Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3241/2021 28.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 Dilqəm oğlunun, Cavabdehin nümayəndələri X4 və X5 iştirakları ilə iddiaçı "xxxx" KB ASC-nin cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X1rşı “xidmət haqqının ödənilməsi” dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 01.09.2016-cı il tarixli müqaviləsi üzrə xidmət haqqı kimi nəzərdə tutulmuş 134453.57 manat məbləğində vəsaitin, həmçinin 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında və "xxxx" MMC ilə bağlanmış 01.09.2016-cı il tarixli müqavilənin 1.1-ci maddəsinə görə bu müqavilənin xidmət Mərkəzinin informasiya sistemlərindən edilməklə, Şirkətlə müvafiq müqavilə bağlanmış kommunal xidmət müəssisələri, mobil operatorlar, internetprovayderlər, kabel TV, dövlət orqanları və sair bu kimi təşkilatların xeyrinə aparılan ödənişlərin Şirkətin internet saytı vasitəsilə müştərilərdən (ödəyicilərdən) qəbul edilməsi və təhlükəsiz qaydada MHM-in müvafiq bankdakı hesabına köçürülməsinin təmin edilməsinə dair Tərəflər arasında münasibətlərin tənzimləməsidir. Eyni zamanda müqavilənin 2.1 və 2.1.1-ci maddəsinə əsasən bu müqavilə göstərilən xidmətlərin müqabilində şirkət tərəfindən banka çatacaq xidmət haqqı Xidmət Mərkəzində xidmər olunan və xidmət olunmayan banklara məxsus ödəniş kartları ilə təchizatçıların xeyrinə həyata keçirilən və Şirkətin müvafiq hesabına köçürüləcək ödənişlərin (kredit ödənişləri, mal alış-verişi üzrə ödənişlər istisna olmaqla) ümumi dövriyyəsinin həcmində 0,3 % təşkil edir. İddiaçı tərəfindən müqavilə üzrə müvafiq xidmətlərin həyata keçirilməsinə baxmayaraq X6 hələ də bu müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, yəni xidmət haqqı üzrə 134453.57 manat məbləğində vəsaiti iddiaçıya ödəməmişdir. Bununla bağlı dəfələrlə cavabdehə şifahi və yazılı şəkildə məlumat verilsə də, nəticəsi olmamışdır. İddia tələbinin təmin edilməsini xahiş edir. 17 sentyabr 2021-ci il tarixdə cavabdeh iddia müddətinin tətbiqi və tutulmalı məbləğ barədə ərizə təqdim edərək bildirmişdir ki, iddiaçının ərizəsi 22.06.2021-ci il tarixdə qeydiyyata alınmışdır. 01.09.2016-cı il tarixli, MK/UNİ/MHM/E-COM nömrəli Müqavilənin 3.1.4-ci bəndinə əsasən Bank Xidmət Mərkəzi (Xidmət Mərkəzi dedikdə - MilliKart) tərəfindən verilmiş hesablaşma məlumatı əsasında Şirkətin (Şirkət dedikdə - X6) internet saytında ödəniş kartlarından istifadə etməklə həyata keçirilən əməliyyatlar üzrə müvafiq məbləğləri (müqavilə ilə nəzərdə tutulmuş tutulmalar istisna olmaqla) gündəlik tam şəkildə Şirkətin müvafiq bank hesabına köçürülməsini təmin etməlidir. Yəni Bankla hesablaşmalar hər hansı ayın və ya ilin sonunda deyil, məhz gündəlik olaraq həyata keçirilməlidir. Bu cür hesablaşma isə Banka aid xidmət haqlarını isə məhz Bankın özü tərəfindən gündəlik dövriyyədən tutulmalı və ondan sonra qalan məbləğ isə köçürülməlidir. Hesablaşmaların gündəlik aparılmalı olduğunu nəzərə alaraq, AR Mülki Məcəlləsinin 377.2-ci maddəsinin tələbləri Banka çatacaq ödənişlərin tutulmasında nəzərə alınmalıdır. Məcəllənin həmin maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (xidmət haqqına və köçürmə haqqına dair arayışlar təqdim edilmişdir) Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin yuxarıda qeyd edilən iddia müddəti tələblərinə əsasən 01.09.2016-cı il tarixli, MK/UNİ/MHM/E-COM nömrəli Müqavilənin 2.1 -ci maddəsi (2.1.1 -ci və 2.1.2-ci) üzrə xidmət haqqından (komissiya haqqından) 2017-ci il üzrə 134.89 manat xidmət haqqının və 2018-ci il iyun ayına qədər (iyun ayı daxil olmaqla) 4261.59 manat, ümumilikdə 4396.48 manat iddia tələbindən çıxılmalıdır. Mülki Məcəllənin yuxarıda qeyd edilən iddia müddəti tələblərinə əsasən 01.09.2016-cı il tarixli, MK/UNİ/MHM/E-COM nömrəli müqavilənin 2.3.2ci maddəsi üzrə köçürmə haqqından iddia müddəti tələblərinə əsasən 2017-ci il üzrə 35.43 manat köçürmə haqqının və 2018-ci il iyun ayına qədər (iyun ayı daxil olmaqla) 1010.36 manat, ümumilikdə 1045.78 manat iddia tələbindən çıxılmalıdır. 01.09.2016-cı il tarixli, MK/UNİ/MHM/E-COM nömrəli müqavilənin 2.4-cü maddəsi üzrə tətbiq edilən faizlər və Bankdan tutulan xidmət haqqlar Bank tərəfindən təqdim edilən sənədlərdə öz əksini tapmadığı üçün interchange haqqı kimi göstərilən 79966.89 manat iddia tələbindən çıxılmalıdır. Qeyd edilənlərə əsasən hazırki iş üzrə iddia müddəti barədə müddəalar tətbiq edilməklə 2084.05 manat köçürmə haqqının, 37962.81 manat komissiya haqqının, ümumilikdə 40046.86 manat məbləğin cavabdehdən tutulmasını və interchange haqqının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC 20.09.2021-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddia müddətinin tətbiqi barədə ərizəyə etiraz təqdim edərək bildirmişdir ki, cavabdeh tərəf müqavilənin 3.1.4-cü bəndinə görə Bankın öhdəliyi Şirkətin internet saytında ödəniş kartlarından istifadə etməklə həyata keçirilən əməliyyatlar üzrə müvafiq məbləğlərin şirkətin müvafiq bank hesabına köçürülməsinə təmin etməkdən ibarətdir. İddiaçının tələbi müqavilənin 2.1, 2.4, 2.3.2, 3.3.3-cü və s. bəndlərinə əsasən formalaşıb. Hal-hazırda tərəflər arasında müqavilə münasibətləri davam etdiyindən və tərəflər arasındakı müqavilə ləğv edilmədiyindən hazırki işə iddia müddətinin tətbiq edilməsi yolverilməzdir. Buna görə də hesab edir ki, hazırki mübahisə üzrə iddia müddətinin tətbiqindən ümumiyyətlə söhbət gedə bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 verdiyi izahatda bildirdi ki, onların iddia tələbi xidmət haqqının ödənilməsi ilə bağlıdır. Xidmət haqqı isə özündə 3 haqqı: köçürmə haqqı, komissiya haqqı və interchange haqqını birləşdirir. Komissiya haqqı müqavilənin 2.1.1 və 2.1.3-cü bəndlərində öz əksini tapmışdır. Köçürmə haqqı müqavilənin 2.3.2-ci bəndində, interchange haqqı isə 2.4-cü bəndində öz əksini tapıb. Həmin bəndin özü də 3 elementi özündə birləşdirir. Birincisi Xidmət Mərkəzində xidmət olunan banklara məxsus ödəniş kartları ilə aparılan əməliyyatlara görə, o, 1 sentyabr 2015-ci il tarixli “Bankomat və postterminallar şəbəkəsində və elektron vasitələrdə əməliyyatların aparılmasına dair kollektiv sazişlə tənzimlənir. Bu hissədə aparılan əməliyyatlar Milli Kart vasitəsilə aparılan əməliyyatlardır. Ona görə bankdan çıxan pulu Milli Kart öz məktubu ilə təsdiq edə bilər. İkinci hissə xidmət mərkəzində xidmət olunmayan kartlarla bağlıdır. Həmin kartlar isə Mərkəzi Bankın tətbiq etdiyi normalar ilə müəyyən olunan tarif əsasında müəyyən edilir. Hansı ki, tərəflər bununla bağlı razılaşa bilməzlər ki, tarifi, faizi nə qədər olacaq.X7ndə əməliyyatların aparılmasına dair kollektiv saziş və ona əlavə olunan protokollarla tənzimlənir. Üçüncü hissə isə beynəlxalq kartlar vasitəsilə aparılan əməliyyatlara aiddir. Bu da beynəlxalq sazişlər əsasında tutulur. Cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə isə bildirir ki, tərəflər arasında bağlanmış müqavilə hal-hazırda qüvvədədir. Ləğv olunsaydı ləğv olunduğu tarixdən 3 illik müddət hesablana bilərdi. Lakin qüvvədə olduğuna görə hələ ki müddətin axımı başlamayıb. Qarşı tərəfin də müqavilənin ləğvi ilə bağlı müraciəti olmayıb. Məhkəmə iclasında iştirak edən iddiaçının digər nümayəndəsi Nümayəndə2 Dilqəm oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 verdiyi izahatında bildirdi ki, 2017-ci il və 2018-ci ilin iyul ayınadək olan dövr üzrə iddia müddəti ötürüldüyünə görə həmin dövrlər üçün hesablanmış borc məbləğini qəbul etmir. Müqavilənin 2.4-cü maddəsi üzrə tətbiq edilən faizlər və bankdan tutulan xidmət haqları bank tərəfindən təqdim edilən sənədlərdə öz təsdiqini tapmadığına görə interchange haqqı kimi göstərilən 79966.89 manat hissədə iddia tələbini əsassız hesab edir. Ümumilikdə isə 2084.05 manat köçürmə haqqının və 37962.81 manat komissiya haqqının, cəmi 40046.86 manat məbləğində borcu qəbul edir. Qalan hissədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - “X9” ASC, "xxxx" MMC və Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X6 arasında 01.09.2016-cı il tarixdə bağlanmış MK/UNİ/MHM/E- Com nömrəli müqavilənin predmeti Xidmət Mərkəzinin informasiya sistemlərindən istifadə edilməklə, Şirkət ilə müvafiq müqavilə bağlamış kommunal xidmət müəssisələri, mobil operatorlar, internetprovayderlər, kabel TV, dövlət orqanları və sair bu kimi təşkilatların xeyrinə aparılan ödənişlərin şirkətin internet saytı vasitəsilə müştərilərdən qəbul edilməsi və təhlükəsiz qaydada şirkətin müvafiq bankdakı (müqavilənin 10-cu bəndində qeyd olunub) hesabına köçürülməsinin təmin edilməsinə dair tərəflər arasında münasibətlərin tənzimlənməsidir. 2.1.1-ci bəndə əsasən banka çatacaq xidmət haqqı Xidmət Mərkəzində xidmət olunan və xidmət olunmayan banklara məxsus ödəniş kartları ilə təchizatçıların xeyrinə həyata keçirilən və şirkətin müvafiq hesabına köçürüləcək ödənişlərin ( kredit ödənişləri, mal alışverişi üzrə ödənişlər istisna olmaqla) ümumi dövriyyəsinin həcmində 0,3% təşkil edir. 2.1.2-ci bəndə əsasən Xidmət Mərkəzinə çatacaq xidmət haqqı Xidmət Mərkəzində xidmət olunan və xidmət olunmayan banklara məxsus ödəniş kartları ilə təchizatçıların xeyrinə həyata keçirilən və şirkətin müvafiq hesabına köçürüləcək ödənişlərin ümumi dövriyyəsinin həcmində 0,1% təşkil edir. 2.3-cü bəndə əsasən bu müqavilə çərçivəsində aparılmış əməliyyatlarda müştərilərin kart hesablarından silinərək banka daxil olmuş vəsait Şirkətin hesabına köçürülərkən, köçürülən məbləğdən bu müqavilənin 2.1.1 və 2.1.2-ci yarımbəndlərində qeyd olunan xidmət haqları tutularaq qalıq məbləğ gündəlik Bank tərəfindən Şirkətin hesabına köçürülür. 2.4-cü bəndə əsasən Xidmət Mərkəzində xidmət olunan banklara məxsus ödəniş kartları ilə aparılan əməliyyatlara görə 01 sentyabr 2015-ci il tarixli “Bankomat və Posterminal şəbəkəsində, həmçinin elektron vasitərlədə əməliyyatların aparılmasına dair Kollektiv Saziş”, Xidmət Mərkəzində xidmət olunmayan və Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara məxsus ödəniş kartları ilə aparılan əməliyyatlara görə Azərbaycan Respublikası Mərkəzi Bankı, həmçinin Xidmət Mərkəzində xidmət olunmayan və Azərbaycan Respublikasında fəaliyyət göstərməyən banklara məxsus ödəniş kartları ilə aparılan əməliyyatlara görə beynəlxalq kart təşkilatları (“VİSA İnc.”, “MasterCard İnc.” və s.) Şirkət tərəfindən tətbiq olunan və Bankdan tutulan xidmət haqları (“interchange fee”) Şirkət tərəfindən Banka əlavə ödənilir. 2.5-ci bəndə əsasən müqavilənin 2.4-cü bəndində qeyd olunan xidmət haqlarının Şirkət tərəfindən Banka ödənilməsi məqsədilə Şirkət, Bankda depozit hesabı açır və həmin hesabda 3000 ABŞ dolları məbləğində vəsait yerləşdirir. Tələb olunduğu halda depozitin məbləği hər növbəti ay əvvəlki ay ilə müqayisədə Bank tərəfindən müvafiq məbləğədək artırılmalıdır. Depozitin məbləği azaldıqca Bank depozit hesabını bu bənddə qeyd olunan mqvafiq məbləğə qədər möhkəmləndirməlidir. 2.6-cı bəndə əsasən bu müqavilənin 2.4-cü bəndində nəzərdə tutulmuş xidmət haqları Bank tərəfindən Şirkətin bu Müqavilənin 2.5-ci bəndində nəzərdə tutulmuş depozit hesabından tutulacaq. 2.7-ci bəndə əsasən bu müqavilənin 2.1.2-ci yarımbəndində qeyd olunan xidmət haqqı üzrə ödənişləri həyata keçirmək məqsədilə Xidmət Mərkəzi hər ay ərzində bu müqavilə üzrə göstərilən xidmətlər üzrə hesabları növbəti ayın ilk 10 iş günü ərzində Banka təqdim edir. Təqdim olunan hesablarda müvafiq ay ərzində göstərilən xidmətlərin siyahısı, miqdarı və Bank tərəfindən ödəniləcək ümumi məbləğ göstərilir. 2.8-ci bəndə əsasən bank təqdim olunan hesabları onların təqdim edildiyi tarixdən etibarən 10 iş günü ərzində Xidmət Mərkəzinə ödəməyi öhdəsinə götürür. 2.3.2-ci bəndə əsasən bu müqavilənin çərçivəsində aparılmış əməliyyatlara görə banka daxil olmuş vəsait şirkətin tələbinə əsasən respublika daxilində fəaliyyət göstərən digər bankda mövcud olan hesaba köçürüldükdə 0,1 % xidmət haqqı tətbiq olunur. 8.1-ci bəndə əsasən bu müqavilə tərəflərin imza və möhürü ilə təsdiq edildiyi tarixdən etibarən qüvvəyə minir və 1 il müddətinə qüvvədə qalır. - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X3 məxsus www.smartpay.az saytı üzərindən 01.01.2017-31.12.2017-ci il tarixləri arasında aparılmış əməliyyatlar üzrə xidmət haqqı məbləğlərinin aylar üzrə hesablaşmasına dair aktdan görünür ki, 2017-ci ilin mart ayı üzrə 0.04 manat köçürmə haqqı, 0,15 manat komissiya haqqı, 0,33 manat interchange haqqı, cəmi 0,52 manat, aprel ayı üzrə 2,85 manat köçürmə haqqı, 10,58 manat komissiya haqqı, 12,79 manat, cəmi 26.22 manat, may ayı üzrə 4.18 manat köçürmə haqqı, 15.16 manat komissiya haqqı, 39.20 manat interchange haqqı, cəmi 58.55 manat, iyun ayı üzrə 5,73 manat köçürmə haqqı, 21.74 manat komissiya haqqı, 59.55 manat interchange haqqı, cəmi 87.01 manat, iyul ayı üzrə 3.42 manat köçürmə haqqı, 12.59 manat komissiya haqqı, 17.03 manat interchange haqqı, cəmi 33.04 manat, avqust ayı üzrə 3.22 manat köçürmə haqqı, 12.38 manat komissiya haqqı, 16.62 manat interchange haqqı, cəmi 32.22 manat, sentyabr ayı üzrə 1.88 manat köçürmə haqqı, 7.19 manat komissiya haqqı, 13.37 manat interchange haqqı cəmi, 22.44 manat, oktyabr üzrə 3.48 manat, 13.75 manat komissiya haqqı, 22.85 manat interchange haqqı, cəmi 40.08 manat, noyabr ayı üzrə 5.22 manat köçürmə haqqı, 19.38 manat komissiya haqqı, 37.60 interchange haqqı, cəmi 62.19 manat, dekabr ayı üzrə 5.84 manat köçürmə haqqı, 21.96 manat komissiya haqqı, 45.02 manat interchange haqqı, cəmi 72.83 xidmət haqqı olmaqla, 2017-ci il üçün ümumilikdə 35.86 manat köçürmə haqqı, 134.89 manat komissiya haqqı, 264.36 manat interchange haqqı olmaqla, cəmi 435.11 manat xidmət haqqı hesablanmışdır. - 01.01.2018-31.12.2018-ci il tarixləri arasında aparılmış əməliyyatlar üzrə xidmət haqqı məbləğlərinin aylar üzrə hesablaşmasına dair aktdan görünür ki, 2018-ci il yanvar ayı üzrə 19.45 manat köçürmə haqqı, 74.03 manat komissiya haqqı, 125.91 manat interchange haqqı, cəmi 219.40 manat, fevral ayı üzrə 47.35 manat köçürmə haqqı, 184.73 manat komissiya haqqı, 382.11 manat interchange haqqı, cəmi 614.19 manat, mart ayı üzrə 34.39 manat köçürmə haqqı, 132.84 manat komissiya haqqı, 332.35 manat interchange haqqı, cəmi 499.58 manat, aprel ayı üzrə 299.77 manat köçürmə haqqı, 1020.41 manat komissiya haqqı, 7421.41 manat, cəmi 8,741.59 manat, may ayı üzrə 294.26 manat köçürmə haqqı, 1020.08 manat komissiya haqqı, 7536.92 manat interchange haqqı, cəmi 8,851.27 manat, iyun ayı üzrə 542.82 manat köçürmə haqqı, 1,829.50 manat komissiya haqqı, 13,745.07 manat interchange haqqı, cəmi 16,117.39 manat, iyul ayı üzrə 316.19 manat köçürmə haqqı, 1056.53 manat komissiya haqqı, 8045.55 manat interchange haqqı, cəmi 9418.27 manat, avqust ayı üzrə 900.46 manat köçürmə haqqı, 2876.39 manat komissiya haqqı, 11770.52 manat interchange haqqı, cəmi 15,547.37 manat, sentyabr ayı üzrə 1,076.63 manat köçürmə haqqı, 3623.34 manat komissiya haqqı, 3791.15 manat interchange haqqı cəmi, 8491.12 manat, oktyabr üzrə 1361.34 manat, 4564.04 manat komissiya haqqı, 4386.51 manat interchange haqqı, cəmi 10311.90 manat, noyabr ayı üzrə 1345.16 manat köçürmə haqqı, 4461.21 manat komissiya haqqı, 3935.55 interchange haqqı, cəmi 9741.92 manat, dekabr ayı üzrə 1568.40 manat köçürmə haqqı, 5435.03 manat komissiya haqqı, 4526.89 manat interchange haqqı, cəmi 11530.32 xidmət haqqı olmaqla, 2018-ci il üçün ümumilikdə 7,806.22 manat köçürmə haqqı, 26278.15 manat komissiya haqqı, 65999.96 manat interchange haqqı olmaqla, cəmi 100084.33 manat xidmət haqqı hesablanmışdır. - 01.01.2019-31.12.2019-ci il tarixləri arasında aparılmış əməliyyatlar üzrə xidmət haqqı məbləğlərinin aylar üzrə hesablaşmasına dair akta əsasən 2019-cu ilin yanvar ayı üzrə 1666.94 manat köçürmə haqqı, 5778.31 manat komissiya haqqı, 4823.44 manat interchange haqqı, cəmi 12268.69 manat, fevral ayı üzrə 1408.59 manat köçürmə haqqı, 4779.83 manat komissiya haqqı, 4045.35 manat interchange haqqı, cəmi 10233.77 manat, mart ayı üzrə 1569.17 manat köçürmə haqqı, 5379.05 manat komissiya haqqı, 4463.22 manat interchange haqqı, cəmi 11411.44 manat, aprel ayı üzrə 4.14 manat, 9.06 manat komissiya haqqı, 7.04 manat interchange haqqı, cəmi 20.23 manat, ümumilikdə həmin il üzrə 4468.83 manat köçürmə haqqı, 15946.25 manat komissiya haqqı, 13339.05 manat interchange haqqı olmaqla, cəmi 33934.14 manat xidmət haqqı hesablanmışdır. - MilliKart Group tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 17 sentyabr 2021-ci il tarixli, 31/215 nömrəli məktubla bildirilmişdir ki, MK/UNİ/MHM/E-COM saylı müqaviləyə əsasən 2017-2018-2019-cu illər üzrə “Smartpay merchant” üzrə Xidmət mərkəzində xidmət olunan banklar üzrə həyata keçirilən əməliyyatlara görə 01 sentyabr 2015-ci il tarixli “Bankomat və POS-terminal şəbəkəsində, həmçinin elektron vasitələrdə əməliyyatların aparılmasına dair Kollektiv Saziş” ə əsasən hesablanmış “interchange fee” 3347.5 manat təşkil edir. Xidmət Mərkəzində xidmət olunmayan və AR-da fəaliyyət göstərən banklara məxsus ödəniş kartları ilə aparılan əməliyyatlara görə Azərbaycan Respublikasının Mərkəzi Bankı BKM kollektiv sazişinə əsasən “interchange fee” hesablanır. - Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" KB ASC-yə ünvanlanmış 24.09.2021-ci il tarixli 11-00530-2021 nömrəli məktubla bildirilmişdir ki, AR Mərkəzi Bankının operatoru olduğu X7 sistemi üzərindən aparılan kart əməliyyatları üzrə, banklararası hesablaşmalar 25 fevral 2016-cı il tarixli “X10 üzərindən” əməliyyatların aparılmasına dair kollektiv Saziş” in 3.2-ci bəndinə əsasən KS-ə Əlavə 1-də müəyyən edilmiş reqlamentə uyğun olaraq icra edilir. KS-nin 2.1.11-ci bəndinə əsasən Milli və xarici valyutada aparılan əməliyyatlar üzrə xalis mövqelər bankların müxbir hesablarından akseptsiz qaydada silinir və ya daxil edilir. Xalis mövqelərin hesablanması zamanı KS-ə Əlavə 3-də müəyyən edilmiş cədvələ uyğun olaraq interchange xidmər haqları nəzərə alınır. İştirakçı bankların Mərkəzi Bank qarşısında maliyyə öhdəlikləri, yalnız KS-ə Əlavə 2-də müəyyən edilmiş tarif cədvəlində tarif cədvəlində qeyd olunan bəndlərə əsasən həyata keçirilir. Bundan irəli gələrək bildirilir ki, "xxxx" KB ASC-nin qeyd olunan dövrlər (2017-2019cu illər) üzrə, Mərkəzi Bank və KS-nın iştirakçısı olan digər banklar qarşısında maliyyə öhdəliyi olmamışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdehin İddiaçıya göstərilmiş xidmətlərin haqqının ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 01.09.2016-cı il tarixli, MK/UNİ/MHM/E-COM nömrəli xidmət müqaviləsindən irəli gəlir Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya müqavilədən və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin hallarından məlum olur ki, tərəflər arasında 01.09.2016-cı il tarixdə xidmət müqaviləsi bağlanmış, müqavilənin predmetini Xidmət Mərkəzinin informasiya sistemlərindən istifadə edilməklə, Şirkət ilə müvafiq müqavilə bağlamış kommunal xidmət müəssisələri, mobil operatorlar, internetprovayderlər, kabel TV, dövlət orqanları və sair bu kimi təşkilatların xeyrinə aparılan ödənişlərin şirkətin internet saytı vasitəsilə müştərilərdən qəbul edilməsi və təhlükəsiz qaydada şirkətin müvafiq bankdakı hesabına köçürülməsinin təmin edilməsinə dair tərəflər arasında münasibətlərin tənzimlənməsi təşkil etmişdir. Göstərilən xidmətlərin müqabilində banka ödənilməli olan xidmət haqqı isə özündə 3 hissəni ehtiva etmişdir 1) 2.1.1-ci bəndə əsasən banka çatacaq xidmət haqqı Xidmət Mərkəzində xidmət olunan və xidmət olunmayan banklara məxsus ödəniş kartları ilə təchizatçıların xeyrinə həyata keçirilən və şirkətin müvafiq hesabına köçürüləcək ödənişlərin (kredit ödənişləri, mal alış-verişi üzrə ödənişlər istisna olmaqla) ümumi dövriyyəsinin həcmində 0,3 % komissiya haqqı 2) 2.3.2-ci bəndə əsasən aparılmış əməliyyatlara görə banka daxil olmuş vəsait şirkətin tələbinə əsasən respublika daxilində fəaliyyət göstərən digər bankda mövcud olan hesaba köçürüldükdə isə 0,1 % köçürmə haqqı 3) müqavilənin 2.4-cü bəndinə əsasən bankdan tutulan və daha sonra şirkət tərəfindən banka ödənilməli olan interchange haqqı. İşdən məlum olur ki, yuxarıda göstərilən müqavilə üzrə bank tərəfindən müvafiq xidmətlər həyata keçirilməsinə baxmayaraq cavabdeh tərəfindən hazırki vaxtadək heç bir ödəniş həyata keçirilməmişdir. Hazırda iddiaçı 01.09.2016-cı il tarixli müqaviləyə əsasən 2017-ci il üzrə 35.86 manat köçürmə haqqı, 134.89 manat komissiya haqqı və 264.36 manat interchange haqqı olmaqla, cəmi 435.11 manat, 2018-ci il üzrə 7,806.22 manat köçürmə haqqı, 26278.15 manat komissiya haqqı və 65999.96 manat interchange haqqı olmaqla, cəmi 100084.33 manat və 2019-cu il üzrə 4468.83 manat köçürmə haqqı, 15946.25 manat komissiya haqqı və 13339.05 manat interchange haqqı olmaqla, cəmi 33934.14 manat xidmət haqqının tutulmasını tələb edir. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək 2017-ci il və 2018-ci ilin iyul ayına qədər olan müddət üzrə hesablanmış xidmət haqqının tələb edilməsi ilə bağlı qanunvericiliklə müəyyən olunmuş müddətin ötürüldüyünü qeyd etmiş, iddiaçı cavabdehin bu mövqeyini təkzib etmişdir. Məhkəmə cavabdehin iddia müddətinin ötürülməsi ilə bağlı mövqeyinə münasibətdə bildirir ki, AR MM-in 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. MM-in 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. MM-in 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, “iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir”. İşin hallarından məlum olur ki, tərəflər arasında bağlanmış 01.09.2016-cı il tarixli müqavilə üzrə 2017-ci ilin yanvar ayından başlayaraq xidmət haqqı hesablanmasına və cavabdeh tərəfindən ödənişin edilməməsinə baxmayaraq bank tərəfindən rəsmi qaydada cavabdehdən xidmət haqqı ödənişinin həyata keçirilməsi tələb edilməmiş,yalnız 22.06.2021-ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Beləliklə də, 2017-ci il və 22.06.2018-ci il tarixədək olan dövr üzrə öhdəliyin icra müddəti bitmişdir. 01.09.2016-cı il tarixli müqavilənin məzmunundan aydın olur ki, hesablaşmalar gündəlik olaraq həyata keçirilməli idi. Bu isə onu deməyə əsas verir ki, iddiaçıya öz hüququnun pozulma vaxtı əvvəlcədən məlum idi. Əgər iddiaçı öz hüququnun pozulmasını pozulma anı yox, daha gec müddətdə bilmişdirsə bunu sübut etməlidir. Məhkəmədə iddiaçı bunu sübut edə bilməmiş, müqavilə münasibətlərinin hazırki dövrdə davam etdiyini əsas gətirərək iddia müddətinin tətbiqinin düzgün olmadığı qənaətində olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 mart tarixli 3 nömrəli qərarına əsasən məhkəmələrə tövsif edilmişdir ki, vaxtaşırı (aylıq, rüblük və s.) icra edilməli öhdəliklər üzrə iddia müddəti hər bir ödəmə üçün ayrılıqda hesablanmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarında göstərilir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı 2017-ci il və 2018-ci ilin iyun ayınadək olan dövr üzrə xidmət haqqının tələb edilməsi hüququnu itirmişdir. 22.06-31.12.2018 və 2019-cu illər üçün tələb edilən məbləğə münasibətdə isə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş arayışdan görünür ki, cavabdeh 2018-ci ilin iyul-dekabr ayları üzrə 22016.56 və 2019-cu il üzrə 15946.25 manat komissiya haqqı və 25.06-31.12 .2018-ci il üzrə 2071.23 manat və 2019-cu il üzrə 12.82 manat, ümumilikdə hər iki il üzrə 37962.81 manat komissiya haqqı və 2084.05 manat məbləğində köçürmə haqqı borcunun olmasını qəbul edir. Müqavilənin 2.4-cü bəndinə istinad edilməklə tələb edilən interchange haqqına münasibətdə isə iddia tələbini qəbul etmir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 22.06-31.12.2018-ci il və 2019-cu il üzrə iddia tələbində tələb edilən komissiya haqqı məbləği ilə cavabdeh tərəfindən qəbul edilən məbləğ eynilik təşkil edir. Belə ki, həm iddiaçı tərəfindən təqdim edilmiş aktda, həm də cavabdeh tərəfindən təqdim edilən arayışda yuxarıda qeyd edilən dövrlər üzrə hesablanmış komissiya haqqı 37,962.79 manat təşkil edir. Köçürmə haqqı məbləği ilə bağlı isə mübahisə mövcuddur. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər 22.06-31.12.2018-ci il və 2019-cu il üzrə köçürmə haqqının ümumi məbləği 11217.01 manat olduğu halda, cavabdehin qəbul etdiyi məbləğ 2084.05 manatdır. Belə ki, cavabdeh tərəf "xxxx" MMC-nin 1 saylı Poçt Filialının 24.09.2021-ci il tarixli məktubuna istinad edərək ödənilməli olan köçürmə haqqının cəmi 2084.05 manat təşkil etdiyini qeyd edir. Həmin məktubdan məlum olur ki, məktubda yalnız cavabdehin Az31AZPO******************** saylı hesablaşma hesabına bank tərəfindən daxil olmuş vəsaitlər göstərilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən isə görünür ki, cavabdehin eyni zamanda Az31AZPO******************** və Az31AZPO******************** saylı hesabları da mövcud olmuşdur. Bu isə onu deməyə əsas verir ki, cavabdehin arayışda göstərdiyi köçürmə haqqı məbləği yalnız bir hesab üzrə müəyyən edilmişdir. Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin 2.4-cü bəndinə istinad edilməklə iddia tələbini interchange haqqının (2017-ci il üzrə 364,36 manat, 2018-ci il üzrə 65,999,96 manat, 2019 cu il üzrə 13,339,05 manat) tutulması hissəsində aşağıdakı səbəblərdən əsaslı hesab etmir. Məhkəmə onu vurğulamağı zəruri hesab edir ki, iddia iki elementdən ibarətdir: predmet və əsas. İddianın predmetini - mübahisəli hüquq münasibətlərindən yaranan iddiaçının cavabdehə konkret maddi hüquq tələbi, əsasını isə həmin tələbi şərtləndirən hüquqi faktlar təşkil edir. Müəyyən bir şəxsə yönəlmiş hər bir tələb müəyyən faktiki və hüquqi əsaslara söykənməlidir. Müqavilənin 2.4-cü bəndinin məzmunundan məlum olur ki, bankdan tutulan interchange haqqı şirkət tərəfindən banka əlavə ödənilir. Eyni zamanda maddədən görünür ki, interchange haqqı köçürmə haqqı və komissiya haqqı kimi tərəflərin qarşılıqlı razılığı ilə deyil, Xidmət Mərkəzində xidmət olunan banklara məxsus ödəniş kartları ilə aparılan əməliyyatlara görə 01 sentyabr 2015-ci il tarixli “Bankomat və Pos-terminal şəbəkəsində, həmçinin elektron vasitərlədə əməliyyatların aparılmasına dair Kollektiv Saziş”, Xidmət Mərkəzində xidmət olunmayan və Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara məxsus ödəniş kartları ilə aparılan əməliyyatlara görə Azərbaycan Respublikası Mərkəzi Bankı, həmçinin Xidmət Mərkəzində xidmət olunmayan və Azərbaycan Respublikasında fəaliyyət göstərməyən banklara məxsus ödəniş kartları ilə aparılan əməliyyatlara görə beynəlxalq kart təşkilatları (“VİSA İnc.”, “MasterCard İnc.” və s.) Şirkət tərəfindən tətbiq olunur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 mart tarixli 3№-li qərarına əsasən, məhkəmələrə tövsiyə edilsin ki, sahibkarlıq fəaliyyəti ilə əlaqədar mübahisələrə dair işlərə baxarkən, obyektivliyi təmin etmək məqsədilə məhkəmələr iş üçün həlledici əhəmiyyətə malik olan sənədlərin əslini və yaxud notariat qaydasında təsdiq edilmiş surətini tələb etsinlər. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən məhkəməyə lazımı sübutların əsli və ya lazımı qaydada təsdiq olunmuş sürəti təqdim edilir. İddiaçı qeyd olunan xidmət haqqının bankdan tutulduğunu bildirsə də, xidmət haqqının tutulması və tutulan məbləğ barəsində məhkəməyə təsdiqedici sübutlar təqdim edə bilmədi. Məhkəməyə sübut qismində təqdim etdiyi MilliKart Groupun 17 sentyabr 2021-ci il tarixli, 31/215 nömrəli və Azərbaycan Respublikası Mərkəzi Bankın 24.09.2021ci il tarixli 11-00530-2021 nömrəli məktublarında isə "xxxx" KB –ASC-dən 01.09.2016-cı il tarixli müqavilə ilə əlaqədar olaraq interchange haqqının tutulması barədə heç bir qeyd göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir Yuxarıda sadalananları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 01.09.2016-cı il tarixli müqavilə üzrə 22.06.2018-ci il tarixdən 31.12.2018-ci il tarixədək dövr üçün 6568.18 manat köçürmə haqqı, 22,016.54 manat komissiya haqqı olmaqla, cəmi 28,584.72 manat xidmət haqqı, 2019-cu il üzrə 4,648.83 manat köçürmə haqqı və 15,946.25 manat komissiya haqqı olmaqla, cəmi 20,595.08 manat haqqı, ümumilikdə 49,179.80 manat xidmət haqqı tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X2 01.09.2016-cı il tarixli müqavilə üzrə 22.06.2018-ci il tarixdən 31.12.2018-ci il tarixədək dövr üçün 28,584.72 manat xidmət haqqı, 2019-cu il üzrə 20,595.08 manat xidmət haqqı və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 49,209.8 (qırx doqquz min iki yüz doqquz manat səksən qəpik) manat tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlham Əhmədov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3241/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3241/2021
28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver