Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3225/2025 25.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: qazın alqı-satqı müqaviləsi, borcun silinməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə aktlar əsasında hesablanmış 90724,51 manat (doxsan min yeddi yüz iyirmi dörd manat əlli bir qəpik) məbləğində pulun **********05600 nömrəli abonent kodundan silinməsi və dövlət rüsumuna görə ödənilmiş 362,18 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanda yerləşən, İddiaçı MMC-yə məxsus qeyri-yaşayış sahəsi (İstixana) xx.xx.2021-ci il tarixli, AMX-4166/21 saylı müqavilə əsasında **********05600 saylı abonent hesabı verilərək təbii qazla təchiz edilir. 2022-ci ilin oktyabr ayına qədər tərəflər arasında hər hansı mübahisə olmamışdır. İstifadə edilmiş qazın dəyəri daim iddiaçı tərəfindən vaxtlıvaxtında ödənilmişdir. 2023-cü ildə isə cavabdehlə aralarında mübahisə yaranmışdır. Belə ki, sonradan iddiaçıya məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 5 akt əsasında iddiaçıya ümumilikdə 134853,40 manat əsassız borc hesablanmışdır. Bununla bağlı iddiaçı tərəfindən Bakı Kommersiya Məhkəməsinə müraciət edilmiş və məhkəmənin e-2-2(113)-3797/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələb tam təmin edilmişdir. Qətnamədən şikayət verilmiş, lakin təmin edilməmişdir. Hazırda qətnamə qanuni qüvvəyə minərək, cavabdeh tərəfindən icra edilmişdir. Sözügedən məhkəmə mübahisəsi gedişi zamanı cavabdeh təşkilat eyni əsaslarla iddiaçıya məlumat vermədən 2023-cü ilin oktyabr ayından 2024-cü ilin may ayınadək iddiaçıya yenə də əlavə olaraq 7 akt əsasında ümumilikdə 161300,70 manat məbləğində borc hesablamışdır. Bununla bağlı da iddiaçı tərəfindən Bakı Kommersiya Məhkəməsinə müraciət edilmiş və məhkəmənin e-2-2(113)-3632/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi tam təmin edilmişdir. Hazırda qətnamə qanuni qüvvəyə minərək, cavabdeh tərəfindən icra edilmişdir. Göründüyü kimi, iki dəfə məhkəməyə müraciət etmələrinə baxmayaraq. cavabdeh təşkilat öz qanunsuz hərəkətlərinə son qoymamışdır. Belə ki, 2024-cü ilin iyun ayından 2025-ci ilin fevral ayınadək cavabdeh təşkilat tərəfindən 5 akt əsasında ümumilikdə 90724,51 manat borc hesablanmışdır. Borc daha öncə mübahisə predmeti olmuş və məhkəmə tərəfindən qanunsuz hesab edilən əsaslarla yazılmışdır. Sözügedən aktlarla bağlı (tərtib edilmələrindən məlumatları olduqdan sonra) iddiaçı tərəfindən cavabdeh təşkilata müraciət edildikdə onlara bildirdilər ki, güya aktlar tərtib edilən aylarda istifadələrində olan qaz sayğacının elektron hissəsi işləmədiyi üçün cavabdeh təşkilat tərəfindən sayğac göstəricisindən əlavə hesabat aparılmış və əlavə borc müəyyən edilərək, iddiaçının qaz hesabına işlənmişdir. Bundan başqa, iddiaçı tərəfindən aktlar əsasında hesablanmış borcun ödənilməsi tələb edilirdi. Belə bir halın mümkün olmadığı və həmin səbəblə artıq məhkəmə mübahisəsinin olduğu və zərurət olsa, iddiaçı tərəfindən təkrar məhkəməyə müraciət olunacağı iddiaçıya bildirildi. Cavabdeh təşkilatın əməkdaşları məsələ ilə bağlı araşdırma aparacaqlarını və araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq tədbirlərin görüləcəyini (əgər artıq ödəniş olarsa, pulun geri qaytarılacağını) bildirdilər. Artıq istixana mövsümü bitmək üzrədir və cavabdeh təşkilat tərəfindən hər hansı araşdırmanın aparılmadığı onlara aydın oldu. Cavabdeh tərəfindən tərtib edilmiş saxta aktlarla bağlı məhkəmənin nəzərini bir neçə məqama çəkmək istəyir. Belə ki, aktlar guya qaz sayğacının işləmədiyi üçün tərtib edilmişdir, lakin abonent saldosuna baxdıqda aydın görmək olar ki, qaz sayğacının göstəriciləri hər ay dəyişir. Qaz sayğacı işləməsəydi, təbii ki, bu göstəricilər dəyişməz qalardı. Digər tərəfdən 2024-cü ilin iyun ayından 2025-ci ilin fevral ayınadək tərtib edilmiş aktlarda cavabdeh tərəfindən “əmsal” müəyyən edilərək, sayğac göstəricisindən əlavə borclar hesablanmışdır. Cavabdeh təşkilatın “Əmsal” dediyi rəqəmin və ümumiyyətlə bu cür hesabat növünün hansı normaya və qanuna əsasən tədbiq etdiyi müəyyən deyil. Bütün bunlardan göründüyü kimi, cavabdeh təşkilatın əməkdaşları öz qanunsuz və əsassız hərəkətləri nəticəsində istehlakçıya əlavə borc hesablamışdır. Tərtib edilmiş saxta aktlardan göründüyü kimi, cavabdeh təşkilat özlərinin müəyyən etdiyi, lakin tam qanunsuz tərzdə iddiaçıya ümumilikdə 90724,51 manat məbləğində əlavə borc hesablamışlar. Belə bir hesablama düsturu və hüququnun hansı qanunla müəyyən olunduğu məlum deyil. Cavabdeh təşkilat özü bildiyi kimi, qanunlara riayət etmədən hərəkət edir, külli miqdarda əsassız borclar hesablayır və öz inhisarçı mövqeyindən istifadə edərək həmin borcları ödətdirmək istəyir. Belə tendensiya isə hüquqi şəxsin müflisləşməsinə səbəb olur. Qeyd edilir ki, iddiaçı tərəfindən cavabdeh təşkilata pretenziya qaydasında müraciət olunmuş və əsassız hesablanmış borcun silinməsi tələb edilmiş, lakin göründüyü kimi, müsbət nəticə əldə edilməmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası “Qazdan istifadə qaydaları”nın 5.2-ci, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5ci, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə istinad edilmişdir.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:
5. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə yazılmış aktlar üzrə borc aşağıdakı kimidir: 1) xx.xx.2024-cü il tarixli akt üzrə 2398,44 manat; 2) xx.xx.2024-cü il tarixli akt üzrə 7113,48 manat; 3) xx.xx.2024-cü il tarixli akt üzrə 14382,72 manat; 4) xx.xx.2024-cü il tarixli akt üzrə 36968,80 manat; 5) xx.xx.2025-ci il tarixli akt üzrə 29861,07 manat. Qeyd edilən aktlar üzrə Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə ümumilikdə 90724,51 manat (2398,44+7113,48+14382,72+36968,80+29861,07=90724,51) borc hesablanmışdır.
6. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmirlər. Sayğacın elektron göstəricisi işləmədiyinə görə aktlar əsasında 90724 manat məbləğində itirilmiş qazın həcmi hesablanmışdır. Ona görə də iddianın rədd edilməsini xahiş edir.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh İB ilə İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixli, AMX-4166/21 nömrəli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən hər 1 m3 üçün 0,20 manat məbləğində müəyyən edilir.
8. Cavabdeh İB tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktın məzmunundan müəyyən olunur ki, elektron hissə işləmədiyinə görə Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə 2024-cü ilin may ayında qaz sərfiyyatı üçün 2398,44 manat borc hesablanmışdır.
9. Cavabdeh İB tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktın məzmunundan müəyyən olunur ki, elektron hissə işləmədiyinə görə Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə 2024-cü ilin oktyabr ayında qaz sərfiyyatı üçün 7113,48 manat borc hesablanmışdır.
10. Cavabdeh İB tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktın məzmunundan müəyyən olunur ki, elektron hissə işləmədiyinə görə Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə 2024-cü ilin noyabr ayında qaz sərfiyyatı üçün 14382,72 manat borc hesablanmışdır.
11. Cavabdeh İB tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktın məzmunundan müəyyən olunur ki, elektron hissə işləmədiyinə görə Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə 2024-cü ilin dekabr ayında qaz sərfiyyatı üçün 36968,80 manat borc hesablanmışdır.
12. Cavabdeh İB tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2025-ci il tarixli, ******* nömrəli aktın məzmunundan müəyyən olunur ki, elektron hissə işləmədiyinə görə Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə 2025-ci ilin dekabr ayında qaz sərfiyyatı üçün 26861,06 manat borc hesablanmışdır.
13. Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 263 nömrəli hesab-fakturadan görünür ki, qazdan istifadəyə görə İddiaçı MMC-nin xx.xx.2024xx.xx.2024-cü il tarixlərdə yazılmış fakturaların cəmi üzrə əsas borcu 8347,69, ƏDV borcu 1502,59 olmaqla, ümumilikdə 9850,28 manat təşkil edir.
14. Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 232 nömrəli hesab-fakturadan görünür ki, qazdan istifadəyə görə İddiaçı MMC-nin xx.xx.2024xx.xx.2024-cü il tarixlərdə yazılmış fakturaların cəmi üzrə əsas borcu 43861,29, ƏDV borcu 7895,03 olmaqla, ümumilikdə 51756,32 manat təşkil edir.
15. Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 300 nömrəli hesab-fakturadan görünür ki, qazdan istifadəyə görə İddiaçı MMC-nin xx.xx.2024xx.xx.2024-cü il tarixlərdə yazılmış fakturaların cəmi üzrə əsas borcu 18960,27, ƏDV borcu 3412,85 olmaqla, ümumilikdə 22373,12 manat təşkil edir.
16. Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 315 nömrəli hesab-fakturadan görünür ki, qazdan istifadəyə görə İddiaçı MMC-nin xx.xx.2025xx.xx.2025-ci il tarixlərdə yazılmış fakturaların cəmi üzrə əsas borcu 76734,71, ƏDV borcu 13812,25 olmaqla, ümumilikdə 90546,96 manat təşkil edir.
17. Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 336 nömrəli hesab-fakturadan görünür ki, qazdan istifadəyə görə İddiaçı MMC-nin xx.xx.2025xx.xx.2025-ci il tarixlərdə yazılmış fakturaların cəmi üzrə əsas borcu 51501,63, ƏDV borcu 9270,29 olmaqla, ümumilikdə 60771,92 manat təşkil edir.
18. Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 451 nömrəli hesab-fakturadan görünür ki, qazdan istifadəyə görə İddiaçı MMC-nin xx.xx.2025xx.xx.2025-ci il tarixlərdə yazılmış fakturaların cəmi üzrə əsas borcu 41048,34, ƏDV borcu 7388,70 olmaqla, ümumilikdə 48437,04 manat təşkil edir.
19. xx.xx.2025-ci il tarixli abonentin saldosundan müəyyən olunur ki, İddiaçı MMC-nin (abonent kodu: **********05600) ümumilikdə borcu 209767,04 manat (sayğac oxunması: 1823110,38 manat + aktlar: 386878,61 manat – ödəmələr: 2000221,94 manat = son borc: 209767,04 manat) təşkil edir.
20. İddiaçı MMC tərəfindən Cavabdeh İB-yə pretenziya məktubu göndərilərək, 3 gün ərzində cavabdeh tərəfindən aktlar əsasında hesablanmış 90724,51 manat pulun **********05600 nömrəli abonent kodundan silinməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunması ilə bağlı xəbərdarlıq edilmişdir.
21. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3797/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, Cavabdeh İB tərəfindən P and P LTD MMC-nin **********05600 nömrəli abonent koduna hesablanmış 39872,36 manat məbləğində borc silinmiş, ödənilmiş 94981,04 manat məbləğində pul Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı MMC-nin **********05600 nömrəli abonent hesabına geri qaytarılmışdır.
22. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3632/2024 nömrəli, xx.xx.2024-cücü il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı; xx.xx.2023-cü il tarixli, ******* saylı; xx.xx.2023-cü il tarixli, ******* saylı; xx.xx.2024-cü il tarixli, ******* saylı; xx.xx.2024-cü il tarixli, ******* saylı; xx.xx.2024-cü il tarixli, ******* saylı və xx.xx.2024-cü il tarixli, ******* saylı aktlara əsasən hesablanmış borclara görə Cavabdeh İB-yə ödənilmiş 161300,70 manat məbləğində pul vəsaiti iddiaçının abonent hesabına qaytarılmışdır. Tətbiq edilən hüquq
23. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarının 2.10-cu bəndinə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir; 2.11-1-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
24. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
25. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; 1.5-ci bəndinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi
27. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında öhdəlik hüquq münasibətləri mövcud olmuş, iddiaçıya məxsus obyekt cavabdeh tərəfindən təbii qazla təchiz edilmiş, iddiaçı təbii qazdan istifadə etmiş, sərfiyyata uyğun məbləğlər hesablanmış və iddiaçı tərəfindən müvafiq ödənişlər həyata keçirilmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, qaz sayğacının elektron hissəsinin düzgün hesabat aparmaması ilə əlaqədar baxış keçirilərək Cavabdeh İB tərəfindən iddiaçı barəsində aktlar tərtib edilmiş və aktlar əsasında iddiaçıya 90724,51 manat borc (2398,44+7113,48+14382,72+36968,80+29861,07=90724,51) hesablanmışdır. Eyni zamanda müəyyən olunur ki, əvvəllər də eyni əsaslarla iddiaçı barədə aktlar tərtib olunmuş, borc hesablanmış, həmin borcların silinməsi, ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı iddiaçı tərəfindən iddia tələbləri ilə məhkəməyə müraciətlər olmuş və iddia təmin edilmişdir.
28. İddia tələbi Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə aktlar əsasında hesablanmış 90724,51 (doxsan min yeddi yüz iyirmi dörd manat əlli bir qəpik) manat məbləğində pulun **********05600 nömrəli abonent kodundan silinməsindən ibarətdir.
29. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır.
30. Belə ki, əvvəla, cavabdeh tərəfindən keçirilmiş yoxlamanın aparılması üçün qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilməmiş, aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan və hüquqi nəticə yaratmadığından həmin məbləğ iddiaçıdan tutula bilməz.
31. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İB tərəfindən tərtib edilən aktlar qanunsuz olunduğundan və hüquqi nəticə yaratmadığından, Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə aktlar əsasında hesablanmış 90724,51 manat (doxsan min yeddi yüz iyirmi dörd manat əlli bir qəpik) məbləğində borc İddiaçı MMC-nin **********05600 saylı abonent hesabından silinməlidir.
32. Eləcə də, iddiaçı dövlət rüsumuna görə ödənilmiş 362,18 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir.
33. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 362,18 manat (üç yüz altmış iki manat on səkkiz qəpik) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən aktlar əsasında hesablanmış 90724,51 manat (doxsan min yeddi yüz iyirmi dörd manat əlli bir qəpik) məbləğində borc İddiaçı **********05600 saylı abonent hesabından silinsin. Ödənişmiş dövlət rüsumunun əvəzi olaraq 362,18 manat (üç yüz altmış iki manat on səkkiz qəpik) məbləğində pul vəsaiti Cavabdehndən İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova