindən qanunsuz olaraq silinməməsidir. Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin 15.09.2008-ci il tarixdə hazırladığı “Qiymətli kağız sahiblərinin reyestrindən” göründüyü kimi, İddiaçı ASC-nin 2006-cı ildə başlamış özəlləşdirilməsi 2008-ci ildə başa çatmışdır. Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin 24.08.2015-ci il tarixdə hazırladığı “Qiymətli kağız sahiblərinin reyestrindən” və 12 saylı Ərazi Vergilər Departamentinin 21.07.2017-ci il tarixli **********161700 №-li məktubundan göründüyü kimi, İddiaçı ASC-nin İdarə heyətinin sədri 2015-ci ildən A.B.Zeynalovdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi 13.07.2015-ci il tarixli **********07 №-li məktubunda bir daha təsdiqləmişdir ki, müəssisənin 2003-cü il 01 noyabr tarixinə olan borclarının silinməsinə dair Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi 14.04.2006-cı il tarixli 10-2/4527 №-li məktub vermişdir. İddiaçıASCnin elektrik enerjisindən istifadəyə görə 2003-cü il 1 noyabr tarixə kimi yaranmış köhnə borclarının Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2001-ci il tarixli 497 saylı Fərmanı ilə təsdiq edilmiş (Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2003-cü il tarixli 8 saylı, 27 may 2005-ci il tarixli 236 saylı və 6 iyun 2006-cı il tarixli 426 saylı fərmanları ilə edilmiş dəyişikliklər nəzərə alınmaqla) özəlləşdirilən dövlət müəssisələrinin, qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə borclarının silinməsi qaydalarına uyğun olaraq tənzimlənməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət etməklərinə baxmayaraq, həmin borcların silinməsinə "xxxx" ASC ilə "xxxx" ASC arasında təhvil-təslim işlərinin yekunlaşmasından sonra baxılacağı bildirilmişdir ("xxxx" ASC-nin 10.11.2015-ci il tarixli HX15/2703 №-li; 28.10.2020-ci iltarixli 0199/2902 №-li və onun yerli orqanı olan “Qərb” Regional EnerjiTəchizatı və Satışı İdarəsinin 28.12.2019-cu il tarixli 123-01/137 №-li məktubları). 2015-ci ildən sonra 6 il keçməsinə baxmayaraq, cavabdeh təhvil-təslim işlərini başa çatdırmamışdır. 2015-ci ildən başlayaraq elektrik enerjisi sərfiyyatına görə cavabdeh "xxxx" ASC tərəfindən iddiaçıya hər ay təqdim olunan hesab ödəniş vərəqələrində əvvəllər qalıq borc göstərilməsə də, 2020-ci ilin oktyabr ayından başlayaraq yenidən 216297,06 manat qalıq borc göstərilməyə başlanmışdır ("xxxx" ASC-nin 19.08.2020-ci il tarixli ********* №-li və 15.10.2020-ci il tarixli ********* №-li hesab ödəniş vərəqələri). Cavabdeh təhvil-təslim işlərini uzadaraq borcları silmək əvəzinə dirçəltməklə məşğuldur. İddiaçı ASC hər ay istehlak etdiyi elektrik enerjisin dəyərini uzun illərdir ki, ödəyir. Cavabdeh bundan istifadə edərək, 2003-cü il 01 noyabr tarixə yaranmış köhnə qalıq borcları qanunsuz olaraq bərpa etməyə çalışır. Halbuki, həmin borcların silinməsi üçün hələ 2006-cı ildə Əmlak Komitəsi tərəfindən məktub göndərilmişdir. Həmin borcların "xxxx", yaxud "xxxx" tərəfindən silinməməsi məsələnin mahiyyətini dəyişmir. Cavabdeh məhkəməyə qədərki həll qaydasında verilmiş 09.03.2021ci il tarixli 03/12 №- li pretenziyanı da müsbət cavablandırmamışdır. Cavabdeh 16.03.2021-ci il tarixdə pretenziyanı alsa da bu günə qədər rəsmi cavab verməmişdir. Buna görə də məhkəməyə müraciət olunması zəruriyyəti yaranmışdır. Eyni zamanda vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddətinin son müddəti 3 (üç) ildir. Bizə göstərilən borclar isə altı dəfə çox, yəni 18 il əvvələ aiddir. Cavabdeh 1 noyabr 2003-cü ilə qədər yaranmış borcları tələb etmək hüququnu iddia müddəti keçdiyinə görə də itirmişdir. Daha sonra İddiaçı Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, İddiaçı ASC-nin cavabdeh "xxxx" ASC-yə iddia müddəti ötmüş 216621,06 manat borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsini qəbul etməyərək, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - "xxxx" ASC ilə istehlakçı İddiaçı ASC arasında enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi (bundan sonra - abonent) arasında elektrik enerjisinin alqı-satqısı barədə 01.04.2020-ci il tarixli, 020862 saylı müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını elektrik enejisi ilə təmin etməyi, istehlakçı isə aldığı elektrik enerjisinin dəyərini sayğacın göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. - "xxxx" ASC tərəfindən tərtib edilmiş 26.11.2015-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, 27.10.2015-26.11.2015-ci il tarixinə qədər istifadə olunan elektrik enerjisinin haqqının ödənişi üçün İddiaçı ASC-nin **********7 nömrəli hesabına 411,86 əsas və 74,14 manat ƏDV məbləği olmaqla, cəmi 486 manat hesablanmışdır. Eləcə də, İddiaçı ASC-nin 26.11.2015-ci il tarixə 216792,08 manat məbləğində qalıq borcunun olduğu qeyd edilmişdir. - "xxxx" ASC tərəfindən tərtib edilmiş 20.02.2018-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, 19.01.2018-20.02.2018-ci il tarixinə qədər istifadə olunan elektrik enerjisinin haqqının ödənişi üçün İddiaçı ASC-nin **********7 nömrəli hesabına 1166,95 əsas və 210,05 manat ƏDV məbləği olmaqla, cəmi 1377 manat hesablanmışdır. - "xxxx" ASC tərəfindən tərtib edilmiş 20.04.2018-ci il tarixli hesab ödəniş vərəqindən görünür ki, 14.03.2018-19.04.2018-ci il tarixinə qədər istifadə olunan elektrik enerjisinin haqqının ödənişi üçün İddiaçı ASC-nin **********7 nömrəli hesabına 1098,31 əsas və 197,69 manat ƏDV məbləği olmaqla, cəmi 1296 manat hesablanmışdır. - "xxxx" ASC tərəfindən tərtib edilmiş 23.05.2018-ci il tarixli hesab ödəniş vərəqindən görünür ki, 19.04.2018-22.05.2018-ci il tarixinə qədər istifadə olunan elektrik enerjisinin haqqının ödənişi üçün İddiaçı ASC-nin **********7 nömrəli hesabına 1029,6 əsas və 185,34 manat ƏDV məbləği olmaqla, cəmi 1215 manat hesablanmışdır. - "xxxx" ASC tərəfindən tərtib edilmiş 22.06.2018-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, 22.05.2018-22.06.2018-ci il tarixinə qədər istifadə olunan elektrik enerjisinin haqqının ödənişi üçün İddiaçı ASC-nin **********7 nömrəli hesabına 961,02 əsas və 172,98 manat ƏDV məbləği olmaqla, cəmi 1134 manat hesablanmışdır. - "xxxx" ASC tərəfindən tərtib edilmiş 23.07.2018-ci il tarixli hesab ödəniş vərəqindən görünür ki, 22.06.2018-23.07.2018-ci il tarixinə qədər istifadə olunan elektrik enerjisinin haqqının ödənişi üçün İddiaçı ASC-nin **********7 nömrəli hesabına 1304,24 əsas və 234,76 manat ƏDV məbləği olmaqla, cəmi 1539 manat hesablanmışdır. - "xxxx" ASC tərəfindən tərtib edilmiş 24.08.2018-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, 23.07.2018-21.08.2018-ci il tarixinə qədər istifadə olunan elektrik enerjisinin haqqının ödənişi üçün İddiaçı ASC-nin **********7 nömrəli hesabına 1372,88 əsas və 247,12 manat ƏDV məbləği olmaqla, cəmi 1620 manat hesablanmışdır. - "xxxx" ASC tərəfindən tərtib edilmiş 23.10.2018-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, 21.09.2018-23.10.2018-ci il tarixinə qədər istifadə olunan elektrik enerjisinin haqqının ödənişi üçün İddiaçı ASC-nin **********7 nömrəli hesabına 823,73 əsas və 148,27 manat ƏDV məbləği olmaqla, cəmi 972 manat hesablanmışdır. - "xxxx" ASC tərəfindən tərtib edilmiş 26.11.2018-ci il tarixli hesab ödəniş vərəqindən görünür ki, 23.10.2018-21.11.2018-ci il tarixinə qədər istifadə olunan elektrik enerjisinin haqqının ödənişi üçün İddiaçı ASC-nin **********7 nömrəli hesabına 1029,66 əsas və 185,34 manat ƏDV məbləği olmaqla, cəmi 1215 manat hesablanmışdır. - "xxxx" ASC tərəfindən tərtib edilmiş 14.12.2018-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, 21.11.2018-14.12.2018-ci il tarixinə qədər istifadə olunan elektrik enerjisinin haqqının ödənişi üçün İddiaçı ASC-nin **********7 nömrəli hesabına 1098,31 əsas və 197,69 manat ƏDV məbləği olmaqla, cəmi 1296 manat hesablanmışdır. - "xxxx" ASC tərəfindən tərtib edilmiş 24.01.2019-cu il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, 14.12.2018-22.01.2019-cu il tarixinə qədər istifadə olunan elektrik enerjisinin haqqının ödənişi üçün İddiaçı ASC-nin **********7 nömrəli hesabına 1441,53 əsas və 259,47 manat ƏDV məbləği olmaqla, cəmi 1701 manat hesablanmışdır. - "xxxx" ASC tərəfindən tərtib edilmiş 20.02.2019-cu il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, 22.01.2019-20.02.2019-cu il tarixinə qədər istifadə olunan elektrik enerjisinin haqqının ödənişi üçün İddiaçı ASC-nin **********7 nömrəli hesabına 1029,66 əsas və 185,34 manat ƏDV məbləği olmaqla, cəmi 1215 manat hesablanmışdır. - "xxxx" ASC tərəfindən tərtib edilmiş 19.03.2019-cu il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, 20.02.2019-15.03.2019-cu il tarixinə qədər istifadə olunan elektrik enerjisinin haqqının ödənişi üçün İddiaçı ASC-nin **********7 nömrəli hesabına 1029,66 əsas və 185,34 manat ƏDV məbləği olmaqla, cəmi 1215 manat hesablanmışdır. - "xxxx" ASC tərəfindən tərtib edilmiş 19.04.2019-cu il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, 15.03.2019-19.04.2019-cu il tarixinə qədər istifadə olunan elektrik enerjisinin haqqının ödənişi üçün İddiaçı ASC-nin **********7 nömrəli hesabına 892,37 əsas və 160,63 manat ƏDV məbləği olmaqla, cəmi 1053 manat hesablanmışdır. - "xxxx" ASC tərəfindən tərtib edilmiş 20.06.2019-cu il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, 20.05.2019-20.06.2019-cu il tarixinə qədər istifadə olunan elektrik enerjisinin haqqının ödənişi üçün İddiaçı ASC-nin **********7 nömrəli hesabına 1098,31 əsas və 197,69 manat ƏDV məbləği olmaqla, cəmi 1296 manat hesablanmışdır. - "xxxx" ASC tərəfindən tərtib edilmiş 17.07.2019-cu il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, 20.06.2019-17.07.2019-cu il tarixinə qədər istifadə olunan elektrik enerjisinin haqqının ödənişi üçün İddiaçı ASC-nin **********7 nömrəli hesabına 1372,88 əsas və 247,12 manat ƏDV məbləği olmaqla, cəmi 1620 manat hesablanmışdır. - "xxxx" ASC tərəfindən tərtib edilmiş 18.09.2019-cu il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, 20.08.2019-18.09.2019-cu il tarixinə qədər istifadə olunan elektrik enerjisinin haqqının ödənişi üçün İddiaçı ASC-nin **********7 nömrəli hesabına 1166,95 əsas və 210,05 manat ƏDV məbləği olmaqla, cəmi 1377 manat hesablanmışdır. - "xxxx" ASC tərəfindən tərtib edilmiş 22.10.2019-cu il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, 18.09.2019-18.10.2019-cu il tarixinə qədər istifadə olunan elektrik enerjisinin haqqının ödənişi üçün İddiaçı ASC-nin **********7 nömrəli hesabına 892,37 əsas və 160,63 manat ƏDV məbləği olmaqla, cəmi 1053 manat hesablanmışdır. - "xxxx" ASC tərəfindən tərtib edilmiş 21.11.2019-cu il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, 18.10.2019-20.11.2019-cu il tarixinə qədər istifadə olunan elektrik enerjisinin haqqının ödənişi üçün İddiaçı ASC-nin **********7 nömrəli hesabına 1285,02 əsas və 231,30 manat ƏDV məbləği olmaqla, cəmi 1516,32 manat hesablanmışdır. - "xxxx" ASC tərəfindən tərtib edilmiş 17.12.2019-cu il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, 20.11.2019-17.12.2019-cu il tarixinə qədər istifadə olunan elektrik enerjisinin haqqının ödənişi üçün İddiaçı ASC-nin **********7 nömrəli hesabına 1716,1 əsas və 308,9 manat ƏDV məbləği olmaqla, cəmi 2025 manat hesablanmışdır. - "xxxx" ASC tərəfindən tərtib edilmiş 15.10.2020-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, 14.09.2020-15.10.2020-ci il tarixinə qədər istifadə olunan elektrik enerjisinin haqqının ödənişi üçün İddiaçı ASC-nin **********7 nömrəli hesabına 961,02 əsas və 172,98 manat ƏDV məbləği olmaqla, cəmi 1134 manat hesablanmışdır. Eləcə də, İddiaçı ASC-nin 15.10.2020-ci il tarixə 216297,06 manat məbləğində qalıq borcunun olduğu qeyd edilmişdir. - 15.04.2021-ci il tarixli 93 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən "xxxx" ASC-nin AZ05AZRT******************** nömrəli hesabına 1166,95 manat məbləğində vəsait ödənilmişdir. - 15.04.2021-ci il tarixli 97 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən "xxxx" ASC-nin AZ05AZRT******************** nömrəli hesabına 200 manat məbləğində vəsait ödənilmişdir. - 21.05.2021-ci il tarixli OD1 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən "xxxx" ASC-nin AZ05AZRT******************** nömrəli hesabına 892,37 manat məbləğində vəsait ödənilmişdir. - 21.05.2021-ci il tarixli OD” nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən "xxxx" ASC-nin AZ05AZRT******************** nömrəli hesabına 124,6 manat məbləğində vəsait ödənilmişdir. - 29.06.2021-ci il tarixli 107 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən "xxxx" ASC-nin AZ05AZRT******************** nömrəli hesabına 1098,31 manat məbləğində vəsait ödənilmişdir. - 15.04.2021-ci il tarixli **********310561 nömrəli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, İddiaçı ASC (VÖEN: **********) tərəfindən "xxxx" ASC-yə (VÖEN: **********) 210,05 manat ƏDV məbləği ödənilmişdir. - 15.04.2021-ci il tarixli **********311359 nömrəli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, İddiaçı ASC (VÖEN: **********) tərəfindən "xxxx" ASC-yə (VÖEN: **********) 36 manat ƏDV məbləği ödənilmişdir. - 21.05.2021-ci il tarixli **********456497 nömrəli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, İddiaçı ASC (VÖEN: **********) tərəfindən "xxxx" ASC-yə (VÖEN: **********) 160,63 manat ƏDV məbləği ödənilmişdir. - 21.05.2021-ci il tarixli **********456528 nömrəli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, İddiaçı ASC (VÖEN: **********) tərəfindən "xxxx" ASC-yə (VÖEN: **********) 22,43 manat ƏDV məbləği ödənilmişdir. - 29.06.2021-ci il tarixli **********620697 nömrəli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, İddiaçı ASC (VÖEN: **********) tərəfindən "xxxx" ASC-yə (VÖEN: **********) 197,69 manat ƏDV məbləği ödənilmişdir. - "xxxx" ASC tərəfindən tərtib edilmiş 16.05.2021-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, 13.04.2021-16.05.2021-ci il tarixinə qədər istifadə olunan elektrik enerjisinin haqqının ödənişi üçün İddiaçı ASC-nin **********7 nömrəli hesabına 892,37 əsas və 160,63 manat ƏDV məbləği olmaqla, cəmi 1053 manat hesablanmışdır. Eləcə də, İddiaçı ASC-nin 16.05.2021-ci il tarixə 216216,06 manat məbləğində qalıq borcunun olduğu qeyd edilmişdir. - "xxxx" ASC tərəfindən tərtib edilmiş 16.06.2021-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, 16.05.2021-16.06.2021-ci il tarixinə qədər istifadə olunan elektrik enerjisinin haqqının ödənişi üçün İddiaçı ASC-nin **********7 nömrəli hesabına 1098,31 əsas və 197,69 manat ƏDV məbləği olmaqla, cəmi 1296 manat hesablanmışdır. Eləcə də, İddiaçı ASC-nin 16.06.2021-ci il tarixə 216459,06 manat məbləğində qalıq borcunun olduğu qeyd edilmişdir. - "xxxx" ASC tərəfindən tərtib edilmiş 09.07.2021-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, 16.06.2021-09.07.2021-ci il tarixinə qədər istifadə olunan elektrik enerjisinin haqqının ödənişi üçün İddiaçı ASC-nin **********7 nömrəli hesabına 1235,59 əsas və 222,41 manat ƏDV məbləği olmaqla, cəmi 1458 manat hesablanmışdır. Eləcə də, İddiaçı ASC-nin 09.07.2021-ci il tarixə 216621,06 manat məbləğində qalıq borcunun olduğu qeyd edilmişdir. - "xxxx" ASC tərəfindən tərtib edilmiş İddiaçı ASC-nin **********7 nömrəli hesabının abunə haqqında məlumatından görünür ki, iddiaçının sayğac üzrə göstəricisi 76581,36 manat, aktlar üzrə 215766,08 manat olmuşdur, ödəmələrin məbləği isə 75888,38 manat təşkil edir. - Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə ünvanlanan ərizədə qeyd olunur ki, İddiaçı ASC-nin 215766,08 manat məbləğində borcu 2015-ci il tarixə qədər yaranmışdır. İddiaçıya verilmiş 26.11.2015-ci il tarixli, ********* saylı hesab fakturada ümumi borcun 316792,08 manat məbləğində olduğu barədə xəbərdarlıq edilmişdir. İddiaçı isə 5 ildən sonra 2021-ci ildə məhkəməyə müraciət etmiş və iddiaçı tərəfindən iddia ərizəsi qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti (3il) ötdükdən sonra məhkəməyə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Qeyd olunanları əsasən İddiaçıASC-nin "xxxx"ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia müddəti keçdiyindən iddianın rədd olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. - İddiaçı ASC tərəfindən "xxxx" ASC-yə 09 mart 2021-ci il tarixli, 03/12 nömrəli pretenziya məktubu ünvanlanaraq mübahisələndirilən borc məbləğinin silinməsi tələb edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında elektrik enerjisinin alqı-satqısı barədə 01.04.2020-ci il tarixli, 020862 saylı müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını elektrik enejisi ilə təmin etməyi, istehlakçı isə aldığı elektrik enerjisinin dəyərini sayğacın göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı istifadə etdiyi elektrik enerjisi ilə bağlı aylıq olaraq ödənişləri həyata keçirmiş, lakin 2020-ci ilin oktyabr ayından etibarən cavabdeh tərəfindən təqdim edilən hesab ödəniş vərəqlərində iddiaçının qalıq borcunun olduğu qeyd edilmişdir. Bununla bağlı iddiaçı cavabdehə borcun silinməsi ilə bağlı məktub ünvanlamışdır. Həmçinin müəyyən olunmuşdur ki, silinməsi tələb olunan borcun 215766,08 manatı 2015-ci il tarixə qədər yaranmışdır. Belə ki, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş abunə haqqında məlumatda da iddiaçının aktlar üzrə borcunun (köhnə borclar) 215766,08 manat olduğu qeyd edilir. Eləcə də cavabdeh tərəfindən təqdim edilmiş ərizədə və cavabdehin nümayəndəsinin izahatında da iddiaçının 2015-ci ilə qədər yaranan borcunun 215766,08 manat olduğu bildirilmişdir. İddiaçının nümayəndəsi cavabdehin tələb etmə hüququnun keçməsini nəzərə alaraq iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Qeyd olunan maddənin məzmunundan göründüyü kimi, vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Müəyyən edilmişdir ki, iddiaçı illər üzrə elektrik enerjisinin dəyərini ödəmişdir və 215766,08 manat borc 2015-ci tarixdən əvvəlki dövrə aid olan borcdur. Qeyd olunanlara əsasən məhkəmə hazırkı mübahisəyə AR MM-nin 550 və 551-ci maddələrinin tələblərinin tətbiq olunmasını mümkün sayır. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini əsassız sayaraq qeyd edir ki, 2020-ci ilin oktyabr ayından başlayaraq iddiaçıya təqdim olunan hesab fakturalarda köhnə borclar ondan tələb edilməyə başlanmışdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehin iddiaçıdan 215766,08 manat məbləğində qalıq borcun ödənilməsini tələb etmək hüququna beş il müddət keçdiyinə görə xitam verilməli, cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabından 215766,08 manat (iki yüz on beş min yeddi yüz altmış altı manat səkkiz qəpik) məbləğdə olan qalıq borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsumu ilə bağlı tələbi olmadığından iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. "X7" Açıq Səhmdar Cəmiyyətinin hesabından 215766,08 manat (iki yüz on beş min yeddi yüz altmış altı manat səkkiz qəpik) məbləğdə olan qalıq borc cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinsin. İddia qalan hissədə təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar