Məhkəmə qərarları › İş №e-2-2(113)-324/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-324/2021

18.02.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-324/2021 18.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi, Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Yaqubova Könül Rafiq qızının, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi və qaz sayğacının təmir xərcinin cavabdehdən tutulması”, iddiaçı Cavabdeh İddiaçı qarşı ”təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi“ tələbinə dair kommersiya mübahisəsinə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi və qaz sayğacının təmir xərcinin cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Bağlar massivində yerləşən istixanada quraşdırılmış qaz sayğacı ilə bağlı (abonent kodu: **********001450) Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktlara görə sayğacın təmiri ilə bağlı ondan tələb olunan 2350 (iki min üç yüz əlli) manat, itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 8135 (səkkiz min yüz otuz beş) manat məbləğində borcun silinməsini, istixanadan çıxarılmış qaz sayğacının Birliyin vəsaiti hesabına təmir edilərək yenidən həmin istixanada quraşdırılmasını Cavabdeh İB-yə həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Bağlar massivində yerləşən istixanada fərdi tərəvəzçiliklə məşğul olur. Bu ünvanla bağlı Cavabdeh İB ilə mərhum atası X3 arasında “Təbii qazın alqı-satqısına dair” müqavilə bağlanmışdır. Həmin müqavilədə atası fiziki şəxs kimi çıxış etmişdir. X3 xx.xx.2020 il tarixində vəfat etmişdir. xx xxxxxx 2020-ci il tarixində Cavabdeh İB-nin əməkdaşları tərəfindən sözügedən istixanada quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, sayğacda müəyyən nasazlıqların olması əsas gətirilərək sayğac müvəqqəti sayğacla əvəzlənmişdir. Çıxarılmış sayğac isə Birliyin əməkdaşları tərəfindən texniki-laborator vasitələrlə baxış keçirilməsi adı ilə Cavabdeh İB-nin Metrologiya Departamentinə aparılmış və sayğaca baxış keçirilən zaman iştirakı təmin ediləcəyi bildirilmişdir. xx.xx.2020-ci il tarixində Cavabdeh İB tərəfindən ona dövlət yoxlaması nəticəsinə əsasən yararsız hesab edilən qaz sayğacının əvəzinə yeni qaz sayğacının alınması (mövcud sayğacın təmir edilməsi) haqqında bildiriş göndərilmişdir. Bildirişdə qeyd olunmuşdur ki, Birlik tərəfindən onlara məxsus istixanada quraşdırılmış G-65 markalı, ******* nömrəli qaz sayğacı texniki baxış keçirilməsi məqsədi ilə çıxarılaraq müvafiq laboratoriyaya aparılmış və dövlət yoxlaması nəticəsində qaz sayğacının təmirə ehtiyacı olduğu məlum olmuşdur. Əlavə olaraq bildirilmişdir ki, sözügedən istixanada qaz təchizatının fasiləsiz təmin edilməsi məqsədi ilə tərəflərindən 5 (beş) iş günü ərzində Nizami rayonu, Oqtay Vəliyev 72 ünvanında yerləşən Metrologiya Departamentinə müraciət olunmalı və sayğacın təmiri ilə əlaqədar (qüsur aktının alınması, müqavilənin bağlanması və s.) müvafiq tədbirlər görülməlidir. Əks təqdirdə həmin istixanaya qazın verilişi dayandırılacaqdır. xx.xx.2020-ci il tarixində onun və atası X2 etibarnamə üzrə nümayəndəsi X4 Cavabdeh İB-nin Metrologiya Departamentinə getmiş, orada ona məxsus qaz sayğacını dağılmış vəziyyətdə görmüş, sayğacın hissələrini başqa-başqa otaqlarda laborator-texniklər tərəfindən müayinə olunduğunu aşkar etmiş, gördüyü bütün proseslərin videoçəkilişini mobil telefonu vasitəsi ilə aparmışdır. Sonda ona sayğacın təzyiq borusunun korrektorunun nasaz olduğu, yastıqların sıradan çıxması bildirilmişdir. Bu hissələrin dəyişdirilməsinə (yenisi ilə əvəz edilməsinə) görə onlardan 2350 (iki min üç yüz əlli) manat məbləğində vəsait tələb olunmuşdur. Bundan başqa Birlik ondan itirilmiş qaz sərfiyyatının bərpa olunması məqsədi ilə 8315 (səkkiz min üç yüz on beş) manat pul tələb etmişdir. xx.xx.2020-ci il tarixində sayğac üzərində texniki-laborator müayinə başa çatmamış, laborator nəticələr bəlli olmadan Birlik tərəfindən ona bildirişin göndərilməsini Birliyin əməkdaşları tərəfindən çıxarılmış sayğacların abonentlərinin hamısına sayğac çıxarıldıqdan müəyyən müddət sonra göndərilmiş “şablon” bildiriş kimi qiymətləndirir. Burada Birliyin məqsədi laboratoriya nəticələrinə əsaslanıb işin həqiqi hallarını meydana çıxartmaq deyil, abonentlərə əsassız borc yükləməkdən ibarətdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin 1-ci bəndinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Maddənin 2-ci bəndinə görə isə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Cavabdeh İB-nin Metrologiya Departamenti tərəfindən verilmiş qüsur aktında göstərilənlərlə razı deyildir. Belə ki, sayğacın üzərində laborator müayinələr aparılan, sayğac hissələrə bölünən zaman ona məlumat verilməmiş, prosesdə yalnız Birliyin əməkdaşları iştirak etmişdirlər. Sonda Birliyin əməkdaşları tərəfindən akt tərtib edilmiş və onların özü tərəfindən də imzalanmışdır. Aktı tərtib edənlərin, texnik-laboratorların sırf Cavabdeh İB-nin Metrologiya Departamentinin əməkdaşları olduğu nəzərə alınsa, bu şəxslərin Birliyin maraqlarını müdafiə etməsi heç kimə sirr deyildir. Ona məxsus istixanada quraşdırılmış qaz sayğacında hər hansı bir nasazlıq mövcuddur. İş materiallarında bu nasazlıqların sırf onun təqsirim ucbatından baş verməsini sübut edən hər hansı bir dəlil yoxdur. Belə olduğu halda sayğacın təmirinə və itirilmiş qaz sərfiyyatının bərpa edilməsinə görə ondan tələb olunan vəsaitin heç bir hüquqi əsası olmadığı üçün bu, heç bir halda qanuni hesab oluna bilməz. Sözügedən sayğac istixanadan kənar, açıq ərazidə yerləşdiyi üçün sayğacı fiziki, meteoroloji, və s. təsirlərdən qorumaq praktik olaraq mümkün deyildir. Ona görə də həmin sayğacda baş verə bilən hər hansı problemlərə görə heç bir halda o cavabdehlik daşımamalıdır. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinə görə Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbuletmiş orqanın üzərinə düşür. Qaz sayğacına onun tərəfindən heç bir müdaxilə olunmamışdır. İddiaçı nümayəndəsi və vəkili Yaqubova Könül Rafiq qızı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə verərək sayğacın təmirinə görə xərclənmiş və cavabdehə ödənilmiş 300 manat vəsaitin cavabdehdən tutulması, itirilmiş qaza görə hesablanmış 8315 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2010-ci il tarixli e-2-2(113)-3140/2020 saylı qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı ”təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi“ tələbinə dair e-2-2(113)-3140/2020 saylı işin, iddiaçı İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair e-2-2(113)-3080/2020 saylı kommersiya mübahisəsi ilə bağlı işlə birləşdirilməsi qərara qalınmışdır. İddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadə olunmuş təbii qaza görə yaranmış 11406,40 manat əsas borc məbləğinin və 30 manat məbləğində dövlət rüsumunun, cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, AMX- 5994/19 saylı müqavilə əsasında İddiaçı məxsus müəssisəni təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmiş istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə xx.xx.2020-ci il tarixə11406,40 manat borcu yaranmışdır. Mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə pretenziya qaydasında müraciət olunmasına baxmayaraq cavabdeh tərəfindən heç bir cavab alınmamışdır. Məktubda cavabdehə borcunu ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli, AMX-5994/19 saylı qazın alqı-satqı müqaviləsinin 3.4-cü bəndinin tələbi cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, müqavilənin 3.4-cü bəndinə əsasən, hesab İstehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində İstehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1 maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddiaçı nümayəndəsi və vəkili Yaqubova Könül Rafiq qızı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təqdim etdiyi arayışa əsasən sayğacın istismara yararlığı xx xxxxxx 2022-ci ilə qədər müəyyən olunsa da sayğacda problemlər yaranmış, bununla bağlı iddiaçı özü Cavabdehnə müraciət etmiş lakin təmir xərlərinin ödənilməsi İddiaçı istənilmişdir. İddiaçı özü başqa yerdən 1350 manat dəyərində detalları əldə edərək sayğacı təmir elətdirmiş, lakin yalnız 300 manat vəsaitlə bağlı çek mövcuddur. İtirilmiş qaza görə hesablanmış 8315 manat isə tam əsssızdır. Məhkəməyə iddia ilə bağlı bütün mövcud sübutlar təqdim edildiyindən iddia tələbinin təmin edilməsini , Cavabdeh İddiaçı qarşı ”təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi“ tələbinə dair iddinın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X5 bildirmişdir ki, İddiaçı məxsus müəssisəyə G65 markalı qaz sayğacı quraşdırılmış və qanunvericiliyə əsasən sayğacda yaranan qüsurların təmir xərci istehlakçıya aiddir, arayışda qeyd edilən xx xxxxxx 2022-ci il tarixi növbəti yoxlamanın tarixidir. Bu demək deyildir ki, həmin tarxiə qədər sayğacın təmirə ehtiyacı olmamalıdır. Abonentin saldosunda İddiaçı atasının adının qalması texniki səhvdir, müqavilə eyni abonent kodu olmaqla İddiaçıla 2019-cu ildə bağlanmış, sadəcə köhnə müqavələ üzrə saldoda ad dəyişdirlməmişdir. Cavabdeh tərəfindən İddiaçı itirilmiş qaza görə 8315 manat hesablanmışdır. Saldodan da bu açıq görsənir. 2019-cu ilin sentyabr , oktyabr, noyabr, dekabr, 2020-ci ilin yanvar, aprel aylarında elektron göstərici dəyişmədiyindən sayğacın korrektorunda nasazlıq olduğundan akt əsasında 1,60 manat, 2 manat, 109,80 manat, 300 manat, 243 manat və 136 manat qaz sərfiyyatına görə mexaniki göstərici ilə elektron göstərici arasında əmsalla abonentə borc hesablanmışdır. Cavabdeh nümayəndəsi iddia tələbini müdaifə edərək, təbii qazdan istifadəyə görə yaranmış borcun abonentdən tutulmasını , İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi və qaz sayğacının təmir xərcinin cavabdehdən tutulması” tələbinə dair iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəni və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi və qaz sayğacının təmir xərcinin cavabdehdən tutulması”dair iddia təmin edilməməli, iddiaçı Cavabdeh İddiaçı qarşı ”təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi“ tələbinə dair iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "Cavabdeh" İB ilə istehlakçı İddiaçı arasında qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli, AMX-5994/19 saylı müqavilədən görünür ki, müqavilənin şərtlərinə əsasən paylayıcı həmin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı xx.xx.2021-ci il tarixinə çap olunmuş abonent saldosuna əsasən abonentin təbii qazdan istifadəyə görə 2020-ci ilin may ayına ödənilməmiş borcu 11406,40 manat təşkil edir. İş materillarında olan "Cavabdeh" İB Metrologiya departamenti tərəfindən tərtib edilmiş 09130 sayı qüsur aktından görünür ki, 75117628 nömrəli G65 markalı sayğacın təzyiq borusu, yastıq, korektor hissələri sıradan çıxmış və yenisi ilə əvəz edilməli olması qeyd edilmişdir. İş materillarında olan "Cavabdeh" İB Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktdan görünür ki, 75117628 nömrəli G65 markalı sayğac çıxarılaraq müvəqqəti əvəzinə 75018646 nömrəli G65 markalı sayğac quraşdırılmış, çıxarılmış sayğac yoxlamaya təhvil verilmişdir. İş materillarında olan "Cavabdeh" İB Metrologiya departamenti tərəfindən təsdiq edilmiş saygacın istismara yararlığı haqqında xx xxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, 75018646 nömrəli G65 markalı sayğac yararlı müəyyən olunaraq növbəti yoxlama tarixi xx xxxxxx 2022-ci il qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "Cavabdeh" İB ilə istehlakçı İddiaçı arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, cavabdehi qazla təmin etsə də, cavabdeh aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq iddiaçı tərəfindən təqdim edilən hesaba əsasən vaxtında ödəməmiş, nəticədə iddiaçıya 11406,40 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir; 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 3.2.1-ci maddəsinə əsasən, qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və həmin Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Həmin Qaydaların 5-ci bəndinə əsasən, qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir. Qaz sayğacları qaz paylayıcısı tərəfindən həmin Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Mülki Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.3-cü maddəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-ci maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə yuxarıda göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı qaz sayğacının təmir xərcinin Cavabdehndən tutulması tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə araşdırlması zamanı Cavabdeh tərəfindən İddiaçı itirilmiş qaza görə 8315 manat hesablanması öz təsdiqini tapmamış, sonuncu tərəfindən məhkəməyə bununla bağlı sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmədiyindən, həmçinin iddia tələbi ilə cavabdehin faktiki qaz borcu yarandığından, Cavabdeh iddia tələbi təmin edilməli,V. Əhmədovdan 2020-ci ilin may ayına olan 11406,40 manat məbləğində təbii qazdan istifadəyə görə yaranmış borc tutularaq iddiaçının hesabına ödənilməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119.1ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı qarşı ”təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi“ tələbi təmin edildiyindən, Cavabdeh tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi və qaz sayğacının təmir xərcinin cavabdehdən tutulması”dair iddia tələbi təmin edilməməli, iddiaçı Cavabdeh İddiaçı qarşı ”təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi“ tələbinə dair iddia təmin edilməli təbii qazdan istifadəyə görə yaranmış 11406,40 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsati İddiaçı tutularaq Cavabdeh İB-nin ABB ABB Kod **********73, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X. Cavabdeh İB VÖEN: **********. İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilməlidir. İddia qalan hissədə rədd edilsin. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi və qaz sayğacının təmir xərcinin cavabdehdən tutulması”na dair iddia tələbi təmin edilməsin. İddiaçı təbii qazdan istifadəyə görə yaranmış 11406,40 (on bir min dörd yüz altı) manat (qırx) qəpik borc məbləği və 30 manat məbləğində dövlət rüsumu tutularaq Cavabdeh İB-nin (ABB ABB Kod **********73, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X. Cavabdeh İB VÖEN: **********. İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar