Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3246/2021 25.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi və Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı “Yasamal-11” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdeh “xxxx” MMC-yə qarşı istilik kommunikasiya xətlərinin bərpası tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Yasamal-11” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 26 saylı binanın istilik kommunikasiya xəttlərinin “xxxx” MMC tərəfindən bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə bildirir ki, iddiaçı ərizədə həm pretenziyanın həm də iddia ərizəsinin çatdırıldığını qeyd etsə də, ərizəyə yalnız bir sənədin çatdırılmasını təsdiq edən sənədi (poçt qəbzi) əlavə etmiş, digər sənəd isə sənədin çatdırılmasını deyil, göndərilməsini əks etdirir, bu isə sənədlərdən birinin pretenziyanın və ya iddia ərizəsinin cavabdehə çatdırıldığını təsdiq edir. Azərbaycan Respublikası MPM-nin 150.0.4-cü maddəsinə əsasən, iddia ərizəsinə kommersiya mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 150.0.7-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, eləcə də həmin Məcəllənin 152.1.6-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin dövlət rüsumu “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olan qaydada əlavə edilməmiş, belə ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edən bəndi seçməklə, ödəniş qəbzin məlumatlarını sistemə yükləməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı “Yasamal-11” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdeh “xxxx” MMC-yə qarşı istilik kommunikasiya xətlərinin bərpası tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı “Yasamal-11” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə izah edilsin ki, cavabdehə göndərilməyən pretenziya və ya iddia ərizəsinin çatdırılması barədə sənəd (poçt qəbzi ya digər mötəbər sübut) əlavə edildikdə, həmçinin dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd “Elektron məhkəmə” informasiya sisteminə qaydala uyğun yerləşdiriləndən sonra təkrarən məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3246/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3246/2021
25.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver