Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3236/2025 07.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, cərimə) Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbi barədə ərizəsinə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 364315-CNS-42605 saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə Banka borclu olduğu 2665,05 manat məbləğində əsas borc, 225,84 manat məbləğində faiz borcu, 373,36 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 3264,25 manat pul məbləğinin və 52,64 manat ödənilmiş dövlət rüsumuna dair xərcin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 364315-CNS-42605 saylı, “Kredit müqaviləsi”nə əsasən Cavabdeh illik 23 faiz hesablanması şərti ilə 24 ay müddətinə 7823 manat məbləğində dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) məqsədi ilə kredit verilmişdir. Verilmiş kredit vəsaiti Cavabdeh adına açılmış cari hesabına, cari hesabdan isə onun adına açılmış kart hesabına köçürülmüşdür. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəlikləri xx.xx.2024-cü il tarixdən icra etməmiş və nəticəsində Cavabdeh Banka 2665,05 manat məbləğində əsas borc, 225,84 manat məbləğində faiz borcu, 373,36 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 3264,25 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da, qeyd olunan kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Həmçinin Bank tərəfindən məhkəməyə müraciət etməsi ilə bağlı ödənilmiş 52,64 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 462.1, 739.1-ci maddələrinə istinad olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: xx.xx.2023-cü il tarixli, 364315-CNS-42605 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh illik 23 faizlə 24 ay müddətinə, xx.xx.2025-ci il tarixinə kimi 7823 manat məbləğində dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) üçün kredit verməyi öhəsinə götürmüşdür. Müqaviləyə əsasən Bank Kredit alana bu Müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə Kredit verməyi, Kredit alan isə Krediti qəbul etməyi, Kreditdən təyinatı üzrə istifadə etməyi və geri qaytarmağı, faizləri/Komissivalar, o cümlədən əlavə faizləri bu Müqavilə ilə nəzərdə tutulan müddətdə və şərtlər əsasında ödəməyi öhdəsinə götürmüşdür. Kredit alan Kreditdən yalnız dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) təyinatı üzrə istifadə elməlidir. Müqavilənin 3.5.1-ci bəndinə əsasən, Kredit alan Kreditlərin ödənilməsini (qaytarılmasını) Müqavilənin ayrılmaz tərkib hissəsi olan Kreditlərin və hesablanmış faizlərin ödəniş Cədvəlinə uyğun olaraq (bundan sonra - Cədvəl/Cədvəllər) həyata keçirməyə borcludur. Müqavilənin 3.5.2-ci bəndinə əsasən, Kreditin qaytarılması 09/Mart/2023-cü il tarixindən başlayır. Müqavilənin 9.2-ci bəndinə əsasən, Müqavilə ilə müəyyənləşdirilən Kreditin geri qaytarılması və/ və ya faizlərin və ya digər ödənişlərin ödənilməsi üzrə öhdəliklər Kredit alan tərəfindən vaxtında icra cdilmədikdə, hər gecikdirilən təqvim gün üçün gecikdirilmiş məbləğə 0.5% həcmində cərimə hesablanır və Kredit alan tərəfindən Bankın xeyrinə ödənilir. xx.xx.2023-cü il tarixli 364315-CNS-42605 №-li Kredit Müqaviləsinə 1 nömrəli Əlavədən müəyyən olunur ki, cavabdeh ümumi məbləği 3990 manat, illik faiz dərəcəsi 23% olan kredit üzrə Cavabdeh xx.xx.2023-cü il tarixdən 10 fevral 2025-ci il tarixinə qədər hər ay 409,56 manat (sonuncu ay 419,13 manat) ödəməlidir. Cavabdeh İddiaçı ASC-dəki hesabından çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə onun hesabına 7823 manat köçürülərək kredit verilmişdir. İddiaçı ASC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixə Cavabdeh 2665,05 manat əsas borcu, 225,84 manat faiz borcu, 373,36 manat cərimə borcu olmaqla ümumilikdə 3264,25 manat borcu vardır. xx.xx.2025-ci il tarixində İddiaçı ASC tərəfindən Cavabdeh pretenziya məktubu ünvanlayaraq, tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə, 3264.25 manat məbləğində borcun 3 (üç) iş günü ərzində ödənilməsi tələb edilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı ASC 52,64 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinin xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olmuş əvvəlki tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı cavabdehə xx.xx.2023-cü il tarixli, 364315-CNS-42605 saylı kredit müqaviləsi saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixinədək qaytarmaq şərtilə illik 23 faizlə 24 ay müddətinə 7923 manat məbləğində kredit vermişdir. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək 7923 manat kredit versə də, cavabdeh öhdəliyini tam icra etməmiş, aylıq ödənişləri ödəməyərək krediti tam qaytarmamış, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Nəticədə iddiaçının cavabdehdən borcu tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. İşin hallarına məcmu şəkildə qiymət verərək hesab edirəm ki, xx.xx.2023-cü il tarixli, 364315-CNS-42605 saylı kredit müqaviləsinə cavabdehdən 2665,05 manat məbləğində əsas bоrc, 225,84 manat məbləğində faiz bоrcu tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçı eyni zamanda cavabdehdən 373,36 manat cərimə məbləğinin tutulmasını da tələb etmişdir. Qeyd edim ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində ödənişlərin gecikdirildiyi təqdirdə cərimə haqqında razılaşma öz əksini tapmışdır. Lakin məhkəmənin Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edirəm ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 133 manat müəyyən edilməlidir. Bundan başqa hesab edirəm ki, iddia qismən təmin olunduğundan, ödənilmiş 52,64 manat məbləğində dövlət rüsumunun 50,24 manatının əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2665,05 manat məbləğində əsas borc, 225,84 manat məbləğində faiz borc, 133 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 3023 (üç min iyirmi üç) manat 89 (səksən doqquz) qəpik məbləğində pul vəsaiti, habelə ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat 24 (iyirmi dörd) qəpiyinin əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3236/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3236/2025
07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver