Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3221/2023 11.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Heydər Əliyev adına X3rşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Heydər Əliyev adına X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 09 yanvar 2017-ci il tarixli xidmət göstərilməsi haqqında müqavilə üzrə ƏDV daxil olmaqla 26043,93 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə barışıq sazişi təqdim etmişdir (əsli məhkəmə iclasında təqdim edilmişdir). Məhkəmə iclasında iştirak edən iddiaçının və cavabdehin nümayəndəsi barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barışıq sazişini mülki və mülki prosessual qanunvericiliyin tələbləri baxımından yoxlayıb hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim olunmuş “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (iddiçı qismində) ilə Heydər Əliyev adına X6 (cavabdeh qismində) arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:
1. Cavabdeh iddia tələbinin xidmət haqqı məbləğini (ƏDV daxil olmadan) təşkil edən 22071,13 (iyirmi iki min yetmiş bir manat 13 qəpik) manat hissəsinin 17656,90 (on yeddi min altı yüz əlli altı manat 90 qəpik) manat, eləcə də həmin məbləğə görə 3178,24 manat ƏDV-ni, cəmi 20835,14 (iyirmi min səkkiz yüz otuz beş manat 14 qəpik) manat məbləğində pul vəsaitini bu Saziş qüvvəyə mindiyi andan etibarən 1 (bir) ay müddətində iddiaçının bank hesabına köçürməyi öhdəsinə götürür;
2. İddiaçı iddia tələbinin qalan hissəsindən imtina etməyi öhdəsinə götürür;
3. Eyni zamanda hər iki tərəf (iddiaçı cavabdehə, cavabdeh isə iddiaçıya qarşı) bildirirlər ki, bu Saziş üzrə öhdəliklər icra edildikdən sonra məhkəmənin icraatında olan e- 2-2(113)-3221/2023 nömrəli iş üzrə iddia əsasında onların biri-birləri qarşısında hər-hansı bir borc və ya digər ödənilməyən məbləğ mövcud deyildir (ödənilməsi razılaşdırılmış məbləğ xaric olmaqla) və bu baxımdan biri digərinə qarşı gələcəkdə sözügedən məsələyə dair hər-hansı maddi və mənəvi zərərin ödənilməsinə ilə əlaqədar iddia qaldırmayacaq, mediasiyada, məhkəmələrdə və s. instansiyalarda (təşkilatlarda, qurumlarda və s.) bu məsələ ilə əlaqədar olaraq çəkilən xərcləri bir-birlərindən tələb etməyəcəklər;
4. Tərəflərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191.1, 191.2, 261.0.2 və 261.0.5-ci maddələrinin tələbləri tam aydındır və həmin maddələrin tətbiqi nəticəsində əmələ gələcək hüquqi nəticəni qəbul edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Mülki Prosessual Məcəllənin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsində isə təsbit olunmuşdur ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 122.3-cü maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək ödənilmiş dövlət rüsumunu cavabdehdən tələb etmədiyini bildirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh Heydər Əliyev adına X6 arasında bağlanmış, aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin:
1. Cavabdeh iddia tələbinin xidmət haqqı məbləğini (ƏDV daxil olmadan) təşkil edən 22071,13 (iyirmi iki min yetmiş bir manat 13 qəpik) manat hissəsinin 17656,90 (on yeddi min altı yüz əlli altı manat 90 qəpik) manat, eləcə də həmin məbləğə görə 3178,24 manat ƏDV-ni, cəmi 20835,14 (iyirmi min səkkiz yüz otuz beş manat 14 qəpik) manat məbləğində pul vəsaitini bu Saziş qüvvəyə mindiyi andan etibarən 1 (bir) ay müddətində iddiaçının bank hesabına köçürməyi öhdəsinə götürür;
2. İddiaçı iddia tələbinin qalan hissəsindən imtina etməyi öhdəsinə götürür;
3. Eyni zamanda hər iki tərəf (iddiaçı cavabdehə, cavabdeh isə iddiaçıya qarşı) bildirirlər ki, bu Saziş üzrə öhdəliklər icra edildikdən sonra məhkəmənin icraatında olan e- 2-2(113)-3221/2023 nömrəli iş üzrə iddia əsasında onların biri-birləri qarşısında hər-hansı bir borc və ya digər ödənilməyən məbləğ mövcud deyildir (ödənilməsi razılaşdırılmış məbləğ xaric olmaqla) və bu baxımdan biri digərinə qarşı gələcəkdə sözügedən məsələyə dair hər-hansı maddi və mənəvi zərərin ödənilməsinə ilə əlaqədar iddia qaldırmayacaq, mediasiyada, məhkəmələrdə və s. instansiyalarda (təşkilatlarda, qurumlarda və s.) bu məsələ ilə əlaqədar olaraq çəkilən xərcləri bir-birlərindən tələb etməyəcəklər;
4. Tərəflərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191.1, 191.2, 261.0.2 və 261.0.5-ci maddələrinin tələbləri tam aydındır və həmin maddələrin tətbiqi nəticəsində əmələ gələcək hüquqi nəticəni qəbul edirlər. İddiaçı “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Heydər Əliyev adına X3rşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Nərmin Əhmədova