Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3223/2023 06.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı X3 cavabdehlər X15 və "xxxx" ASC-yə qarşı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən pulun tutulması və s. tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı X8 cavabdehlər X15 və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «MESSER GRİESHHEİM GMBH» markalı qazafikatorunun cavabdehlər "xxxx" ASC-dən və X11 alınaraq iddiaçıya qaytarılması, «MESSER GRİESHHEİM GMBH» markalı qazafikator olmadıqda dəyəri 38.000 manat pul vəsaitinin cavabdehlər X11 və "xxxx" ASC-dən müştərək qaydada iddiaçının xeyrinə tutulması, «MESSER GRİESHHEİM GMBH» markalı qazafikatorundan istifadəyə görə 17.000 manat pul vəsaitinin cavabdehlər X11 və "xxxx" ASC-dən müştərək qaydada iddiaçının xeyrinə tutulması, məhkəmə xərclərinə görə 55 dövlət rüsumu, 200 manat mediasiya xərci, həmçinin iddianın məhkəməyə hazırlanması və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 2.250 manat məbləğində pul vəsaitinin cavabdehlər X11 və "xxxx" ASC-dən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh – fərdi sahibkar X17 16 may 2019-cu il tarixli icarə müqaviləsinə əsasən onlara məxsus olan dəyəri 38.000 manat təşkil edən «MESSER GRİESHHEİM GMBH» markalı qazafikatoru aylıq icarə haqqı 500 manat olmaqla icarəyə götürmüşdür. Cavabdeh icarə haqqını vaxtında ödəmədiyi üçün onun 31 may 2022-ci il tarixə icarə haqqına görə borcu cəmi 10.500 manat təşkil edir. Həmin borcla bağlı aralarında 31 may 2022-ci il tarixli üzləşmə aktı təsdiq edilsə də, cavabdeh bu günədək borcunu ödəməmiş və avadanlığı qaytarmamışdır. Hazırda 01 iyun 2023-cü il tarixdə cavabdehlərin 17.000 manat icarə haqqı borcu qalmışdır. Onlara məxsus olan həmin avadanlıq hazırda müqavilə şərtlərinə (1.4-cü bənd) zidd olaraq razılıqları olmadan Yevlax rayonu Varvara kəndində digər cavabdeh "xxxx" ASC-yə məxsus olan istehsalat sahəsində yerləşdirmişdir. Bakı Kommersiya Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, e- 16(113)-58/2023 saylı qərardadı ilə "İddiaçı X5 məxsus və Yevlax rayonu Varvara kəndində yerləşdirilməklə X12 icarəsində olan «MESSER GRİESHHEİM GMBH» markalı qazafikatorun özgəninkiləşdirilməsi qadağan edilmişdir. Yevlax Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Elşad Cabbarov tərəfindən məhkəmənin qərardadı icra olunaraq Yevlax rayonu Varvara kəndində cavabdeh "xxxx" ASC-yə məxsus olan istehsalat sahəsində yerləşdirilmiş X13 icarəsində olan «MESSER GRİESHHEİM GMBH» markalı qazafikatora baxış keçirilmiş, fotoşəkillər çəkilməklə aktlaşdırılmış və avadanlığın özgəninkiləşdirilməsi qadağan edilmişdir. Həmin icra vərəqəsi üzrə icraata 13 mart 2023cü il tarixli qərarla xitam verilmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçıya və cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçının nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdehlər isə gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı X8 (icarəyə verən) ilə X17 (icarəçi) arasında 16 may 2019-cu il tarixli YLL- 2019 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə üzrə icarəyə verən ona məxsus dəyəri 38.000 manat olan «MESSER GRİESHHEİM GMBH» markalı qazafikatoru icarəçiyə icarəyə verir, icarəçi isə hər ay 500 manat icarə haqqını ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən «MESSER GRİESHHEİM GMBH» markalı qazafikatorunun həcmi: 3 tondur. 1.3-cü bəndinə əsasən əgər müqavilənin müddəti bitdikdən sonra geri qaytarılan «MESSER GRİESHHEİM GMBH» markalı qazafikatorunun vəziyyəti icarəyə verilməsindən əvvəlki vəziyyətindən (təbii aşınma nəzərə alınmaqla) pisləşdikdə, icarəçi «MESSER GRİESHHEİM GMBH» markalı qazafikatoruna dəymiş ziyanı qanunvericiliklə müəyyən edilmiş qaydada ödəməyə borcludur. 2.1-ci bəndinə əsasən müqavilə hər iki tərəf onu imzaladığı gündən qüvvəyə minir. 2.2-ci bəndinə əsasən müqavilə 3 (üç) il müddətinə bağlanmışdır. 4.1-ci bəndinə əsasən icarə haqqı hər aya görə cari ay bitməmiş icarəçi tərəfindən icarəyə verənə ödənilməlidir. İcarə haqqı 01 iyun 2019-cu il tarixindən hesablanacaqdır. 7.1.1-ci bəndinə əsasən «MESSER GRİESHHEİM GMBH» markalı qazafikatorundan bu Müqavilənin şərtlərinə uyğun olaraq istifadə etmək; 7.1.2-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu müddət ərzində və onun uzadıldığı istənilən dövrdə icarə haqqını icarəyə verənə ödəmək; 7.1.3-cü bəndinə əsasən təbii köhnəlmə nəzərə alınmaqla, «MESSER GRİESHHEİM GMBH» markalı qazafikatorunu yararlı vəziyyətdə saxlamaq; 7.1.5-ci bəndinə əsasən bu müqaviləyə xitam verildikdə və ya onun qüvvədə olma müddəti tam bitdikdə sahəni təbii köhnəlmə nəzərə alınmaqla istifadəyə yararlı vəziyyətdə icarəyə verənə təhvil vermək icarəçinin vəzifələridir. 8.1-ci bəndinə əsasən bu müqavilənin müddəalarının pozulmasına görə və müqavilədə nəzərdə tutulmuş öz öhdəliklərinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi üçün tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. 10.1-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddətin qurtarmasına 1 (bir) ay qalmış tərflərin heç biri müqaviləyə xitam verilməsi barədə niyyətini bildirmədiyi halda müqavilə bitdiyi tarixdən etibarən hər dəfə növbəti 1 (bir) il müddətinə uzadılmış hesab edilir. 10.2-ci bəndinə görə müqaviləyə vaxtından əvvəl aşağıdakı hallarda xitam verilə bilər: 10.2.1. Hər iki tərəfin razılığı ilə; 10.2.2. Bu müqavilənin tələbləri hər-hansı tərəflə pozulduqda digər tərəfin tələbi ilə digər tərəfi xəbərdar etməklə; 10.2.3. Qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. Qiymət razılaşdırma protokoluna əsasən «MESSER GRİESHHEİM GMBH» markalı qazafikatorunun bir aylıq icarə haqqısı 500 manat müəyyən edilmişdir. Razılaşma protokolu tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı X8 ilə X17 arasında aparılmış xx.xx.2022-ci il tarixli sonuncu qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən xx.xx.2021-ci il tarixinə 7.500 manat borc qalmış, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi heç bir ödəniş edilməmiş və xx.xx.2022-ci il tarixinə cəmi 10.500 manat borc qalmışdır. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru borclu X13 və “Çinar-Sevis” İKF-nin nümayəndəsinin iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, Yevlax rayonu Varvara kəndində balıq yetişdirmə məntəqəsində yerləşən «MESSER GRİESHHEİM GMBH» markalı qazafikatora baxış keçirilmiş və qazafikatorun özgəninkiləşdirilməsi X4 edilmişdir. Yevlax rayon icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı xx.xx.2023-cü il tarixdə avadanlığın yerləşdiyi Yevlax rayonu Varvara kəndində "xxxx" ASC-yə məxsus balıq yetişdirmə məntəqəsində baxış keçirilərək üzərinə həbs qoyulmuş və eyni tarixli akt tərtib edilmişdir. X9 tərəfindən cavabdeh "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixli pretenziya məktubu ünvanlanaraq 01 sentyabr 2021-ci il tarixli müqaviləyə əsasən 29.435 manat icarə haqqı; 01 oktyabr 2021-ci il tarixli müqaviləyə əsasən 23.520 manat icarə haqqı; 01 noyabr 2021ci il tarixli müqaviləyə əsasən 23.520 manat icarə haqqı; 01 dekabr 2021-ci il tarixli müqaviləyə əsasən 35.070 manat icarə haqqı olmaqla, cəmi 111.545 manat icarə haqqı borcunun 3 iş günü ərzində ödənilməsi tələb edilmiş və borcun ödənilmədiyi halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. X6 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, o fərdi sahibkardır, Bakı şəhərində çalışır. M.Sadıxov məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, mübahisəli qazafikatorun yerləşdiyi yerdə tədbirdə idilər. Həmin sahə Yevlaxda yerləşir. Həmin yerdə çən gördülər. Lətif adlı şəxs orda idi. O dedi ki, o İddiaçı X2 çəni əldə edib. Ərazinin kimə məxsus olması ilə bağlı məlumatsızam. X1 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, o çənin olduğu ərazidə idi. Həmin yerə istirahət etmək üçün gedmişdilər. İcra məmuru xahiş etdi ki, şahidlik etsinlər. F.Kürəbəyov məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, həmin yerdə çən görmüş, Lətif adlı şəxsi tanımır, icra məmuru çənin fotoşəkillərini çəkmişdir. “Cinar-Servis” İKF X15 ünvanlanmış xx.xx.2023-cü il tarixdə məktub ünvanlayaraq icarə müqaviləsinin ləğv edildiyi bildirilmiş və avadanlığın qaytarılması xahiş edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı X8 ilə cavabdeh X17 arasında 16 may 2019-cu il tarixli YLL-2019 saylı icarə müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilə üzrə qiymət razılaşdırma protokolunda göstərilmiş «MESSER GRİESHHEİM GMBH» markalı qazafikatoru cavabdeh X15 təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh icarə haqqını vaxtında ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. xx.xx.2023-cü il tarixdə "Çinar-Servis” X8 öhdəliyin əhəmiyyətli dərəcədə pozulması əsası ilə icarə müqaviləsini birtərəfli qaydada ləğv etmişdir. İcarə müqaviləsinin ləğv edilməsinə baxmayaraq icarə obyekti olan avadanlıq icarə verənə qaytarılmamışdır. Hazırda İddiaçı X8 MMC 16 may 2019-cu il tarixli YLL-2019 saylı icarə müqaviləsi üzrə «MESSER GRİESHHEİM GMBH» markalı qazafikatorundan istifadəyə görə ödənilməmiş 17.000 manat icarə haqqını, qazafikatorun alınaraq iddiaçıya qaytarılmasını və qazafikator olmadıqda isə dəyəri olan 38.000 manat pul vəsaitinin cavabdehlər X11 və "xxxx" ASC-dən müştərək qaydada tələb edir. Mülki Məcəllənin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əssən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 697.2-ci maddəsinə görə əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası MPM-nin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Məhkəmə sadalanan qanunvericilik normalarını, cavabdeh X13 mübahisəli icarə müqaviləsi üzrə icarəyə verilmiş qazafikatora görə icarə haqqını ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, həmin əsasla icarə müqavilənin birtərəfli qaydada ləğv edildiyini, belə olan halda isə iddiaçının icarə haqqının ödənilməsini və icarə obyekti olan qazafikatorun qaytarılmasını tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, cavabdeh X10 ümumilikdə 17.000 manat məbləğində icarə haqqı borcu tutularaq iddiaçıya ödənilməli, icarə obyekti olan qazafikator geri qaytarılmalı, qazafikator olmadıqda isə onun dəyəri olan 38.000 manat pul vəsaiti (əşyanın dəyəri tərəflərin bağladıqları müqavilədə müəyyən edilmişdir) cavabdeh X11 tutulmalıdır. Məhkəmə iddianın digər cavabdeh "xxxx" ASC-yə qarşı olan hissəsinə münasibətdə ilk öncə qeyd edir ki, İddiaçı X8 iddia tələbinin faktiki əsasları kimi mübahisəli əmlaka dair İKF ilə cavabdeh X17 arasında 6 icarə müqaviləsinin bağlanmasına, həmin müqaviləyə əsasən əmlakın L.Yusifovun sahiblik və istifadəsinə verilməsinə baxmayaraq L.Yusifov tərəfindən həmin müqavilə üzrə öhdəliklərinin pozularaq icarə haqqının ödənilməməsinə istinad etmişdir. Mülki Məcəllənin 387.3-cü maddəsinə görə öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Göründüyü kimi cavabdeh "xxxx" ASC mübahisəli icarə müqaviləsinin tərəfi olmadığından, yəni həmin müqavilə ASC üçün hər hansı öhdəlik yaratmadığından İddiaçı X8 sözügedən müqaviləyə əsaslanaraq "xxxx" ASC-yə qarşı iddia irəli sürməkdə haqlı olmamışdır. Digər tərəfdən məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, iş materiallarında olan sübutlardan, o cümlədən icra məmurun iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan da göründüyü kimi mübahisəli əmlak icarəçi L.Yusifov tərəfindən "xxxx" ASC-yə məxsus istehsalat sahəsində yerləşdirilsə də, həmin sahədə L.Yusifov tərəfindən istifadə edilir. Odur ki, həmin əmlakın L.Yusifovun deyil, məhz "xxxx" ASC-nin sahibliyində olması, eləcə də sonuncunun həmin əmlakdan istifadə etməklə əsassız varlanması da iş materiallarına əsasən müəyyən edilmir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 55 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 255 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. MPM-in 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumu mediasiya xərclərindən artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı ödədiyi mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia cavabdeh X15 münasibətdə tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 55 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 500 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X11 17.000 manat məbləğində icarə haqqı borcu, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 55 manat pul vəsaiti və vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 500 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı X5 ödənilsin. İcarə obyekti olan 38.000 manat dəyərində olan 1 ədəd «MESSER GRİESHHEİM GMBH» markalı qazafikator, həmin əmlak olmadıqda isə onun dəyəri cavabdeh X11 alınaraq İddiaçı X5 verilsin. Qalan hissədə (cavabdeh "xxxx" ASC-yə münasibətdə) iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3223/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3223/2023
06.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver